Axtarış

The search found 105785 results in 0.062 seconds.

Search results

  1. ​“BÖYÜK MÜHARİBƏ BAŞLAYIR: Avropanın xəritəsi dəyişəcək”

    Bir neçə il sonra böyük müharibə başlayacaq.
    Muxalifət.az xəbər verir ki, bunu ZİK televiziyasına müsahibəsində ukraynalı deputat Nadejda Savçenko söyləyib. Onun sözlərinə görə, bu müharibə Ukrayna, Rusiya və Avropaya təsir edəcək:
    “Sülhməramlı missiya Donbas problemini həll etmək gücündə deyil. 4-5 il sonra bizi böyük müharibə gözləyir. Burada təkcə Ukraynanın yox, Rusiya və Avropanın da sərhədləri bölünəcək. Təəssüf ki, Ukrayna poliqon olacaq”.

    Muxalifet2 - 23-02-2018

  2. ​Rza Zərrabın məhkəməsində ŞOK OLAY

    ABŞ-da həbs edilən azərbaycan əsilli, iranlı iş adamı Rza Zərrabın məhkəməsində şok olay yaşanıb.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, onun vəkilləri Şeyda Yıldırım və Aytən Yılmaz istefa verib.
    Belə ki, R.Zərrab hələ Türkiyədə ikən onu təhqir edənlərə məhkəmə işi açdırıb. Lakin dünən keçirilən məhkəmədə hakim Zərrabın vəkillərinin onu müdafiə etməkdən imtina etdiyini açıqlayıb.

    Muxalifet2 - 23-02-2018

  3. ​İdmançımızı öldürənin şikayəti TƏMİN EDİLMƏDİ

    Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın faciəli ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən Əlifağa Məmmədovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
    Muxalifət.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
    Qərara görə, Əlifağa Məmmədovun cəzasının yüngülləşdirilməsi barədə verdiyi apelyasiya şikayəti təmin edilməyib.

    Muxalifet2 - 23-02-2018

  4. Bakıda su borusu partladı, 10 evi su basdı - VİDEO

    Bakıda gecə saatlarında su borusu partlayıb, bir neçə evi su basıb.
    Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1 A massivində qeydə alınıb. Nəticədə təxminən 10 evin həyətyanı sahəsini su basıb.
    Sakinlər bildirib ki, 14 ildir burada yerləşən su borusu mütəmadi olaraq qırılır. Nəticədə yollar keçilməz olur, evləri isə su basır.

    Muxalifet2 - 23-02-2018

  5. ​Parlament seçkiləri də erkən keçiriləcək - İDDİA

    Konstitusiyaya edilən dəyişikliklərdən sonra Milli Məclisin yenidən formalaşdırılması zərurətə çevrilib

    Muxalifet2 - 23-02-2018

  6. ​"Mehmetçik"dən terrorçulara AĞIR ZƏRBƏ: 40 avtomobil birdən...

    Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Afrindəki terrorçu qruplaşmalara qarşı həyata keçirilən “Zeytun budağı” hərəkatı 35-ci gününə qədəm qoyub.
    Hərəkatın 34-cü günündə birləşmiş qüvvələr 8 kəndi terrorçulardan azad edib, 99 nöqtədə nəzarəti ələ keçirib. PKK/PYD-li terrorçulardan təmizlənən bölgə ilə Afrin şəhərini çevrələyən hilal tamamlanıb.

    Muxalifet2 - 23-02-2018

  7. ​Sərnişin takisi sürücüsünü öldürdü - ŞƏMKİRDƏ

    Şəmkir rayonunda sərnişin takisi sürücüsünü qətlə yetirib.
    Muxalifət.az xəbər verir ki, hadisə rayonun İrmaçlı kəndinə baş verib. Belə ki, Şəmkirda taksi sürücü kimi fəaliyyət göstərən, Şəmkir rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mursəl oğlu Yusibovun avtomobilinə sərnişin qismində əyləşən 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaçlı kəndinə gedəcəyini deyib və maşını həmin kəndə sürdürüb.

    Muxalifet2 - 23-02-2018

  8. ​Bakıda inanılmaz vəhşilik: FHN işə qarışdı - VİDEO

    Bakıda vətəndaşa inanılmaz işgəncə verilib.
    Bakıpost.az xəbər verir ki, Asif Mehrəliyev adlı şəxsi Koroğlu metro stansiyasının yaxınlığında yerləşən "Alov” restoranın havalandırma qurğusunun içərisinə atıblar. Onu çıxarmaq uçun Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Zərərçəkən bildirib ki, onu öldürmək məqsədi ilə gecədən ora atıblar.
    Xoşbəxtlikdən həmin vaxt restoran bağlı olduğundan sağ qalıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 23-02-2018

  9. Zakir Həsənov Qırmızı ordunun YUBİLEYİNƏ QATILMADI

    Müdafiə nazirimizdən önəmli addım; Bu gün Cümhuriyyətimizin süqutuna səbəb olmuş Qırmızı ordunun yaradılmasından 100 il ötür; erməni müdafiə naziri Vugen Sərkisyan Moskva, Azərbaycanın hərb naziri isə Belarus paytaxtındakı yubiley törənində - Kremlə mesaj?..
     

    Muxalifet2 - 23-02-2018

  10. ​Məmurun qohumu məhkəmə zalında HƏBS EDİLDİ - Bakıda

    Bakıda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
    Emil Hüseynov 9 il cəza alıb. O məhkəmə zalında həbs edilib.
    İttihama görə, təqsirləndirilən Emil Hüseynov Emin Məmmədovdan külli miqdarda pul alaraq Elnar Əsgərova (keçmiş Nəqliyyat nazirinin müavinin oğlu-red.) verib.

    Muxalifet2 - 23-02-2018

  11. 1997-сi ildə Ziya Bünyadovun əvəzinə hansı siyasi lider öldürüləcəkmiş?

    Pənah Hüseyn: “Ad çəkilməməsi çox şey deyir”; Əli Orucov: “Əgər belə bir plan olubsa, ən populyar və ən nüfuzlu liderin seçilməsi işlərinə yarayardı”
     

    Muxalifet2 - 23-02-2018

  12. ​“Əl Qaidə”nin qalası ƏLƏ KEÇİRİLDİ: Onlarla ölü və əsir…

    Yəməndə hökumət qüvvələri Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya ilə “Əl Qaidə” terror təşkilatına ağır zərbə endirib.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, hökumət qüvvələri ölkənin şərqindəki Hadramentdə “Əl Qaidə”nin ən vacib qalalarından sayılan Əl Misini vadisini ələ keçirilib.
    Döyüşlər zamanı azı 20 terrorçu öldürülüb, onlarla silahlı sağ təslim edilib.
    Qeyd edək ki, bu bölgə 2016-cı ildən “Əl Qaidə” terrorçularının nəzarətində olub.
     

    Muxalifet2 - 23-02-2018

  13. ​Trampın Azərbaycan sərhədinə atdığı “bomba”- İRANLA MÜHARİBƏ HAZIRLIĞI

    ABŞ prezidentinin nə qədər irəli gedəcəyini demək çətindir, amma böyük qarşıdurmanın “ayaq səsləri” hiss olunur
     
    İranın müdafiə naziri general Əmir Hatəminin Bakıya səfəri ilə eyni gündə dünya mediasına ABŞ-ın İranla uzunmüddətli münaqişəyə hazırlaşdığı ilə bağlı yazılar yayıldı. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster 2018-ci ilin birinci yarısı İslam respublikasına hücum etmək üçün əsl vaxt olduğunu deyib.

    Muxalifet2 - 23-02-2018

  14. AzTV sədrini öldürmək istəyən şəxs MƏHKƏMƏ QARŞISINDA

    Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
    Muxalifət.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Muxalifet2 - 23-02-2018

  15. Yeni hücum başlayır - Donald Tramp bu gün ELAN EDƏCƏK

    ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni genişmiqyaslı sanksiyaları tətbiq etməyə qərar verib.
    Muxalifət.az xəbər verir ki, bu haqda Ağ Evdəki şəxsi mənbələrə istinadən “Röyters” agentliyi yazıb.
    Söhbət Şimali Koreyaya qarşı sanksiyaların ən böyük paketindən gedir. Hədəf KXDR-i nüvə proqramından imtina etməyə və denuklerizasiya prosesinə başlamağa məcbur etməkdir. 

    Muxalifet2 - 23-02-2018

  16. ​YAP imzaları MSK-ya təqdim etdi

    Hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülən İlham Əliyevin namizədliyinin qeydə alınması üçün toplanan imzaların partiyada yoxlanılması prosesi başa çatıb.
    Bu barədə “Report”a YAP-ın icra katibinin müavini, partiyanın səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov məlumat verib.
    O bildirib ki, toplanan imzalar və zəruri sənədlər Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

    Muxalifet2 - 23-02-2018

  17. ​Putin Türkiyəyə bu tarixdə gəlir – SƏBƏB

    Rusiya Prezidenti Vladimir Putin aprelin ilk həftəsində Türkiyəyə səfər edəcək.
    Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iki prezidentin iştirakı ilə Türk-Rus Yüksək Əməkdaşlıq Şurasının iclası keçiriləcək.
    Daha sonra prezidentlər Akkuyu Atom Elektrik Stansiyasının təməlini qoyacaq.
    Təməlqoyma mərasimindən sonra liderlər İstanbulda Suriya zirvə toplantısında iştirak edəcək. İran Prezidenti Həsən Ruhani də zirvəyə qatılacaq.

    Muxalifet2 - 23-02-2018

  18. Cəlilabadda gənc qadın ÖZÜNÜ ASDI

    Cəlilabad sakini intihar edib.
    Muxalifət.az “Report”a istinadən xəbər verir ki, rayonun Uzuntəpə kənd sakini 1992-ci il təvəllüdlü Aygün İsmiyeva atasına məxsus evdə özünü asıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 23-02-2018

  19. ​Putin və Ruhani İstanbula gedir – ZİRVƏ

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin aprel ayında son bir il ərzində 9-cu dəfə görüşəcəklər.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, görüş zamanı həm iqtisadi, həm də siyasi məsələlər müzakirə ediləcək.
    Məlumata görə, iki liderin iştirakı ilə əvvəlcə ölkələrarası Yüksək Səviyyəli Əməkdaşlıq Şurası toplanacaq. Toplantıda iki ölkə arasında müdafiə, enerji, kənd təsərrüfatı, turizm və viza məsələləri müzakirə ediləcək.

    Muxalifet2 - 23-02-2018

  20. “Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü

    “Nar” 21 fevral 2018-ci il tarixində “Navigator Business Awards” tərəfindən “İlin ən yaxşı mobil operatoru” nominasiyasında mükafata layiq görüldü. Təşkilatçılar “Nar”-ın müasir trendlərə uyğun biznes modelini və müştəri yönümlülüyü ilə seçilən fəaliyyətini yüksək qiymətləndirdi.
     
    “İlin ən yaxşı mobil operatoru” adına layiq görülməsinin səbəbi kimi “Nar”-ın dünya təcrübəsindən yararlanaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi, irihəcmli investisiyalar yatırmaqla müştərilərinin və tərəfdaşlarının tələblərinə uyğun müasir həllər təqdim etməsi göstərilir.
     

    Muxalifet - 23-02-2018

Pages