Axtarış

The search found 105785 results in 0.048 seconds.

Search results

  1. ​“Teleqüllənin yaxınlığındakı sürüşmə prosesi müvəqqəti olaraq dayanıb” – NAZİRLİK RƏSMİSİ

    “Bayıl yamacında – Teleqüllənin yaxınlığındakı sahədə sürüşmə prosesi müvəqqəti olaraq dayanıb. Amma ola bilər ki, yerin dərinliklərində proses gedir”.
    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

    Muxalifet2 - 27-02-2018

  2. Hollandiyalı jurnalist Suriyada ÖCALANIN PLAKATINI PAYLAŞDI

    Terror təşkilatı PKK-nın Suriyadakı davamı YPG, Hasəkədə PKK-nın terrorçubaşı Öcalanın portretlərini asıb.
     
    Hollandiyalı jurnalist, Hasəkədən yeni fotolar paylaşıb. Suriyanın keçmiş lideri Hafiz Əsədin plakatının qaldırıldığı şəhərin girişində artıq terror təşkilatı PKK-nın lideri Öcalan və digər terrorçuların portretləri asılıb. Fotoşəkil, terror təşkilatı PKK ilə YPG arasındakı əlaqəni aydın şəkildə sübut edir.

    Muxalifet3 - 27-02-2018

  3. ​Dağıstanda daha bir nazir HƏBS EDİLİR

    Rusiya xüsusi xidmət orqanları Dağıstanın Memarlıq naziri İbrahim Kazibekovun evində yoxlamalara başlayıb.
    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb. Agentlik hazırda nazirin evinin polis tərəfindən mühasirəyə alındığını bildirib. Kazibekovun qəzalı vəziyyətdə olan vətəndaşların köçürülməsi layihəsində qiymətləri qəsdən yüksəldərək dövlət vəsaitinin mənimsənilməsində ittiham edildiyi vurğulanıb.
    Qeyd edək ki, bundan öncə Dağıstanda aparılan araşdırmalar zamanı baş nazir, müavinləri və keçmiş təhsil naziri həbs edilib.

    Muxalifet2 - 27-02-2018

  4. ​FETÖ-nün adamı ABŞ-a qaçdı

    Milli İstihbarat Təşkilatının əməkdaşları ilə birlikdə yük avtomobilinin sürücüsünü qanunsuz dinlədiyi və FETÖ üzvü olduğu iddiası ilə həbs edildikdən sonra ev dustaqlığına buraxılan Məhmət Qaraborq yoxa çıxıb. Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Məhmət Qaraborq Adana Terrorla Mübarizə İdarəsinin rəhbəri olub. Türkiyənin hüquq-mühafizə orqanları ev dustaqlığına buraxılan Qarborqun qanunsuz yolla Türkiyəni tərk edərək, Amerikaya qaçdığını müəyyən edib. Qeyd edək ki, Qaraborq əvvəllər İstanbul Polis İdarəsində Terrorla Mübarizə Şöbəsində işləyib.

    Muxalifet2 - 27-02-2018

  5. Erməni diversant Azərbaycan dilində danışır (VİDEO)

    Sizi bir neçə il əvvəl Azərbaycan ordusu tərəfindən qoşunların təmas xəttində tutulan erməni diversantın Bakıda, həbsxanada saxlanma şəraiti ilə tanış edirik. "Xəzər TV" xəbər verir ki, Ermənistan ordusunun diversantı Arsen Baqdasaryan mina basdırarkən 2014-cü ilin dekabrın 26-da qoşunların təmas xəttində, Azərbaycan ordusu tərəfindən tutulub. Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. O, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə böyük cinayət törətdiyini etiraf edib.

    Muxalifet3 - 27-02-2018

  6. "Putin seçilənədək Suriyada ölmüş rusları soyuducularda saxlayacaqlar"

    "The Business Insider" saytı yazır ki, Rusiya vətəndaşlarını Suriyada muzdlu əsgər kimi xidmətə göndərən hərbi səfərbərçilərdən biri France 24 kanalına anonim müsahibə verib. Həmin şəxs bu müsahibədə Rusiya vətəndaşlarının bu yaxınlarda Suriyada Amerika qüvvələri tərəfindən zərbəyə məruz qalaraq həlak olmasının ölkəsi üçün nə dərəcədə böyük bir rüsvayçılıq olmasından söz açıb. "Mənə hər həftə beş-altı yeni səfərbər müraciət edir, - həmin şəxs deyib, - Bəziləri mənə zəng edirlər, bəziləri isə şəxsən görüşürlər".

    Muxalifet3 - 27-02-2018

  7. Daha bir vəkil "Trampın axırının çatdığını" deyir

    Britaniya mətbuatı ABŞ prezidenti Donald Tramp və Rusiya sövdələşməsi mövzusunu yenə diqqətdə saxlayıb.
     
    "The Independent" yazır ki, ABŞ-da prezident Nixon-un hakimiyyətinə son qoymuş Watergate qalmaqalı zamanı onun vəkili olmuş qocaman hüquqşünas Tramp-ın prezidentliyi üçün çox böyük təhlükənin yarandığını deyib.
    1970-ci ilin iyulundan 1973-cü ilin aprelinədək Richard Nixon-un vəkili olmuş 79 yaşlı John Dean o vaxt təkcə bir ittiham üzrə günahını etiraf edərək müttəhimdən şahidə çevrilə bilmişdi.

    Muxalifet3 - 27-02-2018

  8. ​Bakıya bundan sonra qar yağmayacaq - İlginc AÇIQLAMA

    Qış aylarında Bakıya qarın yağmaması iqlim dəyişmələri, iqlimin istiləşməsi ilə bağlıdır. Bundan sonra belə olacaq.
    Bunu APA-ya Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O bildirib ki, planetin qlobal temperaturu yüksəlir:

    Muxalifet2 - 27-02-2018

  9. ​Bir neçə rayonda çoxsaylı oğurluq edən DƏSTƏ ƏLƏ KEÇDİ

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri zamanı bir neçə rayonun ərazisində oğurluqlar törədən şəxslər saxlanılıb.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Masallı rayon Xırmandalı kənd sakini Şəmsəddin Qasımov DİN-in “102” xidməti-zəng mərkəzi və Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxslərin ona məxsus mağazanın qapısını sındırmaqla oradan 150 manat pul oğurladığını bildirib.

    Muxalifet2 - 27-02-2018

  10. Təhsil nazirinin müavini: "Şagirdlər əlavə dərslərlə yüklənməməlidir"

    "Məqsəd tədris proqramlarının sadələşdirilməsidir". Bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, şagirdlərin əlavə dərslərlə yüklənməməsi onların psixoloji durumuna və sağlamlığına yaxşı təsir göstərəcək: "Təhsil Nazirliyi şagirdlərin asudə vaxtlarını səmərəli keçirməsinə xüsusi diqqət yetirir. Bu əsasən məktəbdənkənar mərkəzlərdə həyata keçirilir. Həmin mərkəzlərdə şagirdlərin istirahət etməsi və asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün şərait yaradılır. Bakıda, digər şəhər və rayonlarda 145 belə mərkəz fəaliyyət göstərir.

    Muxalifet2 - 27-02-2018

  11. ​Əsəd Putinin əmrinə TABE OLMADI

    Suriyada Bəşər Əsəd rejimi Şərqi Quta istiqamətində atəşkəsi pozub.
    Muxalifət.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi informasiya yayıb.
    Atəşkəsin pozulmasına münasibət bildirən Rusiya isə atəşkəsi Şərqi Qutaya nəzarət edən müxaliflərin pozduğunu açıqlayıb.
    “Şərqi Qutada humanitar koridor top atəşinə tutulur. Müxaliflərin top atəşi mülki insanların ərazini tərk etməsinə imkan vermir”, - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilib.

    Muxalifet2 - 27-02-2018

  12. ​Qarabağda bu tarixdə MÜHARİBƏ BAŞLAYACAQ - ABŞ dəqiq vaxtı AÇIQLADI

    “Ermənistan və Azərbaycan arasında silahlı konfliktin yenilənməsi təhlükəsi artır”.
    Muxalifət.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç "Jamanak” qəzetinin müxbirinə açıqlamasında deyib.
    Onun sözlərinə görə, Dağlı Qarabağda yeni müharibə Azərbaycan, Ermənistan və Rusiyada keçirilən seçkilərdən sonar baş verə bilər.

    Muxalifet2 - 27-02-2018

  13. ​TÜRKİYƏ XİN: “Afrinlə bağlı ABŞ-la heç bir diplomatik müzakirə aparmırıq”

    “Türkiyə və ABŞ arasında Afrin məsələsi ilə bağlı diplomatik müzakirə aparılmır”.
    “Report” “Türkiye”yə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
    Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Adrian Gallovey Türkiyə ilə Afrində gərginliyin azalması istiqamətində müzakirələr apardıqlarını bəyan etmişdi.
     

    Muxalifet2 - 27-02-2018

  14. ​Talibandan ABŞ-a SÜLH TƏKLİFİ: Savaşdan imtina edək

    Əfqanıstandakı böhranın sülh yolu ilə həlli Talibanla birbaşa müzakirələrdən keçir.
    Bu barədə bəyanatı Taliban yayıb.
     “İşğalın sona çatması üçün Əfqanıstan böhranının sülh yolu ilə həllini istəyirik. Amerika və müttəfiqləri Əfqanıstan böhranını hərbi yolla həllinin olmadığını anlamalıdır. Son 17 ildə dəfələrlə sınaqdan keçirilən hərbi strategiyalar yalnız savaşı qızışdırmağa və uzatmağa yardım edib. Bunu davam etdirmək heç kimin marağına xidmət etmir”, – deyə bəyanatda bildirilib.
    Qeyd edək ki, bundan öncə ABŞ Talibanla danışıqlara hazır olduğunu açıqlamışdı./axar/

    Muxalifet2 - 27-02-2018

  15. ​Çeçenistan prezidenti STALİNİ LƏNƏTLƏDİ: "Bizi hər şeydən məhrum etdi..."

    Çeçenistan rəhbəri Ramzan Kadırov İosif Stalini “qanlı zalım” adlandırıb və lənətləyib.
    Bunu R.Kadırov “Telegram” hesabında 23 fevral 1944-cü ildə çeçenlərin kütləvi sürgün olunmasının ildönümü münasibəti ilə yazıb.
    Çeçenistan rəhbəri yazıb ki, çeçen xalqının tarixində çoxlu faciəvi hadisələr olsa da, bunlardan heç biri zalım Stalinin repressiyaları ilə müqayisə oluna bilməz: “23 fevral 1944-cü ildə bizi hər şeydən məhrum etdilər. Bizi mal-qara vaqonlarına yığıb, Altay dağlarına, Qazaxıstan çöllərinə atdılar, qurğuşun, sink və uran mədənlərinə saldılar”.

    Muxalifet2 - 27-02-2018

  16. “2019-da İran-İsrail MÜHARİBƏSİ BAŞLAYA BİLƏR” – NATİONAL İNTEREST

    ABŞ-da dərc olunan “National Interest” (NI) jurnalı, Yaxın Şərqdəki xaos vəziyyətinin 2019-cu ilə doğru İran ilə İsrail arasında müharibə çıxacağına işarə etdiyini yazıb.
     
    Jurnalda dərc olunan yazıda iki həftə əvvəl Suriyada İsrail F-16-sının salınması səbəbilə İsrail ilə İran arasında artıq birbaşa münaqişənin baş verdiyinə diqqət çəkilir.
     
    DAHA BÖYÜK BİR MÜHARİBƏNİN İLK PƏRDƏLƏRİ
     

    Muxalifet3 - 27-02-2018

  17. ​Həbsdə intihar edən İlqar Əliyevin ailəsi əmlak davasına qalxdı –"MTN işi" ilə bağlı yeni proses

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin ailə üzvləri üzərinə həbs qoyulan əmlakının geri qaytarılması üçün məhkəməyə müraciət ediblər.
    Muxalifət.az "Report"a istinadən bildirir ki, bu barədə Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin hökmü ilə bağlı verilən apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində elan olunub.

    Muxalifet2 - 27-02-2018

  18. Çexiya terrorçubaşı Saleh Müslim haqda QƏRARINI VERDİ

    Çexiyada həbs olunan PYD –nin keçmiş həmsədri Saleh Müslim, məhkəməyə çıxarılmışdı. Məhkəmə, Saleh Müslimi həbs etmədi, sərbəst buraxdı.
    Müxalifət.az

    Muxalifet3 - 27-02-2018

  19. Afrində iki TERRORÇU YAXALANDI

    TSQ tərəfindən Afrin bölgəsində davam etdirilən əməliyyatda yaxalanan iki terrorçu həbs olunub. Terrorçuların, çoban olduqlarını, bölgəyə heyvan baxmaq üçün gəldiklərini iddia edərək əsgərləri çaşdırmağa çalışdıqları qeyd olunub.
     
    Türk Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində aparılan “Zeytun Budağı” hərəkatı çərçivəsində vətəndaşların arasında gizlənməyə çalışarkən yaxalanan iki terrorçu həbs olunub.

    Muxalifet3 - 27-02-2018

  20. ​Tiflisdə güclü yanğın: AZƏRBAYCANLILARIN OBYEKTLƏRİ...

    Ötən gecə Tiflisdə güclü yanğın baş vermiş “Terqi” ticarət mərkəzində bir neçə ticarət obyekti yerli azərbaycanlılara məxsusdur.
    APA-nın məlumatına görə, Telavidən olan azərbaycanlılar mərkəzin aşağı mərtəbəsində göyərti və tərəvəz satışı ilə məşğul olurlar. Yanğın ticarət mərkəzinin yuxarı mərtəbələrində baş verdiyinə görə, aşağı mərtəbələrə ziyan dəyməyib.

    Muxalifet2 - 27-02-2018

Pages