Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
Xəzər TV-nin aparıcısının evində faciə - Oğlu komadadır, baldızı öldü - FOTO
Tanınmış telejurnalist Yusif Kərimlinin oğlu dənizdə batmaq təhlükəsilə üz-üzə qalıb.
Unikal.org xəbər verir ki, bu barədə jurnalist Anar Tağıyev sosial şəbəkə hesabında yazaraq məlumat verib:
"Teleaparıcı Yusif Kərimlinin azyaşlı övladı dünən çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır".
Muxalifet - 5-08-2019
Paşinyan asma körpüdə “Köçəri” rəqsini oynadı və Qarabağ çağırışı etdi – VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın qədim torpağı olan Dərələyəzdə (ermənilər bura Sünik vilayəti deyirlər) asma körpünün üstünə çıxaraq, “Köçəri” rəqsini oynayıb. Rəqs zamanı Paşinyanı müdafiə naziri David Tonoyan və milli təhlükəsizlik naziri Artur Vanetsyan müşahidə edib. Ermənistan mediası Paşinyanın rəqsinin “Sparapet günü” bayramı ilə əlaqədar olduğunu yazıb. Ermənilər iddia edirlər ki, bu bayram XVII əsrdə İrana qarşı “milli azadlıq hərəkatı”dır. Paşinyan rəqs edərək, tərəfdarlarını Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə çağırıb.
Muxalifet - 5-08-2019
Tanınmış aparıcının biznesmen ərinin həbs xəbəri YAYILDI
Keşmiş ANS TV-nin aparıcısı Elnarə Təhməzovanın həyat yoldaşının həbs xəbəri yayılıb. Muxalifet.az minval.İnfo-ya istinadən xəbər verir ki, məlumatda qeyd edilir ki, 2015-ci ilin avqustun 8-də ərə gedən aparıcı Elnarənin əri məşhur biznesmen Hacı Rövşən ABŞ xüsusi xidmət orqanları tərəfindən həbs olunub. İddia olunur ki, o, terror təşkilatı üçün 500 milyon dollar çirkli pul yumaqda ittiham olunub və məhkəmənin qərarı ilə ABŞ-da Rza Zərrabın da cəza çəkdiyi həbsxanaya yerləşdirilib.
Muxalifet - 5-08-2019
Böyük Britaniyada parçalanma siqnalları - Şotlandiya yenə ayrılmaq istəyir
Şotlandiyanın Böyük Britaniyadan ayrılması haqqında təkrar referendum keçirilməsi təqdirdə müstəqillik tərəfarları qələbə qazana bilərlər. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Holyrood” saytı hakim Mühafizəkarlar partiyasının üzvü Maykl Eşkroftun sifarişi əsasında keçirilən sorğunun nəticələrini dərc edib. Sorğu Şotlandiyanın 1019 sakini arasında aparılıb. Onlardan 46%-i müstəqillikdən yana səs veriblər. Respondentlərin 43%-i isə Böyük Britaniyanın tərkibində qalmaq istədiklərini söyləyiblər. 11% seçim etməkdə çətinlik çəkdiyini bildirib.
Muxalifet - 5-08-2019
ŞOK. Azərsun Holdinq duzları kanalizasiya suyundan toplayır? - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Azərsun Holdinqin inşa etdirdiyi Masazır Duz Zavodunun əsas xammal mənbəyi sayılan Mazasır gölü ekoloji fəlakətlə üzləşib.
Muxalifet.az xəbər verir ki, bu barədə Demokrat.az-a Masazır sakinləri müraciət ediblər.
Sakinlər qeyd edir ki, hazırda Masazır gölü ətrafında yerləşən bahalı villaların kanalizasiya tullantıları sözügedən mənbəyə axıdılır.
Sakinlər bildirir ki, Azərsun Holdinqə məxsus olan "Bizim duz" və "Azərduz" markaları məhz bu göldən toplanılan duzlardan hazırlanır.Muxalifet - 5-08-2019
Dənizdə dalğanın hündürlüyü 7,5 metrə catır - Nazirlikdən AÇIQLAMA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində saat 20:00-a olan hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, Sumqayıtda 22 м/s, Maştağada 38 m/s, Qum adasında 33m/s, Cilov adasında 24 m/s, Neft daşlarında 26 m/s-dək güclənib, dənizdə dalğanın hündürlüyü 7,5 metrə çatır.
Azərbaycanın rayonlarında küləyin sürəti, Neftçalada 33 m/s-dək güclənib.
Muxalifet - 5-08-2019
Paşinyanın təxribatçı selfisi İrandakı azərbaycanlıların etirazına səbəb oldu - Foto
Bu ilin 27-28 fevral tarixlərində Ermənistanın baş naziri Nikol Paşinyanın İran İslam Respublikasına səfəri yerli erməni icması üçün çətinliklər yaratdı, baxmayaraq ki, həm İran erməniləri, həm də qonşu ölkənin hökumət başçısı bu görüşdən məmnun idilər.
Virtualaz.org-un məlumatına görə, EADaily bu gün yazıb ki, çətinliklər Paşinyanın İrana səfəri zamanı etdiyi bir "diqqətsiz selfie"dən sonra ortaya çıxıb.
Muxalifet - 5-08-2019
Cavanşır Quliyevin suçladığı şəxs danışdı: “Yalandır, bu, şəxsi təşəbbüs olub”
Şərif Qurbanəliyev: "Cavanşir Quliyevin AzTV ilə bağlı ittihamları düzgün deyil"
"Bəstəkarın müsahibəsindəki müvafiq məqamlar – guya, ona qadağa məsələsinin olması, AzTV-nin və müəyyən şəxslərin adının hallanması düzgün deyil".
Bunu BakuPost-a açıqlamasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Sabah” Yaradıcılıq Studiyasının rəhbəri Şərif Qurbanəliyev deyib.Muxalifet - 5-08-2019
Azərbaycanda arvadı başqa kişilərlə əlaqədə olan ərdən ŞOK SÖZLƏR: Çılpaq şəkillərini çəkib...
Azərbaycan qadın başqa kişilərlə cinsi əlaqədə olub onu videoya çəkib.
BiG.AZ xəbər verir ki, evli ola-ola başqa kişilərlə görüşən K.A-nın (red. ad şərtidir) həyat yoldaşı bunu H.M(red. ad şərtidir) bildirib.Muxalifet - 5-08-2019
Azərbaycanda həkim baş həkimi bıçaqladı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə axşam saat 17:00 radələrində Sumqayıt şəhərinin 1-ci mikrorayonunda yerləşən “Sum Modern Dental Clinic”də qeydə alınıb.
Belə ki, orada həkim işləyən Pərviz İbrahimovla klinikanın baş həkimi Şahin Baxşəliyev arasında düşən mübahisə sonda qanla nəticələnib.
Muxalifet - 5-08-2019
“APOEL-in gücü hər kəsə məlumdur” - Qurban Qurbanov
"APOEL-in gücü hər kəsə məlumdur, hesab edirəm ki, bu haqda ətraflı danışmağa ehtiyac yoxdur. Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub, bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən".
"Qafqazinfo"nun məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
Muxalifet - 5-08-2019
"Suriya Türkiyə ilə anlaşsa nə ABŞ, nə də YPG qala bilər" - TÜRK GENERALDAN ŞOK AÇIQLAMA
Suriya Türkiyə ilə anlaşsa və ordusunu Fəratın şərqinə çəksə, bölgədə nə ABŞ, nə də YPG qala bilər. Kaş ki, bu işbirliyi baş tutsa…
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəisi general İsmayıl Hakkı deyib.
Muxalifet4 - 5-08-2019
“Çoxları soruşa bilər, cavab çox sadədir: Qarabağ Ermənistandır, vəssalam” - Paşinyandan Xankəndidə ŞOK SÖZLƏR
Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bunu Xankəndidəki mitinqdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyan çıxışına “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) şüarı ilə başlayıb: “Bütün dünyanın qürurlu ermənilərini salamlayıram və sözlərimə 1988-ci ildə bu Dirçəliş meydanını silkələyən “Miatsum”, “Miatsum” şüarı ilə başlamaq istəyirəm”.
Muxalifet - 5-08-2019
Bu ölkədə dilənçilər lisenziya almalı olacaq
İsveçdə də dilənçilər var. Özü də bu Skandinaviya ölkəsində dilənçilərə lisenziya tətbiq etmək qərarına gəliblər.
Bizimyol.info xəbər verir ki, Eskilstun şəhərinin rəhbərliyi küçədə pul yığanların müəyyən rüsum ödəməsini istəyir. Dilənçiliyə icazə üç aylıq olacaq. Bunun üçün 250 İsveç kronu (təxminən 26 dollar) ödəmək lazımdır. Sənədsiz pul yığmaq fikrinə düşənləri 4000 kron (təxminən 416 dollar) cərimə gözləyir.
Muxalifet4 - 5-08-2019
Zaur Kamal xanəndəni azan VERMƏYƏ QOYMADI: "Bura məscid deyil"
"Xəzər" televiziyasında yayımlanan "5-də 5" verilişində aparıcı Zaur Kamal xanəndə Abgül Mirzəliyevin azan verməsinə qarşı çıxıb.
Muxalifet.az xəbər verir ki, müğənni Elşad Qarayevin təklifini rədd edib:
"Səidə Dadaşova atasına pıçıldayırdı ki, Abgülün səsi çox məlahətlidir, azan da verə bilər. Bəlkə indi azan oxusun?"
Z.Kamal isə Quliyevin bu təklifini etirazla qarşılayıb:
"Məgər bura məsciddir? Olmaz! Dədə-babadan azanı məsciddə oxuyublar"./Ölkə.AzMuxalifet - 5-08-2019
Qubada 18 yaşlı oğlan atasının 47 min dollarını oğurladı - POLİSƏ MÜRACİƏT ETDİKDƏ...
Qubada oğurluq hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayonun Vladimirovka kənd sakini Kərim Əlişanov Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 47 min ABŞ dollarının naməlum şəraitdə oğurlandığı barədə məlumat verib. Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub.
Muxalifet4 - 5-08-2019
Rusiya millisinin üzvləri faciəvi şəkildə öldü - Fotolar
Rusiyanın kikboksinq millisinin üzvləri Elina Qismeyeva və Fatima Jaqupova dənizdə boğulub.
"Qafqazinfo" xəbər verir ki, hadisə Sevastopol şəhərində baş verib.
Avqustun 4-də baş verən hadisə zamanı Elina fırtınada dənizə tullanıb. Bu zaman o, körpüyə çırpılıb. Fatima isə onu xilas etmək üçün suya düşəndə boğulub.
Qeyd edək ki, Fatima ötən mövsüm dünya çempionu olub, Elina isə gümüş medal qazanıb.
Muxalifet4 - 5-08-2019
"Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da..." - PAŞİNYANA CAVAB
Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində meydanda çıxışı zamanı “Arsax Ermənistandır” deməsi daxili auditoriyaya hesablanıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı səsləndirdiyi fikirləri şərh edən politoloq Elxan Şahinoğlu deyib.
Muxalifet4 - 6-08-2019
SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - FOTO
Qazax Rayonu Üzrə Maliyyə İdarəsinin rəisi vəfat edib.
Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, xeyli vaxtdır rayonun Maliyyə İdarəsinə rəhbərlik edən Novruz Abdullayev dünyasını dəyişib.Muxalifet - 6-08-2019
Sədərək ticarət mərkəzində kütləvi DAVA
Qaradağ rayonunda bir nəfər döyülüb. Muxalifet.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4 nəfər naməlum şəxs 1985-ci il təvəllüdlü Fərman Əmirovu Sədərək Ticarət mərkəzinin ərazisində döyüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan F.Əmirov xəstəxanaya yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsləri axtarır.
Muxalifet - 6-08-2019