Axtarış

The search found 105793 results in 0.049 seconds.

Search results

  1. "Biz Ermənistanla sərhədləri açacağıq, onlar da Qarabağı geri qaytaracaqlar" - Adnan Oktar

    Türkiyədəki A9 kanalının sahibi, dini kitabların müəllifi və kanalında gündəlik, canlı yayımladığı verilişlərin aparıcısı olan Adnan Oktar Minval.info-nun əməkdaşı Fərid Ağalarova müsahibə verib.

    Muxalifet3 - 20-02-2018

  2. Millət vəkili oğlu ilə Suriyada döyüşməyə hazırdır

    Mən oğlumla Afrinə gedib, orada döyüşməyə hazıram.
    Muxalifet.az xəbər verir ki, bu bəyanatı Milli Məclisin deputatı Tahir Kərimli səsləndirib.
    Deputat bildirib ki, İraq və Suriyadakı hadisələr, həmçinin regionda kürd dövləti yaratmaq cəhdləri, gələcəkdə Türkiyədə separatçılığın artmasına səbəb ola bilər.
    Deputat Türkiyəni Azərbaycanda sabitliyin qarantı və "bizim təbii müttəfiqimiz” olduğunu bildirib.
     

    Muxalifet3 - 20-02-2018

  3. Millimiz Makedoniya ilə nə vaxt və harada görüşəcək?

    Futbol üzrə Azərbaycan və Makedoniya milli komandaları arasında martın 27-də Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyununun başlama saatı və stadionu dəqiqləşib.
    Muxalifet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma "Mardan” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
     

    Muxalifet3 - 20-02-2018

  4. Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində - Dəyişiklik

    Fevralın 21-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək
    Muxalifet.az xəbər verir ki, bu barədə modern.az -a "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
    O deyib ki, Bakı-yük- Keşlə mənzilinin tək yolunda yolunda aparılan təmir işlərinə görə, "Texniki fasilə”nin verilməsi ilə əlaqədar fevralın 21-dən martın 6-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.

    Muxalifet3 - 20-02-2018

  5. ​Rusiya Afrinlə bağlı hərəkətə keçməlidir - Novikov

    Afrindəki hadisələrin beynəlxalq silahlı qarşıdurmaya çevrilməməsi üçün Rusiyanın diplomatik addımlar atması lazımdır.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Dmitri Novikov bildirib.
    "Türkiyə əvvəldən olduğu kimi, hazırda da Suriyada çox əhəmiyyətli rol oynamağa çalışır. Çox dramatik bir vəziyyətdir və Rusiya Afrindəki hadisələrin beynəlxalq silahlı qarşıdurmaya çevrilməməsi üçün diplomatik güc sərf etməlidir”, - Novikov qeyd edib.

     

    Muxalifet3 - 20-02-2018

  6. ​Bakıda 21 əcnəbi saxlanıldı

    Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

    Muxalifet3 - 20-02-2018

  7. ​Yağışdan sonra Bakının hansı ərazilərini su basır? — Adlar AÇIQLANDI

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) subasma sahələrinin müşahidə edildiyi əraziləri açıqlayıb.
    Muxalifet.az-ın məlumatına görə, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Trend-ə deyib ki, Bakının Binəqədi rayonunda Məlik Aslanov küçəsi boyunca, Sabunçu rayonunun Savalan yaşayış massivində, "Daş karxanası" adlı yaşayış massivində, Maştağa qəsəbəsində Nizami küçəsi boyunca və ətraf ərazilərdə, Yeni Ramana qəsəbəsindəki "Şuşa şəhərciyi"ndə subasma hadisələrində aktivlik müşahidə edilir:

    Muxalifet3 - 20-02-2018

  8. ​Sabah 2 rayonda qaz olmayacaq

    Bakının Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Muxalifet3 - 20-02-2018

  9. ​Argentinada ölən it hamını gözyaşına boğdu — 12 il sahibinin məzarı başında yaşayıb...

    Argentinada 12 il əvvəl dünyasını dəyişən sahibinin məzarından ayrılmayan Kapitan adlı it, elə oradaca ölüb.
    Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, qəbiristanlıq işçiləri və ətrafda yaşayanlar tərəfindən yemlənən 15 yaşındakı it, son zamanlarda xəstə imiş.
    Qeyd edək ki, Kapitan Argentinanın Vilya Carlos Pas şəhərində yaşayan Migel Quzmanın iti olub. Quzman 12 il bundan qabaq ölərkən Kapitan da yox olub. Ailə üzvlərinin elan verərək axtardığı it, evdən çox uzaq olan məzarlıqda tapılıb.

    Muxalifet3 - 20-02-2018

  10. ​Fələstin liderindən BMT-yə çağırış

    İsrail-Fələstin münaqişəsinin həlli üçün hərtərəfli mexanizm qurulmalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Fələstin lideri Mahmud Abbas deyib.
    Abbas eyni zamanda bildirib ki, Fələstin BMT-yə üzv ölkə olaraq tanınmalıdır:
    “Fələstin xalqı 70 ildir ki, öz torpaqlarında zülm çəkir. İsrail özünü beynəlxalq hüquq prinsiplərindən üstün sayan dövlətdir”.
     

    Muxalifet3 - 20-02-2018

  11. Türkiyəyə qarşı daha bir ÇİRKLİ BAZARLIQ!

    Terror təşkilatı PKK ilə Əsəd arasındakı danışığın mövzusu Afrin mərkəzindən Tel Rifata meylləndi.

    Muxalifet3 - 21-02-2018

  12. ​Şimali Koreya Maykl Pensi qəbul etmədi - SON ANDA

    Şimali Koreya nümayəndələri ABŞ vitse-prezidenti Mayk Penslə görüşdən son anda imtina ediblər.
    Hər iki ölkənin nümayəndə heyətləri arasında Qış Olimpiadası çərçivəsində qısa bir görüş keçirilməsi planlaşdırılırdı. Görüşün ləğv edilməsi ilə bağlı xəbəri mətbuata ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib. O deyib ki, Maykl Penslə təşkil ediləcək görüş heç bir açıqlama verilmədən ləğv edilib:

    Muxalifet2 - 21-02-2018

  13. “Zeytun Budağı” Hərəkatında KRİTİK DƏYİŞİKLİK

    “Zeytun Budağı” Hərəkatında 32 gün geridə qaldı, 1715 PYD/YPG terrorçusu öldürüldü. Sərhəddəki strateji Dayr Savvan kəndi azad edildi və Türkiyənin Kilis bölgəsinə raket hücumları təşkil edən terror təşkilatının şəhərlə sərhəd təması qalmadı.
     

    Muxalifet3 - 21-02-2018

  14. ​Sədr TV-də aşıqları öz şeirini oxumağa vadar edir? - AÇIQLAMA

    Verilişimə dəvət etmədiyim, tamaşaçıların sevmədiyi və qəbul etmədiyi, aşıq sənətinə ləkə yaxmaqla məşğul olan insanlar var ki, bu gün mənim haqqımda böhtan dolu yazılar yazırlar. Verilişimə dəvət etdiyim qonaqları Orxan Paşa imzalı şeirlərimi oxumağa məcbur etməyimlə bağlı deyilənlər cəfəngiyyatdır.

    Muxalifet2 - 21-02-2018

  15. Generalın irimiqyaslı müharibə xəbərdarlığının – Səbəbi

    Müharibənin hər an aktiv fazaya keçəcəyi istisna deyil.
    Muxalifət.az xəbər verir ki, bunu Axar.az-a Müdafiə naziri Zakir Həsənovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündəki çıxışını şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, mahiyyətini itirmiş ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti Qarabağ münaqişəsinin həllində hərb yolunu aktuallaşdırır:

    Muxalifet2 - 21-02-2018

  16. ​Tramp: "Silah satışı ciddiləşəcək"

    ABŞ prezidenti Donald Tramp ölkədə 2 aparıcı partiyaya müraciət edib.
    Muxalifət.az xəbər veri ki, prezident müraciətini sosial şəbəkə vasitəsilə gerçəkləşdirib. O silah alıcılarının ciddi şəkildə yoxlanılması üçün yeni tədbirlərin görülməsini diqqətə çatdırıb.
    Respublikaçılar və Demokrat partiyalarına səslənən Tramp özünün tviter hesabında yazıb:
    "Fərqi yoxdur biz Respublikaçıyıq, yoxsa Demokrat. Silah satışı zamanı alıcıların şəxsi məlumatlarını daha dərindən yoxlamaq və təhlükəsizliyi təmin etmək üçün birgə fəaliyyət göstərməliyik".

    Muxalifet2 - 21-02-2018

  17. ​Bakıda əri xəyanət edən qadın iynələri udaraq İNTİHARA CƏHD ETDİ

    Bakıda gənc qadın intihara cəhd göstərib.
    Muxalifət.az report.az-a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda baş verib.
    1989-cu il təvəllüdü T.A (ad və soyad şərtidir) 4 ədəd iynəni udaraq intihara cəhd edib. Lakin evdə olan ailə üzvləri T.A-nı dərhal xəstəxanaya çatdırıb. İynələr cərrahi əməliyyat yolu ilə onun bədənindən çıxarılıb.
    Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
    Xəsarət alan şəxsin yaxınları bildirib ki, T.A-nın intihara cəhd göstərməsinə səbəb onun həyat yoldaşının başqa qadınla görüşməsi olub.

    Muxalifet2 - 21-02-2018

  18. PKK-nın planı pozulunca, B PLANI DÖVRƏYƏ GİRDİ

    Terror təşkilatı PYD/YPG ilə razılaşan Əsəd rejimi tərəfdarı olan döyüşçülər Afrinə girməyə çalışdı. Türk artilleriyası tərəfindən edilən xəbərdarlıq atəşindən sonra hərbçilər çəkilmək məcburiyyətində qaldı.
     
    Bütün bu proseslər üzərində TSQ və ASO-nun Afrin mərkəzinə girəcəyini görən rejim tərəfdarı Şiə qruplar (Hizbullah) və terror təşkilatı YPG, qondarma müqavilə bağladığını və Afrini Əsədə tərk edəcəklərini bildirib.

    Muxalifet3 - 21-02-2018

  19. ​Ərdoğan ƏMR VERDİ: Kreml dərhal Əsədi…

    Afrində kürdlərin Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı “dərin dövlət”ə aiddir.
    Muxalifət.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi qeyd edib ki, Suriya Prezidenti Bəşər Əsəd Moskvanın marionetkasıdır:

    Muxalifet2 - 21-02-2018

  20. ​Əsəd ABŞ-ı qayğı içində qoydu: "Rusiya öz gücündən istifadə etməlidir"

    ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heter Nauret Suriyanın Şərqi Quta bölgəsində baş verən qətliamlara münasibət bildirib.
    Muxalifət.az xəbər verir ki, o, yaşanan hadisələrdən dolayı ABŞ-ın qayğı içində qaldığını deyib:

    Muxalifet2 - 21-02-2018

Pages