Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
Qəbələdə zəhərlənənlərin sayı 75-ə çatdı - Rəsmi
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərib sayı 75 nəfər olub.
Səhiyyə Nazirliyindən Muxalifet.az-a daxil olan məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, qalanları kişilərdir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımı yardım edilib.
Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4 ü buraxılıb. Hal hazırda xəstəxanada 2 nəfər qalıb.Muxalifet - 6-08-2019
PAŞİNYAN MƏXFİ SƏNƏD AÇIQLADI - Ermənistan dərin bataqlıda...
Düşmən ölkə apardığı işğalçı siyasətin altında qalıb; baş nazirdən ilginc etiraf; Bakının, Brüsselin və Vaşinqtonun ismarışları indi İrəvana çatır...
Muxalifet - 6-08-2019
Vilayət Eyvazov rəisi işdən azad etdi
Xaçmaz rayon Polis Şöbəsinin rəisi Nofəl Məhərrəmov işdən azad olunub.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
N.Məhərrəmovun sərəncamda olduğu bildirilir. Onun yerinə hələ ki təyinat yoxdur.Muxalifet - 6-08-2019
Azərbaycanlı kriminal avtoritet öldü - FOTO
Azərbaycanlı kriminal avtoritet İlqar Cəbiyev vəfat edib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 57 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Xızıdan olan kriminal avtoritet ömrünün 33 ilini həbsdə keçirib.
Muxalifet - 6-08-2019
Kişi müğənnilərlə bağlı ŞOK İDDİA: “30 minə bədənlərini satır…” - VİDEO
Tanınmış müğənni Sara Safuranın növbəti hədəfi şou-biznesdəki bəzi kişi müğənnilər olub.
Muxalifet.az Yenicag.az-a istinadən xəbər verir ki, Sara onların ünvanına şok iddialar səsləndirib.
Bəzi kişi müğənnilərin pul müqabilində bədənlərini varlı biznesmenlərə satdığını, hətta Bakıya gələn ərəb turistlər ilə münasibətdə olduqlarını iddia edib. Həmin müğənnilərin həyat yoldaşlarının da bundan xəbərdar olduqlarını deyən jurnalist, onların pul müqabilində susduqlarını bildirib.
Videonu təqdim edirik.Muxalifet - 6-08-2019
Çindən ABŞ-a CİDDİ ZƏRBƏ: müharibə yenidən alovlandı
Çin ABŞ-dan kənd təsərrüfatı mallarının idxalını dayandırıb.
Bu barədə Çin Ticarət Nazirliyi informasiya yayıb.
Bildirilib ki, qərar ABŞ-ın 300 milyard dollar dəyərindəki Çin mallarına 10% əlavə vergi tətbiq etməsindən sonra qəbul edilib.
Açıqlamada qeyd olunub ki, bu əlavə vergi Çin prezidenti Si Çinpin ilə ABŞ prezidenti Donald Tramp arasında imzalanan konsensusu ciddi şəkildə pozur.
Qeyd edək ki, Çin ABŞ-dan soya lobyası, pambıq, buğda, donuz əti idxal edir.Muxalifet - 6-08-2019
“Xarici bukmeykerlə danışıqlar aparıldığını eşidəndə…” – “Topaz”dan açıqlama
Cavid Qurbanov pulları voleybola yönəldir
“Topaz” 8 il ərzində Peşəkar Futbol Liqasının sponsoru olub. Bu addım müqavilə bitdiyi üçün atılıb. Söhbət sponsorluqdan imtinada deyil, müqavilənin uzadılmamasından gedir”.
Bu fikirləri “Report”a açıqlamasında Caspiantech QSC-nin direktoru Vüsal Məmmədov deyib.
Muxalifet - 6-08-2019
Külək bu dəfə sağlam ağacları aşırıb - Açıqlama
Xəbər verdiyimiz kimi, dünən Bakı və Abşeron yarımadasında güclü külək baş verib. Bunun nəticəsində şəhərdə fəsadlar yaranıb.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov açıqlamasında bildirib ki, əgər bu gün də küləyin sürəti artarsa, yenə fəsadlar baş verə bilər.
“Bizdə olan məlumata görə güclü külək dünən 10-dan çox ağacı kökündən qoparıb. 40-dan çox ağacın da budaqları sınıb. 8 avtomobil isə ağacların altında qalaraq zərər görüb.Muxalifet - 6-08-2019
Bakıətrafı qəsəbələrin marşrut bəlası - yeni qiymət, köhnə avtobus...
Şəhərin ictimai nəqliyyatında yenə sınıq-salxaq avtobuslar işləyir, oturacaqları cırılmış-deşilib, kart sistemi işləmir, interval bərbad... Bakının ictimai nəqliyyatında sabiq nazir Ziya Məmmədovdan sonra elə bir ciddi dəyişiklik olmayıb- yenə sınıq-salxaq avtobuslar, oturacaq yastığı cırılmış-deşilmiş vəziyyətdə, kart sistemi işləmir, interval bərbad, dayanacaqdan kənarda saxlama halları və s. ilaxır. Gündəlik marşrutdan istifadə edənlər təsdiqləyər ki, istər şəhərin mərkəzi, istərsə ətraf ərazilərə hərəkət edən avtobusların əksəriyyəti köhnə, baxımsız, dağılıb-tökülmüş haldadır.
Muxalifet - 6-08-2019
SƏVƏFİ-OSMANLI ÇATI: Məlumatsızlıq, yoxsa planlı siyasət?
Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərini hədəfə alan köhnə mübahisələr yenidən atəşlənməkdədir. Söhbət bizi bir millət, iki dövlətə çevirən ortaq dəyərlərimizdə şırım açmış Səvəfi-Osmanlı mübahisələrindən gedir.
Bəzi çevrələr tərəfindən vaxtaşırı gündəmə gətirilən bu mövzuyla əlaqədar şair-publisist Heydər Oğuzun 2016-cı ildə qələmə aldığı silsilə yazılarını təqdim edirik:
I Yazı
Muxalifet - 6-08-2019
Nazirdən BİABIRÇI HƏRƏKƏT: milli marşın sədaları altında bikinili qızlarla... - FOTO
İtaliya baş nazirinin köməkçisi və Daxili işlər naziri Matteo Salvini çılğın çimərlik partisi təşkil edib.
Nazir ölkənin milli marşının sədaları altında bikinili qızlarla rəqs edib.
Salvininin bu hərəkəti İtaliyada sərt reaksiya ilə qarşılanıb. Sadə vətəndaşların onun milli marşın sədaları altında əylənməsini qınayıb.
İtaliya Müdafiə Mərkəzi Şurasının rəhbəri Françesko Mariya Keravolo mətbuata verdiyi açıqlamada bildirib ki, milli marş yalnız protokol tərəfindən müəyyən edilmiş şərtlər altında çalına bilər. Hər kəs bu şərtlərə əməl etməlidir./PublikaMuxalifet - 6-08-2019
Eldar Əzizov Bakıda uçma təhlükəsi qarşısında olan binaya girdi… - AMMA BƏZİ SAKİNLƏR EVAKUASİYADAN İMTİNA EDİR - FOTOLAR
Bakının mərkəzindəki qəzalı ev istənilən an uça bilər, amma sakinlər onu tərk etməkdən imtina edir. Söhbət Mirzağa Əliyev küçəsi, 150 ünvanında yerləşən binadan gedir. Üçmərtəbəli tikili hələ 1889-cu ildə inşa edilib və orada cəmi 43 mənzil yerləşir. Bu bina hələ 1989-cu ilin yayında qəzalı kimi tanınıb və 30 il bundan qabaq sökülməliydi. O zaman binadan 23 ailəni köçürməyə imkan olub. Qarabağda müharibə başlayanda isə Bakını qaçqın axını bürüyüb və onlar paytaxtdakı boş binalarda məskunlaşmağa başlayıblar.
Muxalifet - 6-08-2019
Qəbələdə toyda zəhərlənənlərin sayı 89-a çatıb, fakt üzrə cinayəti işi başlanıb- RƏSMİ
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq Qəbələdə baş verən zəhərlənmə ilə bağlı birgə məlumat yayıb.
Musavat.com-a daxil olan birgə məlumatda deyilir:
"Avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində Həsən Əsgərovun həyətində təşkil olunmuş toy məclisində iştirak edən təxminən 500 nəfər qonaqdan 89 nəfərinin (19-u qadın, 8-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.Muxalifet - 6-08-2019
Yevlaxda bulvar ÇÖKDÜ: Altında turbalar olub - FOTO
Yevlaxda Kür çayının sahilində bulvarda çökmə olub.
Muxalifet.az Unikal.org-aistinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Xalid Əhmədov oxu.az-a faktı təsdiqləyib.
Onun sözlərinə görə, ərazidə suyun altında qalan turbalar eroziyaya uğrayıb:
Muxalifet - 6-08-2019
Xəzər TV-nin aparıcısının dənizdə batan oğlu komadan ayıldı - Xəstəxanadan FOTO
Xəzər TV-nin tanınmış aparıcısı Yusif Kərimlinin dənizdə batmaq təhlükəsilə üz-üzə qalan və son anda xilas olan 7 yaşlı oğlu Əmin komadan ayılıb.
Aparıcı BAKU.WS-ə açıqlamasında oğlunun vəziyyətinin yaxşılığa doğru getdiyini bildirdi:
"Komadan ayılıb. Getdikcə düzəlir. Ümid edirik tezliklə ayağa qalxacaq".
Xatırladaq ki, 2 gün əvvəl Yusif Kərimlinin azyaşlı övladı çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır.Muxalifet - 6-08-2019
Böyük Britaniyadan ABŞ-la birgə İrana qarşı HƏMLƏ: döyüş gəmilərini...
Böyük Britaniya Hörmüz boğazında gəmilərin təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın rəhbərliyi ilə yaradılan beynəlxalq koalisiyaya qoşulacaq. Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi informasiya yayıb. Açıqlamada bildirilib ki, Kral donanması Hörmüz boğazında yük gəmilərinin təhlükəsizliyini təmin etmək üçün ABŞ hərbi dəniz qüvvələri ilə əməkdaşlıq edəcək.
Muxalifet - 6-08-2019
"Dəvətnamə dalınca getmişdim, gördüm molla oturub "Yasin" oxuyur, huşumu itirib yerə yıxıldım..." - BAKIDA MİSLİ GÖRÜNMƏMİŞ DƏLƏDUZLUQ
Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 11 ünvanında yerləşən "Leyla" şadlıq sarayının administratoru toy sahiblərinə qarşı dələduzluq edib.
Bu barədə "Report"a şadlıq sarayında toy etmək istəyən şəxslər məlumat veriblər.
Bildirilib ki, şadlıq sarayının Akif adlı administratoru bu ilin iyun, iyul və avqust ayının əksər günləri üçün orada toy etmək istəyən 100-ə yaxın şəxsdən beh alaraq toy günü təyin edib. Daha sonra aldığı behləri götürərək qaçıb.
Muxalifet4 - 6-08-2019
Bu gün SON GÜNDÜR - Abituriyentlərə XƏBƏRDARLIQ
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
Muxalifet - 6-08-2019
Üç qurumdan Qurban bayramı AÇIQLAMASI: küçə, yol kənarları...
Hər zaman milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşan Azərbaycan xalqı Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu bayram cəmiyyətimizdə mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilir.
Muxalifet - 6-08-2019
“Sən qələt edərsən, nəslin-kökünlə bir yerdə...” – Deputatdan Paşinyana SƏRT SÖZLƏR
“Qarabağın Ermənistana birləşdirilməsi ermənilərin 100 illərlə davam edən xəyallarıdır, iddialarıdır. Böyük Ermənistan yaradılması yolunda atılan növbəti addımlardır. Burda gizlin heç nə yoxdur”.
Muxalifet.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında millət vəkili Elman Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı fikirlərinə cavab olaraq deyib.Muxalifet - 6-08-2019