Axtarış
The search found 105795 results in 0.043 seconds.
Search results
“Lotu Quli”ni qəbul etməyən "Gəncəli Firdovsi"yə “OĞRU” ADI VERİLİB?
Bir neçə gündür “Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevin “qanuni oğru” kimi taclandırması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Lent.az-ın Crimetime.ru- ya istinadən məlumatına görə, “whats app” proqramı ilə yayılan səsli mesajlarda Firdovsi Musatafayevin qanuni oğru adına yiyələndiyi və yaxın vaxtlarda bütün həbsxanalara “praqon” yayılacağı bildirilir.
Lakin saytın kriminal dairələrdən aldığı məlumata əsasən, yayılan xəbərlər yalandır və həqiqəti əks elətdirmir.Muxalifet2 - 17-02-2018
Avropa İttifaqından Türkiyəyə QALMAQAL AFRİN ŞƏRTİ
Avropa İttifaqı Türkiyənin sərbəst viza mövzusundakı gözləntisinə dair qalmaqal bir cavab verib. Sərbəst viza terrorla mübarizə qanununun yumşaldılması ilə Afrin məsələsində şərt qoyulub.
Bolqarıstanın paytaxtı Sofiyada Avropa İttifaqının Xarici İşlər Nazirləri səviyyəsində iclas keçirilib. İclasda Türkiyənin sərbəst viza mövzusundakı tələbi də müzakirə olunub və viza məsələsində Aİ Türkiyəyə qalmaqal bir şərt qoyub.Muxalifet3 - 17-02-2018
Afrində son VƏZİYYƏT: TSQ AÇIQLADI
“Zeytun Budağı” hərəkatında 28 gün geridə qaldı. TSQ və ASO gücləri Afrinin qərbindəki strateji əhəmiyyətə malik iki kəndi daha terrorçulardan təmizləyib. Türk və artilleriya da Cinderesi intensiv atəş altına alıb.
Hərəkatda dünən Afrinin qərbindəki Racu mahalınnın Həsən Kelkavi və Celeme kəndləri terror təşkilatı PYD/PKK-dan azad edilib. Beləliklə Afrin qarşısındakı 65 nöqtə TSQ-nin nəzarətinə keçmiş olub. Hərəkat Afrinin qapısı sayılan Cinderes regionunda cəmləşib.Muxalifet3 - 17-02-2018
Hərbi xidmətə çağrılan şəxslərdən barmaq izi götürüləcək - DEPUTAT SƏBƏBİ İZAH ETDİ
“Həqiqi hərbi xidmətə çağrılan və 15 yaşı tamam olmuş bir sıra şəxslərdən barmaq izi götürüləcək. Burada məqsəd naməlum şəxslərin kimliyini asanlıqla aşkarlamaqdır”.
Muxalifət.az xəbər verir ki, bunu modern.az-a açıqlamasıanda Milli Məclisin Hüquq siayasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli "Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun layihəsini şərh edərkən deyib.Muxalifet2 - 17-02-2018
ABŞ Öcalan və Qəndili sildi: TİLLERSONUN TƏKLİFİNİN SİRRİ...
ABŞ PKK lideri Abdullah Öcalanı və Qəndil rəhbərliyini silib.
Bu sözləri ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyəyə “PYD PKK-ya qarşı vuruşa bilər” təklifini şərh edən ehtiyatda olan türk polkovnik Ünal Atabay deyib.Muxalifet2 - 17-02-2018
RUSİYA ANALİTİKİ: “İran Avrasiya Birliyinə Ermənistansız da girə bilər” - TƏHLİL
İslam Respublikası Ermənistansız da Avrasiya İqtisadi Birliyinə girə bilər – o, sadəcə, “əlavə arqumentdir”, çünki İİR-lə həmsərhəddir. “Rosbalt” İA-nın siyasi icmalçısı İrina Corbenadze “CA-IrNews”-la bu belə bir fikir bölüşüb.
Muxalifet2 - 17-02-2018
Lavrovdan açıqlama:: ABŞ-ın Türkiyə PLANI DAVAM EDİR
Rusiya XİN rəhbəri Sergey Lavrov, ABŞ-ın Suriya-Türkiyə sərhədinə PYD-lilərdən ibarət 30 min nəfərlik ordu yaratmaq planının davam etdiyini deyib.
ABŞ-ın Suriyada terrorçulardan 30 min nəfərlik bir ordu qurmaq niyyətinin dəyişmədiyini söyləyən Rusiya XİN rəhbəri Sergey Lavrov, "ABŞ Suriyada Türkiyənin narazılığını görməməzliyə vurdu" deyib.
ABŞ PKK-ya ƏSASLANDI
Muxalifet3 - 17-02-2018
Türkiyə Afrində 1595 terrorçunu MƏHV ETDİ
Türkiyə Silahlı Qüvvələri və ASO Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində irəliləməyə davam edib.
Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Məlumata görə, əməliyyatın davam etdiyi müddət ərzində məhv edilmiş terrorçu sayı 1595-ə yüksəlib.
Qeyd edək ki, Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb./axar/Muxalifet2 - 17-02-2018
Rusiyanın əlini qoyduğu yer xarabalığa çevrilir – PREZİDENT
Avropa Ukraynanı Rusiya ilə mübarizədə dəstəkləməlidir.
Muxalifət.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.Muxalifet2 - 17-02-2018
Cehiz üçün kişi cildinə girən qadın saxlanıldı
Hindistanda polis, cehiz almaq üçün kişi qılığına girərək iki qadınla evlənməkdə təqsirləndirilən qadını saxlayıb. Hadisə Hindistanın şimalındakı Uttarakhand ştatında çərşənbə günü baş verib. Hindistanda cehiz ənənəsi qanunsuz elan edilib. Belə ki, sorğu-sual vaxtı qadının kişi olduğu ortaya çıxıb.
Muxalifet.az xəbər verir ki, bu haqda BBC-yə danışan polis əməkdaşları bildirib.
Məlum olub ki, 26 yaşlı Krişna Sen, 2014-cü ildə ilk dəfə evləndikdən bəri kişi qılığında olub.Muxalifet - 17-02-2018
Bütün Türkiyə azərbaycanlı ifaçının bu hərəkətini danışır - VİDEO
Azərbaycanın hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı “Zeytun budağı” əməliyyatına dəstək məqsədilə türk əsgərləri üçün mahnı bəstələyib.
Muxalifət.az xəbər verir ki, Əhməd Cavadın sözlərinə bəstələnən mahnı “Yürüyün əsgər” adlanır.
Türkiyə mediasında bununla bağlı yer alan xəbərdə mahnının türk əsgərləri üçün böyük dəstək olduğu yazılıb.Muxalifet2 - 17-02-2018
Admiral ABŞ-ı Çinlə müharibəyə hazırlaşmağa çağırdı
ABŞ-ın Avstraliyaya yeni səfiri təyin olunmuş admiral Harri Harris konqresdə çıxışı zamanı Vaşinqtonun Çinlə müharibəyə fəal şəkildə hazırlaşmalı olduğunu bəyan edib. Muxalifət.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Admiralın sözlərinə görə, Çin davamlı olaraq öz hərbi qüdrətini artırır və yaxın zamanda ÇXR ordusunun Cənubi Çin dənizində ABŞ qüvvələrindən daha güclü olacağı gözləniləndir. Harris bildirib ki, Vaşinqton göz qabağında olan bu faktı nəzərdən qaçırır, bu təhdidə məhəl qoymur.
Muxalifet2 - 17-02-2018
Ombudsmanla bağlı QANUN DƏYİŞDİRİLİR
Milli Məclis "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik edəcək.
Modern.az-n verdiyi xəbərə görə, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilən "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 20-də keçiriləcək iclasında baxılacaq.Muxalifet2 - 17-02-2018
PYD/PKK Afrini ƏSƏD REJİMİNƏ SATA BİLMƏDİ
“Zeytun Budağı” hərəkatı ilə birlikdə küncə sıxılan terror təşkilatı PYD/PKK, Afrini təslim etmək üçün Əsəd rejimi ilə daha bir görüş həyata keçirib. Dəməşqin PYD-nin əlindəki Amerika silahlarını istəməsindən sonra razılıq əldə olunmayıb.
Muxalifet3 - 17-02-2018
Bakıda DƏHŞƏTLİ qəzanın anbaan GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO
Paytaxtda da ağır yol qəzası baş verib.
Muxalifət.az ARB TV-yə istinadən xəbər verir ki, motosiklet minik avtomobili ilə toqquşub.
Qəza anı hadisə yerinin yaxınlığındakı marketin nəzarət kamerası vasitəsi ilə anbaan qeydə alınıb. Yol kənarında dayanan minik avtomobilinin sürücüsü hərəkətə başlayan zaman qəfil sola dönmə əməliyyatı edib. Sürücünün diqqətsizliyi səbəbindən o, sürətlə gələn motosikleti görməyib.
Qəza zamanı motosikleti idarə edən sürücü bir neçə metr kənara düşərək xəsarətlər alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.Muxalifet2 - 17-02-2018
Azərbaycanda 100 000 nəfərə 35 cərrah düşür - EKSPERTDƏN AÇIQLAMA
Dünya Bankının saytında ölkələrin həkim kontingentində cərrahların optimal sayı ilə bağlı məqalə (http://blogs.worldbank.org/…/surgical-care-overlooked-entit…) dərc edilib.
İqtisadçı Rövşən Ağayev dünya ölkələri ilə müqayisədə Azərbaycanda həkimlərin və cərrahların say tərkibi barədə facebook səhifəsində araşdırma yazısı yerləşdirib.Muxalifet - 17-02-2018
ABŞ Menbiçdə 8 min terrorçuya HƏRBİ VƏSİQƏ PAYLAYIB - Şok detallar
"Terror təşkilatının 25 canlı bombası və 5 bombalı avtomobili Afrində pusquda gözləyir. Amerikalılar Münbiç Hərbi Şurasını qurub, 8 min terrorçuya hərbi kimlik paylayıb. Terror təşkilatında ABŞ-ın verdiyi idarə olunan raketlər və sarın qazlı qaubitsalar var".
YAXALANAN YPG-li TERRORÇU TƏŞKİLATIN MƏRKƏZDƏKİ PLANINI İFŞA EDİB
Muxalifet3 - 17-02-2018
Afrində hər daşın altından PKK ÇIXIR - PKK-YPG əlaqələri İFŞA OLDU
PKK və Suriya qolu PYD-nin silahlı qanadı olan YPG arasındakı əlaqə bir daha ifşa edilib. Öldürülən YPG-li terrorçunun döyüş jiletində, separatçı terror təşkilatı PKK-nın terrorçubaşı Abdullah Öcalanın şəkli və PKK simvolu çıxıb.
Afrində öldürülən YPG-li terrorçunun döyüş jiletindən separatçı terror təşkilatı PKK-nın terrorçubaşı Abdullah Öcalanın şəklinin nəqş olunduğu simvolların çıxması, iki terror təşkilatı arasındakı üzvi əlaqəni bir daha ortaya qoyub.Muxalifet3 - 17-02-2018
ABŞ dünən Türkiyə ilə razılaşdı, bu gün isə... ƏMƏLİNDƏN QALMIR...
Amerikalılar “Menbiç Hərbi Şurası”nı quraraq, 8 min terrorçuya hərbi vəsiqə veriblər.
Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, rerrror təşkilatında ABŞ-ın idarə elədiyi həssas raketlər və sarin qazlı toplar var.Muxalifet - 17-02-2018
Azərbaycan ərazisi “qondarma dövlətdə” göstərildi – ŞOK XƏRİTƏ
Afrində ələ keçirilən dərslik kitablarından birində yer alan xəritə Türkiyədə rezonans doğurub.
Muxalifət.az xəbər verir ki, xəritədə kürdlərin regiondakı qondarma dövləti də öz əksini tapıb.
Xəritədə Türkiyənin Qara dəniz bölgəsinə qədər uzanan şərq və cənub–şərq sərhədləri ilə Güney Azərbaycan əraziləri (Qərbi Azərbaycan vilayəti tam, Şərqi Azərbaycan vilayətinin isə bir hissəsi), İraq və Suriyanın bir qismi “Kürdüstan” olaraq göstərilib.
Maraqlıdır ki, “xəritədə” Ermənistan ərazisinə iddia yoxdur.Muxalifet2 - 17-02-2018