Axtarış

The search found 105785 results in 0.045 seconds.

Search results

  1. Sabiq nazir oğlu və həyat yoldaşının yaxta gəzintisi - FOTOLAR

    "Eurovision" təmsilçimiz Safurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə yaxta gəzintisindən görüntülər yayıb.
    Qaynarinfo xəbər verir ki, uzun müddətdir İstanbulda yaşayan cütlük yaxta ilə gecə gəzintisinə çıxıb. Onlarla birlikdə Xalq artisti Elçin Əzizov və həyat yoldaşı Həmidə Məlikova da gəzintə qatılıb.
    Qeyd edək ki, Safurə Əlizadənin həyat yoldaşı Fərhad Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur.

    Muxalifet - 5-08-2019

  2. RAYON POLİSİ OĞRULARI HƏBS ETMƏK İSTƏMİR? – Məcburi köçkün DİN nazirindən kömək istəyir

    Laçın rayonu Hacılar kəndindən məcburi köçkün, hal-hazırda Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində “Qış obaları” adlanan ərazidə məskunlaşan Allahverdiyeva Gülmayə Hümbət qızı ölkə Prezidenti İlham Əliyevə, 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya və eləcə də Daxili İşlər naziri Vilayət Eyvazova və Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıb.

    Muxalifet - 5-08-2019

  3. İran Azərbaycanla sərhədi bağladı, sıxlıq yarandı – VİDEO

    İrandan Azərbaycana gələn vətəndaşlarımız problemlərlə üzləşiblər.
    Muxalifet.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə bildiriblər. Qeyd edilir ki, Astara-İran keçid məntəqəsində səhər saatlarından sərhəd bağlanıb.
    Problem İran sərhədçiləri tərəfindən yaradılıb. Bildirilir ki, sistem işləmədiyi üçün sənədlərin yoxlanışı dayandırılıb.
    Qeyd edək ki, Azərbaycandan da irana keçmək mümkün deyil. 

    Muxalifet - 5-08-2019

  4. Xəzərdə HƏYƏCAN - SOCAR 700-ə yaxın işçini təxliyə etdi

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı və Abşeron yarımadasındakı güclü küləklə əlaqədar Xəzər dənizindəki obyektlərdən 700-ə yaxın işçini təxliyə edib.
    ARDNŞ-dən Muxalifet.az-a verilən məlumata görə, dənizdə təhlükəsizlik məqsədləri ilə əlaqədar açıq havada işlər dayandırılıb.
    Qeyd edək ki, bu gün Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-28, bəzən 30-35 metrədək çatır.

    Muxalifet - 5-08-2019

  5. SOS! Xaricə kütləvi “beyin aхını” - Azərbaycan onlara sahib çıxmasa, fəlakət olacaq

    "Son illər xaricə köç edənlərin arasında mühüm yer tutan və ciddi narahatçılığa səbəb olan hallardan biri də Azərbaycandan olan beyin axınıdır. Azərbaycanın inkişafında müstəsna rol oynayacaq, ölkənin iqtisadiyyatına, elminə və mədəniyyətinə töhfə verməli olan insanların xaricə axını əslində hakimiyyəti də ciddi narahat etməlidir”.

    Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, bunu Almaniyada yaşayan tanınmış hüquqşünas, "Leqat” hüquq firmasının rəhbəri Əlövsət Əliyev deyib.

    Muxalifet - 5-08-2019

  6. ​“Barselona”da Messi şoku

    “Barselona” klubu ciddi itki ilə üzləşib.
    Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
    Komandanın son məşqində zədələnən Messi, “Barselona”nın ABŞ-da keçirəcəyi təlim-məşq toplanışında iştirak etməyəcək.

    Muxalifet - 5-08-2019

  7. Bakının mərkəzi prospektində işıq dirəkləri yolun ortasına aşdı - TIXAC YARANDI

    Bu gün Bakıda müşahidə edilən güclü külək müxtəlif fəsadlar törətməkdədir.
    Bir neçə dəqiqə əvvəl şəhərin mərkəzi prospektlərindən olan Tbilisi prospektində külək 2 işıq dirəyini aşırıb.
    Dirəklər yolun hərəkət hissəsinə düşüb və yolda böyük tıxac yaranıb./Publika

    Muxalifet - 5-08-2019

  8. Toy karvanında qəza - Yaralananlar var

    Mingəçevir şəhərində toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.

    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində  qeydə alınıb.

    Belə ki, toy karvanında olan "Volkswagen" markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq hərəkətə davam edib və hərəkətdə olan "BMW" markalı avtomobilin qarşısına çıxıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

    Muxalifet - 5-08-2019

  9. Evi sənədsiz olanların DİQQƏTİNƏ: Yaxın günlərdə...

    Son günlər ən çox müzakirə edilən məsələlərdən biri “riskli ərazi” hesab edilən torpaqlarda inşa olunan qeydiyyatsız evlərə kompensasiyanın verilib-verilməməsidir.
    “Evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır”.
    Muxalifet.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov sənədsiz evlərlə bağlı irəli sürdüyü təklifdə bildirib.

    Muxalifet - 5-08-2019

  10. Azərbaycanda RƏZALƏT: Ana hamilə qızını ikinci ərinə görə küçəyə atdı - FOTO

    Azərbaycanda ana hamilə qızını ikinci ərinə görə küçəyə atıb. BiG.AZ xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O, bildirib ki, ana əri tərəfindən tərk edilmiş hamilə qızını küçənin ortasında atıb gedib. Polis qızın durumunu ürək ağrısı ilə qarşılayıb. Qadın 13 yaşında olarkən qızını ikinci ərindən ötrü atasının evinə göndərib. Atasının evində az yaşlı qız psixi, fiziki zorakılığa məruz qalıb. Ən acınacaqlısı isə ana qızının evli kişiyə ərə verilməsinə göz yumub. Bu gün isə hamilə qızını küçəyə atıb gedib".

    Muxalifet - 5-08-2019

  11. Bakıda və Abşeronda qasırğa: ağaclar aşır, evlərin damı uçur, xəsarət alanlar var... - VİDEO / FOTOLAR / YENİLƏNİB

    Saat 15:00-a olan məlumata görə, güclü külək Səbail rayonunda, Filarmoniyanın yaxınlığında ağacı qıraraq 20 yaşlı qadının üstünə aşırıb.

    Nəticədə qadın ağır yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-un sorğusuna cavab olaraq bildiriblər ki, hadisə yerinə təcili tibbi yardım çağrılıb və qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti orta ağırdır.

    *** 14:54

    Muxalifet - 5-08-2019

  12. OĞRU ALƏMİNİN GİZLİNLƏRİ: Dünyada ən çox qanuni-oğrular hansı ölkədədir? - VIDEO

    Qanuni oğru və ya qanunda oğru - dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. 

    Muxalifet - 5-08-2019

  13. DYP-dən küləklə bağlı sürücülərə müraciət​

    Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı bütün hərəkət iştirakçılarına müraciət edib. Musavat.com-a daxil olan müraciətdə Bakı şəhəri və respublikanın digər ərazilərində hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilib. Bildirilir ki, sürücülər nəqliyyat vasitələrinin hündür binaların yaxınlığında, balkonların altında saxlamasınlar: “Belə ki, binanın fasadından düşən parçalar nəqliyyat vasitələrinə, sürücü və sərnişinlərə xəsarət yetirə, əmlaka ziyan vura bilər.

    Muxalifet - 5-08-2019

  14. "Manafın 6 toyuna getmişəm, hərəsinə də 300, 200... qızımın toyuna cəmi 500 manat pul saldı" - Xanım sənətçi canlı efirdə NARAZILIQ ETDİ

    Təxminən 2 il öncə övladlığa götürüb saxladığı doğma qardaşı qızını ərə verən Mənzurə Musayeva Manaf Ağayevin toya saldığı məbləği açıqlayıb. Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bu açıqlamanı xanım ifaçı "Hər şey daxil"in reklam arasında aparıcı Tarix Əliyevin (Tolik) suallarını cavablandırarkən verib. Mənzurə "qızının" toyuna Manafın 500 manat pul yazdırdığını bildirib: "Manaf toya 500 saldı. Az saldı da! Mən Manafın 6 toyuna getmişəm - Ev gördüsünə, xınayaxdı, uşaqlarının toyuna, hər bir şeyinə getmişəm. Hərəsinə də 300, 200... Onu hesablayanda gəlir 1500-ə çıxır".

    Muxalifet - 5-08-2019

  15. Paşinyan Qarabağa gəldi

    Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
    Publika.az xəbər verir ki, bu barədə Paşinyan öz Feysbuk səhifəsində məlumat yayıb.
    O, Feysbuk səhifəsinə həyat yoldaşı və Qarabağda hərbi xidmət keçən oğlu ilə birgə fotosunu yerləşdirib.
    Qeyd edək ki, Paşinyan Xankəndidə mitinq keçirməyi planlaşdırır.

    Muxalifet - 5-08-2019

  16. Sibirdəki yanğınlaırn əsas səbəbi elan edildi - insan faktoru

    Sibir bölgələrində baş verən böyük meşə yanğınlarının əsas faktoru kimi odla ehtiyatsız davranış göstərilib.

    Bu barədə TASS agentliyi Rusiya Fövqaladə Hallar Nazirliyinə istinadən xəbər yayıb.

    Nazirlik nümayəndəsinin agentliyə verdiyi məlumatda alışma ocaqlarının əksəriyyətinin yol kənarlarında olmasının onları belə bir qənaətə gəlməyə sövq etdiyini bildirib.

    Bundan başqa, qurum xilasedicilərin və hərbçilərin sayəsində meşə yanğınlarının ərazisini 25%-ə qədər, daha doğrusu, 1 milyon hektara qədər azaltmağa nail olduqlarını xəbər edib.

    Muxalifet - 5-08-2019

  17. Dənizdə batan 29 yaşlı Pərviz görün kimin oğlu imiş - FOTOLAR

    Xəbər verdiyimiz kimi, avqustun 2-də Novxanı çimərliyi ərazisində 1990-cı il təvəllüdlü Pərviz Məmmədov dənizdə boğularaq dünyasını dəyişib.
    Muxlifet.az-ın xeberle.com-a istinadən məlumatına görə, P.Məmmədov Sumqayıt şəhər Vərəm Əleyhinə Xəstəxananın həkimi Adil Məmmədovun oğludur.
    Mərhum avqustun 13-də 29 yaşını qeyd edəcəkdi. 
    Pərviz Məmmədovun fotolarını təqdim edirik:

    Muxalifet - 5-08-2019

  18. Deputatın məşhur istirahət mərkəzində anormal vəziyyət – “Baxmağa da pul aldılar”

    Lerik rayonunda yerləşən, deputat İqbal Məmmədova məxsus Relax İstirahət Mərkəzi pis və baha xidmətə görə müştərilərin qəzəbinə tuş gəlib. İstirahət mərkəzə getmiş Sevin Hüseynova BakuPost-a deyib ki, müştərilərə həddindən artıq pis münasibət var. Bundan əlavə istirahət mərkəzinə sadəcə baxmaq üçün də pul tələb olunur: "Heç kimə ora getməyi məsləhət görmürəm. İçəri girdik ki, həm otel ilə tanış olaq, həm də nahar edək. Bildirdilər ki, adambaşı 5 manat verin keçin. Hələ ən gülməlisi odur ki, 2-4 yaşlı uşaqlardan da 5 manat pul tələb edirlər. 0-5 yaş hər yerdə ödənişsizdi”.

    Muxalifet - 5-08-2019

  19. “Sədərək” yanğınında dəyən ziyan milyonlarla ölçülə bilər – “Azı 16 anbar kül olub…”

    “Sədərək” ticarət mərkəzində ötən gün baş vermiş güclü yanğın nəticəsində 10-dan çox anbar kül olub. Hazırda ərazi polis nəzarətindədir, yanğının baş vermə səbəbini araşdırmaq üçün istintaq qrupu hadisə yerində araşdırma aparır.  

    Virtualaz.org saytının əməkdaşları  hadisə yerindən xəbər verirlər ki, yanğının bürüdüyü anbarlardan və mağazalardan çıxarılmış mallar küçəboyu yığılıb, bəziləri tüstüdən, yaxud sudan yararsız hala düşüb. Mallar sahibkarların iştirakı ilə bu gün tezdən iritutumlu yük maşınları ilə daşınır.

    Muxalifet - 5-08-2019

  20. Azərbaycanda vəzifəli şəxs həbsxanadan çıxandan sonra vəfat etdi - FOTO

    Uzun müddət Lənkəran səhiyyə şöbəsinin müdiri olmuş rayonun tanınmış həkimlərindən Nurəddin Qurbanov vəfat edib. N.Qurbanov dünən Lənkəran şəhərində xəstəlik səbəbindən 70 yaşında dünyasını dəyişib. Qeyd edək ki, N.Qurbanov barəsindəki pul mənimsənilməsi şikayətindən sonra 2014-cü ildə işdən çıxarılmış və daha sonra həbs edilmişdi. Bir müddət həbsxana həyatı yaşayan həkim azadlığa çıxandan sonra xəstəliyi ilə mübarizə aparıb./Publika

    Muxalifet - 5-08-2019

Pages