Axtarış

The search found 105795 results in 0.042 seconds.

Search results

  1. ​1-ci sinfə qəbul elektron qaydada olacaq

    Şagirdlərin 1-ci sinfə qəbulunun elektron qaydada həyata keçirilməsi bütün ölkə üzrə tədricən tətbiq olunacaq.
    Muxalifet.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
    E.Əmrullayev bildirib ki, yeni dərs ilində Bakıdan başqa, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda da şagirdlərin 1-ci sinfə qəbulu elektron formada aparılacaq.

    Muxalifet3 - 16-02-2018

  2. ​Münhen Təhlükəsizlik Konfransı işə başladı

    Bir qədər əvvəl Bavariyanın paytaxtında Təhlükəsizlik üzrə növbəti, 54-cü Münhen konfransı işə başlayıb.
    Muxalifet.az xəbər verir ki, bu il forumda 500-dən çox qonaq, o cümlədən 20 dövlət və hökumət başçısı, 80-ə yaxın xarici işlər və müdafiə nazirləri iştirak edir. Lakin Almaniyanın hazırkı kansleri Angela Merkel yeni hökumətin qurulması barədə danışıqlar apardığı üçün konfransa qatılmayıb.

    Muxalifet3 - 16-02-2018

  3. ​Qolan təpələri sonsuza qədər bizim olacaq - Netanyahu

    Qolan təpələri sonsuza qədər İsrailin əlində qalacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Münxen konfrasında çıxışı zamanı deyib.
    “İsrail Suriyada hərbi bazalar inşa etməməlidir. Biz bunun qarşısını alacağıq”, - deyə bildirib.
     

    Muxalifet3 - 16-02-2018

  4. ​"Marca" qəzeti "Qarabağ"ın atmacasından yazdı

    "Qarabağ"ın rəsmi "Feysbuk" səhifəsinin dünən Avropa Liqasının 1/16 final mərhələsində "Kopenhagen" - "Atletiko" matçı öncəsi atmacalı paylaşımı İspaniyada geniş əks-səda doğurub.
    Muxalifet.az-ın məlumatına görə, ölkənin dünyaca məşhur “Marca” və “El Mundo Deportivo” nəşrləri öz səhifələrində sözügedən paylaşıma yer ayırıblar.
    “Qarabağ”ın bu paylaşımla hər iki klubu əla saldığını qeyd edən “Marca” “Atletiko”nun bundan dərs çıxarmalı olduğunu vurğulayıb.

    Muxalifet3 - 16-02-2018

  5. ​İran yenə silkələndi - 4,1 bal

    İranın qərbində 4,1 maqnitudalı zəlzələ baş verib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Avropa Seysmologiya Mərkəzi məlumatında bildirilir.
    Yerli vaxtla saat 17:54-də qeydə alınan yeraltı təkanların episentri Şuştər şəhərindən 17 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
    Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.

    Muxalifet3 - 16-02-2018

  6. ​Rusiya suitilərə hərbi təlimlər verir - Video

    Rusiyanın şimal-qərbində yerləşən Murmansk şəhərində Dəniz Bioloji İnstitutunda suiti və digər məməlilələrə hərbi təlimlər verilir.
    Muxalifet.az xəbər verir ki, bu heyvanlardan fövqəladə hallarda, axtarış-xilasetmə tədbirlərində, minaların zərərsizləşdirilməsində, dəniz altındakı boru xətlərinin yoxlanılmasında istifadə edilməsi nəzərdə tutulur.
     

    Muxalifet3 - 16-02-2018

  7. ​Almaniyadan Dəniz Yücəllə bağlı açıqlama

    Sərbəst buraxılan Dəniz Yücel hava limanına gedib və yaxın zamanda Türkiyədən qayıdacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel deyib.
    O bildirib ki, Yücəlin azadlığa buraxılması ilə bağlı Türkiyə-Almaniya hökumətləri arasında heç bir xüsusi razılaşma olmayıb.
    Qeyd edək ki, bu gün İstanbul məhkəməsi “Di Velt” qəzetinin müxbiri Dəniz Yücəlin sərbəst buraxılması ilə bağlı qərar vermişdi.
     

    Muxalifet3 - 16-02-2018

  8. ​Türkiyədə böyük əməliyyat: Bölgə lideri öldürüldü

    Türkiyənin Mardin vilayətində 3 PKK terrorçusu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
    Muxalifet.az xəbər verir ki, əməliyyatlar Nusaybin, Midyat və Ömərli ərazilərində baş tutub.
    Baş verən silahlı atışmalar zamanı öldürülən 3 terrorçudan birinin qruplaşma liderlərindən olduğu üzə çıxıb.
    Məlumata görə, məhv edilən “Fərhad” kod adlı Yaqub Salğın terrorçuların bölgə lideridir.
    Əməliyyatlar davam etdirilir.
     

    Muxalifet3 - 16-02-2018

  9. ​Bakıdakı dəhşətli qəzadan görüntü yayıldı - Video/16+

    Baş verən qəzanın görüntüləri yayılıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, Heydər Əliyev prospektində bir neçə maşın qəzaya düşüb. Belə ki, "Lekxus" orta yolda hərəkət edən 99 EL 341 dövlət nömrə nişanlı "Opel" markalı avtomobili arxadan vurub. Zərbədən "Opel" orta yoldan çıxaraq köməkçi yola düşüb. Köməkçi yolda isə "Opel" daha iki maşına dəyib. Qəza nəticəsində ölən 2 nəfərdən başqa daha 2 nəfər yaralanıb. Onlar 44 yaşlı Manafov Rəhim və 36 yaşlı Əmircanov Kamildir.

    Muxalifet3 - 16-02-2018

  10. ​Türkiyə NATO-dan çıxsa, Rusiya bu dənizi ələ keçirəcək - Ekspert

    Türkiyənin NATO-dan çıxması tamamilə real görünür.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Konstantin Sivkov deyib.

    Muxalifet3 - 16-02-2018

  11. Məmmədyarov Alfano ilə görüşdü

    Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angeliono Alfano ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, Azərbaycan və İtaliya arasında bir sıra sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən nazirlər əlaqələrin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

    Muxalifet3 - 16-02-2018

  12. ​Məşhur musiqiçinin 1,3 milyon avroluq violonçeli oğurlanıb

    Məşhur fransız violonçel ifaçısı Ofeliya Qayar Paris yaxınlığında silahlı hücuma məruz qalıb.
    Muxalifet.az-ın məlumatına görə, evdən çıxıb avtomobilə əyləşən musiqiçiyə naməlum şəxs bıçaqla hücum edib. Hücum edən şəxs ondan violonçelini və mobil telefonunu tələb edib.
    Ofeliya Qayardan oğurlanan violonçel 1737-ci ildə hazırlanıb və 1,3 milyon avro dəyəri var. Musiqi alətinin ona deyil, CIC banka məxsus olduğu, Qayarın aləti sadəcə icarəyə götürdüyü bildirilir.
     

    Muxalifet3 - 16-02-2018

  13. ​ABŞ-da kollecdə atışma olub

    ABŞ-ın Sietl şəhəri yaxınlığında “Highline” kollecində atışma olub.
    Muxalifet.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insidentin kollec ərazisindəki yataqxanada qeydə alındığı bildirilir.
    Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
    Qeyd edək ki, fevralın 14-də Florida ştatının Parkland şəhərində məktəbə edilən hücum nəticəsində 17 nəfər həyatını itirib.
     

    Muxalifet3 - 16-02-2018

  14. ​“Cənub Qaz Dəhlizi” layihəsinə 30 milyard dollar xərclənib

    “Cənub Qaz Dəhlizi” layihəsinə indiyədək qoyulan birgə sərmayənin ümumi həcmi 29,7 milyard dollardır.
    Muxalifet.az-ın məlumatına görə, bu barədə Azərtac-a SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
    R.Abdullayev qeyd edib ki, indiyədək layihəyə qoyulan birgə sərmayənin ümumi həcmi 29,7 milyard dollardır. Azərbaycan “Cənub Qaz Dəhlizi” QSC-nin timsalında bu günə qədər dəhlizin dəyər zəncirinə daxil olan 4 layihədə iştirak payının maliyyələşdirilməsinə 8,7 milyard dollar həcmində investisiya yatırıb.

    Muxalifet3 - 16-02-2018

  15. ​Almaniyadan Türkiyəyə çağırış: İmtina et

    Türkiyə ordusu Afrində NATO-yə zərər verəcək əməllərdən imtina etməlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.
    “Türkiyənin öz təhlükəsizliyini təmin etmək haqqında sahibdir. Lakin NATO-nun da mənafeyini düşünməlidir. Əməliyyatların koordinasiyalı keçirilməsi vacibdir”, - kansler bildirib.
     

    Muxalifet3 - 16-02-2018

  16. Arvadın çığır-bağırı nota köçürüldü: qeyri-adi... - Video

    Fransada yaşayıb, yaradıcılıqla məşğul olan istedadlı pianoçumuz Etibar Əsədli musiqi sahəsində çox ciddi, bir o qədər də əyləncəli üsluba müraciət edib.
    Belə ki, musiqiçi danışıq səslərini nota köçürdüb, pianoda ifa edir. Etibar, layihəsini gerçəkləşdirmək üçün son zamanlar telefonlarda yayılan əsəblə qışqıran qadın səsinə müraciət edib.
    Gənc pianoçu bildirib ki, bu, kifayət qədər mürəkkəb və dünya musiqi təcrübəsində geniş yayılmış üslubdur. Azərbaycanlı musiqiçilər arasında isə bu yenilik yalnız ona məxsusdur.

    Muxalifet3 - 16-02-2018

  17. ​Qarabağda sakit müharibə gedir - "Əl-Cəzirə"

    Əl-Cəzirə telekanalının əməkdaşı Azərbaycanın işğal altında olan ərazilərindən material hazırlayıb.
    Muxalifet.az xəbər verir ki, beynəlxalq telekompaniyanın əməkdaşı Qas Palmer işğal zonasında yaşayan ermənilərin miskin durumundan bəhs edib.
    Jurnalist Ağdərə rayonundakı hərbi hissələrdən birinin komandirinə istinadən bildirib ki, “buradakı ordu həmişə döyüşə hazırdır”. Müəllif qeyd edib ki, Dağlıq Qarabağda “sakit” müharibə gedir. Palmer 2016-cı ilin aprel döyüşlərinə də toxunub.

    Muxalifet3 - 16-02-2018

  18. ​BTR-82A Ordumuzun silahlanmasına daxil edildi

    Azərbaycana gətirilən müasir hərbi texnikanın bir hissəsi, o cümlədən "BTR-82A" zirehli transportyorları Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilib.

    Muxalifet3 - 16-02-2018

  19. Saakaşvili hardasa buralardadır... - Klimkin

    Mixail Saakaşvili hazırda Almaniyanın Münhen şəhərindədir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin Münxen konfrasında jurnalistin sualını cavablandırarkən deyib.
    “Özündən soruşun. O, buralardadır. Mənim alman həmkarımın onun burada kiminlə görüşdüyündən xəbər var”, - deyə Klimkin bildirib.
    Qeyd edək ki, Ukrayna hakimiyyəti bir neçə gün əvvəl Saakaşvilini Polşaya deportasiya edib.
     

    Muxalifet3 - 16-02-2018

  20. ABŞ bu azərbaycanlıya qarşı ittiham elan etdi

    ABŞ-ın Ədliyyə Nazirliyi bəyanat yayaraq, 13 rusiyalını 2016-cı il prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb.
    Muxalifet.az xəbər verir ki, yayımlanan mətndə Yevgeni Priqojin, Mixail Burçik (Mixail Abramov), Aleksandra Krılova, Anna Boqaçeva, Sergey Polozov, Mariya Bovda (Mariya Belyayeva), Robert Bovda, Ceyhun Nəsimi oğlu Aslanov (və ya Cey Aslanov), Vadim Podkopayev, Qleb Vasilçenko, İrina Kaverzina və Vladimir Venkovun adları qeyd edilib.

    Muxalifet3 - 16-02-2018

Pages