Axtarış

The search found 105795 results in 0.051 seconds.

Search results

  1. ​Daha bir azərbaycanlı futbolçu "Slaviya"ya keçdi

    Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə futbol meneceri Vaqif Heydərli sosial şəbəkə vasitəsilə məlumat yayıb.
    FİFA meneceri "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Rövlan Muradovu Çexiyaya apardığını bəyan edib. Belə ki, o, Fərid Nəbiyevdən sonra Muradovun da Çexiya "Slaviya"sı ilə anlaşmasına vasitəçilik edib. Gənc yarımmüdafiəçi mövsümün sonuna qədər Praqa klubuna icarəyə verilib.

    Muxalifet3 - 16-02-2018

  2. ​Tramp Netanyahu ilə Ağ Evdə GÖRÜŞƏCƏK

    ABŞ prezidenti Donald Tramp martın 5-də İrailin baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə görüş keçirəcək.
    Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə Ağ Evdəki mənbə bildirib.
    Mənbə deyib: "Prezidentin baş nazirlə gözəl münasibətləri var və o, onunla görüşü səbirsizliklə gözləyir".
    Qeyd edək ki, yanvar ayında Davos Dünya İqtisadi Forumunda Tramp və Netanyahu arasında görüş olub.

    Muxalifet2 - 17-02-2018

  3. RUSİYA AÇIQLADI: Əsəd ordusu Afrinə girsə, Türkiyə...

    Suriya ordusu Afrinə girsə, Türkiyə ilə qarşıdurma riski artacaq. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev bildirib. "Mediada Dəməşq ilə kürdlər arasında Suriya hökumət ordusunun Afrinə yerləşdirilməsi ilə bağlı mövcud müqavilə olduğu yönündə iddialar səsləndirilir. Bu, doğru məlumat deyil, bu məsələ ilə bağlı dəyərləndirmələr də təmkinli bir şəkildə aparılmalıdır", - Kosaçev qeyd edib.

    Muxalifet2 - 17-02-2018

  4. ​DİN-dən uğurlu əməliyyat: 36 NƏFƏR SAXLANILDI

    Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.
    DİN-dən verilən məlumata görə, axtarışda olduğuna görə 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.
    Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

    Muxalifet2 - 17-02-2018

  5. ​Ermənistan ABŞ-ın sanksiya qərarları ilə üz-üzə - SƏBƏB

    Müşahidələr və məlumatlar göstərir ki, Ağ Ev Rusiyanın forpostuna dərs verməkdə qərarlıdır; Ermənistana 2019-cu il üçün ayrılan vəsait azaldıldı, işğalçı üçün digər “qara xəbərlər” də var; politoloq: “Əgər Rusiya ilə Amerika açıq savaşa girsə, onda Ermənistanın işğalçı ölkə olaraq tanınması mümkündür”

    Muxalifet2 - 17-02-2018

  6. Bakıdan iki fevral “ŞOKU” - İrəvan və Kreml təlaş ortaqları kimi...

    Azərbaycan qeyri-dost çevrələrin planını necə pozdu; 11 aprel növbədənkənar seçki qərarı və İlham Əliyevin İrəvan açıqlamasını düşmən hələ də müzakirə edir; açıqlamaya Rusiya XİN-dən də əndişəli reaksiya gəldi, Bakıdan isə cavab gecikmədi: “Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıtması nəyə görə kimisə narahat etməlidir?..”

    Muxalifet2 - 17-02-2018

  7. ​Ukraynanın parçalanması üçün ƏSAS FAKTOR... - Saakaşvili

    Ukraynanı tezliklə süqut gözləyir.
    Muxalifət.az xəbər verir ki, bunu Avstriyanın “Die Presse” qəzetinə müsahibəsində Mixail Saakaşvili söyləyib.
    “Ukrayna oliqarxların böyük iqtisadi maraqları ucbatından mafiya dövlətinə çevrilir. İqtisadiyyatın 70%-i oliqarx ailələrinə məxsusdur. Bunların başında duran isə Pyotr Poroşenko və Rinat Axmetovdur. Burada dövlət faktiki olaraq işləmir, yarıhərbi qruplaşmalar Poroşenko tərəfindən silahlandırılır. Eyni tip qruplar Daxili İşlər naziri Arsen Avakov və Axmetovun da tabeleyində mövcuddur.

    Muxalifet2 - 17-02-2018

  8. Sələmə 3 min manat götürdü, həmin vəsait şişib 16 min oldu... – BORCUNU QAYTARA BİLMƏYƏN QADINI HƏBS EDİRLƏR

    Ucar rayonu Fizuli küçəsi ev 31 sakini Hüseynova Kəmalə Sədrəddin qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır: “Hörmətli Prezident! Hörmətli Mehriban xanım! Mən oğlu qətlə yetirilmiş yazıq bir anayam. Barəmdə olan cinayət işi üzrə Ucar rayon məhkəməsi mənə və qızım Qumruya şərti cəza təyin etmişdir. Bundan narazı qalan zərəçəkmiş şəxs Şərafət Əliyevanın verdiyi apellyasiya şikayəti təmin olunmadı.

    Muxalifet4 - 17-02-2018

  9. ​MİT-dən ölkə xaricində əməliyyat: BALI GƏTİRİLDİ...

    Diyarbəkir, Suruç və Ankarada 142 insanın ölümünə səbəb olan terror aktlarının törədilməsi əmrini verən İŞİD üzvü İlhami Balının həyat yoldaşı Hülya Balı MİT-in (Milli İstehbarat Təşkilatı) ölkə sərhədlərindən kənarda təşkil etdiyi xüsusi əməliyyatla saxlanaraq Türkiyəyə gətirilib.
    Muxalifət.az xəbər verir ki, başına 4 milyon qoyulan İŞİD-in Türkiyə əmiri İlhamı Balının axtarışları Əl Bab şəhərində aparılıb.

    Muxalifet2 - 17-02-2018

  10. ​Bakıda kişi qısqanclıq zəminində HƏYAT YOLDAŞINI BIÇAQLADI

    Bakının Yasamal rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
    Abbas Mirzə Şərifzadə küçəsindəki mənzildə yaşayan 1981-ci il təvəllüdlü Ağayeva Ramilə Balaqardaş qızı həyat yoldaşı ilə mübahisə edib.
    Bu zaman o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsində araşdırma aparılır.
    Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. (report)
     

    Muxalifet2 - 17-02-2018

  11. ​Bakıda qadını doğrayaraq zibil qutusuna atan şəxs SAXLANILDI

    Daxili İşlər Nazirliyi (DİN) paytaxtdakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.
    Muxalifət.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.

    Muxalifet2 - 17-02-2018

  12. Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - FOTO

    Türkiyənin Tunceli bölgəsinin Qutudərə ərazisində yerləşən qayalıqlarda PKK terrorçularına aid 8 mərtəbəli sığınacaq aşkarlanıb. 
    Jandarma Xüsusi Əməliyyat dəstələrinin aşkarladığı 100 metr dərinliyindəki sığınacağı terrorçuların təxminən 20 gün əvvəl tərk etdiyi öyrənilib. 
    Məlumata görə, terrorçular sığınacaqda su təminatını ödəmək üçün 750 metr uzunluğunda boru xətti çəkib. Ayrı-ayrı otaqlardan əlavə həmçinin mətbəxi, hamamı və hovuzu da olan sığınacaqda terrorçulara aid çox sayda əşya ələ keçirilib. 

    Muxalifet2 - 17-02-2018

  13. Trampı prezident seçdirən azərbaycanlı gənci ABŞ -dan qovurlar - sensasion və rəsmi...

    ABŞ -ın rəsmi strukturları 2016-cı il prezident seçkilərinə müdaxilə məsələsi üzrə 13 Rusiya vətəndaşına rəsmi ittiham irəli sürüb. Musavat.com xəbər verir ki, bu barədə rəsmi material ABŞ Ədliyyə nazirliyinin saytında yerləşdirilib. Bu şəxslər Rusiya tərəfindən ABŞ -dakı prezident seçkilərinə müdaxilənin əsas fiqurları hesab olunurlar və əməlləri sübuta yetirilib. Qeyd edək ki, musavat.com bu barədə ötən ilin noyabr ayında geniş məqalə ilə çıxış edib.

    Muxalifet2 - 17-02-2018

  14. ​Zəlzələ ərazisinə gedən nazir QƏZAYA DÜŞDÜ

    Meksikada daxili işlər naziri və qubernatorun olduğu helikopter qəzaya uğrayıb.
    Meksikanın Daxili İşlər naziri Alfonso Navarette və Oaxaka ştatının qubernatoru Alexandro Murat zəlzələ zamanı ziyan çəkmiş ərazilərə baxış keçirən zaman helikopter qəzaya uğrayıb. Qəza nəticəsində məmurların heç biri ciddi xəsarət almayıb.
    Qeyd edək ki, vertolyot enişə hazırlaşarkən 30 metr yüksəklikdə nəzarəti itirib və avtomobilin üzərinə düşüb.

    Muxalifet2 - 17-02-2018

  15. ​“II Dünya müharibəsində…” - ABŞ kəşfiyyatının Qarabağla bağlı MƏXFİ MƏKTUBU - MƏTN

    Rusiyanın ermənipərəst “regnum” agentliyində Ermənistanda keçiriləcək seçkilərə həsr olunmuş məqalə yayımlanıb. Qarib Babayanın imzası ilə yayılan məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin seçkilərə təsirinə də toxunulur. Ən diqqət çəkən məqam isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin Avrasiya məsələləri üzrə böyük analitiki Louren Gudriçin Dağlıq Qarabağla bağlı məxfi məktubunun yada salınmasıdır.

    Muxalifet2 - 17-02-2018

  16. ​Poroşenkodan Rusiya bayrağına QADAĞA ÇAĞIRIŞI

    Rusiya bayrağı heç yerdə dalğalanmamalıdır.
    Muxalifət.az xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransında çıxış edən Ukrayna Prezidenti Pyotr Poroşenko müasir siyasətdə Moskvanın dürüst oynamadığını deyib.
    "Məhz buna görə 2018-ci il Qış Olimpiya oyunlarında Rusiya bayrağı yoxdur. Rusiya dünya miqyasında hibrid müharibəsi apardıqca onun bayrağı heç yerdə dalğalanmamalıdır", - Poroşenko bildirib.

    Muxalifet2 - 17-02-2018

  17. ​Hansı ölkə hansı ölkəni təhdid olaraq görür?

    "Reddit" tərəfindən hazırlanan xəritə ölkələrin ən böyük təhdid olaraq gördükləri ölkələri ortaya çıxarıb.
    Qaynarinfo xəbər verir ki, 65 ölkədə aparılan araşdırma nəticələrini birləşdirən "Reddit" "Hansı ölkə hansı ölkəni ən böyük təhdid olaraq" görür" sualına cavab olaraq xəritə hazırlayıb.
    Araşdırmanın nəticələrinə görə, dünyada ən böyük təhdid olaraq görülən ölkə ABŞ olub. Onları Pakistan və Çin izləyir.
    ABŞ, Kanada və İngiltərə üçün ən böyük təhdid İran göstərilib. Türklərin seçimi də ABŞ olub.

    Muxalifet2 - 17-02-2018

  18. ​"Türkiyənin ABŞ-dan yeganə istəyi…" - POLİTOLOQ

    Hadisələrin gedişatı göstərir ki, Amerikada Türkiyə mövzusunda söz sahibi Tramp və ya Tillerson deyil, amerikalı generallar və kəşfiyyat xidmətinə rəhbərlik edən şəxslərdir.
    Muxalifət.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyə səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

    Muxalifet2 - 17-02-2018

  19. BMT-dən qorxulu SURİYA XƏBƏRDARLIĞI

    Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres, Suriyanın parçalanma təhlükəsilə qarşı-qarşıya olduğunu deyib.
     
    Guterres, 54-ci Beynəlxalq Münhen Təhlükəsizlik Konfransındakı çıxışında, artan böhranlar, münaqişələr və qlobal terror təhdidləri qarşısında birliyə çağırıb.
    Artan münaqişələrin beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularını də bərabərində gətirdiyinə diqqəti çəkən Guterres, münaqişələrin və böhranların daim artığını deyib.

    Muxalifet3 - 17-02-2018

  20. ​Türkiyə möhtəşəm silah hazırlayır – FOTO

    Türkiyənin ASELSAN şirkətinin hazırladığı Erkən Xəbərdalıq Radar Sisteminin ilk 4 ədədi 2021-ci ildə orduya təhvil veriləcək.
    Muxalifət.az xəbər verir ki, 2011-ci ildə başlayan layihənin həyata keçirilməsi ilə Türkiyə 600-700 kilometr radiusda hər hansı hücum barədə daha tez məlumat almaq imkanına sahib olacaq.
    Məlumata görə, yaradılan sistem hava-hava, hava-yer, alçaqdan uçan, anti-radiasiya raketlərinə, həmçinin, aşağı sürətli PUA, helikopter və təyyarələrə qarşı istifadə ediləcək.

    Muxalifet2 - 17-02-2018

Pages