Axtarış

The search found 105785 results in 0.072 seconds.

Search results

  1. ​Litvada Xocalı soyqırımının anım mərasimi keçirildi

    "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Litvadakı Səfirliyinin dəstəyi ilə Klaypeda azərbaycanlılarının "Azəris" Cəmiyyəti soyqırıma həsr edilmiş anma mərasimi keçirib.
    Azərbaycan Respublikasının Litvadakı Səfirliyindən "Report"a verilən məlumata görə, Klaypeda şəhərinin Milli mədəniyyətlər sarayında keçirilən tədbirdə şəhər administrasiyasının nümayəndələri, xarici ölkələrin fəxri konsulları, milli icmaların rəhbərləri, yerli sakinlər və soydaşlarımız iştirak ediblər.

    Muxalifet2 - 26-02-2018

  2. ​ABŞ İslam dünyasına müharibə ELAN ETDİ – 14 may

    Dünya Müsəlman Alimlər Birliyinin Baş katibi Əli Qaradağ ABŞ-ın Təl-Əvivdəki səfirliyini mayın 14-də Qüdsə daşıma planına qarşı çağırış edib.
    Muxalifət.az xəbər verir ki, o, yaydığı yazılı açıqlamada fələstinliləri, islam dünyasını və bütün insanları ABŞ-a qarşı ayağa qalxmağa çağırıb.
    "Qüdsün kimliyinin dəyişdirilməsinə icazə vermək ayıbdır. Bunu edənləri Allah da bağışlamaz. ABŞ-ın bu planının qarşısını almalıyıq. Bu qərar ABŞ-ın müsəlmanlara qarşı başlatdığı savaşdır", - Əli Qaradağ bildirib.

    Muxalifet2 - 26-02-2018

  3. Ziya Bünyadovun qatili onun ailəsindən üzr istədi

    Ömürlük məhkum Nizami Nağıyev: “Tahirə xanımın yolu ilə getsinlər, bizi bağışlasınlar...”
     
    1997-ci il fevralın 21-də böyük alim akademik Ziya Bünyadov qətlə yetirilib. “Yeni Müsavat”ın müxbiri akademikin qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə alıb.

    Muxalifet2 - 26-02-2018

  4. ​PKK-ya ZƏRBƏ: Kürd Şahinlər Afrinə girir

    Azad Suriya Ordusunun tərkibindəki Kürd Şahinlər Briqadası YPG-PKK terror təşkilatına qarşı savaşmaq üçün Afrinə girir.
    Muxalifət.az xəbər verir ki, “Qırmızı berelilər” kimi tanınan briqadanın Afrinin mərkəzinin mühasirəsində və buradakı əməliyyatlarda yer alacağı gözlənilir. Briqadanın tərkibində olan hərbçilərin 400-ü kürd, 200-ü isə ərəbdir.
    Kürd Şahinlər Briqadasının komandanı Həsən Abdullah əməliyyatla bağlı danışarkən “Biz Azez bölgəsinin kürdləriyik. İnşallah, Afrinə gedib çatacağıq. Tezliklə oradakı xalqımızı PKK zülmündən xilas edəcəyik” deyib.

    Muxalifet2 - 26-02-2018

  5. ​İrəvanda olan turist “çay pulu”nu Azərbaycan qəpiyi ilə ödədi

    Ermənistanın paytaxtı İrəvanda kafelərdən birində qəribə hadisə baş verib.
    Teleqraf.com “Hraparak” qəzetinə istinadla xəbər verir ki, özünü amerikalı kimi təqdim edən müştəri ofisianta Azərbaycan məzənnəsi ilə “çay pulu” verib. Pivə içən turist ona qulluq edən ofisianta hesabdan əlavə 5 qəpik verərək kafeni tərk edib.

    Muxalifet2 - 26-02-2018

  6. ​Suriyada 5 qruplaşma Rusiyaya qarşı birləşdi

    Suriyadakı 5 qruplaşma Şərqi Qutada vahid idarəetmə mərkəzi yaratmaq barədə razılıq əldə edib.
    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Suriyada Döyüşən Tərəflərin Barışdırılması Mərkəzi yayıb. Mərkəz Əsədə qarşı ittifaq yaradan qrupların Ceyş əl-İslam, Nüsrə Cəbhəsi, Əhrar əş-Şam, Feylak ər-Rəhman və Fəcr əl-Umma olduğunu bildirib.
    Qeyd edək ki, son günlər Şərqi Qutada vəziyyət gərginləşib. Suriya ordusu Rusiyanın dəstəyi ilə bölgədə genişmiqyaslı əməliyyatlara başlasa da? hələlik heç bir uğur əldə edə bilməyib.
     

    Muxalifet2 - 26-02-2018

  7. ​ERMƏNİLƏR PANİKADA – Tramp işğalçıya Qarabağ sürprizi edə bilər

    Okeanın o tayından bu tay üçün kritik gözlənti; Düşmən ölkədə ABŞ-ın silah embarqosundan dolayı təlaş artır; Ermənistan İlham Əliyevin İrəvan bəyanatı ilə Amerikanı şantaj etməyə çalışır; Qərb nəşrindən maraqlı şərh...

    Muxalifet2 - 26-02-2018

  8. ​Vatsapda daha bir YENİLİK

    Vatsap messenceri iOS, Android və Windows sistemlərlə təchiz edilmiş smartfonlar üçün yeni funksiya hazırlayıb.
    Muxalifət.az xəbər veri ki, üzərində uzun zamandır çalışılan funksiya artıq istifadəyə verilib. Belə ki, mütəxəssislər feysbuk messencerindən ilhamlanaraq vatsapda da qrup söhbətləri üçün xüsusi bölmə yaradıblar. Vatsapda qrup söhbətlərini daha aydın və rahat etmək məqsədilə, yuxarı tərəfdə kiçik pəncərədə qrupun kim tərəfindən yaradıldığı, hansı məqsədlə yaradıldığı və şərh bölməsi qoyulub.

    Muxalifet2 - 26-02-2018

  9. ​Avropa Parlamentindən XOCALI BƏYANATİ

    Avropa Parlamentində (AP) yeni yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib.
    Milli Məclisdən verilən məlumata görə, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici əlaqələr komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.

    Muxalifet2 - 26-02-2018

  10. ABŞ-a qarşı ÜSYANA ÇAĞIRIŞ: QİYAMA QALXIN!

    Dünya Müsəlman Alimlər Birliyinin bkatibi Əli Qaradağı, ABŞ rəhbərliyinin İsrailin paytaxtı Təl-Əvivdəki səfirliyini mayın 14-də Qüdsə daşıma planına qarşı "qiyam" çağırıb.
     

    Muxalifet3 - 26-02-2018

  11. ​Səudiyyədə qadınlarla bağlı tarixi qərar – ŞƏRTLƏR

    Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir qadağa aradan qaldırılıb.
    Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərara əsasən, bundan sonra Səudiyyə ordusunda qadınlar da xidmət edə biləcək.
    Bunun üçün qadınların lisey məzunu olması, Riyad, Məkkə, Mədinə, Əl-Qasım, Asir əl-Baha, Əş-Şarkiyyə şəhərlərində yaşaması vacibdir.
    Yaşı 25-dən 35-ə qədər, boyu 1.55 metrdən aşağı olmayan qadınlar ordu sıralarında xidmət üçün elektron ərizə doldura bilərlər.
    Həmin qadınların əcnəbi ilə nikahda olmaması şərti də var.

    Muxalifet2 - 26-02-2018

  12. MOSSAD-ın bütün planlarını pozan türk qadın – MƏXFİ DOSYE

    Müasir dövrdə aydındır ki, müharibələr ancaq açıq meydanlarda aparılmır. Daha ciddi müharibə kəşfiyyat məlumatlarının əldə edilməsi, mülki cəbhədə gizli casus fəaliyyətinin aparılmasıdır.

    Muxalifet2 - 26-02-2018

  13. ​Binəli Yıldırım: "Xocalı faciəsini törədənlər qanun qarşısında cavab verməlidirlər"

    Xocalı faciəsini törədənlər qanun qarşısında cavab verməlidirlər.
    Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı açıqlamasında bildirib.
    B.Yıldırım bildirib ki, Xocalı qətliamından 26 il keçməsinə baxmayaraq, bu qanlı faciəni törədənlər hələ də qanun qarşısında cavab verməyiblər:

    Muxalifet2 - 26-02-2018

  14. Səudiyyə və Rusiya Amerika neftinə qarşı birləşirlər: Neftin qiyməti 70-80 dollara qalxa bilər

    "Economist" yazır ki, OPEC bundan sonra neft bazarı və oradakı qiymətləri təkbaşına tənzimləyə bilməyəcəyini başa düşdüyündən bu kartelə daxil olmayan daha 10 dövlətlə ittifaq yaratmağı düşünür. Bunların arasında ən önəmlisi Rusiyadır. Əgər bu plan baş tutarsa, kartelin son onilliklərdə irəli sürdüyü ən böyük ambisiya olacaq.
    OPEC-in rotasiyalı prezidenti Süheyl əl-Mazruey deyib ki, məqsəd "superqrupun" yaradılması deyil.

    Muxalifet2 - 26-02-2018

  15. ​Bahalaşan “ailə səbəti” - Ölkədə qiymətlər necə dəyişib? - TƏHLİL

    Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvarında qiymətlərin səviyyəsinə dair məlumatları açıqlayıb. Rəsmi informasiyalardan aydın olur ki, 3 səbətdən ikisində – ərzaq və qeyri-ərzaq səbətində bahalanma qeydə alınsa da, xidməti səbətinin dəyəri demək olar sabit qalıb.
     
    Ərzaq səbəti nə qədər bahalanıb?

    Muxalifet2 - 26-02-2018

  16. ​Mirzəyevin bacısı və yeznəsinin qətli ilə bağlı – YENİ XƏBƏR

    Tovuz rayonunda ər və arvadının qətlə yetirilməsi hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi açılıb.

    Muxalifet2 - 26-02-2018

  17. ABŞ İsraili ərəb ölkələri ilə ÜZ-ÜZƏ QOYUR

    Amerika səfirliyinin 14 mayda Qüdsə köçürülməsinin neqativ nəticələri ola bilər
     
    ABŞ administrasiyası ölkə səfirliyini Təl-Əvivdən Qüdsə köçürmə qərarını 14 may tarixində həyata keçirəcək. Bu isə İsrailin qurulmasının bəyan edildiyi günün 70-ci ildönümünə düşür. Bu barədə İsrailin nəqliyyat və kəşfiyyat naziri Yisrael Katz bildirib. “Bundan böyük hədiyyə yoxdur. Çox ədalətli və ən doğru həmlədir. Sağ ol, dost”, - deyə o qeyr edib. ABŞ rəhbərliyi də bu faktı təsdiqləyib.

    Muxalifet2 - 26-02-2018

  18. ​İmtahandan narazı olanların NƏZƏRİNƏ

    Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.
    Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

    Muxalifet2 - 26-02-2018

  19. “Kiçik bir səhv NATO üzvləri arasında müharibəyə SƏBƏB OLA BİLƏR” - “FİNANSİAL TİMES”

    “Financial Times” qəzeti, ABŞ-ın Suriya siyasətində nümayiş etdirdiyi ziddiyyətlərin artıq davam etdirilə bilməyəcəyini və terror təşkilatı PKK/PYD-yə verdiyi dəstəyin NATO ölkələri arasında birbaşa müharibəyə səbəb ola biləcəyi xəbərdarlığını etdib.
     
    ABŞ-ın başlanğıcda terror təşkilatı PKK/PYD-ni dəstəklədiyini, ancaq bunun Türkiyənin təpkisini çəkdiyini ifadə edən qəzet, "Meydançadakı ən kiçik bir hesablama səhvi, NATO üzvləri arasında birbaşa müharibəyə səbəb ola bilər" deyə, qeyd edib.
    Financial Times, həmçinin bu dəyərləndirmələrə yer verib:

    Muxalifet3 - 26-02-2018

  20. TSQ-dən son AFRİN AÇIQLAMASI

    TSQ-nın Suriyanın Afrin bölgəsində apardığı “Zeytun Budağı” hərəkatı, 38-ci günündə də uğurla davam edir. Türk Silahlı Qüvvələri, “Zeytun Budağı” hərəkatının başlanğıcından bu yana 2059 terrorçunun zərərsizləşdirildiyini bildirib.
     
    Türk döyüş təyyarələri qərb cəbhəsindəki Raco və Şeyx Hadiddə gecə saatlarında terror mövqelərini yerlə bir edib. Təyyarələrdən sonra vertolyotlar də regiona bomba yağdırıb. Yerli qaynaqlar, bombardmanda bəzi Əsəd rejimi milislərinin də öldüyünü bildirir.
    Müxalifət.az

    Muxalifet3 - 26-02-2018

Pages