Axtarış
The search found 105793 results in 0.091 seconds.
Search results
İsrail mediası: Bu qırğın erməni terrorizminə əsl sübutdur
İsrailin “Yerusalem Post” qəzeti siyasi şərhçi Arye Qutun “Azərbaycanın Qaradağlı kəndində törədilmiş qanlı qırğın müasir erməni terrorizminə əsl sübutdur” sərlövhəli məqaləsini dərc edib.
Muxalifet3 - 19-02-2018
Lavrov: Onları qorumaq üçün əməliyyatın dayandırılması tələb edilir
Suriya ordusuna İdlibdəki əməliyyatları dayandırmaq çağırışının arxasında Nüsrə Cəbhəsini bombardmandan qorumaq cəhdi var.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
"Şərqi Quta və İdlibdəki humanitar problemlər BMT-də tez-tez gündəmə gətirilir. BMT-də Suriya hökumətinə bu bölgələrdə əməliyyatları dayandırmaq çağırışı edilir və 1 aylıq Suriya ordusunun döyüşməməsi tələb edilir", - Lavrov söyləyib.Muxalifet3 - 19-02-2018
İranın Müdafiə naziri Azərbaycana gəlir
İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 21-də Azərbaycana rəsmi səfər edəcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində İran nümayəndə heyətinin Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfər fevralın 22-dək davam edəcək.
Muxalifet3 - 19-02-2018
Ermənistanda banka basqın olub
Ermənistanın paytaxtı Yerevanda VTB-nin filialına hücum edilib.
Muxalifet.az news.am-a istinadən xəbər verir ki, 2 nəfər maskalı şəxs tapança ilə banka daxil olub.
Məlumatda qeyd olunur, bankdan 7 milyon dram (təxminən 15 min dollar) götürüblər.
Muxalifet3 - 19-02-2018
Afrin üçün vasitəçilik etməyə hazırıq - Boqdanov
Rusiya Afrindəki vəziyyəti stabilləşdirmək üçün vasitəçilik etməyə hazırdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
"Biz heç kimə öz rolumuzu qəbul etdirməyə çalışmırıq, ancaq lazım gəlsə, axan qanın dayanması və ortaq yol üçün vasitəçilik etməyə hazırıq", - Boqdanov vurğulayıb.
Muxalifet3 - 19-02-2018
ADP-də prezident seçkiləri ilə bağlı TƏCİLİ TOPLANTI
İdarə Heyətinin növbədənkənar toplantısında partiyanın seçkilərə qatılıb-qatılmayacağına qərar veriləcək
Sabah ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət əsas müzakirə obyekti olub.Muxalifet - 19-02-2018
"Afrin Əsədin nəzarətinə keçsə, Rusiya daha çox..."
Afrinin Suriya ordusunun nəzarətinə keçməsi, Rusiyanın daha çox diplomatik səy göstərməsinə yol açar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının üzvü Vyaçeslav Nikonov bildirib.
"Suriya ordusunun Afrini alması regiondakı vəziyyəti daha da gərginləşdirəcək və Rusiyanın vəziyyəti yumşaltmaq üçün daha çox diplomatik səy göstərməsi lazım olacaq. Afrinin Suriya ordusuna keçməsi Türkiyənin maraqlarına birbaşa ziddir", - Nikonov söyləyib.
Muxalifet3 - 19-02-2018
Müharibədə ölən azərbaycanlının məzarı tapıldı
Rusiyanın Smolensk vilayətində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının məzarı tapılıb.
Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, Smolensk vilayətində fəaliyyət göstərən “Dolq” ictimai təşkilatı tərəfindən hər il regionda Böyük Vətən müharibəsi zamanı həlak olmuş insanların cəsədlərinin axtarılıb tapılması və onların dəfn edilməsi məqsədi ilə ekspedisiyalar təşkil edilir.Muxalifet3 - 19-02-2018
Daha bir nəfər prezidentliyə namizədliyini verdi
11 aprel tarixində keçiriləcək prezident seçkilərində prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı rəsmən 6 nəfər olub.
Muxalifet.az xəbər verir ki, prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyi MSK tərəfindən təsdiqlənib.
MSK-nın qərarında bildirilir ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.Muxalifet3 - 19-02-2018
Yolları kabusa çevirən sürücülər...
Son zamanlar ölümlə nəticələnən yol qəzalarının sayı artıb. Son üç gündə dəhşətli avtomobil qəzaları ölkə mətbuatını silkələyib. Belə ki, fevralın 18-də Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verdi. Elə həmin gün Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ağır yaralanıb.
Muxalifet3 - 19-02-2018
İranda qəzaya uğrayan təyyarə tapıldımı?
Bazar günü İranda qəzaya uğrayan ATR-72 sərnişin təyyarəsinin axtarışları davam edir. Təyyarənin gövdəsinə aid hissələrin tapılması barədə ilkin məlumat təsdiqini tapmayıb.
Muxallifet.az xəbər verir ki, aşağı temperatur və pis hava şəraiti axtarış işlərini çətinləşdirir. Xilasedicilərə ərazinin mürəkkəb landşaftına bələd olan yerli əhali arasından könüllülər də kömək edirlər. Axtarış əməliyyatlarında dron və helikopterlərdən istifadə olunur. Həmçinin rəsmi Tehranın bir sıra xarici dövlətlərə peyk çəkilişlərinin təqdim olunması barədə müraciət etdiyi bildirilir.Muxalifet3 - 19-02-2018
Ərdoğan Ruhani ilə danışdı: Son vəziyyət...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb.
Muxalifet.az xəbər verir ki, telefon danışığında Afrin və İdlibdəki son vəziyyət müzakirə edilib. Həmçinin Suriyadakı son proseslərlə bağlı fikir mübadiləsi aparılıb.
Ərdoğan İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərlə bağlı Ruhaniyə başsağlığı verib.
Qeyd edək ki, bundan bir müddət öncə Ərdoğan Putinlə də telefon danışığı aparıb.
Muxalifet3 - 19-02-2018
Ukraynalı diplomat Rusiya XİN-ə çağırıldı - Səbəb
Ukrayna Moskvadakı müvəqqəti vəkili Ruslan Nimçinski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya XİN yayıb.
Qeyd edək ki, ötən gün Kiyevdə "Rossotrudniçestvo" agentliyinin binasına hücum edilib.
Muxalifet3 - 19-02-2018
Əsədin YPG-ni qoruması fəlakətlə nəticələnəcək - Türkiyə
Rejimin YPG-ni qorumaq üçün Afrinə girməsi fəlakətə yol açır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin hökumət sözçüsü Bəkir Bozdağ bildirib.
"Hər cür əxlaqsızlığa qarşı, hər cür hücuma qarşı uşaqlarımızı qorumaq hamımızın vəzifəsidir. İlk növbədə də hökumətimizin, təhlükəsizlik qüvvələrimizin və dövlət qurumlarının əsas vəzifəsidir", - Bozdağ söyləyib.
Muxalifet3 - 19-02-2018
Təyyarələrin qəzaya düşmə səbəbləri - İlginc faktlar
Xəbər verdiyimiz kimi, fevralın 18-də İranda təyyarə qəzası baş verib. “Aseman Airlines” şirkətinə məxsus təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş. İsfahan vilayətində qəzaya düşən təyyarədə 60 sərnişin və 6 heyət üzvü olub ki, qəza zamanı onlardan heç biri sağ qalmayıb.
Muxalifet3 - 19-02-2018
ABŞ kürdləri buna görə silahlandırır - Rus ekspert
ABŞ Suriyada şəxsən döyüşmək istəmir, bu səbəbdən bunu vəkilləri vasitəsilə həyata keçirir.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Sergey Drujilovski deyib.
Vaşinqtonun sözügedən səbəbdən dolayı kürdləri silahlandırdığını deyən Drujilovski ABŞ-ın çox güman fəaliyyətini sona çatdıracağını bildirib:Muxalifet3 - 19-02-2018
Bil Qeytsdən hamını təəcübləndirən təklif: Biz daha çox vergi verməliyik
“Microsoft” şirkətinin təsisçisi Bil Qeyts (Bill Gates) daha çox vergi ödəməli olduğunu hesab edib və bildirib ki, ABŞ hökuməti digər superzəngin amerikalılardan bunu tələb etməlidir.
Muxalifet.az xəbər verir ki, bu barədə açıqlamanı B.Qeyts CNN telekanalına müsahibəsində verib.
“Mən hamıdan çox, 10 mlrd. dollar vergi ödəmişəm. Hökumət mənim kimi zəngin digər insanlardan da yüksək vergi tutmalıdır”, - deyə “Microsoft”un rəhbəri bildirib.Muxalifet3 - 19-02-2018
Fransadan yumurta ilə bağlı tarixi qərar
Fransada 2022-ci ildən etibarən yalnız açıq havada böyüdülən toyuqların yumurtasından istifadə ediləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Fransa kənd təsərrüfatı naziri Stefan Travert açıqlama verib.
Nazirin sözlərinə görə, Fransada 2022-ci ildən başlayaraq qapalı yerlərdə saxlanılan toyuqların yumurtalarının satışı qadağan ediləcək. Həmin ildən etibarən toyuqların açıq havada saxlanılması da məcburi olacaq.Muxalifet3 - 19-02-2018
Polis taksi sürücüsünü öldürdü, xalq küçələrə axışdı — Binalar dağıdılır, polis məntəqələri yandırılır
Qərbi Afrika ölkəsi Kot-d'İvuarda bir moto-taksi sürücüsünün polis tərəfindən öldürülməsindən sonra küçələrə axışan xalq yerli icra orqanının binasını dağıdıb, bəzi polis məntəqələrini yandırıb.
Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, ölkənin qərbindəki Blolequin şəhərində moto-taksi sürücüsü polislərlə mübahisə edib. Nəticədə polislərdən biri ona atəş açıb və sürücü oradaca ölüb.Muxalifet3 - 19-02-2018
Azərbaycanda marketlərdə dərman satıla bilərmi?
Bu gün dünyanın bir sıra ölkələrində reseptsiz dərmanların marketlərdə də satılmasına icazə verilir. Azərbaycanda isə hələ ki, bu cür icazə yoxdur.
Muxalifet.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev "Trend"ə deyib ki, Azərbaycanda hələ ki, bununla bağlı məsələ gündəmdə deyil.
Deputat vurğulayıb ki, dünyada belə bir təcrübə olsa da, Azərbaycanda tətbiq olunmur. Onun sözlərinə görə, ölkəmizdə dərman vasitələrinin deyil, bioloji aktiv maddələrin aptekdən kənarda, marketlərdə satılmasına icazə verilib:Muxalifet3 - 19-02-2018