Axtarış
The search found 105795 results in 0.089 seconds.
Search results
Rus dili vəhşilərin dilidir – Latviyalı bankir
Latviyalı bankir Qirt Runqaynis rus dilini vəhşilərin dili adlandırıb.
O, rusdilli təhsilin maliyyələşməsini dayandırmağa çağırıb:
“Rus dili nə mədəniyyət, nə elm, nə də incəsənət dili hesab olunur. Ona görə də Latviyada olan rusdilli təhsilin maliyyələşməsini dayandırmalıyıq”.
Qeyd edək ki, Latviyada dövlət dili latış dili hesab olunur. Ölkə əhalisinin təxminən 40%-i rus dilində danışır.Muxalifet3 - 17-02-2018
MSK seçkilərlə bağlı iclas keçirdi: Bu şəxslər...
Fevralın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, əvvəlcə Komissiyanın 2018-ci il 8 fevral və 14 fevral tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.Muxalifet3 - 17-02-2018
Nigeriyada dəhşətli terakt: ölü və yaralılar var
Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terakt baş verib.
Muxalifet.az xəbər verir ki, 3 kamikadzenin bazarda özünü partlatması nəticəsində 21 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Terror aktına görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsə də, hadisənin Boko Haram qruplaşmasının silahlıları tərəfindən törədildiyi ehtimal edilir.
Qeyd edək ki, yanvarın 3-də Nigeriyada terrorçu-kamikadzenin məsciddə özünü partlatması nəticəsində azı 14 nəfər həlak olmuş, çox sayda insan yaralanmışdı.
Muxalifet3 - 17-02-2018
AÇIQLAMA: Bu həqiqəti görün: ya öləcəyik, ya da öldürəcəyik... - Ərdoğan
Bütün vətəndaşlarımızın bu həqiqəti görmələrini istəyirəm, ya var olacağıq, ya öləcəyik, ya bu oyunu pozacağıq, ya da daha bir əsr ayağımızda zəncirələrlə yaşayacağıq. Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. "Ölkəmiz istər daxildə, istərsə də sərhədləri xaricində tarixinin ən gərgin mübarizələrindən birini aparır. FETÖ, İŞİD, PKK, YPG kimi terror təşkilatlarına qarşı apardığımız mübarizə yalnız bu günümüz üçün deyil, gələcəyimiz üçün həyati əhəmiyyət daşıyır.
Muxalifet3 - 17-02-2018
Nazirlik bu şəxsləri cərimələdi: 171 iş...
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli Strategiya”nın icrası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə Tədbirlər Planı təsdiq edilib və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu işçı qrup yaradılıb və görülmüş işlər haqqında hesabat hazırlanıb.
Muxalifet3 - 17-02-2018
Türkiyədən əməliyyatla bağlı yayılan xəbərə - Sərt reaksiya
Türkiyə “Zeytun budağı” əməliyyatında kimyəvi qazlardan istifadə etməyib.
Muxalifet.az xəbər verir ki, bu sözləri “Röyters”ə açıqlamasında adını açıqlamayan türkiyəli diplomat deyib. O bildirib ki, Türkiyənin kimyəvi silahdan istifadə etməsi ilə bağlı yayılan xəbərlər “qara təbliğat”dır:
“Türkiyə “Zeytun budağı”əməliyyatı zamanı mülki vətəndaşlara xəsarət yetirməmək üçün son dərəcə ehtiyatlı davranır. Heç vaxt kimyəvi silahdan istifadə etməmişik. Bu barədə yayılan bütün iddialar əssassızdır”.Muxalifet3 - 17-02-2018
İrana qarşı hərəkətə keçmək vaxtıdır - ABŞ
İran Suriya, Yəmən və İraq kimi ölkələrdə hərbi cəhətdən güclənib. Gələcəkdə İranın dəstəklədiyi qruplaşmalar bu ölkələrdəki hökumətlərə qarşı çıxa bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik nazirinin müşaviri general Herbert Raymond Makmaster Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı söyləyib. Bu qruplaşmaların hərbi avadanlıqlarının təhükəli həddə olduğunu deyən Makmaster İrana qarşı hərəkətə keçmək vaxtının yetişdiyini deyib.
Muxalifet3 - 17-02-2018
SOCAR-a məxsus benzin daşıyan maşın partladı
Gürcüstanın Kaxeti bölgəsində Telavi-Qombori magistral yolunda SOCAR şirkətinə məxsus benzin daşıyan maşın qəzaya uğrayıb.
Muxalifet.az- ın məlumatına əsasən, maşın yol kənarına çıxıb və daha sonra güclü partlayış baş verib. Sürücü avtomobili vaxtında tərk edə bilib. İnsident zamanı xəsarət alan olmayıb.
Qəza nəticəsində maşında olan 23 tona yaxın benzin ətrafa dağılıb.
Ətraf mühitə nəzarət departamenti dəymiş ziyanın həcmini müəyyən edəcək.
Muxalifet3 - 17-02-2018
Rusiya həyəcanla gözlənilən raketini hərəkətə gətirdi
Rusiyanın Həştərxan vilayətində Tor-M2DT havadan müdafiə raketi sınaqdan keçirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Rusiya Tudey” televizyası məlumat yayıb. Sinaqdan görüntüləri yayımlayan “RT” bildirib ki, sınaq zamanı raketin həssaslığı və hədəfin düzgün seçilməsi test edilib. Eyni vaxtda 4 hədəfi vura bilən raketin növbəti dəfə Arktik bölgəsində sınaqdan keçiriləcəyi vurğulanıb.
Qeyd edək ki, ötən il "Qırmızı" meydanda keçirlən “Zəfər xaçı”nda sərgilənən raketin 2018-ci ildə orduya təhvil veriləcəyi bildirilmişdi.
Muxalifet3 - 17-02-2018
FETÖ-ya 7 milyon verən 7 iş adamı ilə bağlı - Qərar
İstanbul Baş Prokurorluğu FETÖ-ya maliyyə dəstəyi ayırmaqda ittiham olunan 7 iş adamının şərti azadlığa buraxılmasına qərar verib.
Muxalifet.az xəbər verir ki, istintaq zamanı həmin şəxslərin təşkilatın rəhbəri Fətullah Gülənin təlimatı ilə İstanbuldakı müxtəlif banklara 7 milyon 400 min türk lirəsi köçürdüyü məlum olub.
İstintaq çərçivəsində bir nəfərin axtarışda olduğu bildirilir.
Muxalifet3 - 17-02-2018
Rumın nazir müavini Kərimovdan danışdı - Video
Rumıniyanın enerji nazirinin müavini İulian Tudoraçe azərbaycanlı gənc Həmzə Kərimovun uğurlarından danışıb.
Muxalifet.az xəbər verir ki, İ.Tudoraçe Azərbaycan və Rumıniya arasında strateji əməkdaşlığın iki ölkənin müvafiq enerji şirkətləri arasında mövcud əlaqələri zənginləşdirdiyini bildirib.Muxalifet3 - 17-02-2018
"Qəbələ"dən möhtəşəm dönüş, "Neftçi" isə...
“Sumqayıt” klubu doğma meydanda “Neftçi”ni qəbul edib.
Muxalifet.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda hesabı meydan sahibləri açıblar. Matçın 13-ci dəqiqəsində Tural Axundov 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Sumqayıt”i hesabda önə çıxarıb. Qarşılaşmanın 17-ci dəqiqəsində “Sumqayıt” ikinci topu qonaqların qapısından keçirib. Amil Yunanov baxımlı qola imza atıb – 2:0.Muxalifet3 - 17-02-2018
Türkiyə iki fərqli bölgədə şəhid verdi
Türkiyə Silahlı Qüvvələri (TSQ) Hakkaridə separatçı terror təşkilatı üzvləri tərəfindən edilən silahlı hücumda bir əsgərin şəhid olduğunu, birinin yaralandığını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, TSQ həmçinin bu gün “Zeytun budağı” hərbi əməliyyatları zamanı daha bir əsgərin şəhid olduğunu bildirib.Muxalifet3 - 17-02-2018
Dünyada hər il 40 milyon insan bu səbəbdən vəfat edir
Dünyada vaxtsız ölümlərin əsas səbəbi qeyri-infeksion xəstəliklərdir. Həmin xəstəliklər qrupunda dörd əsas patologiya üstünlük təşkil edir: ürək-damar, obstruktiv ağciyər xəstəlikləri, onkoloji xəstəliklər və şəkərli diabet.
Muxalifet3 - 17-02-2018
Rusiyaya qarşı daha çox tanka ehtiyac var - Polşa
Avropanın Rusiya və İŞİD-lə mübarizə aparmaq üçün daha çox tanka ehtiyacı var.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Polşa Baş naziri Mateus Moravieski çıxış edib.
"Daha çox tanka və daha az təhlil mərkəzinə ehtiyac duyuruq, təhlil mərkəzlərinin sayı kifayət qədərdir və bu silahlar İIŞİD, ya da Rusiya kimi rəqiblə mübarizədə əhəmiyyətlidir", - Moravieski söyləyib.
Muxalifet3 - 17-02-2018
İsrail Fələstin hərbçilərini top atəşinə tutdu
İsrail ordusu Qəzzada Fələstinin müqavimət hərəkatına məxsus hərbi nəzarət məntəqəsinə top atıb.
Muxalifet.az xəbər verir ki, bu barədə sputnik agentliyi məlumat yayıb. Məlumata görə, Fələstin təhlükəsizlik qüvvələri hadisə nəticəsində ölən və yaralananların olmadığını bildiriblər.
Hadisə ilə bağlı bəyanatında İrsail ordusu Qəzzanın cənubunda İsrailə aid hərbi maşının keçdiyi bölgədə bomba partlamasına cavab olaraq top atdıqlarını bildiriblər.Muxalifet3 - 17-02-2018
ABŞ-dan yeni qərar: Feysbuk və FTB birgə çalışacaq
Feysbuk rusların və digər qüvvələrin seçkilərə müdaxiləsinin qarşısını almaq üçün Federal Təhlükəsizlik Bürosu (FTB) ilə birgə çalışacaq.
Muxalifet.az xəbər verir ki, şirkətdən verilən açıqlamada Feysbukun təhlükəsizlik işçilərini 2 dəfə artıraraq 20 min nəfərə çatdıracağı bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampla Rusiya arasındakı əlaqələri araşdıran xüsusi prokuror Robert Müller Rusiyanın 13 vətəndaşını və 3 qurumunu 2016-cı ildəki seçkilərə müdaxilə etməkdə ittiham etmişdi.
Muxalifet3 - 17-02-2018
NATO: ABŞ-la Türkiyə arasındakı danışıqları...
Türkiyə və ABŞ arasındakı danışıqları müsbət qarşılayıram.
Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniyada təşkil edilən Münhen Təhlükəsizlik Konfransında çıxış edən NATO Baş katibi Yens Stoltenberq deyib. Baş katib ABŞ Dövlət katibi Reks Tillersonun da Türkiyə səfərindən məmnun olduğunu bildirərək ABŞ və Türkiyənin İŞİD terror təşkilatına qarşı uzun müddət birlikdə mübarizə apardığını qeyd edib.Muxalifet3 - 17-02-2018
Türk ordusu İraqa zərbələr endirdi: Anbarlar məhv edildi
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Hakurk bölgəsində polis bölmələrinə və hərbi bazalara hücum etməyə hazırlaşan separatçı terror təşkilatına havadan zərbələr endirib.
Muxalifet.az xəbər verir ki, hərəkat nəticəsində terrorçulara aid sığınacaqlar və silah anbarları məhv edilib.
Türkiyə Baş Qərargahı tərəfindən verilən açıqlamada əməliyyatların davam etdiyi və hərəkata qatılan təyyarələrin təhlükəsiz bir şəkildə aviabazaya qayıtdığı bildirilib.Muxalifet3 - 17-02-2018
Cüdoçularımızdan Avstriyada böyük uğur
Avstriyanın Obervart şəhərində start götürən cüdo üzrə Avropa açıq turnirinin ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.
Muxalifet.az xəbər verir ki, cüdoçularımız beynəlxalq yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.Muxalifet3 - 17-02-2018