Axtarış
The search found 105793 results in 0.062 seconds.
Search results
Gülənin NATO-dakı adamı DEŞİFRƏ EDİLDİ
NATO-nun Kürəcik hərbi bazasında ABŞ rəsmilərinin tərcüməçisi olan Tevfik Mutlunun FETÖ-nun xəbərləşmə proqramı olan “Baylok”dan istifadə etdiyi üzə çıxıb.
Türkiyə polisi tərcüməçinin proqrama 7240 dəfə daxil olduğunu müəyyənləşdirilib.
T.Mutlunun təşkilatın bir sıra səlahiyyətli nümayəndələri ilə əlaqə saxladığı bildirilir./axar/Muxalifet2 - 22-02-2018
“Afrinə terrorçu qüvvələrin toplanmasına imkan verilməyəcək” –Türkiyə XİN
Türkiyə Afrin bölgəsində hər hansı terrorçu qüvvələrin, eləcə də Suriya “xalq qüvvələrinin” toplaşmasına iimkan verməyəcək.
Bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, ötən gün özünü “Suriya xalq qüvvələri” adlandıran qruplaşma Afrinə daxil olmağa çalışıb. Türkiyə Silahlı Qüvvələri onlara ciddi müqavimət göstərib.
M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə üçün prioritet Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasıdır.Muxalifet2 - 22-02-2018
İlham və Fərizə haqqında yazdığı status ilə gündəmə gələn GƏNC ŞAİR: “Belə intiharın ucaldılmasına qarşıyam”
Sosial şəbəkədə İlham və Fərizə haqqında yazdığı status ilə gündəmə gələn gənc şair, tarix müəllimi Emin Piri məsələ ilə bağlı minval.info saytına özəl açıqlama verib.
E.Piri yazdığı sözlərə görə peşman deyil və fikrini də belə əsaslandırmağa çalışıb: “Nədir şəhidlik? Mənə görə öz əqidəsi uğrunda sona kimi gedən, buna görə mübarizə aparan insan müəyyən mənada şəhiddir. Və eyni zamanda mənə görə ən böyük şəhidlik mərtəbəsi vətəni, dövləti uğrunda döyüşənindir. Onun ölməyi, sağ qalmağı elə də vacib deyil. Önəmli olan Azərbaycan üçün vuruşmağıdır. Sağ olsa da şəhiddir.Muxalifet2 - 22-02-2018
NATO-DAN ÇOX DANIŞILACAQ S-400 AÇIQLAMASI!
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin Rusiyadan S-400 raket müdafiə sisremi almasının suveren bir qərar olduğunu bildirməklə yanaşı deyib: “Lakin Türkiyə eyni zamanda İtaliya-Fransa konsorsiumu olan EUROSAM ilə razılaşma imzalayıb. Türkiyə NATO müttəfiqləri ilə razılaşma əldə edərsə, təbii ki, bundan məmnun olarıq”./Hurriyyet/
Muxalifet2 - 22-02-2018
Putin məni qovdurdu, indi də istəyir ki... - SAAKAŞVİLİ
Gürcüstanın keçmiş dövlət təhlükəsizlik naziri İqor Giorqadze məni öldürməklə hədələyir.
Bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. Saakaşvili həmçinin Giorqadzeninin rusiyalı jurnalist Leonid Yakuboviçə verdiyi müsahibənin görüntülərini də yayımlayıb:Muxalifet2 - 22-02-2018
Sərdar Cəlaloğlunun sənədləri MSK-ya təqdim edildi
Muxalifet.az xəbər verir ki, 11 aprel 2018-ci il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Məmmədov Sərdar Calal oğlunun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə görə, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar sənədlərin komissiyaya təqdim edilməsindən 5 gün müddətində qəbul ediləcək.
Muxalifet - 22-02-2018
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İSTEFA VERDİ
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin istefa verib.
Bu barədə o, bu gün Vyanada ATƏT PA-nın qış sessiyasında hazırladığı yekun hesabatın təqdimatı zamanı bildirib.
K.Vigenin deyib ki, ATƏT PA-nın prezidenti Gerogi Tsereteliyə bu gün yerli vaxtla saat 12:00-dan xüsusi nümayəndə vəzifəsindən istefa etməsi barədə müraciət edib.
O, istefa verməsinin səbəbini bütün səyini Siyasi Məsələlər və Təhlükəsizlik komitəsindəki məruzəçi vəzifəsinə yönəlmək niyyəti ilə əlaqələndirib. (apa)Muxalifet2 - 22-02-2018
Çin yaxın illərdə ABŞ-ı ötəcək - BİROL
Çin növbəti 20 il ərzində ABŞ-ı keçərək, nüvə enerjisi istehsalında lider ola bilər.
Muxalifət.az xəbər verir ki, bunu Beynəlxalq Neft Həftəsində çıxışı zamanı Beynəlxalq Energetika Agentliyinin rəhbəri Fateh Birol söyləyib. Onun sözlərinə görə, ABŞ və Avropa nüvə energetikası sferasına yetərli qədər investisiya qoymur:Muxalifet2 - 22-02-2018
Buynuzda yanan ev Ziya Məmmədovun QARDAŞININ İMİŞ
Bu günlərdə İsmayıllı rayonunun Buynuz kəndundə yanan, sabiq nazir Ziya Məmmədova məxsus olduğu deyilən villa barədə yeni məlumatlar üzə çıxıb.
Mötəbər mənbəmizin verdiyi xəbərə görə, həmin villa Ziya Məmmədova yox, onun qardaşı Nəriman Məmmədova məxsus olub.
Qeyd edək ki, Ziya Məmmədov özü də, qardaşı, sabiq deputat Elton Məmmədov da media təmsilçilərinə açıqlamalarında yanan villanın keçmiş nəqliyyat nazirinə aid olmadığını bildirmiş, ancaq villanın hər halda onların ailə üzvlərindən birinin olmasına toxunmamışdılar.Muxalifet2 - 22-02-2018
Tomas de Vaal: “Rusiya, ABŞ və Fransa Qarabağla bağlı məsuliyyəti üzərinə götürmək istəmir”
“Rusiya, ABŞ və Fransa münaqişənin həlli ilə bağlı məsuliyyəti üzərinə götürmək istəmir”.
Bunu mərkəzi ABŞ-da yerləşən "Karnegi" Fondunun təhlilçisi Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsində vurğulayıb.
Müəllif bildirib ki, rəsmi Moskva münaqişənin həllinə təsir edəcək başlıca güc olaraq qalır.
Tomas de Vaalın fikrincə, bununla belə, münaqişənin həlli ilə rəsmi Ankara, Brüssel, Tehran və Vaşinqtonda da məşğul olurlar(report).Muxalifet - 22-02-2018
Moskvada Navalnını yenidən saxladılar
Moskvada polis müxalifətçi Aleksey Navalnını növbət dəfə saxlayıb.
Virtualaz.org "Meduza"ya istinadən bildirir ki, bu barədə o özü tvitterində yazıb.Muxalifet - 22-02-2018
“Hizbullah”ı Afrinə Qasım Süleymaninin göndərdiyi iddia olunur
Əsədə bağlı milis güclərinin və İran dəstəkli “Hizbullah”ın Afrinə girmə cəhdinin arxasından İran İnqilab Mühafizəçiləri Korpusunun Yaxın Şərq üzrə komandiri Qasım Süleymanı çıxıb.
Muxalifət.az avropa.info-ya istinadən xəbər verir ki, “Hizbullah” və Əsədə bağlı milis güclərinin əsl hədəfinin Afrin deyil, 4 ildir ki, müxaliflərin nəzarətində olan məhbusu Fua və Kefreya kəndləri olduğu bildirilir.
Türkiyənin “Yeni Şəfəq” qəzetinə danışan ASO komandirlərindən olan Muhanne Ceffale Afrinə hücum əmrinin Qasım Süleymani tərəfindən verildiyini deyib.Muxalifet2 - 22-02-2018
Tramp müəllimləri silahlandırmağa çağırdı
ABŞ prezidenti Donald Tramp Florida məktəbində törədilən qətliamla bağlı çıxışında müəllimlərin silahlandırılması təklifi ilə çıxış edib. Ağ Ev rəhbəri eyni zamanda artan silahlı insidentlər fonunda silah satışına olan dövlət nəzarətini gücləndirməyi vəd edib.
Fevralın 21-də Ağ Evdə baş tutan görüşdə eyni zamanda öldürülmüş uşaqlardan birinin atası iştirak edib.
Tramp silah əldə etməyə çalışan vətəndaşların sənədlərinin və tərcümeyi-hallarının hərtərəfli şəkildə yoxlanılması ilə bağlı aidiyyəti qurumlara tapşırıqların veriləcəyini bildirib.Muxalifet - 22-02-2018
Bayılda evləri təhlükəli vəziyyətə düşən ailələr SIĞINACAQDAN ÇIXARILDI
Bakıda Bayıl yamacında sürüşmə zamanı evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarılıb.
Muxalifət.az bildirir ki, bu barədə Trend-ə sığınacaqda məskunlaşan sakinlər məlumat veriblər.
Məlumata görə, ailələr fevralın 21-də axşam saatlarında müvəqqəti yerləşdirildikləri Səbail rayonu 163 saylı orta məktəbdən çıxarılıb: “Dünən səhər saatlarında 67 ailəyə kirayə haqları verildi. Axşam saatlarında kirayə haqqı alan ailələr sığınacaqdan çıxarıldı”.Muxalifet2 - 22-02-2018
В Москве стреляли в бизнесмена Анара Алиева - ВИДЕО
В Москве стреляли в бизнесмена Анара Алиева. Видео момента покушения распространил телеграм-канал Mash.
Стрелок выпустил пулю в Lexus, когда мужчина выезжал с парковки. Иномарка стояла на территории возле дома. На перекрестке к машине подбежал неизвестный и выпустил пулю в голову водителя.
Сразу после этого стало известно, что киллер лишь ранил бизнесмена из Азербайджана Анара Алиева. Последний владеет сетью заведений быстрого питания.Muxalifet - 22-02-2018
Metropolitendə YENİ QADAĞA
Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı yeni qəbul edilmiş Azərbaycan Respublikasının qanununun icrası Bakı metropolitenində xüsusi nəzarətə götürülüb və bununla bağlı ciddi tədbirlər görülür.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun icrasına ciddi əməl olunması məqsədilə qurumun müvafiq struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib.Muxalifet2 - 22-02-2018
Moskvada Azərbaycanlı biznesmen Anar Əliyev öldürüldü - VIDEO
15:16
Azərbaycanlı biznesmen Anar Əliyev Rusiyanın paytaxtı Moskvanın cənubunda güllələnib.
Rusiya mətbuatı xəbər verir ki, o, şəxsi avtomobilində olarkən hücuma məruz qalıb və başından güllə yarası alıb.
Hücumun sifarişli olduğu istisna edilmir. Hazırda 43 yaşlı Anar Əliyev reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.
Qeyd edək ki, Anar Əliyev Moskvada qida məhsulları, içkilər və tütün məmulatları topdansatış ticarətlə məşğul olurmuş.
***
15:37Muxalifet - 22-02-2018
“Taliban” Əfqanıstanda buraxılış məntəqəsinə hücum etdi – 8 POLİS ÖLDÜRÜLDÜ, yaralılar var
Əfqanıstanın Qəzni vilayətindəki nəzarət-buraxılış məntəqəsinə "Taliban" yaraqlılarının hücumu nəticəsində 8 polis ölüb, üçü yaralanıb.
Bu barədə "RİA Novosti" xəbər verib.
Vilayət administrasiyasının nümayəndəsinin sözlərinə görə, hücum dünən gecə baş verib. Yerli sakin isə qarşıdurmanın bir neçə saat davam etdiyini bildirib.
Yaraqlıların da itki verdiyi bildirilir/Report.Muxalifet2 - 22-02-2018
Hakim dələduz polkovniki AZADLIĞA BURAXDI
Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən Daxili İşlər Nazirliyinin sabiq polkovniki, 579 SSA MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə prosesdə təqsirləndirilən şəxslər vəsatət qaldırıblar.
Onlar müvəkkillərinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilib, ev dustaqlığına buraxılmasını istəyib.Muxalifet2 - 22-02-2018
“Erməni soyqırımı”nı tanıyan Misirin heyfalma cəhdi –Ehramlar ölkəsində türk sultanlarına qarşı "küçə savaşı" - ARAŞDIRMA
Qahirə valisi Atif Əbdül Hamid fevralın 6-da paytaxtın Əl-Zəytun rayonunda I Səlim küçəsinin adının dəyişdiriləcəyini açıqlayıb. Yeni ad hələ bilinmir, amma başqa Osmanlı padşahının şərəfinə olması da mümkün deyil.
I Səlim Osmanlı İmperatorluğunun doqquzuncu hökmdarı və 1517-ci ildə Ridaniya döyüşündən sonra Misiri fəth edən 74-cü xəlifə olub. “Yavuz” ləqəbi ilə də tanınan Səlim hərbi uğurları ilə bərabər, nə qəzəbinə tuş gələn vəzirlərə, nə də fəth etdiyi şəhərlərin sakinlərinə aman verməsi ilə məşhurdur.Muxalifet2 - 22-02-2018