Axtarış
The search found 105793 results in 0.072 seconds.
Search results
Brett Makgurk haqda ŞOK İTTİHAM: QAÇAQMALÇILIQ, SİLAH TİCARƏTİ, RÜŞVƏT, QƏTLİAM VƏ..
Raqqanın Yerli Məclisinin sədri Sədi Siveyşi, Suriyada İŞİD ilə mübarizə adı altında qətliam, qaçaqmalçılıq və rüşvət sistemi quran ABŞ nümayəndəsi Brett Makgurk ilə xüsusi nümayəndə Maykl Ratneyi, Amerika səfəri çərçivəsində baş tutan danışıqlarda gündəmə gətirib. ABŞ rəsmiləri bütün çirkli işlərdən xəbərdar olduqlarını bildiriblər.
Muxalifet3 - 20-02-2018
Prezident seçkiləri üçün MDB müşahidə missiyasının rəhbəri TƏSDİQLƏNDİ
Azərbaycanda keçiriləcək prezident seçkilərində Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasına MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev rəhbərlik edəcək.
MDB İcraiyyə Komitəsindən verilən məlumata görə, qərar bu gün Minskdə keçirilən MDB-nin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclasında qəbul edilib.
İcraiyyə Komitəsindən bildiriblər ki, hazırda müşahidə missiyasının formalaşdırılması prosesi gedir.Muxalifet2 - 20-02-2018
Keçmiş nazir müavininin oğlu MƏHKƏMƏYƏ ÇAĞRILDI – Zərərçəkənlərdən biri icra başçısının oğludur
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə R. Hüseynovun sürücüsü olmuş Asim Xəlilov şahid qismində ifadə verib. O bildirib ki, zərərçəkmiş Qoşqar Zeynalova paketin içində bir neçə dəfə pul verib.
A. Əsgərovun oğlu Elnar Əsgərovun ifadə verməsi üçün proses martın 2-dək təxirə salınıb.
Qeyd edək ki, R. Hüseynov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.Muxalifet2 - 20-02-2018
Almaniyalı mütəxəssis türklərin SİRRİNİ AÇDI
Türkiyənin Çempionlar Liqasında yeganə təmsilçisi “Beşiktaş” bu gün turnirin 1/8 final mərhələsində səfərdə Almaniyanın “Bavariya” klubu ilə qarşılaşacaq.
Muxalifət.az xəbər verir ki, oyundan öncə İstanbul klubunun baş məşqçisi Şenol Güneş və Almaniya nəhənginin çalışdırıcısı Yupp Haynkes mətbuat konfransında matçla bağlı açıqlamalar verib.
"Beşiktaş"ın təcrübəli baş məşqçisi “Bavariya”nın mövsüm evində uduzmamasına diqqət çəkib:Muxalifet2 - 20-02-2018
Türkiyədə DƏHŞƏTLİ CƏZA: Kimyəvi yolla xədim etmə...
Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül ölkədə son zamanlar gündəmdə olan uşaq istismarı məsələlərinə münasibət bildirib.
Bbu barədə “Xəbərtürk” yazıb.
Nazir bu tip əməllərdə təqsirli bilinənlər üçün kimyəvi yolla xədim etmənin gündəmə gələ biləcəyini deyib.
Qeyd edək ki, Türkiyədə 3 yaşlı qız uşağının təcavüzə uğraması hadisəsi cəmiyyətin kəskin narazılığına səbəb olmuş, bir çox şəxslər, hətta siyasi simalar belə uşaq istismarının cəzasının edam olmasını tələb etmişdi./axar/Muxalifet2 - 20-02-2018
"Taleh Bağırzadənin dövlət əleyhinə çıxışlarını eşitsəydim..." - SONUNCU "NARDARAN İŞİ"
Nardaran hadisələrinə görə həbs edilən şəxslərin daha ikisinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun cinayət işi üzrə məhkəmə başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü təqsirli bilmədiyini söyləyib.Muxalifet2 - 20-02-2018
İcra Hakimiyyətindən Bayılda uçan evlə bağlı AÇIQLAMA
Bayıl qəsəbəsinin Elşən İsmayılov küçəsindəki 102 A ünvanında yerləşən fərdi yaşayış evi uçub.
Evin daimi sakinlərindən olan Hicran Xəlilova bildirib ki, uçan ev Zəngilan rayonundan olan məcburi köçkün ailələrinə məxsusdur.
Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov Publika.az-a açıqlamasında deyib ki, həmin evin Bayıldakı sürüşmə sahəsi ilə heç bir əlaqəsi yoxdur:Muxalifet2 - 20-02-2018
FTX “Qazprom”da genişmiqyaslı YOXLAMALARA BAŞLADI
Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Qazprom”un Mahaçqaladakı ofisində araşdırmalara başlayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Yoxlamaların dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı ilə aparıldığı bildirilib.
Cinayət işinin üç il əvvəl qaldırıldığı, lakin araşdırmaların indi aparıldığı qeyd olunur.Muxalifet2 - 20-02-2018
Bayılın evləri sürüşmə zonasında olan sakinlərinə kirayə haqları ödənildi - RƏSMİ
"Bu gündən Bayıldakı sürüşmə sahəsindəki sakinlərə kirayə haqlarının verilməsinə başlanılıb".
Bu barədə Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov məlumat verib.
Onun sözlərinə görə, ötən günə qədər sürüşmə konturları ərazisində məskunlaşan 67 ailə sənədlərini təqdim etmişdi, sənədlərin təqdim edilməsi prosesi sürdürülür:Muxalifet2 - 20-02-2018
Keçmiş nazirdən evinin yanması xəbərinə - REAKSİYA
Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunda ona məxsus olduğu iddia edilən evin yanması barədə yayılan xəbərlərə münasibət bildirib.
Ziya Məmmədov Sfera.az-a müsahibəsində söyləyib ki, onun evinin yanması barədə yazılan xəbərlər yalandır:Muxalifet2 - 20-02-2018
Ötən həftə məmurlar haqqında ən çox yazan SAYTLAR
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 20-02-2018
Rövşən Lənkəranskinin QATİLİ BİLİNDİ
Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş “göyərti kralı” Canpolad Şamiloğlununm qisasını almaq üçün öldürüblər.
Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə məlumat verib.Muxalifet2 - 20-02-2018
Rus general: Bu ölkədə SAVAŞ BAŞLAYACAQ
Məhv olmuş İŞİD-in yerdə qalan qüvvələri Suriyadan çıxaraq digər regionlarda cəmləşib.
Muxalifət.az xəbər verir ki, bunu MDB xüsusi xidmət orqanları rəhbərlərinin iclasında çıxışı zamanı MDB Antiterror Mərkəzinin rəhbəri general-polkovnik Andrey Novikov söyləyib.Muxalifet2 - 20-02-2018
Rusiya bizi gözdan salır - MARQVELAŞVİLİ
Avropa KİV-lərində antigürcüstan əhval-ruhiyyəsi Rusiya təbliğatının nəticəsidir.
Muxalifət.az xəbər verir ki, bunu Telavi Universitetində çıxışı zamanı Gürcüstan Prezidenti Georgi Marqvelaşvili söyləyib. Onun sözlərinə görə, Rusiya bir neçə cinayət işi tərtib edə və gürcülərin Avropada xüsusi problemlər yaratdığını göstərə bilər:
“Rusiya təbliğatının nəticəsində Avropa şəhərlərində gürcülərə qarşı münasibət dəyişib. Gürcüstanın Şərq Tərəfdaşlığı proqramının lideri kimi qazandığı uğurları Rusiya siyasətçiləri qəbul etmir.Muxalifet2 - 20-02-2018
GÖYGÖLDƏ İTKİN DÜŞƏN GƏLİN TAPILDI
Göygöl rayonunda itkin düşən gəlinin 11 gün ərzində harada yaşadığı məlum olub.
11 gün əvvəl qayınatası ilə birgə Göygöl şəhərinə gələn və qəflətən orada taksiyə minərək Gəncə şəhəri istiqamətinə gedən gəlin Gülüstan qəsəbəsində düşərək rəfiqəsi ilə görüşüb. Əvvəlcədən planlaşdırdıqları kimi şəhər ərazisində kirayə ev tutub və 11 gün ərzində orada yaşayıb. A.Ağakişiyeva kosmetoloq olduğundan öz sahəsinə uyğun iş də tapıb.Muxalifet2 - 20-02-2018
Putin Suriyadakı qoşun qruplaşmasının KOMANDANINI DƏYİŞİR
Rusiyanın Suriyadakı qoşun qruplaşmasının komandanının dəyişəcəyi gözlənilir. Virtualaz.org xəbər verir ki, bu barədə RİA Novosti agentliyi Müdafiə Nazirliyindəki mənbələrə istinadən bildirir.
Məlumata görə qoşunlara yenidən Hava Kosmik Qüvvələrinin komandanı, general-polkovnik Sergey Surovkin komandanlıq edəcək. “Belə imkan hazırda müzakirə olunur”-mənbə deyib.
Bildirilir ki, general Surovkin Suriyaya ezam edilsə yenə də Hava Kosmik Qüvvələrinin komandanı kimi qalacaq. Amma səlahiyyətlərini müavinlərindən biri icra edəcək.Muxalifet2 - 20-02-2018
“QARABAĞ”ın OYUN TARİXLƏRİ DƏYİŞDİRİLDİ
Peşəkar Futbol Liqası 2017-2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişiklik edib.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Qarabağ”ın rəsmi səhifəsi qeyd edib.
Azərbaycan milli komandasının mart toplanışı və yoxlama görüşlərinə görə “Qarabağ” futbol klubunun Azərbaycan Premyer Liqasının XIX turunda baş tutacaq “Zirə”ylə matçı martın 11-dən 10-na, XX turda “Neftçi”ylə keçiriləcək qarşılaşma isə 17 martdan 14 mart tarixinə keçirilib.Muxalifet2 - 20-02-2018
Lavrovdan Ankaraya TƏKLİF: “Bəşər Əsədlə…”
“Rusiyada əmindir ki, Türkiyənin təhlükəsizliyinin maraqları Suriya hökumətiylə dialoq vasitəsilə tamamilə təmin edilə bilər”.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xavaca Məhəmməd Asiflə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Afrin məsələsi Suriyanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.Muxalifet2 - 20-02-2018
Lotu Quli türk kriminallarla birlikdə - FOTO
Azərbaycanlı kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) Türkiyənin məşhur kriminal qrupunun başçısı Sedat Pekerlə görüşüb. Kriminal avtoritet evində Sedat Pekerlə birlikdə çəkdirdiyi fotonu İnstaqram hesabında paylaşıb. Foto Nadir Səlifovun izləyiciləri tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Nadir Səlifov azadlığa çıxdıqdan sonra Türkiyəyə köçüb./axar/
Muxalifet2 - 20-02-2018
Suriyada dəhşətli qətliam: 190 NƏFƏR ÖLDÜ
Suriyanın Şərqi Quta şəhərində qətliam davam edir.
Muxalifət.az xəbər verir ki, Suriya İnsan Haqları Təşkilatı bu gün baş verən hücumlarda 45 nəfər həlak olduğunu açıqlayıb.
Təşkilat bazar günündən etibarən baş verən hücumlarda 190 nəfərin öldüyünü, 850 nəfərin yaralandığını bildirib.
Müxaliflərin nəzarətində olan Şərqi Qutada təxminən 400 dinc sakin yaşayır. Bu bölgə Astana razılaşmalarında gərginliyi azaltma bölgəsi elan edilmişdi. Lakin Əsəd rejimi keçən ildən etibarən bölgəyə blokada tətbiq etməyə başlamış və son aylarda hücumlarını şiddətləndirmişdi.Muxalifet2 - 20-02-2018