Axtarış
The search found 105793 results in 0.057 seconds.
Search results
Hakim 9 futbolçunu MEYDANDAN QOVDU
Braziliyanın Baiya ştatının futbol çempionatında "Viktoriya" və "Baiya" klubları arasında keçirilən matç komandaların 9 futbolçusunun meydandan sovulması səbəbindən sona qədər oynanılmayıb.
Muxalifət.az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.Muxalifet2 - 19-02-2018
Hollandiyalı terroristi “QIRMIZI BERETLİLƏR” MƏHV EDİB
Afrində son bir həftədə Hollandiya, İspaniya və Fransa vətəndaşı olaraq 3 xarici terrorçu öldürülüb.
Afrində keçən həftə, bomba yüklü avtomobillə Türk birliyinə intihar hücumu həyata keçirmək istəyərkən, “qırmızı beretli”lər tərəfindən məhv edilən terrorçunun, 2 il əvvəl YPG sıralarına qatılan Hollandiyalı Sjoerd Heeger (45) olduğu ortaya çıxıb.
AİLƏSİ CƏNAZƏSİNİ ALMADI
Muxalifet3 - 19-02-2018
Multimilyarder daha çox vergi ÖDƏMƏK İSTƏYİR
Multimilyarder Bill Qeyts bildirib ki, o və başqa zəngin amerikalılar ABŞ xəzinəsinə indi ödədiklərindən daha çox vergi ödəməlidirlər.
Muxalifət.az Trend-ə istinadən bildirir ki, o, bu barədə "CNN" telekanalına müsahibəsində deyib.
B.Qeyts bildirib: "Mən hər bir insandan çox vergi ödəmişəm, 10 milyon dollardan artıq. Lakin hökumət mənim kimi insanlardan daha yüksək ödəniş tələb etməlidir".Muxalifet2 - 19-02-2018
Tillerson: Moskvanın hərbi sazişlərini ləğv etdik
Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər.
Bunu CBS televiziyasına müsahibəsində ABŞ Dövlət katibi Reks Tillerson söyləyib.
“Biz Konqresin qəbul etdiyi qərarla bağlı artıq bir neçə addım atmışıq. Vaşinqton xüsusilə Rusiyanın satmaq istədiyi hərbi texnika ilə bağlı bir neçə müqavilənin ləğvinə nail olub. Biz daha bir neçə şəxsə qarşı sanksiyalar tətbiq edə bilərik”, – deyə o bildirib./axar/Muxalifet2 - 19-02-2018
Aİ-nin xüsusi nümayəndəsi BAKIYA GƏLDİ
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.
Report xəbər verir ki, iki gün davam edəcək səfər zamanı T.Klaar ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirəcək.
Xatırladaq ki, keçən il noyabrın 13-də Avropa İttifaqı Şurası onun Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi postuna namizədliyini təsdiqləyib.
T.Klaar 2014-cü il iyulun 8-dən bu vəzifəni icra edən səfir Herbert Zalberi əvəz edib.Muxalifet2 - 19-02-2018
Şok Afrin iddiası: ANLAŞDILAR..
“Reuters” Agentliyinə danışan mənbələr, PKK-nın davamı olan YPG-nin Əsəd rejim qüvvələri ilə razılaşdığını, Əsəd güclərinin Afrinə girəcəyini iddia edib.
İddiaya görə, Əsəd qüvvələri, Türkiyənin “Zeytun Budağı” hərəkatının hədəfi olan Afrinə girəcək. Terror təşkilatı PKK/YPG mənbələri, Dəməşq rejiminin sərhəd xətti boyunca yerləşəcəyini və iki gün ərzində Afrinə girəcəyini söyləyib.
Əsəd rejiminə yaxınlığı ilə tanınan Livan mərkəzli “Al Məsdər News” saytı da xəbərində, Əsəd güclərinin sabah Afrinə girəcəyi iddiasına yer verib.Muxalifet3 - 19-02-2018
Qarabağ məsələsi üçün YENİ MƏRHƏLƏ - Bakının düşmənə “yubiley” sürprizi
Qarabağdakı separatçı hərəkatın 30-cu ildönümündə işə düşəcək meqa-layihə də işğalçı Ermənistandan yan ötəcək; iyunun 30-da istifadəyə veriləcək Cənub Qaz Dəhlizi (TANAP) tək “Şahdəniz” yatağını deyil, ümidimizi də Avropaya daha sıx bağlayacaq...
Muxalifet2 - 19-02-2018
Avtomobil kanala aşdı: SÜRÜCÜ ÖLDÜ, arvadı və qızı...
Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil su kanalına düşüb, sürücü ölüb, həyat yoldaşı və 6 aylıq qızı xəsarət alıb.
Bakı-Qazax yolunun Ağdaşın Aşağı Ləki kəndindən keçən hissəsində Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, su kanalına düşüb. Nəticədə sürücü hadisə yerində ölüb, onun həyat yoldaşı, 1999-cu il təvəllüdlü Hümbətzadə Mənsumə Bəhruz qızı və qızı, 2017-ci il təvəllüdlü Selcan Hümbətzadə ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Muxalifet2 - 19-02-2018
ABŞ və Avropanın yeni planı: PKK-nın LƏĞVİ
Ankarada hökumət mənbələri son aylarda, yeni bir plandan söhbət etməyə başlayıb. PKK-nın ləğv edilərək PYD çətiri altına girəcəyi, bunun da ABŞ və Aİ ölkələrini terror təşkilatı PKK ilə əməkdaşlıq edən tərəf olmaqdan qurtarmaq məqsədi daşıdığı iddia edilir.
Muxalifet3 - 19-02-2018
Anardan əsəbi açıqlama:“Niyə İsa Qəmbər, Pənah Hüseyn, İsgəndər demir ki, kitab yandırmaq yaxşı şey deyil?!”
"Mən və rəhmətlik Yusif Səmədoğlu İsa Qəmbəri zaminə götürdük, türmədə olanda neçə dəfə müraciət yazdım. Neçə dəfə türmədə olan Pənah Hüseyn haqqında, İsgəndər Həmidov haqqında yazdım. Rəhmətlik Əbülfəz Elçibəy – mənim ona hörmətim var – haqqında yazmışdım. Yaxşı, Elçibəy bizim haqqımızda çox gözəl sözlər deyib, 60-cı illər nəsli, konkret olaraq mənim haqqımda, bu birilərdən də söz gözləmirəm, amma belə hadisələr olanda niyə bunlar səslərini qaldırmırlar, demirlər ki, kitab yandırmaq yaxşı şey deyil?!
Muxalifet2 - 19-02-2018
Azad Suriya Ordusu əsgərindən XAİN TERRORÇULARA İNSANLIQ DƏRSİ
Afrində azad edilən kəndlərin birində əsi düşən PYD/PKK-lı terrorçuya ASO əsgəri su verib.
Afrindəki terrorçuların yerləşdiyi mövqelərə qarşı başlanılan “Zeytun Budağı” hərəkatı çərçivəsində Türk və ASO əsgərləri terrorçuların əlindəki kəndləri azad edir.
ASO ƏSGƏRİNDƏN İNSANLIQ DƏRSİ
Xilas edilən kəndlərdən birində yaxalanan PYD/PKK-lı qadın terrorçuya ASO əsgəri insanlıq dərsi verib.
TERRORÇUYA SU VERDİ
Muxalifet3 - 19-02-2018
VƏKİLLƏR KOLLEGIYASI YENİ BİNAYA KÖÇDÜ
Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu gündən etibarən fəaliyyətini yeni – Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında (Respublika Hərbi Prokurorluğunun yanı) davam etdirəcək.
Kollegiyadan verilən məlumata görə, yeni inzibati bina öncəkindən fərqli olaraq, müasir standartlara cavab verməklə yanaşı, Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas Komissiyalarının fəaliyyətinin yüksək səviyyədə təşkil olunması üçün zəruri şəraitə malikdir.
Yeni binada gələcəkdə vəkillərin qruplar şəklində müxtəlif tədris tədbirlərinə cəlb olunmaları üçün lazımi şərait yaradılıb./publika/Muxalifet2 - 19-02-2018
TSQ-dən son AFRİN AÇIQLAMASI
“Zeytun Budağı” hərəkatı 31-ci günündə davam edir. Hərəkatda əhəmiyyətli mərhələlər qeyd edilib. TSQ-nin irəliləyişi davam edərkən, ASO da meydançada fəaliyyətlərini davam etdirir.
Türk Silahlı Qüvvələri, “Zeytun Budağı” hərəkatının başlanğıcından bu yana 1641 terrorçunun zərərsizləşdirildiyini bildirib. Bu ana qədər 32 nəfər Türk əsgəri şəhid olub.
Müxalifət.azMuxalifet3 - 19-02-2018
Rusiya “Vaqner”in qisasını alacaq - EKSPERT
Moskva Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin Suriyada məhv edilməsini cavabsız qoymayacaq.
Muxalifət.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı hərbi ekspert Sergey Zqurets söyləyib.Muxalifet2 - 19-02-2018
Əsədə qarşı yeni TƏHLÜKƏ - Müxalifət ən böyük qruplaşmasını yaratdı
Suriyada ölkənin ən böyük hərbi qruplaşması yaradılıb.
Muxalifət.az xəbər verir ki, Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan iki qrup – Əhrar Şam İslam Hərəkatı və Murəddin Zəngi Hərəkatı eyni cəbhədə birləşib. Beləliklə, Əsəd rejiminə qarşı ən böyük qruplaşma qurulub.Muxalifet2 - 19-02-2018
Raketlə poza verən TERRORÇU ÖLDÜRÜLDÜ
Türk Silahlı Qüvvələri, Afrinin mərkəzinə addım-addım irəliləyərkən terrorçulara böyük zərbələr vurur. Mülki paltarlar geyinməklə özlərini gizlətmək istəyən terrorçular isə bir-bir öldürülür.
TSQ-nin Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD nümayəndələrini zərərsizləşdirmək məqsədilə, 20 yanvarda başladılan “Zeytun Budağı” hərəkatı bütün sürətilə davam edir.
Əməliyyatda 30-cu gün geridə qalıb və TSQ və ASO gücləri addım addım strateji məntəqələri ələ keçirərək, Afrin mərkəzinə doğru irəliləyir.
Muxalifet3 - 19-02-2018
KOSMOS SAVAŞI: Rusiya ABŞ-a qarşı xüsusi silah hazırlayır
Rusiya və Çin ABŞ-ın hərbi və kommersiya peyklərini sıradan çıxarmaq üçün xüsusi silahlar hazırlayır.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiya ABŞ Milli Kəşfiyyatının hesabatında yer alıb. Hesabata əsasən, bu tip silahlar həmin ölkələrin arsenalında yaxın illərdə peyda ola bilər.
ABŞ kəşfiyyatı Çin və Rusiyanın xüsusi peyk əleyhinə bölmələr də yaratdığını bildirib. Bu peyklərin ABŞ-a qarşı gələcək konfliktlər zamanı istifadə ediləcəyi vurğulanıb.Muxalifet2 - 19-02-2018
Feysbukdan SƏRT QAYDALAR - reklama nəzarət gücləndirilir
Feysbuk sosial şəbəkəsi 2018-ci ildə keçiriləcək seçkilərlə əlaqədar təhlükəsizlik sistemlərini gücləndirib.
Publika.az xəbər veri ki, şirkət bu il ABŞ Konqresinə keçiriləcək seçkilərə "Rusiyanın müdaxiləsi" ehtimalını göz önündə saxlayaraq, reklam elanları alıcıları üçün əlavə testlər hazırlayıb.
Feysbuk şirkəti elektron poçt vasitəsi ilə istifadəçilərin ABŞ-da yaşadığını təsdiq etməsi üçün xüsusi kod göndərəcək. İstifadəçilər bu kodu təsdiq etdikdən sonra reklam elanlarının alışını davam etdirə biləcəklər.Muxalifet2 - 19-02-2018
Yerevandakı PKK terrorçularının tutulması üçün axtarışlar başlayıb
Ermənistan polisi Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə Yerevanda PKK terrorçularının tutulması üçün axtarışlara başlayıb.
“Report” xəbər verir ki, bunu Ermənistanın “Haykakan Jamanak” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, Yerevanda təhsil alan erməni və kürd tələbələr bununla bağlı ölkənin hüquq-mühafizə orqanlarına çağırılıblar və sorğu-sual ediliblər.Muxalifet2 - 19-02-2018
ABŞ-ın təklifinin PƏRDƏARXASI – Türkiyəyə qarşı xain plan ORTAYA ÇIXDI
Ankarada hökumət mənbələri son aylarda ABŞ-ın yeni bir planı haqqında danışmağa başlayıblar.
Muxalifət.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, PKK-nın ləğv edilərək PYD-nin çətiri altına daxil edilməsi planlaşdırılır.
Plan ABŞ və Avropa İttifaqı ölkələrini “PKK terror təşkilatı ilə əməkdaşlıq edən tərəf” olmaqdan xilas etmək məqsədi daşıyır. Hökumətdə yer alan nazirlərdən birinin sözlərinə görə, ortamüddətli perspektivdə PKK-nın ləğvi müzakirə edilir.Muxalifet2 - 19-02-2018