Axtarış

The search found 105793 results in 0.05 seconds.

Search results

  1. Ziya Məmmədovun müşavirinin qızıllarını oğurlamaqda suçlanan şəxsin işi - BACISINI VURUB

    Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi, hazırda həbsdə olan Rövşən Əhmədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
    Muxalifət.az xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
    Qərara əsasən, R.Əhmədovun kassasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlmədən saxlanılıb.

    Muxalifet2 - 22-02-2018

  2. ​Nalbəndyanın AVROPA ŞOUSU: “Türkiyə Qarabağa...”

    Türkiyənin Qarabağın həll prosesinə müdaxilə və ya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını Qarabağdakı danışıqlarla bağlamaq cəhdi hər iki prosesə mane olur.
    Muxalifət.az xəbər verir ki, bunu Avropa Parlamentinin Xarici Münasibətlərinin Komissiyasında çıxışı zamanı Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan söyləyib. Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması iki ölkənin xaqları üçün yeni imkanlar yarada bilərdi:

    Muxalifet2 - 22-02-2018

  3. "BEYNƏLXALQ BANK "MANDRAJDADIR"" - Əkrəm Həsənov

     (Əmanətlər üzrə faiz dərəcəsinin qanunsuz olaraq birtərəfli qaydada azaldılmasını əsaslandıra bilmədiyi üçün məhkəmə iclasının qapalı aparılmasını istədi. deyəsən, dollar krediti olanlar yaxında şad xəbər alacaqlar.)

    Muxalifet2 - 22-02-2018

  4. ​ABŞ-dan Moskvaya ŞƏRT: “Nüvə başlıqlı raketlər...”

    “Rusiya orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında müqaviləninin şərtlərinə riayət edəcəyi halda, ABŞ dəniz bazalı nüvə döyüş başlıqlı qanadlı raketlərindən imtina edəcək”.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ müdafiə nazirinin nüvə və raket müdafiə siyasəti məsələləri üzrə köməkçisi Robert Sufer bildirib.

    Muxalifet2 - 22-02-2018

  5. Bakıda FACİƏ: məktəbli qızın meyiti tapıldı

    Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
    Yasamal rayonu 2-ci Alatava qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Qabulova Çimnaz Elşən qızı hamam otağında olarkən dəm qazından zəhərlənib. 15 yaşlı qızın meyitini yaxınları aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
    Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
    Qeyd edək ki, vəfat edən 15 yaşlı Çimnaz Qabulova orta məktəbin 9-cu sinif şagirdi olub. (lent.az)

    Muxalifet2 - 22-02-2018

  6. ​Gəncə yol polisi rəisinin işdən çıxarıldığı RƏSMƏN TƏSDİQLƏNDİ

    Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib.
    Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.
    DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

    Muxalifet2 - 22-02-2018

  7. Əsədin Afrin TƏŞƏBBÜSÜNÜN ŞİFRƏLƏRİ

    Əsəd rejiminə bağlı silahlı qrupların Afrinə girmə həmləsi, Türkiyənin terrorla mübarizəsinə heç vaxt mane ola bilməz. Onsuz da təşəbbüsdə olan qrupun daha ilk artilleriya atəşində geri qaçması bunu göstərdi. Bəs o zaman bu addım nə üçün atılıb?
     
    Haber7 / Taha Dağlı
     
    1.MƏQSƏD “ZEYTUN Budaği” HƏRƏKATINI SONA ÇATDIRMAQ OLA BİLƏRMİ?
     

    Muxalifet3 - 22-02-2018

  8. PKK-ya pis xəbər: Qərbli TERRORÇULAR QAÇDI

    TSQ-nin başladığı “Zeytun Budağı” hərəkatında Afrindəki PKK/PYD-li terrorçulara ağır zərbə vuruldu. Bunu görən təşkilat içindəki 430 Qərbli terrorçu, arxasına baxmadan qaçıb.
     
    Afrində terror təşkilatları PKK/KCK/PYD-YPG və İŞİD-ə mənsub terrorçuların təsirsiz hala gətirilməsi üçün quru və hava əməliyyatları davam edir.
     
    ÖLÜ SAYI 1829 OLDU
     
    Hərəkatın başlanğıcından etibarən zərərsizləşdirilən terrorçu sayı 1829 olub.
     
    430 QƏRBLİ TERRORÇU QAÇDI
     

    Muxalifet3 - 22-02-2018

  9. Generallar məhkəməyə xüsusi nəzarət altında gətirildi (YENİLƏNİR)

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlanıb.
    Publika.az xəbər verir ki, proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub. Məhkəmənin binası xüsusi nəzarətə götürülüb.
    Prosesin qapalı keçirildiyi əsas gətirilib, jurnalistlər məhkmə zalına buraxılmayıb.

    Muxalifet2 - 22-02-2018

  10. ​Azərbaycanda bu yol pullu olacaq - ƏHALİNİN NƏZƏRİNƏ

    Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolu ödənişli olacaq.
    Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib.
    Onun sözlərinə görə, 2018-ci ildə qarşıya qoyulan əsas vəzifə Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisidir.

    Muxalifet2 - 22-02-2018

  11. “Regionların büdcənin formalaşmasında payı hələ də 5%-ə çatmayıb” - NATİQ CƏFƏRLİ

    “Rəsmi məlumat açıqlanıb ki, 2018-ci il yanvarın 1-nə əsasən, ölkə əhalisinin sayı 10 milyon nəfərə yaxın olub, əhalinin təxminən 23 faizi Bakıda yaşayır. Bakıda olan əhalinin statistik göstəricisinin real deyil, ancaq rəsmi qeydiyyatda olanları Bakı sakini kimi qeyd edirlər, başqa regionlarda qeydiyyatda olub Bakıda yaşayanların sayı, az qala elə rəsmi qeydiyyatda olanlar qədərdir. Məsələn, 2013-ci il prezident, 2015-ci ildə parlament seçkilərində imzatoplama zamanı gördük ki, regionlarda qeydiyyatda olan insanların sayı daha çoxdur”.

    Muxalifet2 - 22-02-2018

  12. İranın Afrin planları ORTAYA ÇIXDI

    Suriya rejiminin Afrinə Şiə milislərini göndərməsinin arxasında İranın da gizli hesabları olduğu bildirilir.
     
    ASO, Tel Rifatı alaraq Nubul-Zehra regionunu mühasirəyə alma ehtimalına qarşı Afrinə Şiə milislərini göndərməyə çalışdığı, İranın bu gedişlə ASO-nun işini çətinləşdirmək istədiyi və Afrində olan Şiə Kürdlərə çataraq yeni hərəkat sahəsinə qovuşmaq hesabları qurduğu deyilir.

    Muxalifet3 - 22-02-2018

  13. Afrində daha 3 KƏND TERRORÇULARDAN AZAD OLUNDU

    Afrinə qarşı “Zeytun Budağı” hərəkatının 34-ci günündə əməliyyat tam sürəti ilə davam edir. TSQ və ASO gücləri, Afrin yaxınlığında 3 kəndi YPG/PKK-li terrorçulardan təmizləyib.
     
    TSQ və ASO, Afrinin şimalındakı Mikdad və Əli Racu, cənub-qərbində yerləşən Tell Dilur kəndi də daxil 3 yaşayış məntəqəsini terrorçulardan təmizləyib.
    Müxalifət.az

    Muxalifet3 - 22-02-2018

  14. ​İlahiyyatçı alimdən yorğanla bağlı SENSASİYALI AÇIQLAMA

    6 yaşlı uşaqla evlənməyin mümkünlüyünü, liftdə qadınla kişinin tək qalan zaman cinsi istəyinin artdığını iddia edən Sosial Şərq Vəqfinin prezidenti, türkiyəli ilahiyyatçı alim Nurəddin Ulduz daha bir qalmaqallı açıqlama verib.
    Publika.az xəbər verir ki, alim yorğan, adyal kimi əşyaların insanın cinsi istəyini artırdığını deyib.
    “Yuxu çox önəmlidir. Yatağa uzanar-uzanmaz gözünüzü bağlayıb yatacaq halda girmək lazımdır. Yataqda keçən hər boş dəqiqə şəhvətə doğru yol açır. Yatağın forması, yorğan, adyal insanın cinsi istəyini artıracaq formada olmamalıdır”,- N.Ulduz bildirib.

    Muxalifet2 - 22-02-2018

  15. ​"Qalatasaray"da Terim FIRTINASI - İlk qurban bəlli oldu

    Bu mövsüm səs-küylü bir şəkildə “Qalatasaray”a keçid edən baş məşqçi Fatih Terimin komandadan göndərəcəyi ilk futbolçu bəlli olub.
    Muxalifət.az xəbər verir ki, Terim 9 mart tarixində İsveçərdə təşkil ediləcək UEFA Fair Play toplantısından sonra heyətdə performansını bəyənmədiyi futbolçuları klubdan göndərəcək.
     “Qalatasaray”a sanskiya tətbiq edilməzsə, komandaya kifayət qədər kömək etməyən 8-9 oyunçu sərbəst buraxılacaq. İddiaya görə, UEFA “Qalatasaray”a transfer qadağası və məhdudlaşma gətirməsə belə, baş məşqçi klubda radikal dəyişikliklərə imza atmaqda qərarlıdır.

    Muxalifet2 - 22-02-2018

  16. ​Əhmədinejad Xameneiyə məktub yazdı, yeni tələblər irəli sürdü: "Ədalət məsələsində geri qalmışıq...”

    İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ölkədə keçiriləcək seçkilər üçün azadlığın təmin olunmasını istəyib.
    Muxalifət.az report-a istinadən xəbər verir ki, o, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xameneiyə ünvanladığı məktubunda vurğulayıb.
    İslam Respublikasının 6-cı prezidenti məktubunda həmçinin İranın ali rəhbərindən prezident, parlament və məhkəmə sisteminin yenilənməsini istəyib.
    O, məhkəmə sistemində dəyişiklik edilməsi, ötən illərdə tutulan etirazçıların sərbəst buraxılması, bütün cinayət işlərinin azalmasının vacibliyini bildirib.

    Muxalifet2 - 22-02-2018

  17. Nazir partlayış baş verən zavodun BAŞ DİREKTORUNU İŞDƏN ÇIXARDI

    Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi baş verib.
    Nazirliyin aparıcı müəssisələrindən olan "Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə "Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunub. Bununla yanaşı, "Üfiq” İstehsalat Birliyinin strukturlarında da kadr dəyişiklikləri olub.

    Muxalifet2 - 22-02-2018

  18. ​Azərbaycanda prezident seçkiləri demokratik keçiriləcək? – SİYASİLƏRDƏN AÇIQLAMA

    Həsrət Rüstəmov: “Seçkilərdən kənarda durmaq doğru deyil”
    Əli Əliyev: “Hakimiyyətin resurs fərqi digər namizədlərlə aşkardır”

    Muxalifet2 - 22-02-2018

  19. ​Türkiyə NATO üçün nəyə görə önəmlidir? – BAŞ KATİB

    Türkiyə NATO-nun çox dəyərli bir müttəfiqidir.
    Muxalifət.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
    “Türkiyə NATO-ya bir çox fərqli yollarla fayda verir. Coğrafi mövqeyi, İraq və Suriya ilə sərhədləri olduğuna görə İŞİD-lə mübarizədə açar rol oynaması və Qara dənizə çıxısının olması Türkiyəni NATO üçün önəmli bir hala gətirir”, - Stoltenberq deyib.

    Muxalifet2 - 22-02-2018

  20. ​Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI

    Dövlət İmtahan Mərkəzi inzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilmiş imtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna işə qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında növbəti statistik məlumatları təqdim edib.
    DİM-dən verilən məlumata görə,inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanında qeydiyyatdan keçmiş şəxlərdən 1029 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 351 nəfər imtahanı müvəffəqiyyətlə verib.

    Muxalifet2 - 22-02-2018

Pages