"Pərdə arxasında BMT ilə ATƏT tərəflərə xəbərdarlıq edirlər" - TƏDQİQATÇI

Lakin Azərbaycan müharibə eləmək istəsə, bunun qarşısını almaz çətin olacaq
Muxalifet.az xəbər verir ki, Cənubi Qafqaz məsələləri üzrə ekspert, “Karnegi-Avropa” fondunun baş tədqiqatçısı Tomas de Vaal son günlərdə erməni-Azərbaycan təmas xəttində baş verən gərginliyin baharda münaqişə zonasında irimiqyaslı hərbi əməliyyatlar başlana biləcəyi əlaməti olduğunu deyib.
Ermənistanın “1in.am” saytı sırf ermənilərə xas olan panika və qorxu hissi ilə ekspertə sual verib: “Əgər baharda münaqişənin kəskinləşməsi ehtimalı həqiqətən də vardırsa, o halda Minsk qrupunun həmsədri olan ölkələr, xüsusən də Rusiya və Birləşmiş Ştatlar buna necə reaksiya verəcəklər? Moskva ilə Vaşinqton Azərbaycan tərəfinin qarşısını ala biləcəklərmi? Yoxsa onların bunun üçün güclü “rıçaqları” yoxdur?”
“Qara Bağ” – “Çernıy Sad” kitabının müəllifi onlara cavab olaraq bunları söyləyib: “Sizin sualınıza cavab olaraq demək istəyirəm ki, burada ən nüfuzlu oyunçunun Rusiya olduğu aşkardır. Həmçinin BMT, ATƏT və digər kanalların pərdəarxası diplomatiyası mövcuddur. Onlar tərəfləri baharda, ya da ondan əvvəl alovlana biləcək yeni münaqişənin hansı təhlükələr doğuracağından xəbərdar edirlər. Bununla belə, tərəflərdən biri, yaxud da hər ikisi döyüşmək istəyirsə, onların qarşısını almaq çətin olacaq”.