Axtarış
The search found 105785 results in 0.062 seconds.
Search results
ABŞ yenə TƏHDİD ETDİ: Türkiyə S-400-ləri alsa...
Ankara Moskvadan S-400 zenit-raket kompleksləri alsa, ABŞ ona qarşı sanksiyalar tətbiq edəcək.
Bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Qəzetin mənbəsi Ankaranın addımının onun NATO ilə birliyinə mənfi təsir göstərə biləcəyini deyib:
“Əgər Türkiyə S-400-dən əl çəkməsə, Konqresin qəbul etdiyi CAATSA qanunu Ankaraya qarşı tətbiq oluna bilər. Biz Türkiyəyə ən yaxşı alternativ tapması, özünün hava hücumundan müdafiə ilə bağlı tələbatını ödəməsi üçün yardım etmək istəyirik”.Muxalifet2 - 27-02-2018
Yəhudi yazar PKK və YPG-yə DƏSTƏK İSTƏDİ
İsrailin milli xəbər agentliyinin əməkdaşı Giulio Meotti, İsrailin YPG-ni və məsum kürdləri dəstəkləyən yeganə dövlət olduğunu söyləyərək, Avropa və ABŞ-ın üzü üstə qoyduğu teoristleri dəstəkləməyə dəvət edib.
Muxalifet3 - 27-02-2018
İrəvanın son seçimi, Bakının avantajı, AĞ EVİN PLANI...
Regionda Rusiyanın şəriksiz dominantlığı başa çatır? ABŞ status-kvonu dəyişir – kritik gözlənti; ekspertlərdən maraqlı şərh, etiraf və proqnozlar...
Muxalifet2 - 27-02-2018
TSQ-dan son AFRİN AÇIQLAMASI
Türk Silahlı Qüvvələri, “Zeytun Budağı” hərəkatının başlanğıcından bu yana 2083 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Müxalifət.azMuxalifet3 - 27-02-2018
Avropa Birliyi Avropaya cuman gürcülərə dirsək göstərir:“Özünüzə başqa “sığınacaq” axtarın” – Araşdırma
Gürcüstan vətəndaşlarına Avropa Birliyi dövlətlərinə vizasız rejim verilməsinə dair eyforiya dərin siyasi və “məişət” depressiyasıyla əvəz oluna bilər. Məsələ burasındadır ki, keçən ilin martında “vizasız rejim” alan gürcülər “mədəni dünya”ya o qədər sayda və o qədər uzağa gedən planlarla axışıblar ki, bu şübhəli məsələni qapamaq məsələsi qalxıb.
Muxalifet2 - 27-02-2018
Ötən həftə məmurlar haqqında ən çox yazan SAYTLAR - HƏFTƏNİN STATİSTİKASI
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir.
Muxalifet4 - 27-02-2018
Türkiyə İraqa müraciət etdi: EDAM CƏZASI alan 16 qadın...
Türkiyə İŞİD cərgələrinə qoşulan və hazırda İraqda həbsdə olan vətəndaşları ilə bağlı rəsmi Bağdada müraciət edib.
Muxalifət.az xəbər verir ki, Bağdadın təklifi müsbət qarşılamadığı bildirilib.Muxalifet2 - 27-02-2018
BMT nümayəndəsi: "Son illərdə dünyada 64 milyon insan öz yurd-yuvasını məcburi tərk edib"
"Son illərdə dünyada 64 milyon insan öz yurd-yuvasını məcburi tərk edib".
"Report"un xəbərinə görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün keçirilən təlimdə deyib.
O bildirib ki, dünyada gün ərzində 34 min insan öz yurd-yuvasından qaçqın düşür.Muxalifet2 - 27-02-2018
"Əxlaqsızlıq yuvası"ndan haqq alan şəxsə cəza - İstənildi
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
O, Habil Vəliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İttihama görə, Habil Vəliyev zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib.Muxalifet2 - 27-02-2018
Gəncədə maskalılar EVƏ BASQIN ETDİ
Gəncə şəhərində maskalılar evə silahlı basqın edib.
Report-un məlumatına görə, Mingəçevir şəhərindən Gəncəyə işləmək məqsədi ilə gələn,1998-ci il təvəllüdlü Əbruz Asəf oğlu Mikayıllı kirayə yaşadığı evə maskalı şəxslərin silahlı basqın etməsi barədə "102" xidmətinə zəng edib.Muxalifet2 - 27-02-2018
Məhkəmədən Hakan Şükürlə bağlı QƏRAR
Sabiq türkiyəli futbolçu və millət vəkili Hakan Şükürü sosial mediada təhqir etdiyi iddiası ilə cəzalandırılan Yusuf Varol qərara etirazını bildirib.
“Qafqazinfo” xəbər verir ki, Ankara Məhkəməsi etirazı dəyərləndirib və qərarı ləğv edib.
Y.Varol haqqında yeni hökm çıxarılıb. Yeni qərara əsasən ona pul cəzası verilib.
Xatırladaq ki, H.Şükür 15 iyul çevrilişə cəhd hadisələrindən sonra ABŞ-a qaçaraq orada yaşamağa başlayıb.Muxalifet2 - 27-02-2018
“İRANIN MÜDAXİLƏSİ HALINDA, RUSİYA İSRAİLİ DƏSTƏKLƏYƏCƏK” –Səfir müavinindən rəsmi Tehranı əsəbiləşdirəcək açıqlamalar
Əgər İran İsrailə hücum etsəydi, Moskva yəhudi dövlətini dəstəkləyərdi. Bunu İran dronunun Suriyadan sızmasından və İsrail ordusu tərəfindən vurulmasından sonra bir rus rəsmisi deyib.
"İsrailə qarşı təcavüz olarsa, İsrailin tərəfində yalnız ABŞ deyil, Rusiya da olacaq, – deyə Rusiyanın İsraildəki səfirinin müavini Leonid Frolov bildirib. – Həmvətənlərimizin bir çoxu İsraildə yaşayır, ümumiyyətlə, israillilər dost xalqdır və buna görə İsrailə qarşı heç bir təcavüzə yol verməyəcəyik".Muxalifet2 - 27-02-2018
Suriyada önəmli QƏRAR: Putinin tapşırığı yerinə yetirildi
Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən Şərqi Quta bölgəsində “humanitar pauza” rejimi qüvvəyə minib.
Muxalifət.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə fevralın 27-də yerli vaxtla saat 9:00-dan 14:00-a kimi gündəlik “humanitar pauza” rejimi qüvvədə olacaq. Bu müddətdə ərazidə əməliyyatlar keçirilməyəcək.Muxalifet2 - 27-02-2018
Bakıda bayram çadırları İŞƏ BAŞLAYIR - ÜNVANLAR
Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar üçün çadırlar qurulub. Bu günlərdə çadırlarda bayram məhsullarının satışına başlanması nəzərdə tutulub.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.
Onun sözlərinə görə, artıq bir neçə rayon ərazisində çadırlar qurulub:Muxalifet2 - 27-02-2018
Türkiyədə Vahabzadə liseyinin direktoru cəzalandırıldı - ŞOK
Noyabrın 10-da, Mustafa Kamal Atatürkün vəfatının ildönümündə qol qaldırıb oynayan lisey direktoruna cəza verilib.
müxalif CHP-dən olan millət vəkili İbrahim Özdişin gündəmə gətirdiyi hadisəyə Türkiyənin təhsil naziri İsmet Yılmaz cavab verib.
Nazir Atatürkün ölüm günündə Adanada yerləşən Bəxtiyar Vahabzadə adına liseyin həyətində rəqs edən direktor Sırrı Huyluya maaş cəzası kəsildiyini bildirib.Muxalifet2 - 27-02-2018
SƏUDİYYƏDƏ NÖVBƏTİ SARAY "ZƏLZƏLƏ"Sİ
Muxalifət.az xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət başçısı kral Salman ölkənin ali baş komandanını, quru və hava qüvvələrinin başçılarını və üç nazirlikdəki nazir müavinlərini bir fərmanla işdən çıxarıb. Bu qərarın arxasında həm də müdafiə naziri olan vəliəhd şahzadə Məhəmməd bin Salman durur.
Yaxın Şərqdə daim İranla əks cəbhədə duran Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz gecə yarısı ali baş qərargah rəisi ilə ordu komandirlərini qovub, yerinə yenilərini gətirib. BBC-dən tutmuş “Qardian”a kimi dünyanın əsas mətbu orqanları bu xəbəri manşetə çıxarıblar.Muxalifet2 - 27-02-2018
ABŞ təyyarələri vurdu, İRAN GERİ ÇƏKİLDİ
Suriyada Bəşşar Əsəd rejimi cərgələrində döyüşən İran gücləri, Deyrizorda terror təşkilatı PYD/PKK-nın işğal etdiyi enerji sahələrini ələ keçirmək istəyib. PYD/PKK-dan 22 nöqtəni ələ keçirən İranlı güclər, ABŞ-ın hava hücumundan sonra geri çəkilib.
Fevral ayının əvvəlində İran gücləri, enerji ilə zəngin olan Deyrizor rayonunda PYD/PKK-nın işğal etdiyi neft və qaz yataqlarını ələ keçirmək üçün hücum təşkil etmiş, ABŞ intensiv bombardmanla cavab vermişdi.Muxalifet3 - 27-02-2018
FSB Dərbənddə genişmiqyaslı AXTARIŞLAR APARIR
Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstanda narkobaronların evində genişmiqyaslı axtarışlara başlayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb. Agentlik axtarışların Dərbənddə aparıldığını bildirib. Axtarışda FTX-nın 150 əməkdaşı iştirak etdiyi və onların 23 evi yoxladığı vurğulanıb.
Qeyd edək ki, bu ilin əvvəlindən Dağıstanda genişmiqyaslı yoxlamalar aparılır. Yoxlamalar nəticəsində 70 cinayət işi açılıb və bir sıra yüksək vəzifəli şəxs, o cümlədən baş nazir həbs edilib.Muxalifet2 - 27-02-2018
“Prezident seçkilərində...” - Putinin adamı yeni müharibənin TARİXİNİ AÇIQLADI
Martın 18-də keçiriləcək prezident seçkilərində Vladimir Putinin yenidən seçilməsinə mane olmaq məqsədiylə Donbasda yaxın günlərdə müharibə başlana bilər.
Muxalifət.az xəbər verir ki, bu haqda Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb.Muxalifet2 - 27-02-2018
ABŞ ordusunda ciddi problem – ELİT DƏSTƏLƏR...
ABŞ ordusunun hərbi qüdrəti elit dəstələrdən asılıdır.
Muxalifət.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest” yazıb.
Məlumata görə, ABŞ ordusunun komandanlarının “Dəniz pişikləri”, “Yaşıl berelilər” və “Reyncer”lərə göstərdiyi xüsusi diqqət digər hərbi birləşmələrin əhəmiyyətini azaldır. ABŞ ordusunda ən yaxşı sayılan birləşmələr öz səlahiyyətləri daxilində olmayan vəzifələri yerinə yetirmək məcburiyyətində qalırlar və bu da onların birbaşa məsuliyyətindəki əməliyyatların sonrakı effektivliyini azaldır.Muxalifet2 - 27-02-2018