Axtarış
The search found 105785 results in 0.095 seconds.
Search results
Qubada itkin düşən alpinistlərin axtarışları ilə bağlı YENİ XƏBƏR
Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarına yeni alpinist qrupu qoşulacaq.
Muxalifət.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı deyib. Onun sözlərinə görə, yeni qrup yaxın günlərdə axtarışlara qoşulacaq:
"Axtarışlar davam edir. Hava şəraiti nisbətən normallaşdıb. Amma, hələ ki heç bir nəticə yoxdur".Muxalifet2 - 27-02-2018
Rusiya antisovet jurnalisti HƏBS ETDİ
Polşalı jurnalist Tomaş Matseyçuk Moskvaətrafında saxlanılıb.
Bu barədə informasiyanı TASS agentliyi yayıb. Agentlik Matseyçukun evində axtarış aparıldığını bildirib. Onun millətlərarası münasibətləri qızışdırmaqda ittiham edildiyi vurğulanıb.
Qeyd edək ki, Matseyçuk antisovet çıxışları ilə tanınır./axar/Muxalifet2 - 27-02-2018
Səudiyyə Ərəbistanında qadınların hərbidə xidmət etməsinə İCAZƏ VERİLDİ
Səudiyyə Ərəbistanı rəhbərliyi ölkənin qadın vətəndaşlarının hərbi qüvvələrdə xidmət etməsinə icazə verib.
Hurriyyet.org-un Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, bu haqda “Pakistan Today” qəzeti bildirib. Lakin qadınların necə hərbi xidmət keçəcəyi, əsgər olub-olmayacaqları tam aydın deyil. Məlumata görə, bu hüquqdan yalnız 25-35 yaşlar arasında orta məktəb attestatı almış xanımlar istifadə edə biləcək. Bununla yanaşı, hərbçi olmaq istəyən qadınlar vakant yerlərə ancaq Ər-Riyad, Məkkə, Mədinə və Əl Qasım şəhərləriə ərizə verə bilərlər.Muxalifet2 - 27-02-2018
Putinin agentindən SENSASİYALI İDDİA: “Vaşintonla uyğunlaşdırmadan…”
“Ukraynanın kukla hakimiyyəti xarici və daxili siyasətdəVaşinqtonla uyğunlaşdırmadan heç bir strateji qərar qəbul etmir”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu “Ukrayna seçimi – xalqın hüququ” ictimai hərəkatın lideri Viktor Medvedçuk bildirib.
“Ukraynanın inkişafına Birləşmiş Ştatların investisiyaları haqqında hekayələr yalandır. Ukrayna ABŞ-ın koloniyasına çevrilib. ABŞ müstəqil ölkəyə pul qoymur. Suveren və sabit Ukrayna onlara lazım deyil”, - Medvedçuk vurğulayıb.Muxalifet2 - 27-02-2018
Türkiyənin Almaniyadakı səfirliyinin binasına hücum olub – Müşavirdən AÇIQLAMA
“Türkiyənin Berlindəki səfirliyinin binası naməlum şəxslərin hücumuna məruz qalıb”.
Bunu Türkiyənin Almaniyadakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Refik Soğukoğlu bildirib.
Onun sözlərinə görə, fevralın 27-də səhər saatlarında 4 kimliyi məlum olmayan kişi səfirliyin binasına sarı, qırmızı və yaşıl boyalar ataraq qaçıblar: “Səfirliyimizin binasında 8 yerdə boya təsbit etmişik. Polis hücum edənlərə anındaca müdaxilə edə bilmədi”.
Polis də faktı təsdiqləyib. Təqsirkarların tutulması istiqamətində əməliyyat başlayıb.Muxalifet2 - 27-02-2018
Çovdarovun üzünə duran biznesmenin bacısı oğlu da TUTULDU
"Real MTK" həbsdə olan rəhbəri İlham Qasımovun dələduzluqda ittiham olunan bacısı oğlu, 1987-ci il təvəllüdlü Cahangirli Sahil Nizami oğlu və 1987-ci il təvəllüdlü Anar Əşrəfovun cinayət işi üzrə məhkəmə başlayıb.
Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Qeyd edə ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Muxalifet2 - 27-02-2018
Lavrovdan ABŞ-a Suriya çağırışı
Rusiya Xarici İşlər naziri Sergey Lavrov alman həmkarı Siqmar Qabriellə telefon danışığı aparıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Lavrov ABŞ-ı BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəs rejiminə əməl etməyə çağırıb.
Sergey Lavrov eyni zamanda alman həmkarını rus əsgərlərinin Şərqi Quta bölgəsindəki fəaliyyəti ilə bağlı məlumatlandırıb.Muxalifet2 - 27-02-2018
Sovetski”də ikinci söküntü köçü başlayır: “İnanırıq ki, kompensasiya ilə bağlı narazılıq olmayacaq -” REPORTAJ, FOTOLAR
Yasamal rayonunda, “Sovetski”adlanan ərazidə söküntü işlərinin ikinci mərhələsinə başlanılacaq. Nazirlər Kabinetinin qərarına əsasən Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələrində söküntü aparılacaq. Məlumata görə, ümumilikdə 2180 yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü nəzərdə tutulub.
Qeyd edək ki, aparılan işlər ümumilikdə 26 hektar ərazini əhatə edir. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.Muxalifet2 - 27-02-2018
İRAN QARIŞIR! - VƏZİYYƏT KƏSKİNLƏŞƏCƏK
Muxalifət.az xəbər verir ki, İran Araşdırmaları Mərkəzinin (İRAM) daxili siyasət üzrə mütəxəssis Mehmet Koç İranda cidanın artıq cuvalda gizlənə bilməyəcək hala gəldiyini bildirərək deyib: “Dini və ənənəvi dəyərlər üzərində qurulan dövlət özü islahat aparmasa, dövlət və millət arasında toqquşma getdikcə kəskinləşəcəkdir”.
Tehranda Qonabadi təriqətinin müridləri ilə asayiş qüvvələri arasında baş verən gərginliyi “Anadolu Agentliyi”nı izah edən Koç İranın yeni ictimai və siyasi böhranlarla qarşılaşacağını deyib.Muxalifet2 - 27-02-2018
Fransa məmurları çöldə yatacaq - ETİRAZ
Fransanın 50-yə yaxın dövlət məmuru evsizlərin probleminə diqqət çəkmək üçün bütün gecəni çöldə yatacaq.
Muxalifət.az xəbər verir ki, belə təşəbbüslə Etamp kommunası sədrinin müavini Eson Mama Si çıxış edib.
"Ötən il küçələrdə 500 adam ölüb. 2018-ci ildə təkcə Parisdə 13 nəfər evsiz vəfat edib. Bu səbəbdən fevralın 28-də 50-yə yaxın dövlət məmuru Austerlitz vağzalı yaxınlığında küçədə yatacaq", – deyə Si bildirib.
Qeyd edək ki, Parisdə təxminən 5 min evsiz insan yaşayır.Muxalifet2 - 27-02-2018
XİN sözçüsü TRT-yə danışdı: Azərbaycan gözləyir ki...
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Xocalı soyqırımının 26-ci ildönümü ilə əlaqədar Türkiyənin TRT WORLD kanalına müsahibə verib.
Muxalifet3 - 27-02-2018
Türkiyə XİN-dən Çexiyaya qarşı sərt reaksiya
PYD terror qruplaşmasının lideri Saleh Müslümün həbs edilməsi ilə bağlı tələbimizin Çexiya məhkəməsi tərəfindən rədd edilməsi beynəlxalq hüquq və terrorizmə qarşı mübarizə dəyərləri ilə uzlaşmır.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin S.Müslümün azad edilməsi ilə bağlı bəyanatında deyilib.
“Çexiya məhkəməsi Saleh Müslümün həbs edilməsi əvəzinə onun azadlığa buraxılması ilə bağlı qərar verməklə terror hücumlarında həyatını itirən insanlara və onların yaxınlarının kədərinə əhəmiyyət vermədiyini sübut etdi”, - deyə bildirilib.Muxalifet3 - 27-02-2018
ADU-da dəyirmi masa - Cümhuriyyət İli
Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Rəsulzadə AXC-nin qurucularından və milli ideologiyanın banisi” mövzusunda dəyirmi masa keçirilib.
Universitetdən verilən məlumata görə, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva 2018-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb və bildirib ki, bu il çərçivəsində ADU-da silsilə tədbirlər keçirilir.Muxalifet3 - 27-02-2018
İsa Qəmbər Türkiyəyə müayinəyə gedir
Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedəcək.
Müsavat başqanı Arif Hacılı deyib ki, İsa Qəmbər özünü yaxşı hiss edir.
O bildirib ki, İ.Qəmbər Mərkəzi Klinik Xəstəxanadan evə buraxılacaq: “Daha keyfiyyətli tibbi müayinədən keçməsi üçün İsa bəyin Türkiyəyə getməsi yaxşı olar. İsa bəylə Türkiyəyə gedəcəyik. Orada İsa bəy daha keyfiyyətli tibbi müayinədən keçəcək”.Muxalifet3 - 27-02-2018
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah Bakı şəhərinin Nizami və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.
Muxalifet3 - 27-02-2018
FHN helikopterləri havaya qaldırdı - Axtarışlar
İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışlar Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində aparılır. Bu gün aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunub.
Muxalifet3 - 27-02-2018
Türkiyədən bu ölkəyə nota: O, hara getsə də...
PYD lideri Saleh Müslümün azadlığa buraxılması səbəbi ilə Türkiyə Çexiya tərəfinə nota göndərib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Çexiya məhkəməsinin qərarından sonra lazımi tədbirlər görülüb:
“Başqa ölkəyə də getsə də, daim onu izləyəcəyik”.
Qeyd edək ki, bu gün Praqa şəhərində keçirilən məhkəmədə PYD lideri Saleh Müslüm həbsdən azad edilib.
Muxalifet3 - 27-02-2018
Bu kitabların ölkəyə gətirilməsinə icazə verilmədi
Keçən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 1540 adda dini məzmunlu ədəbiyyata baxılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib.Muxalifet3 - 27-02-2018
PKK yezidiləri Afrinə yığır: Türkiyəyə qarşı MÜHARİBƏYƏ START VERİLİR
Ətraf şəhərlərdə yaşayan sakinlər müxtəlif adlar altında Afrinə aparıldıqdan sonra müharibədə canlı qalxan kimi istifadə edilir.
Muxalifet.az xəbər verir ki, bu sözləri peşmərgə komandanlarından olan Qasım Şeşo deyib.
“Yezidi qız və oğlanlar silah gücü ilə Afrinə aparılır. PKK-nın tələbini rədd edənlər güllələnir. Yezidilərdən biri artıq güllələnib. Digər iki nəfər isə yaralıdır. PKK-ya görə minlərlə ailə dağılıb”, - Şeşo bildirib.
Muxalifet3 - 27-02-2018
Prezident qəzaya düşdü
Polşa Prezidenti Andjey Dudadın olduğu avtomobil Krakov şəhərində qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, avtomobilin yol kənarındakı beton maneəyə çırpıldığı bildirilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Muxalifet3 - 27-02-2018