Axtarış
The search found 105785 results in 0.094 seconds.
Search results
Ərdoğandan ABŞ-a SƏRT CAVAB - "On min kilometr uzaqdan buraya niyə gəlirsiniz?"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrindəki “Zeytun budağı” hərəkatı zamanı dinc sakinlərin öldürülməsi iddialarına ikinci dəfə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda keçirdiyi iclasda "mehtmetçik"lərin əcdadlarının yolu getdiyini deyib:Muxalifet3 - 24-02-2018
Ukrayna: “Rusiyanın hücumuna hazır olmalıyıq”
Ukrayna ordusu Rusiyanın genişmiqyaslı hücumuna hazır olmalıdır.
Muxalifet.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Ukrayna ordusunun Baş Qərargah rəisi Viktor Mujenko söyləyib.
“Ekspertlər Rusiyanın hücuma üç il sonra hazır olacağını deyirlər. Biz isə fərqli düşünür və müxtəlif miqyaslı provokativ fəaliyyətləri nəzərə alırıq. Bizim bu hücumlara qarşı fərqli variantlarımız mövcuddur”, – deyə o bildirib.Muxalifet3 - 24-02-2018
Sərkisyan qızıl ehtiyatını bitirdi: indi rezervlər əriyir
Ermənistanın beynəlxalq rezervləri bu il yenidən azalıb.
Muxalifet.az xəbər verir ki, “Joxovurd” qəzeti yanvar ayında ölkənin beynəlxalq rezervlərinin 2,286 milyard dollar olduğunu bildirib. Belə ki, keçən ilin dekabr ayı ilə müqayisədə rezervlər 27 milyon dollar azalıb.Muxalifet3 - 24-02-2018
Bütün Yer kürəsini internetlə təmin etmək üçün daha 2 peyk buraxıldı
ABŞ-ın məşhur biznesmenlərindən biri İlon Maska məxsus özəl “SpaceX” şirkəti daha bir yeniliyə imza atıb.
Muxalifet.az xəbər verir ki, şirkət qlobal internetin təmini üçün “Falcon 9” raketdaşıyıcısının içərisində 2 peyki orbitə buraxıb. Bu barədə “SpaceX” şirkətinin rəsmi Tvitter səhifəsində məlumat yerləşdirilib.Muxalifet3 - 24-02-2018
Azərbaycanda tələbələrin təqaüdləri artırıldı
Azərbaycan Prezidenti İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.
Muxalifet3 - 24-02-2018
Bu anti-təbiğatın qarşısını almaq üçün... - Komitə sədri
Ulu öndərimiz Heydər Əliyevin başladığı və cənab Prezident İlham Əliyevin davam etdirdiyi məqsədyönlü, ardıcıl siyasət nəticəsində Azərbaycan dövləti az bir vaxtda ermənilərin anti-Azərbaycan təbliğatının zəiflədilməsinə, bəzi məqamlarda isə ifşa edilməsinə nail olub.
Muxalifet.az xəbər verir ki, bu sözləri yap.org.az-a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
N.İbrahimov bildirib ki, “Xocalıya ədalət” kampaniyası bu tədbirlərin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb:Muxalifet3 - 24-02-2018
Millətin adının olduğu bir yerə bu sözü niyə deyirsən? - Yıldırım
PKK, PYD, YPG və İŞİD terror təşkilatlarının yalanlarını, oyunlarını, çirkli ittifaqlarını tək-tək pozmağa davam edirik. İmkan vermərik ki, bu əli qanlı qatillər gənclərimizin gələcəyini oğurlasınlar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, sərhəd bölgələrin böyük bir qismi terrorçulardan təmizlənib:Muxalifet3 - 24-02-2018
“Ağlı özünüzə saxlayın, çünki buna çox ehtiyacınız var...” – Ərdoğan açdı ağzını, yumdu gözünü
Bəziləri kimi bu millətin gedib Əsədddən əmr almağa ehtiyacı yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədə xalq qarşısında çıxışı zamanı söyləyib. O, Türkiyəyə ağıl öyrətməyə çalışanlara xəbərdarlıq edib:Muxalifet3 - 24-02-2018
Bir dəqiqədə nə qədər insan miqrant olur?
Dünyada bir dəqiqə ərzində 20 insan miqrant olur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türk Qızılay Cəmiyyətinin sədri Kərəm Kırık deyib. O bildirib ki, müharibələrin qarşısının alınması üçün olan mexanizmlər bu gün müharibələrin yaranmasına, onların həll vaxtının uzadılmasına və mənfi nəticələrə səbəb olur:
“Dünyada 250 milyon miqrant var. Bunlardan silah gücü ilə öz evlərini məcbur tərk edən, bizim qaçqın dediklərimizin sayı isə 65.5 milyondur. Bu gün müharibə olmasın deyə qurulan beynəlxalq təşkilatların bu məsələ qarşısındakı acizliyini izləyirik”.Muxalifet3 - 24-02-2018
"Qəbələ"dən gözlənilməz məğlubiyyət
Fevralın 24-də “Səbail”-“Qəbələ” qarşılaşması ilə futbol üzrə Topaz Premyer Liqasının XVII turuna start verilib.
Muxalifet.az xəbər verir ki, “Bayıl Arena”da keçirilən oyunda gözlənilməz nəticə qeydə alınıb, “Səbail” komandası “Qəbələ”ni məğlub edib.
Görüşdə hesab matçın 26-ci dəqiqəsində açılıb. Vitali Vernidubun avtoqolu “Səbail”i hesabda irəli çıxarıb. Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın 56-cı dəqiqəsində “Səbail” ikinci topu qonaqların qapısından keçirib. Fəhmin Muradbəyli hesabı artıraraq adını tabloya yazdırıb – 2:0.Muxalifet3 - 24-02-2018
Bolqarıstanda həbsxanalarda etiraz mitinqləri başladı
Bolqarıstanda həbsxana gözətçiləri və təhlükəsizlik işçiləri paytaxtda ümummilli bir etiraz minitqi təşkil edib.
Muxalifet.az xəbər verir ki, etirazçılar əmək haqqının 20% artmasını və layiqli iş şəraitinin təmin olunmasını tələb ediblər.
Nümayişçilər Ədliyyə Nazirliyinin qarşısında “Əmək haqqımızı artırın, azaltmayın”, “Vədlərlə həbsxana mühafizə edilmir” kimi şüarlar qaldırıblar.
Ədliyyə naziri Tsetska Tsaçeva nümayişçilərin qarşısına çıxaraq, yaxın müddət üçün əmək haqqı artımının gözlənilmədiyini deyib.Muxalifet3 - 24-02-2018
Milyon dollarlıq uşaqlar - harda uşaq böyütmək bahadır?
Tayvanda bir ana özü kimi diş həkimi olan oğluna qarşı məhkəmə iddiası qaldırıb.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, ana oğulundan təhsil xərclərini ödədiyi üçün 1,7 milyon dollar təzminat istəyib.
Qeyd edək ki, tayvanlı qadın ərindən boşanaraq, iki oğlunu təkbaşına böyüdüb. Oğulları hələ kiçik yaşda olarkən onları diş həkimliyi fakultəsində oxudacağına və məzun olduqdan sonra fədəkarlığının qarşılığında təzminat alacağında dair müqavilə imzalayıb.Muxalifet3 - 24-02-2018
“Taxt oyunları”na görə bütün dünyanı gəzən bloqer
“Taxt oyunları” serialının fanatı olan almaniyalı bloqer Andrea Devid dünyanı gəzərək ekran işinin çəkildiyi məkanları ziyarət edir.
Muxalifet.az xəbər verir ki, Devid bütün dünyada maraqla izlənilən serialın bəzi səhnələri harada çəkilibsə, oraya gedir və şəkillər vasitəsilə həmin səhnəni yenidən canlandırır.
Devid bütün bunları sosial media hesabından paylaşır. Xeyli sayda izləyici toplayan bloqerin paylaşımları maraqla qarşılanır.
Muxalifet3 - 24-02-2018
“Dağlıq Qarabağ heç vaxt Azərbaycanın ola bilməz”- RUSİYALI DEPUTATDAN ŞOK AÇIQLAMA
“Tərəflərin qarşılıqlı güzəşti olmasa Qarabağ münaqişəsində heç bir nəticə olmayacaq”.
Muxalifet.az news24.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komissiyasının sədr müavini Konstantin Zatulin Ermənistan mətbuatına açıqlamasında deyib.
Muxalifet3 - 24-02-2018
Türkiyə ordusu bu kəndlərdə tunellər tapdı
Türkiyə Silahlı Qüvvələri tərəfindən terrorçulardan azad edilən Raco kəndinin ətrafında təmizlik işləri aparılır.
Muxalifet.az xəbər verir ki, təmizlənən kəndlərdə tunellər aşkar edilib.
Ələ keçirilən kəndlərdə çoxlu mina, tunellər, həmçinin Abdullah Öcalana aid plakatlar və YPG-yə aid yazılar ələ keçirilib. Plakat və bayraqlar Azad Suriya Ordusu tərəfindən məhv edilib.
Muxalifet3 - 24-02-2018
Onunla nəyi düzəldəcəksiniz? - Ərdoğan
Kitabxanalarımız yağmalandı, məscidlərimiz bombalandı. Hələ də Suriya prezidenti Bəşər Əsədlə birlik olaq deyən zavallılar var. Bir milyon vətəndaşını qətlə yetirən bir qatillə nəyi düzəldəcəksiniz? Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Qutada baş vermiş hadisələr barədə danışarkən söyləyib. O, Türkiyənin bölgədəki yaralılara yardım etmək təklifinə razılıq verməyənləri tənqid edib: “Şərqi Qutadakı dəhşətə ciddi reaksiya göstərən bir ölkə gördünüzmü? Deyirik ki, Şərqi Qutadakıları bizə verin, vermirlər. Biz bunu humanitar yardım olaraq deyirik.
Muxalifet3 - 24-02-2018
Ərdoğan səfərbərlikdən danışdı, sayt çökdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “təlim keçən kadrlarımızı Afrinə göndəririk, səfərbərlik əmri olanlar hazır olsun” sözlərindən sonra Türkiyə Milli Müdafiə Nazirliyinin saytı çöküb. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik agentliyi yayıb. Məlumata görə, əmrlərini yoxlamaq üçün nazirliyin saytına daxil olan şəxslər “texniki nasazlığa görə sorğunuz tamamlanmadı” sözləri ilə qarşılaşıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya görə 41 yaşına qədər məcburi hərbi xidmət keçən təlimli kadrların yenidən əsgərliyə çağrılmasını əmr etmişdi.
Muxalifet3 - 24-02-2018
DİN-dən Xoşqədəmin verilişindəki iddialara cavab: Ucuz şou...
Daxili İşlər Nazirliyi (DİN) Naftalanda baş verən səs-küylü hadisəyə münasibət bildirib.
Muxalifet.az milli.az-a istinadən məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, fevralın 23-də "Xəzər" telekanalında yayımlanan "Səni axtarıram" proqramında və sonra bəzi xəbər saytlarında Naftalan şəhərində Çiçək adlı bir nəfərin oğurlanaraq guya asıldığı, bu səbəbdən iki gün komada qaldığı, qızın ailəsinin isə naməlum şəxslər tərəfindən hədələndiyi barədə yayılan məlumatlar aşkar dezinformasiyadır.Muxalifet3 - 24-02-2018
Avropa Belarusa sanksiyaları uzatdı
Avropa Birliyi Belarusa qarşı sanksiyaların müddətini uzadıb.
Muxalifet.az xəbər verir ki, sanksiyalar gələn ilin fevralın 28-dək uzadıb. Brüsselin ləğv etmədiyi sanksiyalar sırasına silah embarqosu və Minskin aktivlərinin dondurulması daxildir.
Qeyd edək ki, Avropa Birliyi 2004-cü ildə Belarusun aktivlərini dondurub. 7 ildən sonra isə Minskə silah embarqosu tətbiq edilib.
Sanksiyalar 2016-cı ilin fevralında qismən yumşaldılıb.
Muxalifet3 - 24-02-2018
Atatürkün vətənində 2300 illik şəhər tapıldı
Salonikidə metro tikintisi zamanı yüzminlərlə arxeoloji tapıntı və qədim şəhər aşkar edilib.
Muxalifet.az xəbər verir ki, metro tikintisinin 2006-cı ildə başlamasına baxmayaraq, böyük miqdarda arxeoloji tapıntılar ucbatından təxirə salınmışdı. 2012-ci ildə metronun əsas xəttində aparılan işlər zamanı bizim eradan əvvəl mövcud olan şəhərin bir hissəsi aşkar edilmişdi.Muxalifet3 - 24-02-2018