Axtarış
The search found 105793 results in 0.095 seconds.
Search results
“Kağıza “ayda 100 min” yazıb qabağıma qoydu, dedi hamı belə işləyir...”
Latviyada ölkənin ikinci ən iri bankı olan “ABLV Bank” ətrafında başlayan və sürətlə bu ölkənin bank sektorunda ciddi təlatüm yaradan qalmaqal getdikcə dərinləşir. Xəbər verildiyi kimi ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə şəbəkəsi FinCEN bu bankın Rusiya, Azərbaycan və Ukraynadan milyardlarla dollar çirkli pulların yuyulmasını həyata keçirdiyini bildirib və sanksiya tətbiq edib.
Muxalifet2 - 20-02-2018
SON DƏQİQƏ: Bakıda Penitensiar Xidmətin binası yanır - YENİLƏNDİ
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, yanğın söndürmək üçün briqadalar hadisə yerindədir:
“Yanğının söndürülməsi istiqamətində iş aparılır. Yanğın nəticəsində xəsarət alanların olub-olmaması və yanğının baş vermə səbəbi ilə bağlı hələ ki, heç bir məlumat yoxdur”.Muxalifet2 - 20-02-2018
Bakıdan Sərkisyanın təbrikinə - MÜNASİBƏT
Beynəlxalq ictimai rəydə Ermənistanın işğalçılıq siyasəti və erməni yalanları barədə aydın fikir formalaşıb.
Muxalifət.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə ünvanladığı təbrikini şərh edərkən bildirib.Muxalifet2 - 20-02-2018
Əsədin ordusu AFRİNƏ GİRDİ - Türkiyə ilə Suriya arasında dəhşətli MÜHARİBƏ BAŞLANIR
Hələbdən yola çıxan Suriya hökumətinə bağlı qüvvələr Afrinə girməyə başlayıb.
Bu haqda “Röyters” agentliyi Livanın “Hizbullah” təşkilatına yaxın media orqanlarına istinadən məlumat yayıb.
Qeyd edək ki, “Röyters” agentliyi dünənki xəbərində hökumətə yaxın güclərin axşam saatlarında Afrinə girəcəyini bildirmişdi.
Afrində Azad Suriya Ordusu ilə birlikdə “Zeytun budağı” əməliyyatı həyata keçirən Türkiyənin bu xəbərə reaksiyası olduqca sərt oldu.Muxalifet2 - 20-02-2018
Ərdoğanın açıqlamasından sonra Afrinin MÜHASİRƏ HAZIRLIQLARINA BAŞLANILDI
Türkiyə prezidenti Ərdoğanın AK Partiya qrupundakı çıxışında xəbər verdiyi Afrinin şəhər mərkəzinin mühasirəsi üçün əməliyyatın siqnalları verilməyə başlayıb. Ərdoğanın açıqlamasından sonra pilotsuz SİHA-lar Afrin mərkəzinin sərhədində uçuşlar həyata keçirməyə başlayıb.
“Zeytun Budağı” hərəkatı 32-ci günündə də bütün sistemliliyi ilə davam edir. Bu gün səkkiz kəndi birdən alaraq Afrin mərkəzinə addım-addım irəliləyən TSQ rəhbərliyindəki ASO qoşunları Afrin-Azez xəttini birləşdirib.Muxalifet3 - 20-02-2018
8 yaşında itən azərbaycanlı 12 ildən sonra tapıldı
Tehranda itkin düşən 8 yaşlı Salar Salmani 12 ildən sonra ailəsinə qovuşub.
2006-cu ildə Meşkinşəhrin Əhmədabad kəndində yaşayan ailə Tehrana yaşayan qohumlarının evinə qonaq gedib və onlarla birlikdə olan 8 yaşlı oğlanları Salar Salmani itkin düşüb.
“Tehranda olarkən onu çörək almağa göndərdik. Evdən çıxdı, bir daha geri dönmədi və biz Tehran polisinə bu barədə xəbər verdik. Lakin Tehran polisinin işə qarışması da bir fayda vermədi. Onu tapa bilmədik”, - Saların dayısı deyib.
20 yaşı olan Salar Salmani itkin düşməsi haqqında danışarkən deyib:Muxalifet2 - 20-02-2018
Dubayda 3D çap üsulu ilə villalar yaradılacaq
3D çap texnologiyasının köməyi ilə yaradılan ilk villalar yaxın iki ay ərzində Dubayda ərsəyə gələcək.
"Report" "Arabian Business" nəşrinə istinadən xəbər verir ki, şəhər bələdiyyəsindən belə villanın yaradılması üçün bütün zəruri avadanlıq və alətlərin artıq Dubayda olduğu bildirilib.
2030-cu ilədək şəhərdə yeni binaların 25%-i bu müasir texnologiyadan istifadə edilməklə "çap ediləcək". Bu isə tikinti xərclərini aşağı salacaq və onun başa çatma müddətini azaldacaq.Muxalifet2 - 20-02-2018
Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi irəli sürüldü – ADP seçkiyə gedir
Bu gün ADP İdarə Heyətinin növbədənkənar iclası keçirilib.
Partiyadan verilən məlumata görə, İclasda dünən İdarə Heyətində müzakirəsi yarımçıq saxlanılan 11 aprel 2018-ci il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində ADP-nin iştirak etməsi məsələsinin müzakirəsi davam etdirilib.
Müzakirələrdə İdarə Heyətinin bütün üzvlərinin bu məsələ ilə bağlı fikir və rəyləri bir daha dinlənilib.Muxalifet2 - 20-02-2018
Türk təyyarələri Əsəd hərbi konvoyunun keçdiyi BÖLGƏNİ BOMBALAYIR
Əsəd tərəfdarı güclərin Afrinə daxil olması ilə paralal olaraq, Türk reaktivlərinin konvoyun keçdiyi ərazini bombaladığı bildirilir.
Suriya dövlət televiziyası da TSQ-nin Afrinə girən rejim tərəfdarı qrupları bombaladığını bildirib.
Qeyd edək ki, az öncə Hələbdən yola çıxan Suriya hökumətinə bağlı qüvvələrin Afrinə girməyə başladığı haqda informasiya yayılmışdı.
Bu haqda “Röyters” agentliyi Livanın “Hizbullah” təşkilatına yaxın media orqanlarına istinadən məlumat yaydığı bildirilir.Muxalifet3 - 20-02-2018
Son dəqiqə. Türkiyə xəbərdarlıq atəşi etdi, Əsəd milisləri geri çəkildi
Əsəd rejim tərəfdarı milis qrupların Afrinə girdiyi iddia edilmiş, Suriya dövlət televiziyası da konvoy görüntüsü yayınlamışdı. Anadolu Agentliyinin verdiyi son dəqiqə xəbərinə görə, xəbərdarlıq məqsədli artilleriya atışı ilə irəliləməyə çalışan milislər şəhərə təxminən 10 km qalmış geri çəkilib.
Müxalifət.azMuxalifet3 - 20-02-2018
Kolumbiyadan etiraf: Türkiyədən örnək götürməliyik
Venesueladan ölkəmizə axın edən miqrantlarla məşğul olmaq üçün Türkiyəyə nümayəndə heyəti göndərdik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kolumbiya Juan Manuel Santos deyib.
O bildirib ki, Türkiyənin bu sahədə təcrübəsinin öyrənilməsi olduqca mühümdür:
“Miqrant problemi ilə bağlı Türkiyə kimi ölkələrdən örnək götürməliyik. Bu problemlə bacardığımız qədər mübarizə aparmağa çalışırıq”, - Santos bildirib.
Qeyd edək ki, Türkiyə 3,5 milyon miqranta ev sahibliyi edir.
Miqrantların əksəriyyəti Suriya və İraqdandır.
Muxalifet3 - 20-02-2018
Bu ölkə vətəndaşlarına pul paylayır
Sinqapur hökuməti 21 yaşdan yuxarı vətəndaşlarına 100-300 dollar arası ödəniş edəcək.
Muxalifet.az xəbər verir ki, buna səbəb büdcə gəlirlərinin nəzərdə tutulduğundan artıq olmasıdır.
Bildirilib ki, büdcəyə 9,6 milyard dollar əlavə vəsait daxil olub.
Belə ki, illik gəliri 28 min dollar olanlar 300, 28 min-100 min arası olanlar 200, 100 min dollardan artıq gəliri olanlar isə 100 dollar məbləğində dövlət mükafatı alacaq.
Dövlət mükafatlarının ilin sonunda ödənəcəyi bildirilib.
Muxalifet3 - 20-02-2018
Erməniləri susduran Azərbaycanlı jurnalistin evi əlindən alınır - ÇAĞIRIŞ
Moskvada yaşayan, Azərbaycanla yanaşı qardaş Türkiyənin maraqlarını Rusiya kanallarında müdafiə edən jurnalist Fuad Abbasov ermənilərin ciddi təzyiqlərinə məruz qalmaqdadır
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, hazırda Fuad Abbasov yaşadığı mənzili itirmək təhlükəsi ilə üz-üzə qalıb. İşsiz qalan jurnalist götürdüyü ipoteka kreditini ödəyə bilmədiyi üçün Moskva məhkəməsi onun mənzilini boşaltması barədə qərar çıxarıb. Fuad Abbasovun anti-erməni çıxışlarının da əlehinə işlədiyi açıq-aşkar müşahidə edilir.Muxalifet3 - 20-02-2018
Poroşenko Rusiyaya müharibə elan EDƏ BİLƏR – SON DƏQİQƏ
Ukrayna prezidenti Pyotr Poroşenko ona ölkədə hərbi vəziyyəti elan etməyə icazə verən “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət müstəqilliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” (Donbasın reinteqrasiyası - red.) qanunu imzalayıb. Muxalifet.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Ali Rada qanunu fevralın 18-də ikinci oxunuşda qəbul etmişdi. Qanun layihəsi 2017-ci il oktyabrın 4-də Ukrayna parlamentinə şəxsən Poroşenko tərəfindən təqdim olunmuşdu.
Muxalifet3 - 20-02-2018
"Barselona" heyətini açıqladı
"Barselona"nın Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə ilk oyun üçün iştirak ərizəsi açıqlanıb.
Muxalifet.az xəbər verir ki, baş məşqçi Ernesto Valverde siyahıya 21 futbolçu daxil edib.
Qapıçılar: Mark-Andre ter Ştegen, Yasper Sillessen, Adrian Ortola
Müdafiəçilər: Cerard Pike, Jordi Alba, Lukas Din, Aleks Vidal, Tomas Vermalen, Samuel Umtiti, Yerri Mina
Yarımmüdafiəçilər: İvan Rakitiç, Serxio Buskets, Serxi Roberto, Denis Suarez, Andres İnyesta, Paulinyo, Andre Qomes
Hücumçular: Luis Suarez, Lionel Messi, Usman Dembele, Pako Alkaser.
Muxalifet3 - 20-02-2018
Ərdoğandan açıqlama: Əsəd bunun bədəlini ağır ödəyəcək - SON DƏQİQƏ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədə sadiq qüvvələrin Afrinə daxil olması ilə bağlı yayılan məlumatları şərh edib.
Muxalifet.az xəbər verir ki, makedoniyalı həmkarı Gyorge İvanovla görüşündən sonra jurnalistlərin bu yöndə olan suallarını cavablandırıb.Muxalifet3 - 20-02-2018
"Beşiktaş" Almaniyada möcüzə axtarışında - Yenilənir
Çempionlar Liqasının 1/8 finalının ilk oyunları davam edir.
Muxalifet.az xəbər verir ki, “Bavariya” Türkiyənin “Beşiktaş” klubunu qəbul edəcək. Cütün favoriti Almaniya klubu olsa da, qardaş ölkə təmsilçisi səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.
Günün digər görüşü Londonda baş tutacaq. Qrup mərhələsində "Qarabağ"la mübarizə aparmış “Çelsi” İspaniya nəhəngi “Barselona”nı qəbul edəcək.
Muxalifet3 - 20-02-2018
Sobçak Putini debata çağırdı: İstəyirəm ki...
Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak dövlət başçısı Vladimir Putini debata çağırıb.
Muxalifet.az xəbər verir ki, Sobçak media konfranslardan birində bu fikri səsləndirib.
“Mən yenə buradayam. Hazırda Putinə çağırış edərək onun debatda iştirak etməsini istəyirəm. Debatlar seçki kampaniyalarının məcburi prosedurudur. Putin bu prosedurlarda iştirak etmirsə, deməli, qayda pozuntularının olduğunu deyə bilərik”, - Sobçak bildirib.
Muxalifet3 - 20-02-2018
İrandakı təyyarə faciəsi ilə bağlı - Yeni xəbər
İranın axtarış-xilasetmə xidmətləri ATR-72 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların bəzilərinin cəsədlərini aşkar edib.
Muxalifet.az xəbər verir ki, xilasedicilər və hərbçilər təyyarənin qəzaya uğradığı əraziyə çatıb və bir neçə nəfərin cəsədini aşkarlayıb. Onlara havadan helikopterlər aktiv kömək edir.
Hazırda qəza nəticəsində həlak olanlardan azı 30-nun cəsədi tapılıb.Muxalifet3 - 20-02-2018
Azərbaycanlı qardaşlarımıza maşın göndərdik - Kılıcdaroğlu
Türkiyənin keçmiş səhiyyə naziri Nami Çağanla birlikdə azərbaycanlı qardaşlarımıza avtomobil göndərmişdik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Xocalı soyqırımı ilə bağlı danışarkən deyib.
“26 il əvvəl Xocalıda bir qətliam baş verdi. Nazirimiz Nami Çağanla birlikdə azərbaycanlı qardaşlarımıza avtomobil göndərmişdik. Azərbaycanlı qardaşlarımızın yanında olduğumu hər zaman deyirəm”, - Kılıçdaroğlu söyləyib.
Muxalifet3 - 20-02-2018