Axtarış

The search found 105793 results in 0.055 seconds.

Search results

  1. ​Bakıda narkotiki blokların girişində belə gizlədiblər -NARKOTACİRDƏN DƏHŞƏTLİ İFADƏ

    Qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə təqsirləndirilən 3 nəfərin cinayət işi üzrə məhkəmə davam edib.
    Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Şəmistan Mustafayevin istintaqa ifadəsi elan edilib. Onun ilk ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər olub.

    Muxalifet2 - 19-02-2018

  2. Eldar Mahmudovun pullarını “yuyan” bankı yoxlamaq üçün amerikalı mütəxəssislər göndərilir

    Yaxın iki həftə ərzində amerikalı mütəxəssislər “ABLV Bank” üzərindən çirkli pulların yuyulması sxemlərini araşdırmaq üçün amerikalı mütəxəssislər Latviyaya göndəriləcək.
    Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Latviyanın iqtisadiyyat naziri Arvil Aşerandnes yerli telekanallardan birinə müsahibəsində deyib.

    Muxalifet2 - 19-02-2018

  3. Çavuşoğludan son dəqiqə AFRİN AÇIQLAMASI

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əsəd rejimi qoşunlarının Afrinə girməsi məsələsinə ilkin münasibət bildirib. Türk nazir Afrin məsələsində bir daha hökümətin qətiyyətini nümayiş etdirib: “Rejim YPG-ni qorumaq üçün Afrinə girirsə, bizi heç kim dayandıra bilməz.

    Muxalifet3 - 19-02-2018

  4. Rusiya kəşfiyyatı “Quli”ni HƏBS ETDİ

    Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krasnodar vilayətində “qanuni oğru”larla aktiv mübarizə aparırlar.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, dördüncü “qanuni oğru” - 39 yaşlı Timur Kapba fevralın 16-da Krasnodarda saxlanılıb.

    Muxalifet2 - 19-02-2018

  5. ​NATO sonda Türkiyəni müdafiə edəcək - SURİYA

    Dəməşq Türkiyənin Suriyada NATO tərəfindən dəstəklənməsindən qorxur.
    Muxalifət.az xəbər verir ki, bunu “Valday” klubunda çıxışı zamanı Suriya prezidentinin müşaviri Buseyna Şaban söyləyib.
    “Türkiyə NATO üzvüdür. Əgər burada hansısa problem olsa, NATO bizim yerimizə Türkiyəni müdafiə edəcək”, – deyə o bildirib.

    Muxalifet2 - 19-02-2018

  6. Brüsseldə ictimai nəqliyyat dayandı - TƏTİL

    Belçikanın paytaxtı Brüsseldə ictimai nəqliyyat işçiləri tətil keçirir.
    Trend-in məlumatına görə, tətilə bu sahədə fəaliyyət göstərən 3 həmkarlar təşkilatından 2-si qoşulub.
    Qeyd olunur ki, tətil sürücülərin təhlükəsizliyi, işçi çatışmazlığı və şəhər nəqliyyatının texniki vəziyyəti ilə əlaqədar keçirilir.
    Tətillə bağlı olaraq, Brüsseldə yalnız bir metro xətti işləyir. Avtobus və tramvayların 50 faizi reysə çıxmayıb.

    Muxalifet2 - 19-02-2018

  7. Afrindəki Mehmetcikdən BİRLİK, BƏRABƏRLİK MESAJI

    “Zeytun Budağı” hərəkatı ilə birlikdə Suriyanın şimalında terrorla mübarizəsini ardıcıl şəkildə davam etdirən Türk əsgəri, obyektivlərə birlik, bərabərlik mesajı verən poza verib.
     
    Amerikanın verdiyi dəstəklə Türkiyənin sərhədinə yerləşən PKK/YPG-li terrorçulara qarşı başlanılan “Zeytun Budağı” hərəkatı, 31-ci gününə girib.
     
    ADDIM ADDIM AFRİN MƏRKƏZİNƏ
     
    Hərəkat çərçivəsində zərərsizləşdirilən terrorçu sayı 2 minə doğru irəliləyərkən, Türk əsgərinin ruhu də olduqca yüksəkdir.

    Muxalifet3 - 19-02-2018

  8. ​Marsa göndərilən avtomobil YERƏ ÇIRPILA BİLƏR

    Dünyaca məşhur “SpaceX” şirkəti yeni layihəsi əsasında ötən ay kosmosa göndərdiyi “Tesla Roadster” avtobomili Yer kürəsinə çırpıla bilər.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, avtomobilin milyonlarla il kosmos boşluqlarında qalma ehtimalı var.
    Marsın orbitinə olan səyahətini hədəfini seçərək gerçəkləşdirəcək “Tesla” 6 faiz ehtimalla 2 milyon il ərzində Yer kürəsi, 2,5 faiz ehtimalla isə Venera ilə toqquşa bilər. Avtomobilin planetimizə ilk yaxın keçidi 2091-ci il olaraq hesablanıb. Həmin ildən 3 milyon il sonra “Tesla”nın Yerə düşmə ehtimalı 10 faizə çıxacaq.

    Muxalifet2 - 19-02-2018

  9. Ankaranın Münbiç təklifi və Əsədin Afrinə “girməsi”nin pərdəarxası - TƏHLİL

    Ötən həftə Vaşinqtondan iki yüksəkvəzifəli şəxs Ankaraya gəldi: əvvəlcə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri McMaster, ardınca dövlət katibi Reks Tillerson. Hər iki şəxsin məqsədinin Türkiyənin Afrindən sonra Münbiçə doğru hərəkət etməsinin qarşısını almaq, yaxud bu məsələdə anlaşmaq olduğu məlumdur. Lakin ilk diqqətçəkən məqam Ağ Evin McMasterlə Tillersonun çantasına eyni təklifi qoyub, ayrı-ayrı vaxtlarda niyə Ankaraya göndərməsi idi.

    Muxalifet2 - 19-02-2018

  10. Rusiyalı ekspertdən qəzəbli şərh:“Türkiyə Suriya ərazisinin yarıdan çoxunu tutub və “Türk axını” gərəksiz olur” – TƏHLİL

    Suriya qoşunlarının Fəratın sol sahilində Deyr-əz-Zor bölgəsində möhkəmlənmək cəhdi hələlik uğurla nəticələnməyib. Bununla yanaşı Bəşər Əsəd qoşunlarının, habelə Rusiya hərbi qruplaşması və “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) bölmələrinin amerikalılarla yeni qanlı toqquşma təhlükəsi böyükdür.
    Bu haqda ABŞ-ın keçmiş Rusiya səfiri Entoni Makfol Münhendə güvənlik üzrə konfransda bildirərək vurğulayıb ki, Amerika qoşunları “Suriyada uzun müddət qalacaq, belə ki ruslarla toqquşma bir də ola bilər”.

    Muxalifet2 - 19-02-2018

  11. ​“ONLARIN ÖZLƏRİ YANIB KÜLƏ DONSÜN” –Sabiq deputatdan Ziya Məmmədovun evinin yanma xəbərinə reaksiya

    “Evin bağbanı yaşayan balaca bir butka yanıb”.
    Muxalifət.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Elton Məmmədov keçmiş əqliyyat naziri Ziya Məmmədovun İsmayıllı rayonunun Buynuz kəndində yerləşən villasında baş verən yanğından danışarkən deyib.
    O, bu yanğın hadisəsinin baş verməsində həmin evdə yaşayan bağbanı günahlandırıb: “Hamısı bağbanın səhlənkarlığıdır. Nə villa? Yalandır. Olmayan bir məlumatdır. Heç düşmənə də arzulamıram ki, evi yansın. Azərbaycanlıyıq, ən azı bir təəssüf hissi olmalıdır. Onların özləri yanıb külə donsün”.

    Muxalifet2 - 19-02-2018

  12. "CHP-nin MKİ ilə ƏLAQƏSİ VAR" – ŞOK İDDİA

    Müxalif şəxsiyyəti ilə tanınan jurnalist Banu Avar, CHP ilə bağlı çox diqqətçəkən bir iddianı gündəmə gətirib. Avar, CHP-də MKİ ilə bağlı millət vəkillərinin olduğunu iddia edib.
     
    CHP-yə zərbə bu dəfə gözləmədiyi yerdən gəlib. Müxalif çıxışları ilə tanınan jurnalist Banu Avar iştirak etdiyi bir TV proqramında CHP ilə bağlı diqqət çəkən bir iddianı dilə gətirib.
    Avar, "Mən MHP və CHP-ni müxalifət olaraq görmürəm" - deyib.

    Muxalifet3 - 19-02-2018

  13. ​Türkiyə artilleriyası terrorçuları 2 istiqamətdən vurdu

    Türkiyə ordusu Şimali İraqın Zap bölgəsində və Hakkari Yüksəkovada 4 terrorçunu məhv edib.
    Muxalifət.az xəbər verir ki, məhv edilən terrorçular kəşfiyyat və müşahidə texnikalarının vasitəsilə müəyyən edilib və sərhəd məntəqələrinə hücuma hazırlaşdıqları bəlli olub.
    Dərhal reaksiya verən türk ordusu təyin edilən mövqeləri artilleriya atəşinə tutub, nəticədə Zap bölgəsində 1, Hakkaridə isə 3 terrorçu zərərsizləşdirilib.

    Muxalifet2 - 19-02-2018

  14. ​Valideynlərin istəyi nəzərə alındı - YENİLİK

    Bu ildən ilk dəfə olaraq, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar I sinifdə də eyni sinifdə komplektləşdiriləcək.
    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur.

    Muxalifet2 - 19-02-2018

  15. ​Əcnəbi tələbələr BSU-dan uzaqlaşdırlır? - İNANILMAZ HADİSƏ

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Redaksiyamıza Bakı Slavyan Universitetinin (BSU) magistr pilləsində təhsil alan rusiyalı tələbə Aysel İsmayılovanın şikayəti daxil olub.

    Muxalifet2 - 19-02-2018

  16. BİR AYA 15 FAİZİ TƏMİZLƏNDİ - "NÖVBƏ ƏSƏDƏ ÇATACAQ DEYİRDİLƏR..."

    İndi Əsəddən imdad diləyirlər
     

    Muxalifet2 - 19-02-2018

  17. ​Seçici siyahıları martın 3-dək tam tərtib olunacaq

    Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub.
    MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Azərbaycanda hər il mayın sonuna qədər seçici siyahıları hazırlanır.
    O bildirib ki, prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi bu prosesi sürətləndirib: “Seçici siyahıları səsvermə gününə 35 gün qalmış hazır olmalıdır. Martın 3-nə qədər seçici siyahıları tərtib və təsdiq edilə bilər”.

    Muxalifet2 - 19-02-2018

  18. ​Nazirlikdən vergi ödəyicilərinə ciddi - XƏBƏRDARLIQ

    Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.
    Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, vergi sistemində həyata keçirilməsinə başlanılmış şəffaflığın təmin edilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi prinsipləri vergi ödəyicilərinin də öz öhdəliklərinə qanunauyğun yanaşmasını tələb edir.

    Muxalifet2 - 19-02-2018

  19. Baş nazir qara kəmər ustası oldu

    Qırğızıstanın Baş naziri Sapar İsakov taekvondo üzrə qara kəmər və yeddinci dan sahibi olub.
    Muxalifət.az xəbər verir ki, barədə Qırğızıstanın rəsmi dövlət saytı informasiya yayıb.
    “Qırğızıstanda taekvondonun inkişafına verdiyi böyük təhfələrə görə respublikanın Baş naziri Sapar İsakova qara kəmər və yeddinci dan ustalıq səviyyəsi təqdim olunub”, - dövlət saytında bildirilib.

    Muxalifet2 - 19-02-2018

  20. ​Lotu Qulini təhqir edən şəxsi güllələdilər - Video/18+

    Bir müddət əvvəl sosial şəbəkələrdə çeçen əsilli kriminal aləm üzvünün “Lotu Quli” ləqəbli Nadir Səlifovu təhqir etdiyi görüntülər yayılmışdı.
    Lent.az-ın məlumatına görə, həmin şəxslə bağlı yeni görüntülər ortaya çıxıb.
    Görüntülərdə həmin şəxsin maşında güllələndiyi açıq-aydın görünür. Morqda çəkilən videoda isə bədəninin bütün hissələrinin güllə izindən deşik-deşik olduğu görünür.
    Qeyd edək ki, həmin şəxs videoda “Quli”ni təhqir edərək, onu yaxın zamanlarda öldürəcəyi ilə hədələmişdi.

    Muxalifet2 - 19-02-2018

Pages