Axtarış

The search found 105795 results in 0.066 seconds.

Search results

  1. ​Yıldırım Abadi ilə görüşdü: PKK, İŞİD, FETÖ...

    Türkiyə Baş naziri Binəli Yıldırım iraqlı həmkarı Heydər Abadi ilə görüşüb
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnikagentliyi verib.
    Məlumata görə, Münhen Təhlükəsizlik Konfransında görüşən baş nazirlər PKK, İŞİD və FETÖ ilə mübarizədə Türkiyə və İraqın sıx əməkdaşlığının əhəmiyyətindən danışıblar. Yıldırım və Abadi gələcəkdə də iki ölkə arasındakı bu münasibətlərin davam etdiriləcəyini bildiriblər.

     

    Muxalifet3 - 17-02-2018

  2. ABŞ və Gürcüstan arasında REGİONAL TƏHLÜKƏSİZLİK MÜZAKİRƏLƏRİ

    ABŞ-ın müdafiə naziri Ceyms Mettis fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və müdafiə naziri Levan İzoriya ilə görüşüb.   
    “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat xidmətinin məlumatında bildirilir.
    Məlumata görə, görüşün məqsədi müdafiə və regional təhlükəsizlik məsələlərinin müzakirəsi olub.   

    Muxalifet4 - 18-02-2018

  3. Poroşenko Rusiya ilə danışıqların şərtini açıqladı

    Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə danışıqların bərpa olunması üçün öz şərtlərini  açıqlayıb.
    “Rusiya hərbçiləri torpağımdan, Ukrayna ərazisindən çıxarıldığı günün sabahısı, ölkəmin ərazi bütövlüyü bərpa olunduqdan sonra biz digər müxtəlif məsələlər ətrafında danışıqlar aparmağa hazır olacağıq”, - deyə P.Poroşenko “İnterfaks-Ukrayna”ya bildirib.
    P.Poroşenko Ukraynada daxili münaqişənin olmadığını vurğulayıb.  

    Muxalifet4 - 18-02-2018

  4. Qurd xəstəliyindən xilas olmaq üçün benzin içdi, XƏSTƏXANALIQ OLDU

    Mingəçevir şəhər sakini benzindən zəhərlənib.
    Hadisə şəhərin 20 Yanvar küçəsində yerləşən 8 saylı binada baş verib.
    1984-cü il təvəllüdlü yerli sakin V.Mustafayev benzin içərək zəhərlənib. Xəstə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
    O, benzini qonşusunun məsləhəti ilə qurd xəstəliyindən xilas olmaq üçün içib.
    V.Mustafayev hazırda müalicəsini davam etdirir(report).

    Muxalifet4 - 18-02-2018

  5. SOCAR-ın benzin daşıyan maşını partladı, 23 TON BENZİN…

    Gürcüstanın Kaxeti bölgəsində Telavi-Qombori magistral yolunda SOCAR şirkətinə məxsus benzin daşıyan maşın qəzaya uğrayıb.
    APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, maşın yol kənarına çıxıb və daha sonra güclü partlayış baş verib. Sürücü avtomobili vaxtında tərk edə bilib. İnsident zamanı xəsarət alan olmayıb.
    Qəza nəticəsində maşında olan 23 tona yaxın benzin ətrafa dağılıb.
    Ətraf mühitə nəzarət departamenti dəymiş ziyanın həcmini müəyyən edəcək.

    Muxalifet4 - 18-02-2018

  6. Türkiyə ordusu daha iki şəhid verdi – BİR ƏSGƏR DƏ YARALANIB

    Türkiyə silahlı qüvvələrinin iki əsgəri həyatını itirib, biri yaralanıb.
    Bu barədə Baş Qərargah rəhbərliyinin açıqlamasında bildirilir.
    Qeyd olunur ki, hərbçilərdən biri Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" anti-terror əməliyyatı zamanı şəhid olub. Separatçı terror təşkilatı mənsubları tərəfindən Şemdinlidə (Hakkari əyaləti) həyata keçirilən silahlı hücumda isə bir əsgərin şəhid olduğu, digərinin isə yaralandığı deyilir.

    Muxalifet4 - 18-02-2018

  7. Sarkisyanın Türkiyə rəhbərliyinə acizanə yalvarışı – ERMƏNİSTAN PREZİDENTİ MÜNASİBƏTLƏRİ BƏRPA ETMƏK İSTƏYİR…

    Türkiyə Ermənistanla sərhədləri bağlı saxlamaqda davam edir. "İnterfax" xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. "Burada zaman, sanki dayanıb. Əminliklə deyə bilərəm ki, Ermənistan bu vəziyyəti aradan qaldırmaq üçün əlindən gələni edib. Mənim təşəbbüsümlə başlayan Ermənistan və Türkiyə münasibətlərinin normallaşması prosesi həm ölkələrimiz, həm də region üçün yeni imkanlar yarada bilər", - deyə o bildirib.

    Muxalifet4 - 18-02-2018

  8. Gürcüstanda Azərbaycan vətəndaşı qətlə yetirildi

    Gürcüstanın Qurcaani bələdiyyəsinin Cimiti kəndində yerləşən ferma ərazisində Azərbaycan vətəndaşı ov tüfəngi ilə qətlə yetirilib.
    APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, silahlı insidentə mübahisə səbəb olub. Qarın nahiyəsindən yaralanan Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
    Qətli törətmiş şəxsin Azərbaycan vətəndaşının qohumu olduğu bildirilir. O, hadisə yerindən qaçsa da, bir neçə saatdan sonra saxlanılıb. Onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

    Muxalifet4 - 18-02-2018

  9. Sərkisyan Azərbaycan dilində soruşdu: Haralısan?

    Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın Almaniyadakı Səfirliyinin birinci katibi Sədi Cəfərovla Ermənistan Prezidenti Serj Sərkisyan arasında insident yaşanıb.
    Haqqin.az xəbər verir ki, Sərkisyan çıxış etdikdən sonra Azərbaycan diplomatı ona müraciət edərək Ermənistanın Qarabağda etnik təmizləmə apardığını, Azərbaycan torpaqlarını işğal etdiyini bildirib. Cəfərovun bu çıxışını panelin moderatoru kəsməyə çalışsa da, azərbaycanlı diplomat sözlərinə davam edib. Sərkisyan isə daha sonra birbaşa cavabdan qaçaraq, öz ölkəsinin iqtisadi inkişafından danışmağa başlayıb.

    Muxalifet4 - 18-02-2018

  10. Türkiyə və ABŞ-ın Suriya qərarı nə vəd edir? – POLİTOLOQ ŞƏRHİ

    Türkiyə və ABŞ-ın Suriyada anlaşacağı ilə bağlı birmənalı fikir söyləmək hələ çox tezdir.
    Bu sözləri politoloq, deputat Rasim Musabəyov deyib.
    “Hər halda, bu iki ölkə müttəfiq olsa da, Suriyada onların mövqeləri xeyli toqquşur. Təbii ki, nə Türkiyə, nə də ABŞ bu gərginliyin tərəflər arasındakı mütəffiqliyin pozulmasına qədər getməsində maraqlıdır. Belə olan halda dialoqun aparılması vacibdir. Tərəflər öz qırmızı xəttlərini göstərməlidir ki, istənilməyən ssenarilər həyata keçməsin”, - deputat bildirib.

    Muxalifet4 - 18-02-2018

  11. Qadının məzarından səs gəlincə açdılar: gördüklərindən DƏHŞƏTƏ GƏLDİLƏR

    Braziliyada infarktdan dünyasını dəyişən 37 yaşlı Rosangela Almeida dos Santos adlı qadının məzarından səslər gəldiyi deyilincə məzar açılıb.
    "Haberler" xəbər verir ki, yaxınları məzarı açarkən həyatlarının şokunu yaşayıblar.
    TƏFƏRRÜAT
    İnfarkt keçirən qadın xəstəxanaya çatdırılıb. Həkimlərin ailəsinə onun öldüyünü deyiblər, qadın yaxınları tərəfindən dəfn edilib.

    Muxalifet4 - 18-02-2018

  12. Bakıda qısqanc ər arvadının qanını tökdü – TƏFƏRRÜAT

    Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
    Publika.az xəbər verir ki, rayonun Abbas Mirzə Şərifzadə küçəsindəki mənzillərdən birində yaşayan 1981-ci il təvəllüdlü Ramilə Ağayeva bıçaqlanıb.
    Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
    Məlum olub ki, Ramilə Ağayeva qısqanclıq zəminində əri ilə mübahisə edib. Mübahisə zamanı qadın bıçaqlanıb.
    Mübahisəyə səbəb Ramilə Ağayevanın sosial şəbəkədə başqa bir nəfərlə danışıb. Bundan xəbər tutan ər bıçağa əl atmalı olub.

    Muxalifet4 - 18-02-2018

  13. 7 uşaq anası NATO-nun baş katibi olacaq

    Almaniyanın müdafiə naziri Ursula Leyen NATO-nun baş katibi ola bilər.
    Muxalifet.az xəbər verir ki, təşkilat daxilində onun bu vəzifəyə gətirilməsini istəyənlər çoxdur. Təkcə Türkiyə bu məsələyə isti baxmır.
    U.Leyen yeddi uşaq anasıdır.

    Muxalifet4 - 18-02-2018

  14. Qəzzada vəziyyət gərginləşdi: İsrail və Fələstin bir-birini raket atəşinə tutub

    İsrail və Fələstin sərhədində vəziyyət yenidən gərginləşib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bir müddətdir davam edən sabitlik 4 yəhudi əsgərin Qəzza zolağı ilə sərhəddə minaya düşərək yaralanmasından sonra pozulub.
    İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, yaralı hərbçilərdən ikisinin vəziyyəti ağır, birinin vəziyyəti orta-ağır, digərinki isə yüngüldür.
    Buna cavab olaraq İsrail tankı partlayışın baş verdiyi əraziyə yaxın yerləşən Fələstin tərəfinin müşahidə qülləsinə atəş açıb.

    Muxalifet4 - 18-02-2018

  15. Türkiyədən çox sərt reaksiya: YALANI KƏS!

    Əsəd rejiminin xəbər agentliyinin "Türkiyə Afrində kimyəvi silah istifadə etdi" xəbəri xarici işlər naziri Çavuşoğlu tərəfindən "Yalanı kəs"! tweetiyle təpki verildi.
     

    Muxalifet3 - 18-02-2018

  16. Birləşmiş Ərəb Əmirliyinin Fələstinə NÖVBƏTİ XƏYANƏTİ

    ABŞ-ın kuklası halına çevrilən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İsrailə yaranmaq üçün növbəti böyük bir qalmaqala imza atıb.
     
    ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına təpki göstərməyən BƏƏ rəhbərliyi, məktəblərdə tədris etdiyi milli təhsil kitablarında dəyişiklik edib. “Əl Menar”ın xəbərinə görə, sözügedən kitablarda Fələstinin paytaxtı Qüds deyil, Ramallah olaraq göstərilib.
     
    İordaniyaya bağlı olaraq göstərilib
     

    Muxalifet3 - 18-02-2018

  17. İranda sərnişin TƏYYARƏSİ DÜŞDÜ!

    “Tasnim” İnformasiya Agentliyi, 66 nəfəri daşıyan bir sərnişin təyyarəsinin İsfahan yaxınlığında düşdüyünü bildirib.
     
    “Aseman” Hava Yollarına aid 60 sərnişin və 6 ekipaj heyəti daşıyan və Tahran-Yasuc səfərini icra edən bir sərnişin təyyarəsinin İsfahan yaxınlığında düşdüyü qeyd olunub.
    “Aseman” Hava Yollarının sözçüsü, təyyarədə olan 66 nəfərin öldüyünü bildirib.
    ART-72 tipli təyyarənin yerli vaxtla 8.45-də Tehrandan havaya qalxdığı və 50 dəqiqə sonra radardan itdiyi ifadə edilib.

    Muxalifet3 - 18-02-2018

  18. TSQ-dən Afrindəki son vəziyyətlə BAĞLI AÇIQLAMA

    “Zeytun Budağı” hərəkatı 30-cu günündə uğurla davam edərkən, zərərsizləşdirilən terrorçu sayı da 1614-ə yüksəlib.
     
    Bu günə qədər 32 əsgərin şəhid olduğu, 9 dinc vətəndaşın da həyatını itirdiyi hərəkatın son vəziyyətinə dair Baş Qərargah rəhbərliyindən edilən son açıqlamada, bir günlük əməliyyatda quru və hava əməliyyatları nəticəsində 19 terrorçu öldürülüb, bütövlükdə isə 1614 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

    Muxalifet3 - 18-02-2018

  19. Bakının bu yollarında sürət həddi endirildi - DİQQƏT!

    Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında - Heydər Əliyev prospektindən Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.
     
    Bu barədə Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev deyib.
    M.Ağayevin sözlərinə görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
    Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

    Muxalifet3 - 18-02-2018

  20. Ermənistanın borcu artır: DEFOLT TƏHLÜKƏSİ

    Ermənistanın borcları sürətlə artır, əhalinin rifahı isə azalır.
     
    Bu sözlər erməni jurnalist Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb.

    Muxalifet3 - 18-02-2018

Pages