Axtarış

The search found 105783 results in 0.085 seconds.

Search results

  1. DİQQƏT! Zaminliyin şərtləri dəyişdirildi - VİDEO

    Azərbaycanda problemli kreditlərin restruktizasiyası yəni ödəniş müddətinin uzadılması zamanı zaminin öz öhdəliyindən imtina etmək hüququ var. Bu hüquq qanunvericilikdə tənzimlənir.
    Hüquqşünas Anar Ramzanovun sözlərinə görə vətəndaş əsas kimi müqavilənin dəyişildiyini və şərtlərin ağırlaşdığını göstərə bilər.

    Muxalifet - 4-08-2019

  2. Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotiklə saxlanıldı - Video

    Gürcüstanın Rustavi şəhərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə olunması və saxlanılmasında ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, 1991-ci il təvəllüdlü Q.H. adlı şəxs iyulun 30-da avtomobillə hərəkət edərkən patrul polisi tərəfindən saxlanılıb. Q. X. avtomobili tərk edərək qaçmağa cəhd göstərsə də, cəhdi boşa çıxıb. Onun üzərində və müvəqqəti yaşadığı mənzildə aparılan axtarış zamanı külli miqdarda müxtəlif narkotik vasitələr müsadirə olunub.

    Muxalifet - 4-08-2019

  3. ​SON DƏQİQƏ: Sumqayıtda DƏHŞƏTLİ HADİSƏ - Ölən və yaralananlar var

    Ötən gün Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt-Hacı Zeynalabdin qəsəbəsi avtomobil yolunun Sumqayıt Texnologiyalar Parkının ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar iki ailənin üzvləridir. Onlar - Heydər Nağıyev (1974), Səfiyyə Nağıyeva (1976), Gülşən Nağıyeva (2006) və Əfruz İbrahimova (1957), Soltanəli İbrahimovdur (1958).

    Muxalifet - 4-08-2019

  4. Sabiq nazirlər barəsindəki istintaq bərpa edildi - GÜRCÜSTANDA

    Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili və keçmiş regional inkişaf və infrastruktur naziri Zurab Alavidze ilə bağlı istintaq tədbirləri bərpa olunub.

    Ötən ildən başlanılan istintaq Avropa İnvestisiya Bankının Gürcüstana yol tikintisi üçün ayırdığı 710 mln. dollar dəyərində vəsaitin xərclənməsində israfçılıqla əlaqəlidir.

    2018-ci ilin iyulunda hər iki sabiq nazir vəzifələrindən sui-istifadə, böyük həcmdə dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi faktı ilə bağlı Baş Prokurorluqda dindirilib.

    Muxalifet - 4-08-2019

  5. Adnan Oktar cəbhəsindən QORXUNC ETİRAF: "4 qadını hamilə qoyub, sonra isə…"

    Adnan Oktarın cinayətkar dəstəsinə yönəlmiş iddianamədə qalmaqallı “abort” detalı diqqət çəkib. 

    Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq sənədlərinə görə, qrup rəhbəri Adnan Oktar 1991-ci ildə abortun haram olduğunu deyib, amma bunun ardınca bərabər olduğu təşkilat üzvləri olan qadınların hamilə qalmasından sonra “abort haram deyildir” söyləyib. Aylin Atmaca, Didem Ürer, Gülgün Göktan və Ebru Atillanın da abort etdirdikləri iddia edilib. 

    Muxalifet - 4-08-2019

  6. Ölmüş insanların ətini yeyən ac xalq... – Burundi haqda ŞOK məlumatlar

    Burundi Mərkəzi Afrikada yerləşir və dənizə sahili olmayan bir dövlətdir. Ölkənin sərhəd qonşuları şimalda Ruanda, şərqdə və cənubda Tanzaniya və qərbdə böyük bir qismi Tanqanika gölü də daxil olmaqla, Demokratik Konqo Respublikasıdır. Ölkənin paytaxtı Bujumbura şəhəridir. 10 milyon nəfər əhalisi olan bu ölkədə insanların ortalama ömrü cəmi 50 ildir. İnsanlar ağır vəziyyətdə yaşadıqları üçün 2016-cı ildə edilən bir araşdırmaya görə, Burundi dünyanın ən bədbəxt ölkələri sırasında birinci yerə layiq görülüb. Burada insanların illik gəliri 269 manat təşkil edir.

    Muxalifet - 4-08-2019

  7. İlham Əliyev müşavirə formatını niyə dəyişdi?

    İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirə ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Belə ki, Prezidentin başcılığı altında Nazirlər Kabinetinin müşavirələri yeni formata keçib. Dövlət başçısı yanında müşavirələr aidiyyatı sahə üzrə məsul şəxslərin iştirakı ilə keçirilir. Son müşavirədə yalnız sosial-iqtisadi sahə ilə əlaqəli olan qurumların nümayəndələri iştirak edib. 

    Muxalifet - 4-08-2019

  8. ​SON DƏQİQƏ: "Sədərək"də GÜCLÜ YANĞIN - 7 FHN əməkdaşı...

    Sədərək Ticarət Mərkəzində baş verən yanğın zamanı hadisə yerinə 15 Təcili Yardım briqadası cəlb olunub.
    Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 7 nəfər əməkdaşı tüstüdən zəhərlənmə ilə Taksikologiyaya yerləşdirilib.

    ***
    18:17

    Muxalifet - 4-08-2019

  9. Prezident adminstrasiyasının rəhbəri və 3 icra başısı işdən çıxarıldı: sizin kimi vicdansızlar...

    Özbəkistan prezidenti Şövkət Mirziyoyev baş nazir Abdulla Aripova və prezident administrasiyasının rəhbəri Zaynilobiddin Nizomiddinova Fərqana, Xorzəm və Qaşqadərya vilayətlərinin  icra hakimlərinin vəzifələrindən uzaqlaşdırılması üçün göstəriş verib.

    Unikal.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı bu tapşırıq haqda avqustun 2-də kiçik biznesin və sahibkarlığın inkişafına dair keçirdiyi selektor müşavirəsi zamanı bildirib.

     

    Muxalifet - 4-08-2019

  10. Azərbaycanda kriminal avtoritet intihar etdi

    Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

    "Report" xəbər verir ki, intihar hadisəsi şəhərin Təbriz küçəsində qeydə alınıb.

    Belə ki, Cəlilabad şəhər sakini, Qasımov Sahib Məzahir oğlu intihar edib. İlkin məlumata görə, onun qəbul etdiyi yüksək dozalı narkotikmaddənin təsirindən intihar etdiyi bildirilir.

    Qeyd edək ki, S.Qasımov Cəlilabad rayonunda "Ququ" ləqəbli kriminal avtoritet kimi tanınır.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 4-08-2019

  11. FHN-dən "Sədərək"dəki yanğınla bağlı - Açıqlama

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Nazirlikdən Muxalifet.az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

    ***

    Muxalifet - 4-08-2019

  12. Evlənəndən sonra niyə kökəlirik - 6 AĞLAGƏLMƏZ SƏBƏB

    Arıq, incə-mincə qız -oğlan görüşür, evlənir və artıq bir ailə kimi daha çox vaxt keçirir, bir yeyib, bir içir. Bir də onda ayılırlar ki, qədd qamətli ər qarınlı kişiyə, 56 kiloqramlıq incə, zərif qız isə 70 kiloluq qadına dönüb. Bundan sonr adətən kişilər tərəfindən qadının kilosuna, bədəninə iradlar başlayır, xəyallar suya dönür, ya da bununla barışıb yaşayırlar.

    Evlənəndən sonra ər-arvadın kökəlməsi ta qədimdən sübut olunmuş faktdır. Onun tibbi izahı da var.

    Muxaləfet.az medicina.az-a istinadən toydan sonra kökəlməyin 5 səbəbini təqdim edir.

    Muxalifet - 4-08-2019

  13. “Çin Sakit okean bölgəsinin ən böyük təhdid faktorudur” – Pentaqon

    “Birləşmiş Ştatlar Çini Sakit okean bölgəsinin sabitliyini pozan əsas faktor hesab edir”.

    “Reuters” agentliyinin verdiyi məlumata görə, bu sözlər ABŞ-ın yeni müdafiə naziri Mark Esperə məxsusdur.

    Pentaqon rəhbəri rəsmi Pekini “yırtıcı iqtisadi siyasət” yürütməkdə, intellektual mülkiyyəti və qlobal sərvətləri oğurlamaqda günahlandırıb.

    Muxalifet - 4-08-2019

  14. “Keşlə” Türkiyə toplanışını qələbə ilə başa vurub

    Bu gün “Keşlə” Türkiyə toplanışı çərçivəsində son yoxlama matçını keçirib.

    APA-nın məlumatına görə, bakılılar Türkiyənin aşağı liqa təmsilçisi “Batman Petrolspor” komandası ilə qarşılaşıblar.

    Paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Oyunda heyətə yeni cəlb olunmuş Lorenzo Rodriqes Frutos və Vüsal İsgəndərli fərqləniblər.

    Qeyd edək ki, “Keşlə” avqustun 5-də Bakıya dönəcək.

    Muxalifet - 4-08-2019

  15. MMA döyüşçüsü rəqibini 4-cü saniyədə nokaut etdi - VİDEO

    Qarışıq döyüş növləri üzrə (MMA) Amerika döyüşçüsü Şon Dyukre “Fury Fighting Championship 34” yarışında rəqibini 4-cü saniyədə nokaut edib.
    Publika.az avqustun 3-də keçirilmiş döyüşün görüntülərini təqdim edir.
     

    Muxalifet - 5-08-2019

  16. Azərbaycanda toyada dava: ana və oğlu döyüldü

    Şəkidə toyda dava düşüb, 32 yaşlı kişi və anası döyülüb.

    Muxalifet.az apa-ya istinadən məlumatına görə, dünən axşam saatlarında rayonun Aşağı Göynük kənd sakinləri 1987-ci il təvəllüdlü Mahir Laçın oğlu Mustafayev və anası 1959-cu il təvəllüdlü Qəndavət Səlim qızı Mustafayevə müxtəlif dərəcəli bədən xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

    Muxalifet - 5-08-2019

  17. Türkiyədə silahlı hücum nəticəsində 3 nəfər yaralanıb

    Türkiyədəki gecə klublarından birinə edilən silahlı hücum nəticəsində 3 nəfər yaralanıb.

    Hadisə İzmirin Tire rayonunda baş verdiyini bildirilib. Yaralılar İzmir vilayətinin dövlət xəstəxanasına çatdırılıb. İki nəfərin vəziyyəti ağırdı.

    Təqsir olunaların tutulması üçün işlər aparılır./Trend/

    Muxalifet - 5-08-2019

  18. ​ŞOK: Polislər məşhur müğənninin villasına gecəyarı basqın etdilər - FOTO

    Müğənni Sıla Gençoğlu sevgilisi Hazer Armani ilə Bodrumda kirayələdiyi villada dostlarına qonaqlıq verib.
    Muxaifet.az publika.az-a istinadən xəbər verir ki, müğənninin gecə evindən gələn səs-küy və yüksək musiqi səsi qonşuları hiddətləndirib. Altı yoldaşıyla birlikdə hovuz başında əylənən və musiqinin səsini sonuna qədər açan Sıla qonşuların xəbərdarlığına məhəl qoymadan əylənməyə davam edib. Qonşuların polisə şikayəti ilə evə gecəyarı polis gəlib və onların ifadələrini alıb.

    Muxalifet - 5-08-2019

  19. ​Bakı bulvarında QORXUNC MƏNZƏRƏ: Sürü halında dolaşan sahibsiz itlər... - FOTO

    Son günlərdə Dənizkənarı Milli Park ərazisində sahibsiz itlərə tez-tez rast gəlinir.
    Muxalifet.az xəbər verir ki, sosial şəbəkələrdə gecə saatlarında bulvar ərazisində sürü halında dolaşan küçə itlərinin görüntüləri yayılıb.
    Sakinlər bu itlərin onların istirahətinə və rahatlığına ciddi maneə törətdiyini, azyaşlılarda qorxu yaratdığını bildiriblər.
    Bulvarda sürü halında dolaşan itləri əks etdirən görüntüləri təqdim edirik.

    Muxalifet - 5-08-2019

  20. ​Azərbaycanlılar arasında KÜTLƏVİ DAVA: bir nəfər öldü - Video

    Ukraynanın Çernovets şəhərində ötən şənbə günü azərbaycanlılar arasında baş vermiş və bıçaqlanma ilə müşaiyət olunan kütləvi dava nəticəsində bir nəfər ölüb. Onun meyitini Azərbaycana gətirmək üçün həmvətənləri sosial şəbəkələrdə pul toplayırlar. Ukrayna KİV-ləri yazır ki, ölən şəxsin 23 yaşı olub, o yaralı halda xəstəxanaya çatdırılsa da həkimlər həyatını xilas edə bilməyiblər. Habelə qarın boşluğundan bıçaq zərbəsi almış daha bir azərbaycanlı xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə davada daha iki nəfər xəsarət alıb.

    Muxalifet - 5-08-2019

Pages