Axtarış

The search found 105785 results in 0.114 seconds.

Search results

  1. ​Rusiya yeni PUA-sının görüntüləri ilə dünyanı sarsıtdı - VİDEO

    Rusiya Müdafiə Nazirliyi “Ovçu” ağır silahlı pilotsuz uçuş aparatının ilk uçuşunun görüntülərini yayımlayıb.
    Döyüş təyyarəsinə bənzərliyi ilə diqqət çəkən PUA 20 dəqiqəlik test uçuşunu uğurla tamamlayıb.
    Xüsusilə, 5-ci nəsil olması gözlənilən və Rusiya istehsalı olan Su-57-yə bənzərliyi ilə seçilən “Ovçu”nun radara yaxalanmamaq xüsusiyyəti var./Publika

    Muxalifet - 7-08-2019

  2. Sabah Bakıda yağış yağacaq - BƏZİ RAYONLARDA LEYSAN GÖZLƏNİLİR

    Avqustun 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 27-29, Bakıda gecə 23-25, gündüz 27-29 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 7-08-2019

  3. Bayraq üçün ölmək, öldürmək... - Və bayraq altında rüşvət yığmaq

    İstəsək də, istəməsək də, Ramil Səfərov xalqımızın qan yaddaşında yaşayır, hər gün, hər zaman yada salınmalı, bayraq mövzusu kimi gündəmdə olmalıdır. Çünki məhz Azərbaycan bayrağını təhqir etdiyinə görə onun erməni zabitini öldürməsi hər zaman qürurla səslənir. Bunun belə olmadığını deyənlər də var. Amma əksəriyyət olayın bayraqla bağlı motivini qəbul edir və Ramili buna görə qəhraman hesab olunur. Elə burdan yeni bir mövzuya keçə bilərik. Bəlkə elə fürsət ikən bayrağımızın dəyərinin, mənasının bu cür həssaslıqla gündəmə gətirmək istəməyim və özümüzə sual verək.

    Muxalifet4 - 7-08-2019

  4. Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq

    Müqəddəs Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Muxalifet - 7-08-2019

  5. Azərbaycanlı jurnalist Moskvada 45 milyon dollara torpaq alıb

    Rusiyanın “Rossya 24” telekanalının aparıcısı, azərbaycanlı jurnalist Nailə Əsgərzadə Moskva ətrafının dilbər guşəsi olan Rublyovkada 43 min kvadratmetrlik torpaq sahəsi alıb.
    Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, həmin ərazinin qiyməti 45 milyon dollar civarındadır.
    Sənədləşmədə həmin yerdə yaşayış evinin tikiləcəyi də nəzərdə tutulub.
    Əsgərzadənin həmin ərazidəki qonşuları da nüfuzlu adamlardır. Onun bir qonşusu Rusiya baş nazirinin müavini Anton Siluanov, digər qonşusu isə müdafiə nazirinin müavini Ruslan Salikovdur.

    Muxalifet - 7-08-2019

  6. ​Ukraynada azərbaycanlı gənc öldürüldü

    Ukraynada azərbaycanlı qətlə yetirilib.
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, Ağdam rayon sakini, 21 yaşlı Ruslan Nazim oğlu Hüseynov bıçaqlanaraq öldürülüb. R.Hüseynovun meyiti bu gün Azərbaycana gətirilib. O, rayonun Əfətli kəndində torpağa tapşırılacaq.

    Muxalifet - 7-08-2019

  7. Ermənilərin daha bir erməniliyi - SOCAR yazısına görə...

    Ötən gün Avropa Liqasında III təsnifat mərhələsinə start verilib.
    Muxalifet.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, SOCAR-ın sponsorluq etdiyi Gürcüstanın “Saburtalo” klubu Ermənistanda “Ararat”la qarşılaşıb.
    Lakin qarşılaşma Ermənistan telekanalları vasitəsiylə canlı yayımlanmayıb. Buna isə gürcü komandasının formasının üzərində Azərbaycan Dövlət Neft şirkəti olan SOCAR-ın adının yazılması səbəb olub.
    Ermənistan telekanallarının qeyri-peşəkarlığı sosial şəbəkələrdə tənqid olunub.

    Muxalifet - 7-08-2019

  8. Sağalmaz xəstəliyə görə ordudan tərxis edildi, illərdir əlillik dərəcəsi ala bilmir – PREZİDENTƏ MÜRACİƏT

    Şəki rayonun, Baş Göynük kəndində yaşayan, ordu sıralarından xəstəliyə görə tərxis edilmiş Cəfərov Sarvan Sabir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.

    Muxalifet4 - 7-08-2019

  9. 59 yaşlı əməkdar artist oriental rəqs oynadı - VİDEO

    Tanınmış aktyor, əməkdar artist Azad Şükürovun sosial şəbəkədə rəqs videosu paylaşılıb.
    "Ölkə.Az" xəbər verir ki, görüntünü Şükürovun gənc həmkarı Elşad Süleymanı öz şəxsi hesabından paylaşıb. Diqqət çəkən məqamlardan biri adətən sanballı davranışlarıyla diqqət çəkən 59 yaşlı əməkdar artistin ərəb rəqsinə (oriental) oynaması olub. Həmin videonu təqdim edirik.

    Muxalifet - 7-08-2019

  10. ​"Qarabağ" - APOEL oyununun biletləri satışda! - QİYMƏTLƏR

    Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində qarşılaşacaq "Qarabağ" - APOEL matçının biletləri satışa çıxarılıb.
    Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunun biletlərinin qiyməti sektorlar üzrə 2, 5, 10 və 50 AZN təşkil edir.
    Oyun avqustun 13-ü, saat 20:30-da başlayacaq.
    Biletlərin satış məntəqələri:
    Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

    Muxalifet - 7-08-2019

  11. Xavidən gözlənilməz hərəkət - Ayaqqabısını azarkeşlərə atdı - VİDEO

    "Barselona”nın sabiq futbolçusu, hazırda Qətərin "Əl Sədd” klubunun baş məşqçisi Xavi maraqlı jesti ilə diqqət mərkəzinə düşüb.
    O, Asiya Çempionlar Liqasının pley-off mərhələsində "Əl Duhail” ilə keçirilən matçda əsəblərinə hakim ola bilməyib və ayaqqabısını tribunaya tərəf atıb. 
    1:1 hesabı ilə bitən oyunda hakimin rəqib qapısına penalti təyin etməməsindən narazı qalan Xavi etirazını bu cür bildirib.

    Muxalifet - 7-08-2019

  12. Azərbaycanda 3 uşaq anası evdən qaçdı

    İsmayıllı rayonunda 3 uşaq anası itkin düşüb.
    Muxalifet.az "report"a istinadən xəbər verir ki, rayonun Qalınçaq kənd sakini, Bədəlova Pərvanə Rəfael qızı bu il iyulun 28-də gecə 3 radələrində 4 yaşlı övladı, İsmayıl Bədəlovu da götürərək evdən qaçıb.
    Ailə üzvləri qadının evdən qaçdığını səhər saatlarında biliblər.
    Qadının ailə üzvləri bildiriblər ki, Pərvanə Bədəlova evdən qaçarkən özü ilə şəxsiyyət vəsiqəsini və nikah şəhadətnaməsini də götürüb.
    P.Bədəlova 2007 ci ildə ailə həyatı qurub və bu evlilikdən 3 övladı var.

    Muxalifet - 7-08-2019

  13. Rusiyada azərbaycanlı dəstə saxlanıldı

    Rusiyada avqustun 6-da dörd Azərbaycan vətəndaşı saxlanılıb.

    Onlar Sankt-Peterburq və Leninqrad vilayəti ərazilərində mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinirlər.

    Azərbaycanlılar avqustun 5-dən 6-na keçən gecə iki müxtəlif mağazadan bir neçə min rubl dəyərində siqaret və tənbəki, eləcə də ümumi qiyməti 1 milyon rubl olan mobil telefonlar oğurlayıblar.

    Saxlanılan həmyerlilərimizdən ən böyüyünün 37, ən kiçiyinin isə 29 yaşı var. Onlardan biri daha əvvəl quldurluğa görə Rusiyada həbs edilib.

    Muxalifet - 7-08-2019

  14. Gürcüstanda dollar yenidən bahalaşmağa başlayıb

    Gürcüstan milli valyutasının dollara qarşı ucuzlaşması son günlər yenidən bərpa olunub. “Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Bankının avqustun 8-nə müəyyən etdiyi rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9338 lari təşkil edəcək. Bugünkü məzənnə ilə müqayisədə dolların qiyməti 0,0017 lari artıb. Avronun qiymətində isə nisbi ucuzlaşma qeydə alınıb. Belə ki, sabah 1 avronun dəyəri 0,0034 lari azalaraq 3,2806 lariyə bərabər olacaq.

    Muxalifet - 7-08-2019

  15. Ermənistan Naxçıvanla sərhəddə hasar hörməyə hazırlaşır - AZƏRBAYCAN ORDUSUNUN İRƏLİLƏMƏSİNİN ARDINCA...

    Ermənistanın müdafiə naziri David Tonoyan bu gün Beynəlxalq Qırmızı Xaç komitəsinin Yerevan nümayəndəliyinin rəhbəri Kleyr Meytronu qəbul edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə beynəlxalq humanitar təşkilatın rəhbəri Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində müdafiə hasarları tikintisi barədə təklif irəli sürüb.

    Muxalifet - 7-08-2019

  16. Təyyarədən özünü atan gənc qızın cəsədi tapıldığk

    Madaqasqarda araşdırma gəzisində olarkən özünü birdən-birə təyyarədən aşağı atan gənc qızın cəsədi tapılıb.

    “Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı qızın cansız bədəni çöllük ərazidə aşkarlanıb. Onun nəşi valideynlərinə təhvil verilib.

    Kembric Universitetinin tələbəsi olan Alana Katlendin cəsədi 25 iyuldan bəri axtarılırdı. 

    Qeyd edək ki, gənc qızın intihar etməsinin səbəbi dəqiq bilinmir. İlkin ehtimala görə, gənc qız araşdırma lahiyəsinin uğursuzluğa düçar olması səbəbilə özünü öldürüb.

    Muxalifet - 7-08-2019

  17. “Özünü təqdim etmədən bildirdi ki, yol hərəkəti qaydasını pozmusan, hörmət elə, çıx get” - NAZİRƏ ŞİKAYƏT

    “Mən ona öz iradımı bildirdim ki, “hörmət et” mənasını başa düşmürəm, xəstəxanaya ağır xəstə aparıram, mənə kömək et xəstəni xəstəxanaya çatdırım...”

    Muxalifet4 - 7-08-2019

  18. 300 reys təxirə salındı - Hava limanında gərgin anlar

    Böyük Britaniyanın “British Airways” aviaşirkətinin 300-ə yaxın reysi təxirə salınıb. Buna səbəb şirkətin kompüter sistemində baş vermiş texniki qüsurdur. Problem əsasən Londonun Getvik, Hitrou və Siti hava limanlarına təsir göstərib. Reyslərin ləngimələri ilə əlaqədar hava limanlarında sıxlıqlar yaranıb. Nasazlığın aradan qaldırılması üçün iş aparılır./publika

    Muxalifet - 7-08-2019

  19. Zelenski Türkiyəyə getdi - FOTO

    Vladimir Zelenski rəsmi səfər üçün Türkiyəyə gedib.
    Muxaifet.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiqa öz sosial şəbəkə hesabında yazıb.
    O, dövlət başçısının Türkiyənin krım-tatar icması nümayəndələri ilə Ankarada görüş keçirdiyini qeyd edib.
    Bundan əvvəl Ukrayna prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla və Konstantinopol yunan patriarxı Bartolomeosla da görüşəcəyi bildirilmişdi.

    Muxalifet - 7-08-2019

  20. Təhsil haqqına görə 7 min tələbə universitetdən imtina edib

    Təhsil eksperti problemin dünyada və Azərbaycanda həlli yollarından danışdı 
    AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bu günlərdə təhsil kreditinin verilməsi məsələsini gündəmə gətirib. Belə ki, baş redaktor sosial şəbəkədə  hansısa tələbənin magistratura imtahanında uğur qazansa da, təhsil haqqını ödəyə bilmədiyini diqqətə çatdırıb. 

    Muxalifet - 7-08-2019

Pages