Axtarış

The search found 105795 results in 0.084 seconds.

Search results

  1. ​AB-dən Türkiyəyə təklif: Viza istəyirsinizsə...

    Avropa Birliyi Türkiyəyə viza sərbəstliyinin verilməsi üçün “Terrorla mübarizə qanunu”nun yumşaldılması şərtini irəli sürüb.
    Bu barədə Belçikanın Xarici İşlər naziri Didier Renyders danışıb.
    “Əgər bu qanunu Avropa Birliyi dəyərlərinə yaxınlaşdırmaq mümkün olsa, o zaman müəyyən qədər irəliləyişə nail olmaq münkündür. Buradakı bağlantı belədir: Türkiyədə terrorla mübarizə qanunlarında həqiqi bir inqilab viza barəsində irəliləyişə gətirib çıxaracaqdır”, - Reynders deyib./axar/

    Muxalifet2 - 17-02-2018

  2. ​Qida Təhlükəsizliyi Agentliyi məhsullar üzərində NƏZARƏTİ GÜCLƏNDİRƏCƏK

    Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində onun hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək.
    Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
    Nazir qeyd edib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması funksiyası bir neçə orqan arasında bölüşdürülmüşdü. Bu orqanlardan hər biri işin müəyyən hissəsini yerinə yetirirdi ki, bu da nəzarəti bütünlüklə təmin etməyə imkan vermirdi:

    Muxalifet2 - 17-02-2018

  3. ​Binəqədidə sakinlər ETİRAZA QALXDI: məhkəmə hakimi hadisə yerində gəldi… REPORTAJ, VİDEO, FOTOLAR

    Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 188/28 ünvanında yaşayan sakinlər aksiya keçiriblər. Onlar Bakı İnşaat MMC-nin 4 binanın həyətindəki istirahət parkını özəlləşdirməsinə etiraz ediblər. Sakinlər deyir ki, 2013-cü ildə ölkə başçısının göstərişi ilə yüksək səviyyədə təmir olunmuş, yaşıllıqları ilə göz oxşayan, bir hektar əraziyə malik park minlərlə ailənin istirahət yeridir. Lakin son günlər parkın ərazisinin özəlləşdirilməsi ilə bağlı mübahisələr yaranıb.

    Muxalifet2 - 17-02-2018

  4. ​YPG HÜCUMU: Türkiyə raket atəşinə tutuldu

    YPG-PYD terrorçuları Türkiyənin Kilis şəhərinə 3 ədəd raket atıb.
    Muxalifət.az xəbər verir ki, raketlərin hər 3-ü şəhər mərkəzindən kənarda yerləşən boş əraziyə düşüb.
    Qeyd edək ki, YPG davamlı olaraq Türkiyədə mülki vətəndaşların yaşadığı əraziləri raket atəşinə tutur.

    Muxalifet2 - 17-02-2018

  5. ​Azərbaycanlılarla türklər Macarıstanda PKK tərəfdarları ilə ÜZ-ÜZƏ GƏLDİ

    Macarıstandakı PKK tərəfdarları Türkiyə səfirliyinin qarşısına yığışaraq Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatına etiraz ediblər.
    Milli.az xəbər verir ki, Macarıstanda yaşayan türklər və azərbaycanlılar etiraz aksiyası keçirən PKK tərəfdarlarının cavabını layiqincə veriblər. Belə ki, səfirliyin qarşısına yığışan azərbaycanlılar türklərlə birlikdə "Şəhidlər ölməz, vətən bölünməz!", "PKK terror təşkilatıdır!" şüarları səsləndiriblər. Onlar birlikdə İstiqlal marşını oxuyublar.

    Muxalifet2 - 17-02-2018

  6. Afrin əməliyyatı nə zaman BİTƏCƏK – ƏRDOĞAN AÇIQLADI

    Türkiyə prezidenti Ərdoğan Afyon şəhər təşkilatının konfransında xalqa müraciət edib və Afrin hərəkatı mövzusunda açıqlama verib.
    Ərdoğanın açıqlaması:

    Muxalifet3 - 17-02-2018

  7. ​Ronaldo Benzema ilə oynamaq istəməyib - PSJ İLƏ GÖRÜŞDƏ

    "Real"ın futbolçusu Kriştiano Ronaldonun Çempionlar Liqasının 1/8 finalında PSJ ilə ilk oyun öncəsi (3:1) baş məşqçi Zinəddin Zidana Kərim Benzemanı əsas heyətdə oynatmamağı məsləhət verdiyi məlum olub.
    Muxalifət.az xəbər verir ki, o, fransalı mütəxəssisə Benzema ilə yox, Qaret Beyllə oynamaq istədiyini bildirib.Ancaq Z.Zidan öz həmyerlisini müdafiə etdiyi üçün Benzemanı start heyətdə meydana çıxarıb.
    Ronaldo hesab edir ki, 1/4 finala yüksəlmək istəyirlərsə, uelsli oyunçuya şans verilməlidir.

    Muxalifet2 - 17-02-2018

  8. ​İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”

    Ermənistan-İsrail parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin Təl-Əvivə səfəri uğursuz başa çatıb.
    Muxalifət.az xəbər verir ki, dostluq qrupunun həmsədri, hakim Respublika Partiyasından olan deputat Qaqik Minasyan İsrailin onları anlayışla qarşılamamasından şikayətlənib.
    Belə ki, qrupun mətbuat konfransı zamanı İsrailin müdafiə naziri Aviqdor Liberman erməni deputatların Qarabağ haqda sualını cavablandırarkən, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.

    Muxalifet2 - 17-02-2018

  9. ​Afrində yeraltı əməliyyatı: Türk “Sərçə”ləri hərəkətə keçdi

    Türkiyə ordusunun xüsusi təlim keçmiş hərbçiləri azad edilmiş Burseya dağında terrorçuları təqib edir.
    Muxalifət.az xəbər verir ki, təkcə Burseya hissəsində iki kilometrə qədər uzanan tunellər var. Bu tunellər Afrinin içərilərinə doğru 13 ayrı istiqamətdə uzanır.
    Ümumilikdə 50 kilometr uzunluğunda olan tunellərin bəzi hissələrinin girişlərinin hələ də PYD-YPG terrorçularının nəzarətində olan ərazilərdə yerləşdiyi bildirilib. Tunelləri təmizləmək, həmçinin qəfil hücumların qarşısını almaq üçün türk əsgərləri girişləri bağlamağa başlayıb.

    Muxalifet2 - 17-02-2018

  10. YPG/PKK-nın Menbiçdən çəkilməsi TÜRKİYƏNİN PROBLEMİNİ HƏLL EDƏCƏKMİ?

    ABŞ-ın dövlət katibi Reks Tillersonun Türkiyə səfərində münasibətlərin tənzinlənməsi və YPG/PKK-nın Menbiçdən Fərat çayının şərqinə doğru çəkilməsi yönündə bir anlaşma əldə edildiyi bildirilir. Və bu mövzu Türkiyənin gündəmini məşğul edən əsas müzakirə obyektinə çevrilib. Hər kəsi düşündürən əsas sual da budan ibarətdir ki, ABŞ-ın dəstəklədiyi YPG/PKK terrorçularının Menbiçdən çəkilməsi Türkiyənin təhlükəsizlik problemini həll edə biləcəkmi”
     

    Muxalifet3 - 17-02-2018

  11. ​DTX-dan əməliyyat: "RƏİS" TUTULDU

    Özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Bakı şəhərinin rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan Azərbaycan Respublikası vətəndaşı Alıyev Eldəniz Kamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətin tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

    Muxalifet2 - 17-02-2018

  12. İCBARİ HİCAB ƏLEYHİNƏ DALĞA:Qadınların etirazı İranı yeni inqilaba sürükləyəcəkmi? - TƏHLİL

    İcbari hicaba qarşı etiraz dalğası İranda geniş vüsət alıb və zərif cins, həqiqətən, kütləvi itaətsizliyə doğru meyllənir. İri şəhərlərdə qadınların vaxtaşırı hicabsız görünməsi artıq təəccüb doğurmur. Sosial mediada paylaşılan foto-video görüntülər də bunu əyani sübutdur. Artıq icbariliyin özü rəsmi məqamlarda ciddi müzakirələr doğurub və hakim elitadakı çatı dərinləşdirən səbəblərdən birinə çevrilir.

    Muxalifet2 - 17-02-2018

  13. ​Türkiyəyə ağır zərbə: Əsəd ordusu AFRİNƏ GİRDİ

    Əsəd rejiminə aid qüvvələr Afrinin PYD-YPG nəzarətində olan hissəsinə daxil olub.
    Muxalifət.az xəbər verir ki, bu barədə Livanın “Əl Mayadeen” televiziyası informasiya yayıb.
    Məlumata görə, Əsəd qüvvələri Afrinə müşahidə aparmaq üçün daxil olub. Televiziya yayımladığı xəbərdə Suriya ordusunun tezliklə bölgəyə hərbi qüvvə göndərəcəyini də açıqlayıb.

    Muxalifet2 - 17-02-2018

  14. “Əgər ərəb cihad eləmirsə, deməli, başı “avtoşluğa” qarışıb...”

    Azərbaycanda “avtoxuliqanlıq” , yaxud xalq arasında “avtoşluq” kimi tövsif olunan əməl-avtomobilin sükanı arxasına keçib küçələrdə “hoqqa çıxarmaq”,  son vaxtlar dəbdə olan ifadə ilə desək driftlə məşğul olmaq çoxdandır ərəblərin də sevimli məşğuliyyətidir. Virtualaz.org qeyd edir ki, bu əyləncə ilə son vaxtlara qədər adətən varlı ərəblərin məşğul olduğu barədə təsəvvür mövcud idi. Lakin son vaxtlar bu əyləncə daha çox orta təbəqə, hətta kasıb (neftlə zəngin ərəb ölkələrində belələri də tapılır) üçün cəlbedicidir.

    Muxalifet2 - 17-02-2018

  15. PKK-lılardan ALMANİYADA ÇILPAQ AKSİYA –FEMEN KİMİ SOYUNDULAR

    “Zeytun Budağı” hərəkatının dayandırılması üçün Almaniyada hərəkətə keçən terror tərəfdarları, FEMEN üzvləri kimi soyundu.
     
    Türkiyə sərhədinə region üçün böyük təhlükəyə çevrilən terrorçuların zərərsizləşdirilməsi üçün hərəkətə keçən Türk Silahlı Qüvvələri, “Zeytun Budağı” hərəkatı çərçivəsində bölgədə 1595 terrorçunu məhv edib.
     
    “AFRİNDEN ÇƏKİLİN”, AKSİYASI
     

    Muxalifet3 - 17-02-2018

  16. YPG/PKK terrorçuları indi də Afrində TƏKƏR YANDIRIRLAR – SƏBƏB

    Afrində qorxu dolu bir intizar içərisində olan terrorçular, pilotsuz İHA və SİHA-lara görüntü verməmək üçün avtomobil şinlərini yandırmağa başlayıb.
     
    Türkiyə daxilində terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatların onurğasını təşkil edən pilotsuz İHA və SİHA-lar, Afrində keçirilən “Zeytun Budağı” hərəkatında da terrorçuların qorxulu röyasına çevrilib.
    “Zeytun Budağı” hərəkatı çərçivəsində SİHA-lar regionda bir çox terrorçunu zərərsizləşdirərkən, İHA-lar da bölgədən görüntü alaraq əməliyyatlara dəstək olur.
     

    Muxalifet3 - 18-02-2018

  17. Lənkəranda 31 yaşlı kişi özünü asıb

    Lənkəran şəhərində 31 yaşlı kişi özünü asaraq intihar edib.
     
    Şəhərin Vaqif Hüseynov küçəsində qeydə alınıb.
    Belə ki, həmin ünvanda yaşayan, 1987-ci il təvəlüdlü Şahin Nurəddin oğlu İbrahimov həyətində yarımtikilidən özünü asaraq intihar edib.
    Məlumata görə, intihar edən şəxs ailəli olub, bir müddət əvvəl uşağı dünyaya gəlib.
    Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Onun özünün intihar etməsinin səbəbləri hələlik məlum deyil.
    Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılılb.

    Muxalifet3 - 17-02-2018

  18. Daha bir partiya Preizdent Seçkisində iştirakdan İMTİNA ETDİ

    Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbədənkənar sessiyası keçirilib.
     
    Sessiyada aprel ayının 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri müzakirə edilib.
    İclasda partiyanın seçkilərə qatılmaması barədə qərar verilib. Qərar partiya sədri Mirmahmud Mirəlioğlu tərəfindən elan edilib.
    Qeyd edək ki, bundan əvvəl KXCP seçkilərə Mirmahmud Mirəlioğlunun namizədliyi ilə gedəcəyini açıqlamışdı. Lakin seçkilərin vaxtının dəyişdirilməsindən sonra partiya boykota gedəcəyini bildirmişdi.
     

    Muxalifet3 - 17-02-2018

  19. Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: İKİ AZƏRBAYCANLI SAXLANILDI

    Türkiyənin Tokat şəhərində sərnişin avtobuslarından birində aparılan yoxlamalar zamanı 17 kiloqram 421 qram ağırlığında heroin ələ keçirilib.
     
    Hadisə ilə əlaqədar 2 şübhəli şəxs saxlanılıb.
    Tokat Polis İdarəsinin verdiyi açıqlamaya görə, İğdırdan İstanbula doğru hərəkət edən avtobusda tapılan 17 paket narkotik maddənin azərbaycan əsilli A.M. və T.N-ə məxsus olduğu ortaya çıxıb.

    Muxalifet3 - 17-02-2018

  20. MSK daha 7 nəfərin prezidentliyə iddiasını təsdiq etdi

    Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha yeddi nəfərin Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxıb.
     

    Muxalifet3 - 17-02-2018

Pages