Axtarış
The search found 105793 results in 0.067 seconds.
Search results
Amerika Osmanlı YUMRUĞUNDAN ÇƏKİNDİ: müəmmalı Ərdoğan-Tillerson görüşünün təfərrüatları – TƏHLİL
Reks Tillersonla Rəcəb Tayib Ərdoğanın görüşü lap başdan sirrə bürünüb: iki siyasətçi tərcüməçisiz və stenoqrafsız üç saatdan çox söhbət edib – xarici işlər naziri Mövlud Çavuşoğlu tərcümə edib. Beynəlxalq münasibətlərdə olduqca nadir hadisədir.
Muxalifet2 - 19-02-2018
Gəncədə ər-arvad dəm QAZINDAN BOĞULDU
Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb.
Hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı, Abbasova Yeganə Nazim qızı evdə dəm qazından boğularaq ölüblər. Onların meyiti səhər saatlarında aşkar edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)
Muxalifet2 - 19-02-2018
Novruzun ilk çərşənbəsinin vaxtı bilindi
Bu il Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi fevralın 27-nə təsadüf edəcək.
AMEA-dan Kult.az-a verilən məlumata görə, Od çərşənbəsi martın 6-da, Yel çərşənbəsi martın 13-də, Torpaq çərşənbəsi isə martın 20-də qeyd ediləcək.
Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bu çərşənbə xalq arasında “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də tanınır.Muxalifet2 - 19-02-2018
PUTİNİN "QIRMIZI İNTERNETİ"
Britaniya mətbuatında "Qırmızı internet: Rusiyanın rəqəmsal diktatorları ilə yeni internet inqilabçılarının müharibəsi" kitabının müəllifi Andrey Soldatov "Financial Times" qəzetində oxuculara Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinin incəliklərini izah etməyə çalışıb.
O yazır ki, Rusiyanın xüsusi prokuror Robert Müllerin ittihamnaməsində açıqlanmış müdaxiləsini yaxşı başa düşmək üçün 18 il əvvələ baş vurmaq lazımdır.Muxalifet2 - 19-02-2018
İsraildə Polşa səfirliyinə HÜCUM – “Qatil”
Polşanın İsraildəki səfirliyinin divarlarına faşizm simvolları və təhqir dolu ifadələr yazılıb.
Muxalifət.az xəbər verir ki, Təl-Əviv polisi faktla bağlı istintaqa başlayıb.
Səfirlik binasının təhqir dolu ifadələr və faşizm simvolları ilə hücuma məruz qalmasına Polşanın Baş naziri Mateusz Moravieckinin yəhudi soyqırımı ilə bağlı Münhen Təhlükəsizlik Konfransında çıxışı səbəb olub. Səfirlik binasının divarlarında həmçinin Polşanın ünvanına “Qatil” ifadəsi də yazılıb.Muxalifet2 - 19-02-2018
Sergey Lavrovdan XƏBƏRDARLIQ: “ABŞ Suriyanı parçalamağa cəhd edir”
Rusiya XİN-nin rəhbəri Sergey Lavrov bildirib ki, ABŞ-ın hərəkətləri Suriyanın parçalanmasına istiqamətlənib.
Strateq.az “İnterfaks”a istinadən bildirir ki, Lavrov Moskvanın bundan narahat olduğunu deyib: “Biz Suriyanın parçalamaq cəhdini həyəcansız müşahidə edə bilmərik. ABŞ-ın Suriyanın İraq və Türkiyə ilə sərhəddində reallaşdırdığı planla tanış olduqda belə narahatlıq yaranır”.
Lavrovun sözlərinə görə, Vaşinqton İŞİD-ə qarşı mübarizə apardığı və Suriyanın ərazi bütövlüyüni dəstəkləməsi barədə verdiyi bəyanatı konkret işlərlə göstərməlidir./Strateq.azMuxalifet2 - 19-02-2018
Sınaq imtahanında yeni test tapşırıqları istifadə ediləcək - DİM
Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər martın 3-ü saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı martın 3-də DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və 1-ci növbə imtahanı saat 10:00-da, 2-ci növbə isə saat 14:00-da başlayacaq.Muxalifet2 - 19-02-2018
Olimpiyaçımız yarışa niyə çıxmadı? - SƏBƏB BİLİNDİ
Dağ xizəkçisi, Azərbaycanı bu günlərdə Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təmsil edən yeganə idmançı, əslən avstriyalı Patrik Braxner bu gün ilk startına çıxmayıb.
Azerisport.az xəbər verir ki, bu gün Pxençxanda kişilər arasında qrand-slalom yarışları keçirilib. Təsnifat mərhələsində starta 110 idmançı çıxıb, lakin Braxnerin adı bunların arasında olmayıb.
Hələlik dağ xizəkçimizin starta niyə çıxmaması ilə bağlı rəsmi məlumat yoxdur.Muxalifet2 - 19-02-2018
GENERAL: "Libermana sui-qəsddə “erməni izi”nin olması istisna deyil"
"İsrailin müdafiə naziri Avigdor Libermana sui-qəsd cəhdində erməni izinin olması istisna deyil".
Müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov bunu barədə yayılan məlumatları şərh edərkən deyib.
Ç. Məmmədov qeyd edib ki, İsrail-Azərbaycan münasibətlərinin, xüsusilə də hərbi sahədə əməkdaşlığının inkişafı erməni tərəfinin daim ciddi narahatlığı ilə qarşılanıb.Muxalifet2 - 19-02-2018
Ziya Məmmədovun İsmayıllıdakı VİLLASI YANDI
İsmayıllı rayonunda ötən gecə yanan evin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu məlum olub.
Hadisə fevralın 19-da saat 4:00 radələrində rayonun Buynuz kəndində qeydə alınıb.
Meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb.
Yanğın Ziya Məmmədovun villasının yanında taxtadan müasir üslubda inşa edilən 3 otaqlı, bir mərtəbəli mənzildə baş verib.Muxalifet2 - 19-02-2018
RUSİYANIN XÜSUSİ HƏRBİ ŞİRKƏTLƏRİ:"Slavyan Korpusu", "Vaqner" və digər "İŞİD ovçularının aqibəti - ARAŞDIRMA
2015-ci ildə Kiril Şadrin sıradan bir rus piyadası idi; bir il sonra o, Donbasda “könüllü” oldu; daha sonra, 2017-ci ildə qəfildən Suriyaya yola düşdü, Suriya Baş Kəşfiyyat İdarəsinin nəzarəti altında paramilitar hökumət təşkilatının üzvü kimi, yenidən ortaya çıxdı.
İndi dünyada baş verən münaqişələrdə neçə-neçə Kiril var – rus əsgərləri hərbi qulluqçular, muzdlu döyüşçülər və kabus arasında boz zonanı tuturlar.Muxalifet2 - 19-02-2018
Trampın nüvə çantası mühafizəçiləri dalaşdırdı
ABŞ Prezidenti Donald Trampın keçən il gerçəkləşdirdiyi Çin səfəri zamanı ABŞ və Çin xüsusi xidmət orqanları əməkdaşları arasında qalmaqal yaşanıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Axios” portalı yayıb.Muxalifet2 - 19-02-2018
Bir neçə saat sonra Suriya-Türkiyə müharibəsi BAŞLANIR - Dövlət televiziyası BƏYAN ETDİ
Suriyanın hökumət gücləri bir neçə saat içində Afrin bölgəsinə girəcək.
Bu barədə "Röyters" agentliyi Suriya dövlət televiziyasına istinadən bildirib.
Türkiyənin "Habertürk" nəşri isə yazıb ki, hökumət güclərinin bu gün axşam saat 18:00 radələrində Afrinə girməsi gözlənilir. rejim güclərinin bir həftə ərzində 52 kritik nöqtədə, bu gün və sabah isə 4 nöqtədə yerləşdirilməsi gözlənilir. Dəməşqin şərtinə görə, PYD terror təşkilatı ağır silahları rejim qüvvələrinə təhvil verməlidir.Muxalifet2 - 19-02-2018
“Qoşunlarınızı dərhal çıxarın!” - Moskvadan ABŞ-a TƏLƏB
“Rusiya ABŞ-ı Suriyada odla oynamamağa çağırır”.
Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Valday" diskusiya klubunda "Yaxın Şərqdə Rusiya: bütün sahələrdə oyun" konfransında deyib.
Onun sözlərinə görə, söhbət Suriyanın müstəqilliyi və ərazi bütövlüyünü saxlamaq ehtiyacından gedirsə, Rusiya bu ölkəni parçalamaq cəhdlərini sakitcə müşahidə edə bilməz.Muxalifet2 - 19-02-2018
Biz yox, Avropa bizdən imtina etdi - SƏRKİSYAN
Ermənistan Prezidenti Serj Sərkisyan Münhen Təhlükəsizlik Konfransında niyə İrəvanın 2013-cü ildə Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqaviləni imzalamaqdan imtina etməsinə aydınlıq gətirib.
Muxalifət.az xəbər verir ki, Sərkisyan 2013-cü ildə guya Rusiyanın onlara təzyiq etmədiyini bildirib:Muxalifet2 - 19-02-2018
Sabahdan Bayıldakı sürüşmə zonasında yaşayan 67 ailəyə kirayə haqları veriləcək – İCRA BAŞÇISI
"Bayıl yamacındakı sürüşmə zonasında ilkin olaraq sənədlərini təqdim edən 67 ailəyə kirayə haqqı sabahdan ödəniləcək. Bu məbləğ ailə tərkibindən asılı olacaq”.
Muxalifet2 - 19-02-2018
İran yenidən Ankaraya qarşı: AFRİNİN HƏLLİ...
Afrin problemi qanuni yolla həll edilməlidir.
Muxalifət.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib. Onun sözlərinə görə, problemin həlli Dəməşqlə dialoqdan keçir.
Qeyd edək ki, Türkiyə yanvarın 20-dən Afrində YPG-yə qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.Muxalifet2 - 19-02-2018
Pakistan İrana qarşı bu ölkəyə ORDU GÖNDƏRDİ
Pakistan Səudiyyə Ərəbistanına konsultasiya adı altında hərbçilərini göndərib.
Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Hərbçilərin Ər-Riyadda nə edəcəyinin bilinmədiyi qeyd edilir.
Pakistanın ehtiyatda olan generalı Rahel Şərifin həmçinin Səudiyyə Ərəbistanının Yəmənə qarşı yaratdığı hərbi koalisiyanı idarə edəcəyi iddiaları da səsləndirilib. Ər-Riyada göndərilən hərbçilərin Şərifin tabeliyinə verilib-verilməyəcəyi açıqlanmayıb.Muxalifet2 - 19-02-2018
İraqda azərbaycanlı qadınlara ömürlük HƏBS CƏZASI VERİLDİ
İraqda 10-a yaxın Türkiyə və Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxarılıb və ömürlük azadlıqdan məhrum edilib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Sumaira” telekanalı məlumat yayıb.
Kanala müsahibə verən Ali Məhkəmə Şurasının nümayəndəsi Abdel Sattar Birkdarın sözlərinə görə, həbs olunanlar İŞİD terror qruplaşması ilə əməkdaşlıqda ittiham olunurlar.
Türkiyədən olan bir qadına isə edam cəzası verilib.Muxalifet2 - 19-02-2018
NATO sərhədimizə ordu yığır - LAVROV
NATO-nun Şərqə doğru genişlənməsi yanlışdır və bizə verilən vədlərin pozulmasıdır.
Muxalifət.az xəbər verir ki, bunu Serbiyanın BETA agentliyinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, NATO-nun genişlənməsi Avropada təhlükəsizlik və stabilliyə ciddi zərər vurur:Muxalifet2 - 19-02-2018