Axtarış
The search found 105795 results in 0.045 seconds.
Search results
Rusiyadan AFRİN AÇIQLAMASI: TÜRKİYƏNİN MARAQLARINI..
Rusiya Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Şamanov, Türkiyənin keçirdiyi “Zeytun Budağı” hərəkatına dair, Afrində Türkiyənin maraqlarının tanınması lazım olduğunu söyləyib.
Muxalifet3 - 16-02-2018
Mərakeşdə İŞİD terror təşkilatı ilə əlaqəli şəxslər HƏBS EDİLDİ
Mərakeşdə İŞİD terror təşkilatının üç təhlükəli tərəfdarı həbs edilib.
AZƏRTAC Mərakeşin Daxili İşlər Nazirliyinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, terrorçular ölkənin Mərakeş, Layun və Sale şəhərlərində fəaliyyət göstəriblər.
Yayılan məlumatda bildirilir ki, 24-30 yaşlı gənclər olan bu şəxslər terror təşkilatının rəhbərliyi ilə əlaqəyə giriblər, bir sıra qətllərin planlaşdırılmasında, partlayıcı qurğuların hazırlanmasında iştirak ediblər. Onların Mərakeşin cənubunda fəaliyyət göstərən separatçı “Polisario” təşkilatı ilə də əlaqələri araşdırılır.Muxalifet2 - 16-02-2018
Suriyada ölənlər bizimkilərdir - JİRİNOVSKİ
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Suriyada özəl hərbi şirkətin döyüşçülərinin öldürülüməsinə münasibət bildirib.
Muxalifət.az xəbər verir ki, o, Rusiyada əmək qabiliyyəti olan kişilərin işi olmadığına görə döyüşmək məcburiyyətində qaldığını bildirib:
"Suriyada böyük qism qrup ölüb. Onların rəsmi hərbi qulluqçular olmasının fərqi yoxdur. Onlar bizimdir, rus kişiləridir. 300 ailə atasız, başsız qaldı".Muxalifet2 - 16-02-2018
YPG-dən Mattisin “PKK ilə YPG-ni dalaşdıraq” TƏKLİFİNƏ AÇIQLAMA
Terror təşkilatı YPG-nin Afrindəki başçılarından biri olan Rojhat Roj, Pentaqon rəhbəri Mattisin “PKK ilə YPG-ni dalaşdıraq” təklifi ilə bağlı təşkilatın yaxın bir zamanda açıqlama verəcəyini bildirib.
Muxalifet3 - 16-02-2018
Türkiyədən ABŞ-a Münbiç TƏKLİFİ – Vaşinqton susur
Türkiyə ABŞ-a Münbiçdə ortaq hərəkət etməyi təklif edib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Məlumata görə, təklifdə YPG-nin Münbiçdən çıxaraq Fərat çayının şərqinə çəkilməsi qeyd olunur. YPG çıxandan sonra Türkiyə və ABŞ əsgərləri Münbiçdə birgə hərəkət edəcəklər.
Bu təklif Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillersona təqdim olunub.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da “YPG Münbiçdən çıxaraq Fəratın şərqinə çəkiləndən sonra ABŞ-la birgə addım ata bilərik” deyə qeyd edib.Muxalifet2 - 16-02-2018
Sürücülərə məcburi olacaq bu qurğu neçəyədir?
Müzakirəyə çıxarılacaq qanun layihəsinə görə, yük avtomobilləri və beynəlxalq sərnişin daşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulan taxoqrafların qiyməti 250 manatdan başlayır.
Axar.az xəbər verir ki, alğı-satqı saytlarında taxoqraf cihazı satışa çıxarılıb. Qanun layihəsinin qəbulundan sonra müəyyən edilmiş avtomobillərə vurulması məcburi olacaq bu qurğunun istifadə edilmişi 250 manatdan ucuz deyil.Muxalifet2 - 16-02-2018
Bu gün də Afrində onlarla TERROÇU CƏSƏDİ GÖMÜLDÜ
“Zeytun Budağı” hərəkatı çərçivəsində Afrindən süpürülən terror təşkilatı YPG, bu gün də 16 terrorçunun cəsədini gömüb.
Terror təşkilatı YPG, hər keçən gün artan ölü sayını dəfn mərasimlərini təbliğat şousuna çevirərək ört-basdır etməyə davam edir.
ZORLA CƏNAZƏYƏ APARIRLAR
Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən zərərsizləşdirilən terrorçuların tabutları Afrin küçələrində gəzdiriərək bölgə xalqını cənazə mərasimlərində zorla iştiraka təhrik edir.
MÜLKİ HÜCUM PLANIMuxalifet3 - 16-02-2018
Daha bir ölkə Moskvanı günahlandırdı - VİRUS
Kanada “NotPetya” virusunun inkişaf etdirilməsində Rusiyanı günahlandırıb.
Muxalifət.az xəbər verir ki, bu ittiham Kanada hökumətinin saytında dərc olunub:
"Kanadanın bir çox müttəfiqi və tərəfdaşları “NotPetya” proqramı ilə bağlı açıqlamalar veriblər. Rabitə Təhlükəsizliyi Mərkəzinin məlumatına görə, “NotPetya”nın inkişafı üçün Rusiyadakı şəxslər məsuliyyət daşıyır".
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya Rusiya hökumətini 2017-ci ildə “NotPetya” virusundan istifadə edərək kiber hücumlar həyata keçirməkdə günahlandırıb.Muxalifet2 - 16-02-2018
Qərb Poroşenkoya VERDİYİ DƏSTƏYƏ GÖRƏ YANIR
“Ölkə acından ölür, amma onun prezidenti Maldivlərdə kef çəkir. Ukrayna özünü siyasi islahatçı kimi göstərən Petro Poroşenkodan olduqca məyusdur. Bu adamı, deyəsən, ancaq pul maraqlandırır”.
Bu cümlələr Almaniyanın “Der Spiegel” qəzetindən Kristian Eş tərəfindən yazılıb.
“Avromaydandan 4 il keçdikdən sonra Poroşenkonun həmvətənləri və xaricdəki partnyorları indi kiminlə çalışdıqlarını bilmirlər: 2014-cü ilin mayından sonra ölkədə köklü islahatlar vəd edən adam, yoxsa vəzifəsindən sui-istifadə edib cibini doldurmağa çalışan biznesmen”, -müəllif yazır.Muxalifet2 - 16-02-2018
Kürdlər Əsədlə Türkiyəyə qarşı birləşsə... - POLİTOLOQ
Suriyada yaşanan son hadisələr maraq dairələrinin qeyri-rəsmi şəkildə dəyişdiyini göstərir.
Muxalifət.az xəbər verir ki, bu sözləri kürdlərin və rəsmi Dəməşqin Suriya ordusunun Afrinə müdaxiləsi üçün razılıq etməsi barədə fikirlərə münasibət bildirən rusiyalı politoloq Maksim Jarov deyib.Muxalifet2 - 16-02-2018
Prezident Trampın sabiq baş strateqi DİNDİRİLDİ
Prezident Donald Trampın sabiq baş strateqi Stiv Bannonun bir neçə saat ərzində xüsusi prokuror Robert Müller tərəfindən dindirildiyi bildirilir.
Müller Rusiyanın 2016 ABŞ seçkilərinə müdaxiləsini və Trampın seçki kampaniyası ilə əlaqələrini araşdıran təhqiqat qrupuna rəhbərlik edir. Adı çəkilməyən məlumatlı şəxs, Bannonun Müller komandası tərəfindən verilən bütün sualları cavablandırdığını deyir. Buna baxmayaraq cümə axşamı Bannon Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin suallarına cavab verməkdən imtina edib.Muxalifet2 - 16-02-2018
"Lotu Quli"dən türkiyəli qazilərə və şəhid ailələrinə DƏSTƏK
Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov türkiyəli veteran Faruk Sərdarla fotosunu paylaşıb.
Publika.az xəbər verir ki, kriminal avtoritet müharibədə ayağını itirmiş gənc veteranı Türkiyənin İstanbul şəhərində yerləşən evində qonaq edib.
Qonaq da öz növbəsində şəxsi hesabından N.Səlifova hər zaman Türkiyə qazilərinə, şəhid ailələrinə dəstək verdiyi üçün təşəkkürünü bildirib.
Sözügedən fotonu təqdim edirik:Muxalifet2 - 16-02-2018
Əsəd Afrinə hücuma keçir, Türkiyə ordusu... – Rusiyadan qanlı döyüş XƏBƏRDARLIĞI
Rusiyalı ekspertlər Türkiyənin Afrin əməliyyatını dəyərləndirib.
Muxalifət.az xəbər verir ki, Dumanın Müdafiə komitəsinin rəhbəri Vladimir Şamanov Türkiyənin Afrindəki maraqlarının nəzərə alınmasının vacibliyini qeyd edib: “Türkiyənin burada maraqlarının olduğu məlumdur. Buna görə də anlaşmaq lazımdır. Türkiyə, Rusiya və İran masaya əyləşməli və mexanizmlər hazırlanmalıdır”.
Rusiyalı politoloq Maksim Jarov isə kürdlər və Əsəd rejiminin Suriya ordusunun Afrinə girməsi ilə bağlı razılığa gəlməsini şərh edib.Muxalifet2 - 16-02-2018
Hollandiyadan şok qərar: Qondarma soyqırım tanındı...
Hollandiya parlamenti 1915-ci il qondarma “erməni soyqırımı” ilə bağlı iki qətnaməni qəbul edib.
Muxalifet.az xəbər verir ki, qətnamələrdən birində 1915-ci il olayları “soyqırım” olaraq tanınır, digərində isə holland nazirin 24 apreldə Ermənistanda təşkil ediləcək mərasimlərdə iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, dünən İsrail parlamenti sözügedən qətnaməni səs çoxluğu ilə ləğv etmişdi.
Muxalifet3 - 16-02-2018
NATO geri addım atdı: Rusiya ilə...
NATO soyuq müharibə və silahlanma yarışı istəmir və Rusiya ilə dialoq tərəfdarıdır.
Muxalifet.az xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.
“Biz soyuq müharibə istəmirik, silah yarışmasının qarşısını almağa çalışırıq, həmçinin gərginliyi azaltmaq və Rusiya ilə münasibətləri daha konstruktiv şəkildə qurmaq üçün bu ölkə ilə dialoqun inkişafı üzərində işləməyə davam edirik”, - deyə baş katib Münhen Təhlükəsizlik Konfransının kuluarlarında vurğulayıb.Muxalifet3 - 16-02-2018
“İrana müdaxilə zamanı gəldi” – TƏHLÜKƏLİ ÇAĞIRIŞ
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Heyli İranla bağlı təhlükəli çağırış edib.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı diplomat BMT Təhlükəsizlik Şurasının İrana qarşı hərəkətə keçməsinin zamanının çatdığını bildirib.
“İran BMT Təhlükəsizlik Şurasının qərarlarını pozaraq Yəmənə qeyri-qanuni silah çatdırdı. Dünya bunu cavabsız qoya bilməz. BMT Təhlükəsizlik Şurasının hərəkətə keçməsinin vaxtı gəlib. Tehran etdiklərinə görə cavab verməlidir”, - amerikalı diplomat bildirib.Muxalifet3 - 16-02-2018
Bakının ən böyük prospektində qəza - Foto
Hazırda Heydər Əliyev prospektində - metronun "Koroğlu" stansiyasından şəhər mərkəzi istiqamətində əsas və kənar yolda tıxac müşahidə edilir. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. “Buna səbəb prospektin Ağa Nemətulla küçəsi ilə kəsişməsinə yaxın hissəsində yol nəqliyyat hadisəsinin baş verməsidir”, - deyə M.Ağayev vurğulayıb.
Muxalifet3 - 16-02-2018
Suriya Türkiyə ilə savaşmamalıdır - Rus ekspert
Suriya ordusu Afrinə görə Türkiyə ilə müharibəyə girməməlidir. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın “Milli Müdafiə” nəşrinin baş redaktoru İqor Korotçenko deyib. “Dəməşq Suriya torpaqlarının bütününə nəzarət etməlidir. Suriya hökumət qüvvələrinin Afrinə girməsi Türkiyənin əməliyyatı davam etdirməsini əhəmiyyətsiz edəcək. Ümid edirəm ki, burada Suriya ordusu ilə Türkiyə Silahlı Qüvvələri üz-üzə gəlməz”, - baş redaktor bildirib.
Muxalifet3 - 16-02-2018
SON DƏQİQƏ: Avropa da dizə gətirildi - Türkiyəsiz BACARMIRIQ
Avropanın Türkiyəyə, Türkiyənin də Avropaya ehtiyacı var.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa Şurasının baş katibi Torbörn Yaqland deyib.
“Avropanın məruz qaldığı sərt küləklərə verəcəyi ən gözəl cavab məğrur və dik durmaqdır. Qitədə mənafeyimizi və insanların hüquqlarını qorumaq üçün birgə mövqeyə ehtiyacımız var. Bunu Türkiyə olmadan edə bilmərik”, - Yaqland bildirib.
Muxalifet3 - 16-02-2018
Hizbullahdan kürdlərə: Yarı yolda qalacaqsınız...
ABŞ kürdləri yarı yolda qoyacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Hizbullah lideri Həsən Nəsrullah deyib.
“ABŞ sizdən maşa kimi istifadə edir. Yarı yolda qalacaqsınız”, - Nəsrullah deyib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillersonun Livana səfərindən sonra bu açıqlamanın yayılması diqqət çəkib.
Muxalifet3 - 16-02-2018