Axtarış
The search found 105793 results in 0.046 seconds.
Search results
Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Fənn olimpiadasında qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏ, FOTOLAR
Bu dəfə sizi gənc müəllimlərdən biri ilə tanış edəcəyik. 27 yaşlı Tural Topçuyev doğulub-böyüdüyü Gədəbəy rayonunda Coğrafiya müəllimi işləyir.
Deyir, Gədəbəy yeganə rayonlardandır ki, orada demək olar ki, bu fənni tədris edən müəllim yoxdur. Çalışır ki, rayondakı bütün məktəblilərə bu sahədə yardımçı olsun. Vəzifəsinin öhdəsindən olduqca gözəl gəlir. Elə bu səbəbdəndir ki, rayonda keçirilən fənn olimpiadalarda qalib gənclərin əksəriyyəti Tural müəllimin şagirdi olur.Muxalifet2 - 21-02-2018
Putinin qərargahına HÜCUM EDİLDİ
Qeydə alınmamış Başqa Rusiya Partiyasının fəalları Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburqdakı seçki qərargahının eyvanına “fləşfayer”lər (pirotexniki siqnal vasitəsi) atıblar.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi yayıb.
Partiya üzvləri seçkilərə yox deyilməməsi ilə bağlı vərəqələr paylayıb, qərargahın qarşısında “bütün namizədlər kloundur” yazılan plakatlar asıblar. Polis sonradan hadisə yerinə gəlsə də fəalları ələ keçirmək mümkün olmayıb.Muxalifet2 - 21-02-2018
MAKRON "ZEYTUN BUDAĞI"NI HƏZM EDƏ BİLMƏDİ
Muxalifət.az xəbər verir ki, Türkiyənin “Zeytun budağı” əməliyyatını həzm edə bilməyən Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Afrin və Suriya ilə bağlı görüşlər keçimək üçün qısa müddət ərzində Rusiya və İrana səfər edəcəyini bildirib: “Fransa prezidentinin tələbi ilə bütün əsas fiqurlarla görüşmək üçün qısa müddət ərzində Moskva və Tehrana gedəcəyəm”.
Bundan əvvəl isə Fransa prezidenti Emmanuel Makron Türkiyənin apardığı əməliyyatlarla bağlı tənqidlər səsləndirmişdi.Muxalifet2 - 21-02-2018
Azərbaycan millisinin üzvü idmandan uzaqlaşdırıldı - ŞOK SƏBƏB
Yüngül atletika üzrə Azərbaycan millisinin üzvü Yekaterina Sarıyevaya dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.
Muxalifət.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytı məlumat yayıb.
İdmançı 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib.
23 yaşlı ateltdən alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində furosemid aşkarlanıb.Muxalifet2 - 21-02-2018
“Əli İnsanova 50 dəfə deyiblər ki, xaricə çıx get, getməyib” – ELŞAD MUSAYEV
"Əli İnsanov prezident seçkilərindən sonra həbsdən azad oluna bilər”
Muxalifet - 21-02-2018
İbrahim Kalın: "Türkiyənin top atəşindən sonra 40-50 avtomobildən ibarət karvan Afrindən geri çəkildi"
“Hələb yaxınlığından Afrinin cənub hissəsinə, oradan isə şəhər mərkəzinə girməyə təşəbbüs göstərən 40-50 avtomobildən ibarət karvan top atəşindən sonra geri çəkildi”.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.Muxalifet2 - 21-02-2018
“PROBLEMLİ KREDİTLƏRİN AMNİSTİYASI ELAN OLUNSUN” - 50 min dollar borcu olan deputatdan TƏKLİF
Azərbaycanda banklara kredit borcu olanların sayı-hesabı dəqiq bilinmir. Ekspertlər bildirirlər ki, Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Bu sırada az qala hər təbəqədən olan insanlar var. Elə deputatlar da…
Muxalifet2 - 21-02-2018
AFRİN – Türkiyə-İran rəqabətinin yeni cəbhəsi: Ankaranın ixtiyarındakı yaxşı variantlar azdır - TƏHLİL
Suriyadakı çirkin müharibə daha da mürəkkəbləşir. Fevralın 20-də rejimin milisləri, ötən ay Suriyaya müdaxilə edən Türkiyə qüvvələrinin mühasirəyə aldığı Afrin anklavına daxil olub. Görünür, hökumət bölmələri Ankaranı ciddi narahat edən sərhədyanı əraziləri nəzarətində saxlayan kürd qruplarını gücləndirməyə başlayır.
Muxalifet2 - 21-02-2018
Federika Mogerinidən Azərbaycana dair ÖNƏMLİ BƏYANAT...
“Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır və Aİ onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tamamilə dəstəkləyir (supports fully – nitqin orijinalından – red.)”
Muxalifet2 - 21-02-2018
İranda şok yazı: “Afrin Kərbəlaya bənzəyir” - FOTO
İranda Prezident Həsən Ruhaniyə yaxınlığı ilə tanınan “Şərq” qəzetində Türkiyə və ölkə başçısı Rəcəb Tayyib Ərdoğan əleyhinə yazı dərc olunub.
Muxalifət.az xəbər verir ki, Saleh Nikbəxt imzası ilə dərc edilən yazı “Şərq” qəzetinin ilk səhifəsində oxuculara təqdim edilib.
Türkiyəni tənqid edən yazar məqalədə Afrini Kərbəla ilə müqayisə edib. Osmanlını işğalçı sayan Nikbəxt Ərdoğanın Türkiyə Cümhuriyyətini də Osmanlının davamı olaraq gördüyünü bildirərək, İranın Afrin əməliyyatı ilə bağlı narahatlığını açıq şəkildə vurğulayıb.Muxalifet2 - 21-02-2018
“İlham Əliyev İlqar Məmmədovu buraxmaq istəsə...” - AZƏR QASIMLI
Ölkədə prezident seçkisi öncəsi əfv sərəncamının imzalanacağı gözlənilir. Bu, Əfv Komissiyası üzvlərinin mətbuata verdiyi açıqlamlardan da aydın olur. Ehtimal olunur ki, Novruz bayramı ərəfəsində imzalanan əfv sərəncamı və may ayında Cumhuriyyətin 100 illiyi ilə bağlı gözlənilən amnistiya aktı ilə həbsdə olan siyasilər də azadlığa çıxacaq.
REAL Hərəkatının sədri, siyasi məhbus İlqar Məmmədovun azadlığa çıxması ilə də bağlı tez-tez mətbuatda fikirlər səslənir.Muxalifet - 21-02-2018
Ərdoğan müjdəni verdi: İnsansız TANK İSTEHSAL EDƏCƏYİK
İnkişaf Planı Təqdimat Toplantısında danışan Türkiyə prezidenti Ərdoğan, insansız hava vasitələrindən sonra insansız tank istehsal olunacağı müjdəsini verib.
Muxalifet3 - 21-02-2018
“MTN işi”ndə zərərçəkmiş kimi tanınan sabiq icra nümayəndəsinə ŞƏRTİ CƏZA VERİLDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Biləcəri qəsəbəsinin sabiq icra nümayəndəsi Bahəddin Sultanov və keçmiş polis əməkdaşı Təvəkkül Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ilə təqsirləndirilən şəxslərin hər birinə 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.Muxalifet2 - 21-02-2018
Avropa Rusiyaya növbəti zərbəni vurmağa HAZIRLAŞIR
Avropa İtttifaqı Rusiya və Ukrayna vətəndaşları barəsində sanksiyaların müddətini uzadacaq.
Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqındakı mənbə bildirib.
Məlumata görə, Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri sanksiyaların müddətinin uzadılmasını uyğunlaşdırıblar. Qərarın 2018-ci il martın 12-də qəbul edilməsi planlaşdırılır. Əvvəlki sanksiyaların müddəti martın 15-də bitir.Muxalifet2 - 21-02-2018
Türk düşmənlərinin KÖKÜ KƏSİLƏCƏK: Ankaranın strategiyasında 3 VACİB İSTİQAMƏT
Dünən Suriya hökumətinə bağlı qüvvələrin Türkiyənin “Zeytun budağı” əməliyyatı keçirdiyi Afrinə daxil olması barədə xəbər gündəmi bir anda dəyişdi.
Bölgədə hərəkətlilik dərhal artdı və türk qırıcıları Bəşər Əsəd rejiminə bağlı güclərin girdiyi bölgəni bombalamağa başladı. Türkiyə qırıcılarının aviazərbələri və top atəşləri ilə edilən xəbərdarlıqdan sonra, rejim tərəfdarı olan qüvvələr Afrinin şəhərinə 10 kilometr qalmış geri çəkilməyə məcbur olublar.Muxalifet2 - 21-02-2018
Türkiyə-Suriya-Rusiya üçbucağında Afrin düyünü: Putin Əsədə “Afrinə girmə” deyəcəkmi? – TƏHLİL
Suriyanın Afrinin müdafiəsinə görə kürdlərlə anlaşması haqda məlumat artıq, sadəcə, fərziyyə deyil. Beynəlxalq informasiya agentliklərinin lentlərində bir neçə gün ərzində dolaşan məlumatın mötəbərlik ehtimalı getdikcə daha da yüksəlir. Son anda heç nə dəyişilməsə, yəni xəbər verildiyi kimi, Ərdoğanla Putin arasında yüksək səviyyədə danışıqlar bu cür nəticə verməsə, görünür, Suriya Afrinə girəck.
Muxalifet2 - 21-02-2018
BAKIDA QADINLAR ƏRƏB TURİSTLƏRİ SOYDU
Bakıda iki qadın ərəb turistlərinin pullarını və şəxsiyyət vəsiqələrini oğurlayıb.
Muxalifət.az xəbər verir ki, paytaxtda turist kimi səfərdə olan Bəhreyn vətəndaşları -1998-ci il təvəllüdlü Mujjeb Ahmed Naser Bahrahi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmyerlisi 1998-ci il təvəllüdlü Yaser Mohomed Saleh ilə birlikdə Cəfər Cabbarlı küçəsində yerləşən oteldə olan zaman adını bilmədiyi iki qadın tərəfindən onların 300 dinar pulları və pasportları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır./report/Muxalifet2 - 21-02-2018
Əsəd PKK ilə razılaşarsa.. Ankaranın 3 STRATEGİYASI
“Zeytun Budağı” hərəkatı davam edərkən küncə sıxılan PKK/PYD-nin Əsəd ilə razılaşaraq rejim güclərinin Afrinə yerləşmə planı qarşısında Ankaranın həyata keçirəcəyi 3 mühüm strategiyası var.
Terror təşkilatı PKK/YPG-nin Əsədlə razılaşıb, Afrindən çəkiləcəyi, onun yerinə Əsəd qüvvələrinin yerləşəcəyi xəbəri gündəmə bomba kimi düşüb. Həm də Afrində “Zeytun Budağı” hərəkatı davam edərkən.
Bəs indilərdə baş verən bu hadisə nə mənaya gəlir?
MÜQAVİLƏNİN MƏNASIMuxalifet3 - 21-02-2018
Əsəd rejimi qətliama davam edir: 300 ölü
Əsəd rejiminin bazar günündən indiyə qədər qətliam törətdiyi Şərqi Qutaya bu gün də paraşütlərlə bomba atılıb.
Muxalifət.az xəbər verir ki, Şərqi Qutaya bu gün təşkil edilən hücumlarda 10-dan artıq insan həlak olub, 200-dən artıq insan isə yaralanıb.
Artıq 3 gündür davam edən hücumlarda bölgədə yaşayan 296 nəfər həlak olub.Muxalifet2 - 21-02-2018
Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı - Baş Prokurorluqdan AÇIQLAMA
Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə Trend-ə bildirib.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.Muxalifet2 - 21-02-2018