Axtarış

The search found 105785 results in 0.116 seconds.

Search results

  1. PAŞİNYAN HAKİMİYYƏTİ İTİRƏCƏK, YOXSA KƏLLƏSİNİ? – Təhlil

    Azərbaycanın rəsmi hökuməti Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri üzrə bölməsinin müdiri Hikmət Hacıyevin simasında Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndidəki mitinqdə "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” bəyanatına sərt reaksiya verib.
    Hacıyev Ermənistan baş nazirinin bəyanatını "bölgəni təhlükə və risklərlə üz-üzə qoyan destruktiv və fitnəkar”, "Ermənistanın əsil məqsədinin işğal olduğunun növbəti aşkar nümayişi” adlandırıb.

    Muxalifet - 7-08-2019

  2. Söyüş üstündə tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU

    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Adil Qazıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
    Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
    Məhkəmənin hökmü ilə Adil Qazıyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet - 7-08-2019

  3. Bakıda “qəzalı” adı ilə tarixi bina sökülür - Foto

    Bakıda daha bir tarixi arxitektur bina sökülür.

    “Yeni Sabah” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərlərdə bildirilir ki, artıq dünəndən Nikola Tesla heykəlinin arxasında yerləşən arxitektur binanın söküntüsünə başlanılıb. 

    Binanın ötən əsrin ortalarında inşa olunduğu bildirilir. Söküntü ilə bağlı binanın üstünə ağır texnika çıxarılıb. Sosial şəbəkə istifadəçiləri Nəsimi icra Hakimiyyətinin bu addımını tənqid edib və Bakıdakı daha bir tarixi binanın dağıdılmasına etirazlarını bildiriblər.

    Muxalifet - 7-08-2019

  4. Oğlu həbsdə olan atadan dəhşətli ƏMƏL

    Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

    Muxalifet - 7-08-2019

  5. Atambayev təslim olmur, silahlı müqavimət göstərir - YENİLƏNİB / VİDEO

    Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin xüsusi təyinatlıların bu gün başlatdığı əməliyyat zamanı saxlanıldığı təsdiqlənməyib. RİA Novosti bildirir ki, keçmiş prezident evindədir və müqavimət göstərir, atəş səsləri eşidilir.Atambayevin 300-ə yaxın tərəfdarı onun evinə girməyə çalışır. Keçmiş prezidentin tərəfdarları ilə xüsusi təyinatlılar arasında qarşıdurma yaranıb. Onlardan bəziləri xüsusi təyinatlılarrı döyməyə çalışır, bir neçə xüsusi təyinatlı Atambayevin tərəfdarları tərəfindən tutulub.

    Muxalifet - 7-08-2019

  6. Ermənistan ordusunda BİABIRÇILIQ: zabitlər əsgərləri...

    Ermənistanın işğalı altındakı Ağdərə rayonu ərazisində, Madagiz kəndindəki düşmənin hərbi hissəsində zabitlərin əsgərlərə qarşı zorakılıqları davam edir.

    Muxalifet - 7-08-2019

  7. Bakıda yaşayış binasında yanğın baş verib

    Bakıda yaşayış binasında yanğın baş verib.

    "Report" xəbər verir ki, hadisə Azadlıq prospektindəki 9 mərtəbəli binanın ikinci mərtəbəsində başlayıb.

    Əraziyə iki yanğınsöndürən maşın cəlb edilib.

     

    Muxalifet - 7-08-2019

  8. Sabiq nazir Fazil Məmmədovu gətirən helikopter Gəncəyə endi — FOTOLAR

    Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovu daşıyan helikopter Gəncənin "Kəpəz" futbol klubunun yardımçı stadionuna enib. 
    Muxalifet.az-ın məlumatına görə, helikopter təxminən 2 saatdan artıq həmin ərazidə olub. Daha sonra isə oranı tərk edib. 
    İddialara əsasən, helikopterin içərisində Fazil Məmmədov da olub. Sabiq nazirin Gəncədəki özəl xəstəxanalardan birinə müayinəyə gəldiyi ehtimal edilir. 
    Həmin helikopterin fotosunu təqdim edirik.(BAKU.WS)

    Muxalifet - 7-08-2019

  9. ​Azərbaycanda BİABIRÇI HADİSƏ: 48 yaşlı kişi arvadının xalası qızı ilə... - FOTO

    Azərbaycanda kişi 18 illik həyat yoldaşını onun xalası qızı ilə aldadıb. 
    BiG.AZ xəbər verir ki, bunu xəyanətə uğrayan Mehriban deyib. 

    Muxalifet - 7-08-2019

  10. Çempion mövsümə kubokla başladı - VİDEO

    Türkiyə Super Kubokunun növbəti qalibi son çempion "Galatasaray" klubu oldu. "Akhisarspor"u 1-0 hesabı ilə məğlub edən "Galatasaray" bu kuboka 6-cı dəfə yiyələndi. Matçda yeganə qolu 39-cu dəqiqədə Yunes Belhanda vurub.

    Muxalifet - 8-08-2019

  11. Atambayev xalqa atəş açmamağı tələb etdi - Video

    Evi xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev ölkənin güc strukturlarına müraciət edib. 

    “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Atamabayev onlardan xalqa atəş açmamağı tələb edib.  

    “İnterfaks” yazır ki, Qığızıstanın Daxili İşlər nazirinin müavini Kursan Asanov ölkənin keçmiş prezidenti Almazbek Atambayevin tərəfdarları ilə danışıqlara başlayıb. Danışıqlarda Atambayev tərəfdən keçmiş deputatlar Ravşan Jeenbəyov, Asel Koduranov çıxış edirlər.   

    Muxalifet - 8-08-2019

  12. Əfsanəvi "qanuni oğru" "Yaponçik"in "öldürülən" ən yaxın adamı SAĞ İMİŞ - ŞOK VİDEO

    Əfsanəvi "qanuni oğru" "Yaponçik"in ən yaxın silahdaşı hesab edilən Aleksey Petrov sağ imiş.
    "Ölkə.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, "Lenya Xitrıy" kimi tanınan kriminal avtoritetin avqustun 2-də Ukraynanın Zaporojiye vilayətində öldürüldüyü deyilsə də, həmin şəxsin sağ qaldığı bəlli olub.
    Qeyd edək ki, avqustun 2-də iki nəfər ona yaşadığı evin həyətində çoxsaylı bıçaq zərbələri endirmiş və bu görüntülər təhlükəsizlik kameralarına düşmüşdü.

    Muxalifet - 8-08-2019

  13. ​Ramzan Kadırovdan Şeyx Şamilə böyük hörmətsizlik

    Çeçenistan rəhbəri Qafqazın qəhrəmanını çeçen xalqına divan tutmaqda, rus çarından zadəganlıq alıb mübarizəsini dayandırmaqda suçladı
    Çeçenistan rəhbəri, daima və hər yanda özünü Rusiya prezidenti Vladimir Putinin şəxsi əsgəri adlandıran Ramzan Kadırov Qafqaz xalqlarının qəhrəmanı Şeyx Şamilə böyük hörmətsilzik edib.
    Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, R.Kadırov “Çeçnya segodnya” agentliyinə verdiyi müsahibədə imam Şamilin apardığı savaşların Qafqaz xalqlarının sayını azaltdığını deyib.

    Muxalifet - 8-08-2019

  14. "Bəxt üzüyü"nün illərə meydan oxuyan 64 yaşlı Sedasından YENİ FOTOLAR

    "Bəxt üzüyü" filminin Sedası, aktrisa-müğənni Firəngiz Rəhimbəyova doğum gününü qeyd edib.
    Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, o, doğum günü yaxınlaşdıqca kədərləndiyini bildirib, eyni zamanda bu reallığın qaçılmaz olduğunu qeyd edib.
    Təbrik edənlərə təşəkkürünü bildirən 64 yaşlı aktrisanın illərə meydan oxuyan fotolarını təqdim edirik.

    Muxalifet - 8-08-2019

  15. Paytaxtın əsas yollarında sürət həddi endirildi

    Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanl avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
    Bakı Nəqliyyat Agentliyindən (BNA) Muxalifet.az-a verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

    Muxalifet - 8-08-2019

  16. İşğalçı ordu haqda şok faktlar - İrəvanda saxta məhkəmələr

    Düşmən ölkə rəhbərinin 7 arzusu və... onları əlçatmaz edən tək Qarabağ gerçəyi; erməni hüquq müdafiəçisi mediaya: “Ordudakı cinayətlər dərc ediləndən qat-qat çoxdur...” Azərbaycan siyasi gündəminin əsas mövzularından biri Ermənistan baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki mitinqdə etdiyi təxribatçı çıxışdır. Daha çox da onun orada “Arsax (”Dağlıq Qarabağ"- “YM”) Ermənistanındır" sərsəmləməsidir. Ancaq həmin çıxışda erməni rəhbər heç vaxt reallaşmayacaq başqa fantastik arzu-istəklərini də dilə gətirib - hansılar ki, diqqətdən kənarda qalıb.

    Muxalifet - 8-08-2019

  17. Mahmudov Usubovun əleyhinə ifadə almaq istəyib – SENSASİON İDDİALAR

    “Hacı Məmmədovla üzləşdirmədən sonra uzun müddət Zakir Nəsirovun iştirakı ilə heç bir istintaq hərəkəti aparılmadı. Bunun əvəzində MTN-nin yüksək rütbəli əməkdaşları (indi həbsdə olan) qanunsuz olaraq qeyri-rəsmi qaydada mənim iştirakım olmadan onunla görüşərək müəyyən adamların adını çəkməsi müqabilində kömək edəcəklərini vəd etdilər. Nəsirova deyilirdi ki, onun seçimi çox məhduddur, ya ifadə verb canını qurtaracaq, ya da ömürlük həbs cəzası alacaq”. “Yeni Sabah” xəbər verir ki, bunu tanınmış vəkil Adil İsmayılov deyib.

    Muxalifet - 8-08-2019

  18. “Bunun axırı pis qurtaracaq, qırğızlar kolxoz sürüsündə qoyun deyil...” - ATAMBAYEVİN MÜRACİƏTİ - VİDEO

    Qırğızıstanın keçmiş prezidenti, sığındığı Koy-Taş iqamətgahına xüsusi təyinatlılar tərəfindən dünəndən etibarən basqın həyata keçirilən Almazbek Atambayev videomüraciətlə çıxış edib və güc strukturlarını “özbaşınalıqları dayandırmağa” çağırıb.

    Virtualaz.org “Azadlıq” radiosunun qırğız xidmətinə istinadən xəbər verir ki, eks-prezident onun həbs olunması cəhdinin qanunsuz olduğunu deyib. O, hakimiyyəti qanunsuz hərəkətlərə son qoymağa və dayanmağa çağırıb, deyib ki, əks halda bunun axırı pis qurtaracaq.

    Muxalifet - 8-08-2019

  19. Bakıda hava limanında dava: 1 nəfər döyüldü

    Heydər Əliyev Beynəlxalq Hava Limanında döyülmə faktı qeydə alınıb.
    Muxalifet.az
     apa-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Mikayılov Arslan Eldar oğlu taksi sürücüsü ilə mübahisə zamanı döyülüb. 

    Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Muxalifet - 8-08-2019

  20. Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanıldı

    Dövlət Sərhəd Xidməti (DSX) tərə­­findən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi tədbirləri davam etdirilir.
    DSX-dən verilən məlumata görə, avqust 7-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid­məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­lanılıb.

    Muxalifet - 8-08-2019

Pages