Axtarış

The search found 105793 results in 0.053 seconds.

Search results

  1. ​Yuxarı Hacıqanlı kəndi azad edildi - Təcili

    Türkiyə Silahlı Qüvvələri Afrinin strateji əhəmiyyətə malik Yuxarı Hacıqanlı, Aşağı Hacıqanlı və Dərviş Obası kəndlərini terrorçulardan azad edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
    Sözügedən kəndlərin Afrinin Racu səmtinə bağlı olduğu bildirilib.
     

    Muxalifet3 - 18-02-2018

  2. ​Ağdaşda maşın su kanalına düşdü: Bir ailə...

    Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mercedes" markalı maşın su kanalına düşüb.
    Muxalifet.az xəbər verir ki, hadisə zamanı maşında bir ailənin üç üzvü olub.
    Hadisə zamanı ana və övladı - 1999-cü il təvəllüdlü Hümbətzadə Məsumə Bəhruz qızı və 6 aylıq övladı Hümbətzadə Selcan Oruc qızı xilasedicilər tərəfindən sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.
    Yaralılar DYP əməkdaşlarının xidməti maşını ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların hər ikisi xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

    Muxalifet3 - 18-02-2018

  3. ​Ərdoğan Ruhaniyə məktub göndərdi: Hazırıq...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu ünvanlayıb.
    Muxalifet.az xəbər verir ki, Ərdoğan məktubunda İranın cənubunda baş verən təyyarə qəzasına görə böyük üzüntü duyduğunu bildirib. O, faciə zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verərək, ölənlərə Allahdan rəhmət diləyib.
    Türkiyə prezidenti ehtiyac olduğu təqdirdə İrana hər cür yardım etməyə hazır olduqlarını vurğulayıb.
    Qeyd edək ki, bu gün İrana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfər həlak olub.
     

    Muxalifet3 - 18-02-2018

  4. ​Karateçilərimizdən möhtəşəm uğur

    Azərbaycan idmançıları Dubayda keçirilən “Karate-1 Premyer Liqa” turnirində bir qızıl və iki bürünc medal qazanıblar.
    Muxalifet.az xəbər verir ki, mötəbər turnirdə 75 kiloqram çəki dərəcəsində çıxış edən Rafael Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
    Milli komandamızın digər üzvləri Ayxan Mamayev (84 kq) və Nuranə Əliyeva (50 kq) isə bürünc medalla kifayətləniblər.
    “Karate-1 Premyer Liqa” turnirində 70-dən çox ölkədən 600-dən artıq idmançı mübarizə aparıb.
     

    Muxalifet3 - 18-02-2018

  5. ​Ərdoğanla Baxçalı arasında görüş: 45 dəqiqə...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla MHP lideri Dövlət Baxçalı arasında görüş baş tutub.
    Muxalifet.az xəbər verir ki, prezident sarayında keçirilən görüşdə 2019-cu ildə keçiriləcək seçki prosesi ilə bağlı müzakirələr aparılıb.
    Görüşün təxminən 45 dəqiqə davam etdiyi bildirilib.
     

    Muxalifet3 - 18-02-2018

  6. Millət vəkilinin Uludağda Qarabağ konfransı

    Millət vəkili Qənirə Paşayeva Türkiyənin Uludağ Universitetində Qarabağla bağlı konfrans keçirib.
    Muxalifet.az xəbər verir ki, Q.Paşayeva gənclərin və müəllimlərin iştirak etdiyi tədbirdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.

    Muxalifet3 - 18-02-2018

  7. ​Rusiya İstintaq Komitəsindən qərar: Azərbaycanlı qız...

    Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Moskvada uşaq baxçasında donaraq ölən üç yaşlı azərbaycanlı qızın cinayət işininin istintaqını şəxsi nəzarətinə götürüb.
    Muxalifet.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya İstintiq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

    Muxalifet3 - 18-02-2018

  8. ​Türkiyəyə qara xəbər: iki əsgər şəhid oldu

    Türkiyənin Şanlıurfa vilayətində hərbi nəqliyyat vasitəsinin selin təsiri ilə dərəyə yuvarlanması nəticəsində itkin düşən əsgərlərin nəşi tapılıb.
    Muxalifet.az xəbər verir ki, hadisə zamanı 2 əsgər böyük çətinliklə sudan çıxsa da, digər ikisi xilas ola bilməyib.
    Əməliyyat-axtarış tədbirləri nəticəsində suyun dibinə batan nəqliyyat vasitəsi tapılıb və hərbçilərin nəşi sudan çıxarılıb.
    Şəhidlərin sabah Şanlıurfada torpağa tapşırılacağı bildirilib.
     

    Muxalifet3 - 18-02-2018

  9. ​Azərbaycan Rusiyadan metro qatarı alacaq

    Rusiyanın "Metrovaqonmaş" şirkəti Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarı satacaq.
    Muxalifet.az-ın verdiyi məlumata görə, bu barədə "Metrovaqonmaş" şirkətinin tərkibinə daxil olduğu "Transmaşxoldinq" məlumat yayıb.
    Vaqonların istismar müddəti 31 ildir. İlk qatarın Bakıya bu ilin martında çatdırılması planlaşdırılıb. Müqavilə üzrə ikinci qatar da 2018-ci ildə Bakıya çatdırılmalıdır.

    Muxalifet3 - 18-02-2018

  10. Putin FTX-nin səlahiyyətlərini artırır

    Hüquq-mühafizə orqanları sistemindəki son 10 ildə keçirilən bütün islahatlar hakimiyyət və pul uğrunda mübarizədir.
    Muxalifet.az xəbər verir ki, bunu “Rosbalt” agentliyinə açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovniki, keçmiş deputat Gennadi Qudkov söyləyib.

    Muxalifet3 - 18-02-2018

  11. ​Suriya 48 saat ərzində Afrinə qoşun yeridə bilər

    Terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri olan YPG-nin yaraqlıları Afrin şəhərində (Hələbdən 65 km məsafədə) və Türkiyə ilə sərhəd rayonlarında bir neçə mövqeni Suriya ordusuna təhvil verəcək.
    Muxalifət.az xəbər verir ki, bu barədə kürdlərin "Firat" informasiya agentliyi məlumat yayıb.
    Bildirilir ki, hökumətin qoşun bölmələri yaxın 48 saat ərzində Afrinə yeridilə bilər. Bu barədə razılaşma Hələbdə tərəflər arasında aparılan danışıqların yekununda əldə olunub.

    Muxalifet2 - 19-02-2018

  12. ​İŞİD qayıtdı: Dəməşqə hücum və yeni işğal...

    İŞİD terror təşkilatı Suriyanın paytaxtı Dəməşqdə fələstinli miqrantların sıx məskunlaşdığı Yermük düşərgəsinin böyük hissəsini ələ keçirib.
    Muxalifət.az xəbər verir ki, yerli mənbələr fevralın 14-dən etibarən İŞİD-in düşərgəyə ardıcıl hücumlar təşkil etdiyini bildirib. Terrorçular bomba quraşdırılmış maşınlarla təşkil edilən hücumlar nəticəsində düşərgənin Rica meydanını, Fələstin Xəstəxanasını və Məşru hissəsini zəbt edib. Bununla da düşərgənin təxminən 75%-i terror təşkilatının nəzarətinə keçib.
    Hazırda düşərgədə 5 min fələstinlinin yaşadığı deyilir.

    Muxalifet2 - 19-02-2018

  13. ​İRANIN YENİ PLANI: Tehrandan-Tartusa qədər...

    İranla nüvə razılaşmasını ləğv etmək lazımdır.
    Bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı İsrail Baş naziri Beynamin Netanyahu söyləyib.
    “İran aqressivdir və öz nüvə proqramını inkişaf etdirir. İran uranın zənginləşdirilməsi texnologiyaları əldə edə bilər. Bunu dayandırmaq lazımdır. Əgər bunu razılaşma vasitəsilə etmək mümkün olsa, çox yaxşıdır, amma mümkün deyilsə, o zaman razılaşmanı ləğv edin. İrana qarşı ən sərt sanksiyaları irəli sürmək lazımdır.

    Muxalifet2 - 19-02-2018

  14. ​İsrail Qəzza zolağını ATƏŞƏ TUTDU

    İsrail aviasiyası tərəfindən Qəzza zolağı atəşə tutulub.
    Muxalifət.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti tərəfindən yayılan xəbərlərə görə, hava qüvvələri Qəzza zolağında yerləşən HƏMAS mövqelərinə hava zərbələri endirib.
    Məlumatda bunun cavab atəşi olduğu qeyd olunub:
    "İsrail müdafiə ordusu raket atəşinə cavab olaraq Qəzza zolağının cənub hissəsində yerləşən yeraltı infrastruktura hava zərbələri endirib".
    Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrailin ərazislərinə iki raket buraxılıb.
     

    Muxalifet2 - 19-02-2018

  15. ABŞ-da Afrin təlaşı: İNDİ DƏ ƏRƏBLƏRƏ QAÇDILAR

    Suriyadakı qətliamlara görə ABŞ-dan məsul olan Brett Makgurk, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Səudiyyə Ərəbistanı heyətləri iləi Abu-Dabidə görüşüb. Makgurkun əsas gündəmi Türk Silahlı Qüvvələrinin Afrindən sonra mümkün Menbiç və Tel Abyad əməliyyatları olub.
     

    Muxalifet3 - 19-02-2018

  16. ​PKK-nın ərəb qızlara qarşı DƏHŞƏTLİ SİYASƏTİ

    PYD terror qruplaşması ərəb ailələrindən alınan qızları zorla öz sıralarına cəlb edir.
    Muxalifət.az xəbər verir ki, bu barədə Anadolu Angentliyi Afrində yerli əhaliyə istinadən məlumat yayıb.
    “Hər ailədən bir nəfər mütləq şəkildə YPG sıralarına qatılmalıdır. Əgər ailədə oğlan uşağı yoxdursa, onda zor gücü ilə qızları alırlar. Biz öz ailələrimizi terrorçulara vermək istəmirik”, - deyə Deyr Ballut Həlimə adlı sakin deyib.

    Muxalifet2 - 19-02-2018

  17. Bayıl sakinləri kirayə PULUNDAN NARAZIDIR

    Əhali təzədən məhəllələrə qayıdır; sürüşmə zonasında son durum
     
    Bayıl yamacında sürüşmə zonasında aktivlik davam edir.  Ötən həftə bir daha açıqlama verildi ki, ərazidə yaşayan əhaliyə kirayə pulu, kompensasiya ödəniləcək. Belə ki, məlumata görə, Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb.

    Muxalifet2 - 19-02-2018

  18. ​ƏSƏD ƏMR VERDİ: 400 min nəfərlik bölgə vuruldu

    Əsəd rejiminə aid qüvvələr Şərqi Quta bölgəsinə havadan və qurudan hücum edib.
    Muxalifət.az xəbər verir ki, hücumlar nəticəsində 4-ü uşaq olmaqla 9 mülki şəxs həlak olub, xeyli insan yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
    Qeyd edək ki, müxaliflərin nəzarətində olan Şərqi Qutada 400 min mülki vətəndaş yaşayır.

    Muxalifet2 - 19-02-2018

  19. Akademikin qatili həbsxanada danışdı - SENSASİON AÇIQLAMALAR

    Muxalifət.az Musavat.com-a istinadən akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında baş tutmuş müsahibəni təqdim edir:
    Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.

    Muxalifet2 - 19-02-2018

  20. Türkiyədən kritik ABŞ AÇILAMASI

    Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, "ABŞ ilə münasibətlərimiz kritik bir dövrdən keçir. Ya münasibətləri normallaşdıracağıq və onları çığırına qoyacağıq, ya da əlaqələr daha da pisləşəcək " deyib.
     

    Muxalifet3 - 19-02-2018

Pages