Axtarış
The search found 105785 results in 0.07 seconds.
Search results
DEPUTAT FƏTİYEVİN BİZNES İMPERİYASI QİTƏLƏR TANIMIR: Özbəkistan və Rusiyadakı biznesi, Avstraliyadakı qalmaqalı - FOTOLAR
“Deputat Xanlar Fətiyev Fətiyevin Özbəkistana, oradan uzaq Avstraliyaya kimi uzanan şirkətlərini də siyahıya daxil etsək, o qitələr tanımayan oliqarx kimi bir “dünya imperatoru”dur”. Bu fikirlər araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Azərbaycan parlamentinin oliqarx üzvlərindən biri olan Xanlar Fətiyevin biznesi ilə bağlı növbəti yazısından götürülüb.
Muxalifet - 5-08-2019
“Sədərək”dəki yanğında polislər həyatlarını təhlükəyə ataraq insanları belə xilas etdilər – REAL VİDEO
Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğının söndürülməsi zamanı polis əməkdaşları da böyük fədakarlıq göstəriblər.
Muxalifet.az xəbər verir ki, bu barədə hadisə şahidləri bildiriblər.
Yanğının söndürülməsində, eləcə də, insanların ərazidən təxliyyə edilməsində, xəsarət alanlara kömək etməkdə Qaradağ polisi böyük işlər görüblər.
Eyni zamanda ərazidən malların daşınmasında polislərin köməkliyi olub.Muxalifet - 5-08-2019
XƏBƏRDARLIQ: Maqnit qasırğası gözlənilir
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb. Muxalifet.az rəsədxananın saytına istinadla xəbər verir ki, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. SDO/AIA 304 görüntülərində 4 avqust /16.40 UTC-də NE kvadrantında filament (sap) püskürməsi qeydə alınıb. Koronoqraflarda CME (Coronal Mass Ejections – Tac kütlə atılması) görüntüləri əldə olunduqdan sonra analizi həyata keçiriləcək.
Muxalifet - 5-08-2019
YOL POLİSİ HƏYATININ SƏHVİNİ ETDİ: Generalın sürücüsünu saxladı, görün nələr oldu - VİDEO
Ukraynada baş verən hadisə sosial şəbəkələrdə gündəmi zəbt etməkdə davam edir.
Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, Ukraynada 5 dəqiqə sonra nələr ola biləcəyini ağlına da gətirməyən yol polisi qayda pozduğuna görə generalın sürücüsünü saxlayır. Olay da elə bundan sonra başlayır. Beş dəqiqə sonra xüsusi təyinatlılar gəlib yol polisini qandallayıb aparırlar. Polis nə qədər qarşı çıxmağa çalışsa da, səyləri nəticəsiz qalır.Muxalifet - 5-08-2019
Batumidə ərəblər və gürcülər arasında dava olub, 1 nəfər bıçaqlanıb
Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində gürcülər və ərəb turistlər arasında dava olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, insident ötən gecə şaurma kafelərindən birində baş verib.
Gürcülər və iki ərəb turist arasında yaranan mübahisə sonradan qarşıdurmaya keçib. Nəticədə əcnəbilərdən biri bıçaqla 25 yaşlı gürcü gəncə ayağından xəsarət yetirib.
Yaralı Batumi xəstəxanasına çatdırılıb.
Polis insidentlə bağlı araşdırma aparır.
Muxalifet - 5-08-2019
Vilayət Eyvazov rəisə yeni müavin təyin etdi
Daxili işlər orqanlarında yeni təyinat olub.
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə, İsa Babaşov Abşeron rayon Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.O, bu təyinata qədər Nəqliyyatda Baş Polis İdraəsində çalışıb.
Qeyd edək ki, bir neçə ay bundan öncə Abşeron rayon Polis İdarəsinə əməliyyat işləri üzrə keçmiş müavini Mehman Əliyev Balakən rayon Polis şöbəsinə rəis təyin edilib./Unikal
Muxalifet - 5-08-2019
DİQQƏT! Qaz olmayacaq
Bu gün səhər saat 08:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral kəmərində aparılan təmir işləri ilə bağlı Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.Muxalifet - 5-08-2019
Bakının mərkəzində şok - QADINI DÖYÜB, OĞURLADILAR
Bakının mərkəzində adını döyərək oğurlayıblar.
BakuPost-un məlumatına görə, hadisə Bakının tam mərkəzində- Hilton otelinin yaxınlığında qeydə alınıb.
Belə ki, dövlət nömrə nişanı 10LP677 olan "VAZ 2107" markalı avtomobildən iki nəfər düşərək, bir qadını döyüb, maşına basıb aparıblar.
Məsələ ilə bağlı BakuPost Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxlayıb.Muxalifet - 5-08-2019
Xətaidə çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə olundular
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında şaxta boyunca kommunikasiya xətləri və elektrik naqilləri 42 p.m yanıb.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 5-08-2019
Paşinyan məxfi sənədi açıqladı: "İflic vəziyyətindəyik"
Ermənistan baş naziri Nikol Paşinyan Feysbukda canlı yayım zamanı eks-prezident Serj Sərkisyan dönəminə aid olan məxfi sənəd haqqında danışıb.
Axar.az xəbər verir ki, Paşinyan sənədlə bir neçə ay əvvəl tanış olduğunu, amma məzuniyyəti zamanı onu detallı şəkildə yenidən oxuduğunu bildirib. Paşinyan sənəddə məxfiliyin nə olduğunu açıqlamayıb:
Muxalifet - 5-08-2019
Ankara HƏRƏKƏTƏ KEÇDİ: Vaşinqton razılaşmasa, Türkiyə Silahlı Qüvvələri...
Suriyanın şimalında qurulması planlaşdırılan təhlükəsiz bölgə ilə bağlı Ankara-Vaşinqton arasında görüşlər davam edir.
Bu görüşlərdən nəticə əldə edilməsə, Ankara özü hərəkətə keçəcək. Fərat çayından İraq sərhədinə qədər sülh dəhlizi qurulacaq.Muxalifet - 5-08-2019
Cəmi 700 m² qalıb, qalanı yandı - "Sədərək"lə bağlı növbəti AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyi ötən gün “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
Nazilrikdən Muxalifet.az-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Muxalifet - 5-08-2019
Paşinyan Ermənistanın bütün sirlərini açdı: "Aprel döyüşləri və Qarabağın işğalı..."
“Nikol Paşinyan Ermənistanda heç bir sirr qoymadı. Serj Sarkisyanın hakimiyyəti dövründə 2016-cı ilin aprel savaşı haqqında danışmırdılar, bu mövzuya qeyri-rəsmi qadağa var idi. Nikol Paşinyan Ermənistanda inqilab yoluyla hakimiyyətə gələr-gəlməz ordudakı korrupsiyadan danışmağa başladı. Paşinyan bunun ardınca parlamentdə aprel savaşını tədqiq etmək məqsədilə komissiyanın yaradılmasını təklif etdi. Əslində Paşinyan bu təklifi ilə aprelin Ermənistan üçün ağır nəticələrinə işarə edirdi.
Muxalifet - 5-08-2019
Radara düşən sürücünün dedikləri polisləri ŞOKA SALDI - VİDEO
Türkiyədə bir sürücü saat 120 kilometr sürətlə radara düşüb.
Muxalifet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sürücü isə özünü haqlı çıxarmağa çalışıb. Belə ki, o avtomobilin 250 kilometr sürətlə getdiyini əsas tutaraq polisləri günahkar çıxarmaq istəyib.
Bahalı avtomobilin sahibi olan sürücü 50 kilometr sürət həddi olan yolda 120 ilə hərəkət edib. Ona 235-240 min TL (72 min manat) cəza tətbiq olunub.Muxalifet - 5-08-2019
“Yüz dəfə, min dəfə üzr istəyirəm, bloqqerlərdən, jurnalistlərdən...” - EVLƏRİ SÖKÜB XALQI PREZİDENTƏ QARŞI QALDIRAN İCRA HAKİMLƏRİ ÜZR İSTƏYİR - VİDEO
Özbəkistanın Qaşqadərya, Fərqana və Xorəzm vilayətlərinin icra hakimləri (rəhbərləri) prezident Şövkət Mirziyoyevin kəskin tənbehindən sonra rəhbərlik etdikləri vilayətlərdə xalqın qarşısına çıxaraq yol verdikləri səhvlərə görə üzr istəyiblər.
Muxalifet - 5-08-2019
DƏHŞƏTLİ HADİSƏ: Anasının gözü önündə 17 yaşlı qıza təcavüz etdilər - VİDEO
17 yaşlı qıza təcavüz etmək istəyən şəxslər vətəndaşlar tərəfindən döyülüb. BiG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, anası və 5 yaşlı bacısı ilə birlikdə parkda gəzən 17 yaşlı qız iki şəxs tərəfindən cinsi istismara məruz qalıb. Bu zaman ana həmin şəxslərə müdaxilə etməyə balışıb. Hadisəni görən vətəndaşlar onlara yaxınlaşaraq iki şəxsi də döyüblər. Daha sonra polisi çağıraraq onları təhvil veriblər. İçkili olan şəxslər həbs edilib.
Muxalifet - 5-08-2019
Elmar Vəliyevin Hacıkənddə baxımsız qalan otelindən görüntülər – VİDEO
Elmar Vəliyev sahibi olduğu iddia edilən otelin inşaası bir müddətdir yarımçıq qalıb. Muxalifet.az xəbər verir ki, Gəncənin Hacıkənd qəsəbəsində inşa olunan "Arfa” otelinin tikintisi bir müddətdir ki, yarımçıq qalıb. Yeddi mərtəbədən ibarət olan olan otel kompkleksi Hacıkənd qəsəbəsinin mərkəzi hissəsində tikilib. Beş ulduzlu otellərin tələblərinə uyğun aparılan tikili təxminən iki ildir ki, aparılırdı. Artıq həmin tikinti dayandırılıb. Baxmayaraq oteldə son tamamamlanma işləri həyata keçirilirdi. Otel kompleksi Gəncə şəhərinin 19 kilometrliyində yerləşir.
Muxalifet - 5-08-2019
Sumqayıtı qara tüstü bürüdü - Dəhşətli yanğının görüntüləri
Sumqayıt şəhərində yerləşən zavodlardan birinin ərazisində yanğın başlayıb.
"Yeni Sabah" xəbər verir ki, yanğın zamanı əmələ gələn qara tüstü şəhərin bütün ərazisindən görünür.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, şəhərin İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır.
Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Muxalifet - 5-08-2019
“Qarabağ” üçün güclü rəqib - Püşk atıldı
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq. “Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Püşkatma nəticəsində APOEL - “Qarabağ” cütünün qalibinin rəqibi də müəyyənləşəcək.
Muxalifet - 5-08-2019
Qasırğa səbəbi ilə Batumidə "qırmızı xəbərdarlıq" elan edilib
Gürcüstanın Acarıstan Muxtar Respublikasından güclü yağış fəsadlara səbəb olub.
APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə Gürcüstan Daxili İşlər Nazirliyinin qaynar xəttinə güclü yağışla əlaqədar 45 yardım mesajı daxil olub.
Evlər su ilə dolub, bundan başqa, Batuminin bir sıra küçələrində drenaj sisteminin işləməməsi nəticəsində avtomobil yollarında daşqın yaranıb.
Eyni zamanda çətin hava şəraiti Qara dənizin Batumi sahilində qasırğaya səbəb olub. Qasırğa səbəbi ilə "qırmızı xəbərdarlıq" elan edilib və çimərliklərdən istifadə qadağan olunub.
Muxalifet - 5-08-2019