Axtarış
The search found 105785 results in 0.175 seconds.
Search results
"Moskva Qarabağ münaqişəsində vasitəçilikdə effektivliyi itirir" - RUSİYALI POLİTOLOQ
"Rusiya-Azərbaycan münasibətləri Moskva üçün prinsipialdır, özü də yalnız postsovet məkanında yox".
Muxalifət.az xəbər verir ki, bunu Aktual İqtisadiyyat İnstitutunun direktoru, rusiyalı politoloq Nikita İsayev bildirib.
Onun fikrincə, Rusiya Dağlıq Qarabağ münaqişəsində vasitəçilikdə effektivliyi itirir.Muxalifet2 - 23-02-2018
Avropa Liqası: 1/8 final mərhələsinin PÜŞKÜ ATILDI
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
"Report"un məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub. Cütlərin tərkibi "kor püşk"ə əsasən müəyyənləşib. Yəni komandaların səpələnmişlər və səpələnməmişlər səbətlərinə, eləcə də ölkə bölgüsü aparılmayıb. Yeganə istisna kimi Rusiya və Ukrayna komandaları bir-birilərinə rəqib olmalarına imkan yaradılmayıb. Bu isə iki ölkə arasındakı siyasi münasibətlərin qaydasında olmaması ilə əlaqədardır.
1/8 finalda görüşəcəklər:Muxalifet2 - 23-02-2018
Sumqayıt sakinini borca görə döyüb, qəbiristanlıqda DİRİ-DİRİ BASDIRDILAR
Sumqayıt şəhərində gənc oğlanı borca görə döyüb qəbiristanlıqda diri-diri basdırıblar.
Muxalifət.az xəbər verir ki, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.Muxalifet2 - 23-02-2018
Saakaşvilinin tərəfdarları HƏBS OLUNDU – Ali Radanı partlatmaq istəyirlərmiş
Ukrayna hüquq-mühafizə orqanları sabiq Odessa qubernatoru Mixail Saakaşvilinin bir qrup silahlı tərəfdarını həbs edib.
Avropa.info xəbər verir ki, Ukraynanın baş prokuroru Yuri Lutsenkonun iddiasına görə üzərilərində silah aşkarlanan şəxslər Ali Radanı ələ keçirmək istəyirmişlər. Prokuror həbs olunan şəxslərdən birinin parlament zalına qumbara atmağa hazırlaşdığını bildirib:Muxalifet2 - 23-02-2018
Beşdən çox uşağı olan qadınlara ŞAD XƏBƏR
Azərbaycan prezidenti İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb.
Muxalifət.az-ın məlumatına görə, prezidentin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli fərmanı ilə müəyyən edilmiş müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.Muxalifet2 - 23-02-2018
TSQ açıqladı: XALQ EVLƏRİNƏ QAYIDIR
Türkiyə Silahlı Qüvvələri (TSQ) PYD-YPG terror qruplaşmalarından azad edilmiş bölgələr barədə bəyanat yayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Terrorçulardan azad edilmiş bölgələrdə yerli əhalinin evlərinə qayıtdığı müşahidə edilir”, - TSQ-dən bildirilib.
Qeyd edək ki, TSQ Afrin əməliyyatı çərçivəsində 100 mövqeni terrorçulardan təmizləyib.
Muxalifet2 - 23-02-2018
Azərbaycan XİN Niderlandı Xocalı soyqırımına qiymət verməyə çağırdı
Bakı "erməni soyqırımını" tanıyan Niderland parlamentinin Aşağı Palatasının qərarını əsassız hesab edir, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyevin şərhində deyilir.
Ermənistan ötən ilin 80-ci illərinin sonlarından etibarən dinc Azərbaycan əhalisinə qarşı çoxsaylı hərbi cinayətlər törədib.
"26 fevral 1992-ci il tarixində Ermənistanın hazırki hərbi-siyasi rəhbərliyinin komandanlığı ilə Dağlıq Qarabağda Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı soyqırım həyata keçirilib", deyə o qeyd edib.Muxalifet - 23-02-2018
Vəkilləri yuxarı məhkəmədən Fərman Ceyranlıya bəraət istəyir
Tbilisi Şəhər Məhkəməsinin 6 illiyə azadlıqdan məhrum etdiyi azərbaycanlı xərrah, "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlının vəkilləri yuxarı məhkəmədən ona azadlıq tələb ediblər. Vəkilləri cərrah barədə hökmdən Gürcüstan Apellyasiya Məhkəməsinə şikayət ediblər.
Bu haqda cərrahın qızı Lalə Hüseynli məlumat verib.
Onun bildirdiyinə görə, vəkilləri və yaxınları F.Ceyranlı barəsində hökmü qanunsuz və əsassız hesab edirlər.Muxalifet - 23-02-2018
Əfqanıstanda 70 terrorçu məhv edilib
Əfqanıstan müdafiə nazirliyi son sutka ərzində məhv edilən terrorçularla bağlı açıqlama verib.
Muxalifet.az xəbər verir ki, Əfqanıstanın bir neçə vilayətində keçirilən əməliyyatlar zamanı 70 terrorçu məhv edilib.
Nazirliyin xəbərinə əsasən, Əfqanıstanın hərbi-hava qüvvələri terrorçuların olduğu rayonlarda 73 hücum həyata keçirib.
Antiterror əməliyyatları ölkənin 16 vilayətində həyata keçirilib. Əfqanıstan təhlükəsizlik qüvvələrinin itkiləri barədə məlumat verilmir.
Muxalifet3 - 23-02-2018
İntihar etmək istəyən şəxs xilas edildi
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tərtər rayonunda 1 nəfərin dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirməasi barədə məlumat daxil olub.
Muxalifet.az nazirliyin saytına istinadən xəbər verir ki, Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.
Əməliyyat başa çatıb.
Muxalifet3 - 23-02-2018
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Rabat şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransının plenar iclasında Xocalı soyqırımı ilə bağlı təqdimatla çıxış edib.
Muxalifet3 - 23-02-2018
Lavrov: Onlara toxunmurlar, çünki...
ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin Nüsrə Cəbhəsini hədəf alması barədə hər hansı fakta sahib deyilik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
Lavrov Suriyanın paytaxtı Dəməşqə yaxın Şərqi Quta bölgəsində vəziyyətin getdikcə pisləşməsinə səbəbin Nüsrə Cəbhəsi olduğunu, terrorçuların atəşkəsə sadiq qalacağının bir zəmanəti olmadığını bildirib: "Bu təşkilata toxunmurlar. Koalisiya sözügedən təşkilatın fəaliyyətini real hədəf olaraq görmür".
Muxalifet3 - 23-02-2018
Ər-Riyaddan Berlinə: Satmırsınızsa, başqa yerdən alarıq
Əgər Almaniyanın Səudiyyə Ərəbistanına silah satmaqla bağlı hər hansı bir problemi varsa, onları buna məcbur etməyə ehtiyac yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr deyib.
“Almaniya ilə Səudiyyə Ərəbistanı arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələr mövcuddur. Buna baxmayaraq, özümüzü oyun oynanılan bir vasitəyə çevirmərik. Sizin silahlarınıza ehtiyacımız yoxdur. Başqa yerdən də ala bilərik”, - XİN rəhbəri bildirib.Muxalifet3 - 23-02-2018
Markov 2 il öncə torpaqların qaytarılmamasının səbəbini açıqladı
Hesab edirəm ki, seçkilərdən sonra bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar intensivləşdiriləcək.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, danışıqlar əvvəlki kimi Madrid prinsipləri əsasında aparılacaq.Muxalifet3 - 23-02-2018
Erməni əsgər yaralandı - Səbəb
Ermənistanın Tavuş vilayətində hərbi hissələrdən birində erməni hərbçi yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə danışan Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovanisyan məlumat verib.
Ovanisyan hadisənin başvermə səbəbləri barədə danışmaqdan imtina edib.
Muxalifet3 - 23-02-2018
Onları mülki şəxs kimi qəbul etmək mümkün deyil - TSQ
Terror təşkilatına məxsus sığınacaqlardan istifadə edən və əsgərlərimizə atəşə açdıqdan sonra mülki şəxs kimi görünənləri qəbul etmək mümkün deyil.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Qeyd edək ki, TSQ Afrin əməliyyatı çərçivəsində 100 mövqeni terrorçulardan təmizləyib və xalqın azad edilən bölgələrə geri qayıtmağa hazırlaşdığını söyləyib.
Muxalifet3 - 23-02-2018
Trampın qızı da işə qarışdı: Koreyaya qarşı...
Cənubi Koreya Prezidenti Mun Çe-inlə ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp Seulda keçirilən qapalı görüşün gedişində Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Muxalifet.az xəbər verir ki, 35 dəqiqə davam edən görüş zamanı tərəflər Vaşinqton və Pxenyan arasında dialoq və Koreyalararası sammitin keçirilməsi məsələlərinə toxunublar.Muxalifet3 - 23-02-2018
Deputatdan türk rəsmisinə Qarabağ təklifi
Millət vəkili Qənirə Paşayevanın Ədirnənin mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkının açılması təklifi müsbət qarşılanıb.
Muxalifet.az xəbər verir ki, millət vəkili Ədirnə valisi Günay Özdəmir ilə görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb.Muxalifet3 - 23-02-2018
Putin öz ölkəsinə qarşı döyüşənə qəhrəman adı verdi - Video
Rusiya Prezidenti Vladimir Putin bir müddət öncə Suriyada qəzaya düşən Su-25 təyyarəsinin həlak olan pilotu Roman Filipovu Rusiya Qəhrəmanı ulduzu ilə təltif edib.
Muxalifet.az xəbər verir ki, mükafat Filipovun həyat yoldaşına verilib.
Qeyd edək ki, Filipovun təyyarəsi İdlib vilayətində vurulub. Filipov təyyarə vurulduqdan sonra katapult etsə də, terrorçuların nəzarətində olan əraziyə düşüb və özünü qumbara ilə partladıb. Sonradan Filipovun əslən ukraynalı olduğu və Donbasda Kiyev əleyhinə döyüşdüyü bəlli olub.
Muxalifet3 - 23-02-2018
TBMM-dən "erməni soyqırımı" ilə bağlı qərara - Sərt reaksiya
Türkiyə Böyük Millət Məclisi Hollandiya parlamentinin üst palatasının 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı irəli sürülən qətnaməni qəbul etməsinə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, TBMM şiddətlə Hollandiyanın qərarını qınayıb.
TBBM-dən verilən bəyanatda 1915-ci illə bağlı əsassız iddiaların qəbul edilmədiyi və qərarın heçə sayıldığı bildirilib.
Qeyd edək ki, Hollandiya parlamentinin üst palatası 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı irəli sürülən qətnaməni qəbul edib.
Muxalifet3 - 23-02-2018