Yerə asteroid yaxınlaşır - KOSMİK TƏHLÜKƏ XƏBƏRDARLIĞI
18-03-2019 10:00
Baxış sayı:
4822

Yer planetinə bu yaxınlarda aşkarlanmış 2019EA2 asteroidi yaxınlaşır.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda NASA məlumat verir.
30 metr diametrli kosmik obyekt martın 22-də Yerə ən yaxın məsafəyə qədər yaxınlaşacaq. Asteroidin Yerdən 305 min kilometr aralı ötüb keçəcəyi gözlənilir.
Bundan əvvəl, 2018 -ci ilin noyabr ayında astronomlar Yerə insan kəlləsi şəkilli 2015 TB145 adlı ölü asteroidin yaxınlaşdığı barədə xəbərdar etmişdilər. Sözügedən kosmik obyekt Yerdən 38 milyon kilometr aralı keçmişdi.