Axtarış
The search found 105785 results in 0.035 seconds.
Search results
Prezidentin tapşırdığı problem nə vaxt həll olunacaq?
Bu günlərdə mediada "Çinici” mağazalar şəbəkəsində nağd ödənişlərin stimullaşdırılması ilə bağlı kampaniya aparılması tənqid edildi. Yayılan məlumatlardan aydın olurdu ki, mağazalar şəbəkəsindən alış-veriş edərkən qiyməti nağd ödəyən müştərilərin bonus kartına bonuslar 100 faiz ödənir, kartla ödəyən müştərilərə isə 50 faiz. Maraqlıdır ki, "Çinici”nin nümayəndəsi bunu özlərinin daxili işi adlandırmış, kampaniyanın heç bir qanun-qaydaya və aparılan siyasətə zidd olmadığını bildirmişdi.
Muxalifet - 6-08-2019
Gürcüstan Azərbaycandan dizel yanacağı almaqdan İMTİNA ETDİ
Gürcüstan Azərbaycandan dizel idxalını dayandırır. Virtualaz.org bildirir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası məlumat yayıb. “Moskva-Bakı” portalının yazdığına görə, bu barədə qərar Gürcüstanın Neft İdxalçıları Birliyi tərəfindən təşkil olunan seminarda elan edilib. Qeyd olunub ki, 2020-ci il yanvarın 1-dən Gürcüstanda Avro-4 dizel yanacağının istifadəsi qadağan ediləcək. Ölkədə yalnız Avro-5 standartlarına cavab verən dizeldən istifadə ediləcək. Bu səbəbdən Gürcüstana Azərbaycandan dizel idxalı dayandırılacaq. Dizelin Rusiyadan alınacağı bildirilir.
Muxalifet - 6-08-2019
BMT-dən İtaliyanın qərarına - Sərt reaksiya
BMT Aralıq dənizində qeyri-leqal miqrantları xilas edən gəmilərə qarşı cəza tədbirlərinin görülməsi ilə bağlı İtaliya parlamentinin qəbul etdiyi qərarı sərt tənqid edib.
Muxalifet3 - 6-08-2019
Paşinyan bununla açıq bəyan etdi ki... - İcma sədri
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “Pan-Ermənistan oyunları” ilə bağlı bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, bəyanatda deyilir:Muxalifet3 - 6-08-2019
Dubay-Bakı-Dubay aviareysi ləğv edildi
Avqustun 6-da həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.
Muxalifet.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 21:50-də “FZ 8945” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub. Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 22:50-də Bakıdan Dubay istiqamətində “FZ 8946” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.Muxalifet3 - 6-08-2019
Misir Süveyşdən 104 milyard gəlir götürdü
2018-2019-cu maliyyə ili ərzində Misir Süveyş kanalının mövcud olduğu bütün tarix ərzində bu kanalın istismarından dövlət xəzinəsinə rekord məbləğdə - 104,2 milyard Misir funtu (təqribən 6 milyard ABŞ dolları) həcmində illik gəlir əldə edib.
Muxalifet.az xəbər verir ki, Süveyş kanalı administrasiyasının sədri Möhəb Məmiş Yeni Süveyş kanalının istifadəyə verilməsinin dördüncü ildönümünə həsr edilmiş mətbuat konfransında bu barədə danışıb. Onun sözlərinə görə, dörd il ərzində bu su arteriyasının gəliri 317,2 milyard Misir funtu (təqribən 19 milyard ABŞ dolları) olub.Muxalifet3 - 6-08-2019
Türkiyənin qarşısını ancaq bu ölkə ala bilər - Kobani
Türkiyə Fəratın şərqində əməliyyat başlatsa, geri çəkilmək məcburiyyətində qalacağıq.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə YPG-yə bağlı Suriya Demokratik Qüvvələrinin komandiri Mazlum Kobani çıxış edib.
"Türkiyənin mövqeyinə təsir edəcək və bizə yönəlik təhdidlərə son verəcək tək gücün ABŞ olduğuna inanırıq. Türkiyəni ancaq ABŞ dayandıra bilər", - Kobani söyləyib.
Muxalifet3 - 6-08-2019
ABŞ-ın məqsədi dünyanın hər yerində... - Patruşev
ABŞ-ın məqsədi dünyanın hər yerində hakimiyyəti ələ keçirməkdir. Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxış edib. "Biz heç bir yerdə raket yerləşdirən ilk tərəf olmayacağıq. ABŞ Rusiyanın milli təhlükəsizliyini təhdid edəcək silahlar yerləşdirməyə başlasa, bu silahların harada və nə qədər yerləşdirildiyindən asılı olaraq müvafiq cavab veriləcək. ABŞ-ın nüvə müqaviləsini tərk etməsi, dünyanın hər yerində hakimiyyəti ələ keçirmək niyyətində olduğunu göstərir", - Patruşev qeyd edib.
Muxalifet3 - 6-08-2019
Putinlə görüş: Paşinyan Qarabağda nəyə hazırlaşır?
Politoloq İlqar Vəlizadənin axar.az -a müsahibəsini təqdim edirik:
- Paşinyan hazırda Qarabağdadır. Son iki ay ərzində erməni baş nazirin klanla əlaqələrindəki gərginlik pik həddə çatıb. Gərginliyin belə pik həddə olduğu dönəmdə Paşinyan Qarabağda nəyə nail olmaq istəyir?
- Bu səfər “erməni oyunları”na həsr olunsa da, reallıqda əsas məqsəd Paşinyanın qondarma "dqr"də öz dayaqlarını möhkəmləndirməsidir. Paşinyan İrəvanda olduğu kimi, Dağlıq Qarabağda da "hakimiyyət dəyişikliyi" planlaşdırır. Bununla o, Qarabağ klanının dayaqlarını tamamilə məhv etmək niyyətindədir.Muxalifet3 - 6-08-2019
Sürücülərin DİQQƏTİNƏ: Bu ərazidə hərəkət məhdudlaşdırılır
Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 7-də səhər saat 8:00-dən Abdulla Şaiq küçəsindən Nəriman Nərimanov prospektinə keçid üçün nəzərdə tutulmuş geriyədönmə yeri nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sürücülərdən alternativ yol kimi Fuad İbrahimbəyov küçəsindən istifadə etmələri xahiş olunur. Təmir-tikinti işlərinin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.Muxalifet3 - 6-08-2019
Qrenlandiya yer üzündən silinə bilər - VİDEO
Qrenlandiya yer üzündən silinmə təhlükəsi qarşısındadır: bir gün ərzində adada 12 milyard ton buz əriyib.
Muxalifet.az-ın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, bu, mütləq rekord göstəricidir.
Danimarkalı rejissor dəhşətli kadrları çəkməyi bacarıb. Videodan da göründüyü kimi, nəhəng buzlaqları su axını əvəzləyib. Buna səbəb hava şəraitinin görünməmiş dərəcədə isti keçməsidir. İsti iqlim şəraiti Avropadan Arktikaya da keçib.
Bir həftədir ki, Qrenlandiyada hava tempraturu müsbət 22 dərəcədən aşağı düşmür. Təkcə bu yay ada buzlaqlarının 60 faizini itirib.Muxalifet3 - 6-08-2019
Dünya əhalisinin dörddəbir hissəsi... - ŞOK STATİSTİKA
Dünya əhalisinin təqribən dörddəbir hissəsi su qıtlığının yüksək həddə çatdığı 17 ölkədə yaşayır.
Bu barədə məlumatı Dünya Resursları İnstitutu (WRI) yayıb.
Su qıtlığından ən çox əziyyət çəkən ölkələr bunlardır: Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, BƏƏ, San-Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana. Bu ölkələr Yaxın Şərqdə və Şimali Afrikada yerləşir.
Bu siyahıda 13-cü yeri tutan Hindistanın əhalisi qalan 16 ölkənin hamısının əhalisindən 3 dəfə çoxdur.Muxalifet - 7-08-2019
Paşinyan Qarabağda sərsəmlədi, Bakıdan sərt cavab aldı
Ermənistanın baş naziri Xankəndində eyforiyaya qapılıb ağlına və ağzına gələni danışdı; İrəvan müharibə yolunu seçir?..
Muxalifet - 7-08-2019
Qarabağdan gətirilmiş dəstə prezident administrasiyasının zirzəmisində gizlənir və atəş açır... - BBC SƏNƏDLƏRƏ EKSKLÜZİV ÇIXIŞ ƏLDƏ ETDİ
BBC rus xidməti Yerevanda 2008-ci il martın 1-də baş vermiş hadisələrin-prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxanlara ordu tərəfindən atəş açılmasının istintaqına dair sənədlərə eksklüziv çıxış əldə edib. Muxalifet.az xəbər verir ki, bu sənədlərə əsasən Levon Ter-Petrosyanın tərəfdarlarına Qarabağdan aparılmış ordu bölmələri atəş açıb, onlara komandanı isə general Samvel Karapetyan (Ohanovski) verib. Xatırladaq ki, həmin hadisələr zamanı 10 nümayişçi həlak olub, yüzdən çox adam yaralanıb.
Muxalifet - 7-08-2019
Bakıda ailə DRAMI: Keçmiş xanımını avtomobillə vurdu, sonra bıçaqladı
Bakıda kişi əvvəlcə keçmiş həyat yoldaşını avtomobillə vurub, daha sonra onu və anasını bıçaqlayıb.
Sabunçu RPİ-dən APA-ya verilən məlumata görə, Bakıxanov qəsəbəsində 1977-ci il təvəllüdlü Fədai Atakişiyev idarə etdiyi "Opel" markalı avtomobillə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişiyevanı vurub. F.Atakişiyev avtomobilindən düşərək əvvəlcə R.Atakişiyevanı bıçaqlayıb. Daha sonra onun anası Narın Ağayevaya da bıçaqla xəsarət yetirib.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Muxalifet - 7-08-2019
ABŞ TÜRKİYƏYƏ «YEKUN TƏKLİF» GÖNDƏRİB – Ərdoğan Fəratın şərqinə can atır
Donald Trampın administrasiyası Türkiyə ordusunun Suriyanın şimal-şərqinə girməsinin qarşısını almaq üçün son cəhdlərini göstərir. «Vaşinqton Post» qəzetinin yazdığına görə, bu, növbəti iki həftə ərzində baş verəcək.
Türkiyə ordusunun on minlərlə hərbçisi Suriya ilə sərhəddə cəmləşib – onarın tərkibində xüsusi əməliyyatlar qüvvəsinin bölmələri də var ki, onlar Ankaranın Suriyada bundan əvvəlki iki missiyasında iştirak ediblər.
Muxalifet - 7-08-2019
DƏHŞƏT: Azərbaycanda sürücü “Hummer”ə və özünə od vurdu - Cərimə meydançasında
Şəmkir rayon Dövlət Yol Polisinin cərmə meydançasında sürücü idarə etdiyi "Hummer" markalı avtomobilini və özünü yandırıb.
Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə nəticəsində cərimə meydançasında olan "VAZ 21 011" markalı avtomobil də alışıb.
İlkin məlumatlara görə xəsarət alan şəxs Gəncədə yerləşən özəl xəstəxanalardan birinə gətirilib vəziyyətinin ağır olduğu deyilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil
Xəsarət alan şəxsin adı Həsənov Fuad Aydın oğludur. O. Şəmkir rayon sakinidir.Muxalifet - 7-08-2019
“Taxta bazarı”nda son durum: Rusiyada meşə yanğınları qiymətlərə təsir edibmi? - əməkdaşımızın qeydləri
Satıcılar bildirdilər ki, burada hamı taxtanı qonşu ölkədən gətirir və...
Rusiyanın Sibir bölgəsi və şərqində ötən həftədən etibarən davam edən yanğın nəticəsində 3 milyon hektardan artıq meşə sahəsi kül olub. Bununla bağlı Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, 20 fərqli bölgədə, 500 yaşayış məntəqəsi tüstü dumanından təsirlənib və 15 min işçi bölgəyə cəlb olunub.
Muxalifet - 7-08-2019
SON DƏQİQƏ: Xalq artisti Bakıda qəzaya düşdü - FOTOLAR
Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Heydər Əliyev prospekti ilə Mərdan Musayev küçəsinin kəsişməsində qeydə alınıb.
Bildirilir ki, yol qəzası zamanı "Chery Tiggo", "Mercedes Vito" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.
Yol qəzasının səbəbləri hazırda polis tərəfindən araşdırılır.
Qeyd edək ki, "Chery" markalı avtomobili xalq artisti, aktyor Əjdər Həmidov idarə edirmiş.Muxalifet - 7-08-2019
Ukraynadan “qaçan” Poroşenko bu gecə ölkəyə döndü - Video
Bir neçə həftə əvvəl ailəsi ilə bərabər Ukraynanı tərk edən ölkənin keçmiş prezidenti Petro Poroşenko geri dönüb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Strana.ua” saytı xəbər verib.
Laynerin Bakı vaxtı ilə saat 03:30 radələrində Kiyevin “Julyanı” hava limanında eniş etdiyi bildirilir. Nəşrin müxbirlərinin sözlərinə görə, layner endikdən sonra bütün sərnişinlər avtomobillərə əyləşib hava limanının ərazisini tərk edib.Muxalifet - 7-08-2019