Axtarış
The search found 105785 results in 0.052 seconds.
Search results
Yeni bir MÜHARİBƏ BAŞLAYACAQ – FİNANSİAL TİMES
“Financial Times” qəzeti, Suriyada İŞİD-in dağılmağa başlaması ilə birlikdə ağalığını möhkəmləndirməyə çalışan ölkələrin Suriyada vəkalət müharibələrinə başladığını və bunun çox daha təhlükəli bir dövrün başlanğıcı olduğunu iddia edib.
Muxalifet3 - 26-02-2018
Azarkeşlər baş məşqçini xəstəxanalıq etdi - OYUN TƏXİRƏ DÜŞDÜ
Yunanıstan futbolunda növbəti insident yaşanıb.
Qol.az-ın xəbərinə görə, hadisə PAOK - “Olimpiakos” oyununda baş verib.
Görüşdən əvvəl yerli azarkeşlər qonaq komandanın ehtiyat oyunçular skamyası tərəfə müxtəlif əşyalar atıblar. Atılan əşyalardan biri “Olimpiakos”un baş məşqçisi Oskar Qarsiyanın üzünə dəyib. Onu dərhal xəstəxanaya aparıblar. Bu səbəbdən oyun təxirə salınıb.
Azarkeşlərin bu hərəkətinə görə PAOK-u ağır cəza gözləyir.Muxalifet2 - 26-02-2018
Uşaqlar Birliyinin sədrinə cinayət işi – İLK AÇIQLAMA
Haqqımda olan şikayətlə bağlı hazırda hüquq-mühafizə orqanları iş aparır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özü barəsində yayılmış məlumatlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, araşdırmalardan sonra həqiqət aydınlaşacaq: “Kimin haqlı, kimin qərəzli, iftiraçı olduğu bilinəcək. Bunla bağlı açıqlama verib, istintaq sirrini yaymaq istəmirəm”.
Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə barəsində keçmiş işçisinin şikayəti əsasında cinayət işi başlanıb.Muxalifet2 - 26-02-2018
Qaraçuxur sakinlərinin ÇUXUR PROBLEMİ - FOTO
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən Yeni Günəşliyə gedən yolda görülən işlər asfaltı dağıdıb.
Axar.az xəbər verir ki, uzun müddətdir sözügedən ərazidə aparılan işlər yekunlaşsa da, yolun dağılmış hissəsi bərpa edilməyib. Ərazidə avtobus və minik avtomobillərinin hərəkətində problem yaranıb.
Sakinlər bildiriblər ki, qazılan yer 141 saylı məktəbə gedən yolun üstü olduğuna görə uşaqlar dərsə gələn və dərsdən çıxan vaxt burada vəziyyət daha da acınacaqlı olur. Asfalt dağıdıldığına görə yağış yağan kimi yollar palçıq olur.Muxalifet2 - 26-02-2018
ARALIQ DƏNİZİNİN ŞƏRQİNDƏ MÜBAHİSƏLİ QAZ YATAQLARI –Rəqib dövlətlər bir-birinə diş qıcayır - TƏHLİL
Son günlərdə Şərqi Aralıq dənizi hövzəsinin dərinliklərində yatan potensial enerji resurslarına dair nikbinlik artır. Ancaq energetik inkişaf bölgənin işgəncəli geosiyasətinin müalicəsində itirilə bilər.
İsrail və Misir bir neçə İsrail dəniz yatağından təbii qaz ixrac etmək üçün 15 milyard dollarlıq müqavilə imzalayıb. Bu bəyan Kipr sularında olan təbii qaz ehtiyatlarının kəşfindən dərhal sonra baş verib və demək olar ki, on ildir qonşu dövlətlər arasında gərginlik mənbəyidir.Muxalifet2 - 26-02-2018
Əsəd rejimi: “BMT-nin atəşkəs qərarını tanımırıq, ŞƏRQİ QUTANI VURACAĞIQ”
Suriyanın BMT-dəki nümayəndəsi Hüsaməddin Ala, Bəşər Əsəd ordusunun Şərq Qutada əməliyyatları davam etdirəcəyini və BMT Təhlükəsizlik Şurasının 2401 saylı qətnaməsin tanımadıqlarını bildirib.
Avropa.info xatılrladır ki, Suriyaya humanitar yardım çatdırmaq və xüsusilə rejimin mühasirəsi altında olan Şərq Qutadan vəziyyəti ağır xəstə və yaralıları azad etmək üçün BMT Təhlükəsizlik Şurası bir ay atəşkəs qərarı vermişdi.Muxalifet2 - 26-02-2018
Bazarlarda GMO təhlükəsi: Qarşısı necə alınacaq?
Bu gün bazarlarımızda və iri ticarət mərkəzlərində pomidorun 70, kartofun 40, qarpızın 60 faizi GMO (genetik modifikasiya olunmuş) məhsullarıdır.
Bu sözlər “Respublika” qəzetində genetik modifikasiya olunmuş məhsullar barədə dərc olunmuş məqalədə yer alıb.Muxalifet2 - 26-02-2018
Akif Nağıya imza vərəqələri verilmir
Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini irəli sürmüş QAT sədri Akif Nağı yenədə əngəllərlə üzləşib. A.Nağının seçki qərargahının rəhbəri QAT Ali Məclisin sədri Barat İmani bildirib: “Seçki Məcəlləsinin tələblərinə görə biz imza vərəqələrini fevral ayının 23-də almalı idik. Təəssüf ki, çoxsaylı müraciətlərimizə və MSK-nın mərkəzi qərargahına gedib imza vərəqələrini tələb etməyimizə baxmayaraq, heç bir konkret cavab vermir, ləngimənin səbəblərini izah etmirlər.
Muxalifet2 - 26-02-2018
Rektordan qovulan tələbələrlə bağlı - AÇIQLAMA
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bu universitetdə təhsil alan əcnəbi tələbələrin xaric edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Rektor Trend-ə açıqlamasında bildirib ki, tələbələrin universitetdən qovulmasının səbəbkarı özləridir.
N.Əliyeva qeyd edib ki, tələbələrin qovulmasının səbəbi onların ölkədə müvəqqəti yaşamaq üçün icazəni qanunsuz olaraq, artıq müddətə almasıdır:Muxalifet2 - 26-02-2018
Mingəçevirdə zavodda PARTLAYIŞ: xəsarət alanlar var
Mingəçevir şəhərindəki "Azneftmaş" ASC-də partlayış olub, iki nəfər xəsarət alıb.
Hadisə bu gün gunorta saatlarında qeydə alınıb.
Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları - 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Mingəşevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb. (report)Muxalifet2 - 26-02-2018
Dünya futboluna YENİLİK GƏLİR
UEFA Avropada futbol təqviminin sıxlığı və futbolçuların çox yüklənmələrindən narahatdır.
Qol.az-ın yaydığı xəbərə görə, bu səbəbdən qitənin ali futbol qurumu oyunda 4-cü dəyişikliyin edilməsinin tərəfdarıdır.
Yaxın vaxtlarda UEFA bayrağı altında keçirilən bütün oyunlarda yeni qaydanın tədbiq ediləcəyi bildirilir.
Son iki il ərzində gənclər arasında Avropa çempionatında bunu sınaqdan keçirən UEFA nəticədən məmnun qalıb.Muxalifet2 - 26-02-2018
NAZİRİN YOLUNU TANKLA KƏSDİLƏR
Yəmənin Nəqliyyat naziri Salih əl Cəbvaninin avtomobil karvanı Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) dəstəklədiyi silahlı qüvvələr tərəfindən dayandırılıb.
Teleqraf.com-un xəbərinə görə, bununla bağlı Cəbvani özü məlumat yayıb.
O bildirib ki, hadisə Yəmənin Şəbvə şəhəri yaxınlığında baş verib:
“BƏƏ Yəmənin cənubunda qəbilə ordusu qurub və mənim Şəbvəyə girişimə icazə vermədi. Onlar bizim qarşımızı tanklarla kəsdi və mənim avtomobilim RPQ-7 ilə nişana alındı. Çıxış yolumuz qalmadı.Muxalifet2 - 26-02-2018
Nazirin də öz agenti olub - MTN generalı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində çıxarılmış hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə Elçin Quliyevin vəkili Ziyad Abbaszadə ifadə verib.
Vəkil bildirib ki, Elçin Quliyevin işində dövlət sirrini təşkil edən məlumatlar var:Muxalifet2 - 26-02-2018
Avropa İttifaqı Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirdi – BƏYANAT VERİLDİ
Avropa İttifaqı KXDR-ə qarşı ticarət məhdudiyyətlərinin gücləndirilməsi və şimali koreyalı işçilərin geri göndərilməsi də daxil olmaqla sanksiyaları sərtləşdirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu, Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində yayılan bəyanatında bildirilir.Muxalifet2 - 26-02-2018
İvanka atasının qərarına qarşı çıxdı: “İNANMIRAM...”
Müəllimlərin silahlandırılması ilə bağlı qərarın məktəblərdə təhlükəsizliyi təmin edəcəyinə inanmıram.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidentinin qızı və müşaviri İvanka Tramp deyib:
“Fikrimcə, silah əldə olunması ilə bağlı qanunlar sərtləşdirilməlidir”.
Qeyd edək ki, fevralın 15-də Floridada orta məktəblərdən birinə edilən silahlı hücum nəticəsində 17 nəfər həlak olub. ABŞ Prezidenti Donald Tramp bununla bağlı mərasimdə iştirakı zamanı faciədən qaçmaq üçün müəllimlərin silahlandırılmasını vacib hesab edib.
Muxalifet2 - 26-02-2018
Pentaqondan Türkiyəyə qarşı ƏCAİB İDDİA: “İŞİD BAZA QURACAQ VƏ...”
Muxalifət.az xəbər verir ki, Pentaqonun strateji araşdırmalar mərkəzi olan RAND-ın saytında dərc edilən “Ərdoğanın ölümcü kor nöqtəsi” adlı yazıda İŞİD-in Türkiyədə baza quracağı və buradan Qərbə hücum edəcəyi barədə cəfəng iddialar səsləndirib.
RAND analitik mərkəzinin 2018-ci il fevralın 16-da verdiyi xəbərdə, Pentaqon əməkdaşlarının Türkiyəyə qarşı planlaşdırdıqları yeni qaranlıq oyunun “anonsu” verilib.
Türkiyəyə qara yaxırlar
Muxalifet2 - 26-02-2018
Putin ordusu üçün yeni müqavilə imzaladı - NATO və ABŞ-ın...
Rusiya prezidenti Vladimir Putin ölkəsinin ordusu üçün yeni silah tədarükü proqramını təsdiq edib.
Bu barədə Rusiya baş nazirinin köməkçisi Dmitri Roqozin məlumat verib.
D.Roqozin proqramda nəzərdə tutulan mövzuları diqqətə çatdırıb:Muxalifet2 - 26-02-2018
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.
DİM-dən Publika.az-a verilən məlumata görə, imtahan nəticələri saat 18:25-dən etibarən qurumun rəsmi saytında yerləşdirilib. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.Muxalifet2 - 26-02-2018
Türkiyə prezidenti:"Putin və Ruhani onları bizə vermədilər...”
“BMT Təhlükəsizlik Şurasının Suriyanın Şərqi Guta bölgəsində atəşkəslə bağlı qərar qəbul etsə də, təəssüf ki, orada bu qərara əməl olunmur”. “Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə yola düşərkən Atatürk hava limanında jurnalistlərə bildirib. “Biz bir neçə ay əvvəl Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaniyə "oradakı uşaq və yaşlıları bizə verin müalicə edək" dedik. Ancaq onları bizə vermədilər, rejimə təslim etdilər. Fransa prezidenti Emmanuel Makronla da bugünkü telefon danışığında bu məsələni müzakirə etdik.
Muxalifet2 - 26-02-2018
Saakaşvilinin xanımı Bakıya gəlir - Səbəb
2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş, SOCO xeyriyyə fondunun təsisçisi və rəhbəri Sandra Elizabet Rulofs Milli Fikir Mərkəzinin dəvəti ilə fevral ayının 27-də Bakıya gələcək.
Muxalifet3 - 26-02-2018