PKK, CHP və FETO ABŞ-da görüşdü

Baxış sayı:
8647

New York mərkəzli Türkiyə Araşdırmaları İnstitutu ABŞ-da Türkiyə əleyhində fəaliyyətlərə imza atmağa davam edir. İnstitut srağagün ABŞ-da Türkiyəyə qarşı qurulan təxribat oyunlarında FETÖ-nun kuryerliyini edən keçmiş CHP millət vəkili Aykan Erdemir və PKK-nın siyasi qolu HDP-nin ABŞ nümayəndəsi Girən Özcanın çıxışçı olaraq qatıldığı panel təşkil edib. CHP millət vəkili Sezgin Tanrıkulu da Skype ilə panelə bağlanıb. Panelə terror təşkilatı təbliğatı iddiasıyla mühakimə olunan Cem Özatalay ilə xəyanət bildirişinə imza atan alimləri dəstəkləyən Aişə Bingöl Demir, Chad Kautzer və Sarah Clarke də çıxışçı olaraq qatılıb. Tədbir üçün hazırlanan plakatlar arasında CHP-nin İstanbul namizədi Əkrəm İmamoğlunun "Hər şey çox gözəl olacaq" yazılı plakatın olması diqqət çəkib. Müxalifət.az