Axtarış

The search found 105785 results in 0.046 seconds.

Search results

  1. ​Rəsmi Londondan Əsədə xəbərdarlıq: "ABŞ-la birgə Suriya ordusuna aviazərbələr endirəcəyik"

    "Böyük Briyaniya dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə faktının təsdiqini tapacağı təqdirdə, ABŞ-la birgə Suriya ordusuna aviazərbələr endirilməsini ciddi şəkildə nəzərdən keçirir".
    "Reuters" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Boris Conson bildirib.
    "Bunun baş verdiyini sübut edə bilsək və Böyük Britaniyanın hərəkətə keçməsi üçün çağırış alsaq, bu işi ciddi dəyərləndirəcəyik", – B.Conson deyib./report/

    Muxalifet2 - 27-02-2018

  2. ​Koreya prezidenti 30 il HƏBS OLUNA BİLƏR

    Koreyanın eks-prezidentini 30 il həbs cəzası gözləyir.
    Bu məlumatı Koreya Respublikasının Baş Prokurorluğu yayıb. Baş Prokurorluq Pak Kın Henin korrupsiya, rüşvətxorluq, hakimiyyətdən sui-istifadə və dövlət sirlərinin açılmasında ittiham olunduğunu açıqlayıb.
    Qeyd edək ki, Pak Kın He böyük miqdarda korrupsiya qalmaqalında adı hallanandan sonra 2017-ci ilin əvvəlində istefaya göndərilib./axar/

    Muxalifet2 - 27-02-2018

  3. ​İş adamının oğlunun səhhəti pisləşdi – ÖLÜM İŞİ

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesə təqsirləndirilən şəxsin gətirilmədiyi məlum olub.
    Bildirilib ki, Rəhim Rəhimovun saxlandığı təcridxanada səhhətində yaranan problemlərlə bağlı məhkəməyə gətirilməsi mümkün olmayıb.
    Proses qeyri müəyyən günədək təxirə salınıb.

    Muxalifet2 - 27-02-2018

  4. SALİH MÜSLİMİN HƏBSİNİN GÖRÜNMƏYƏN ÜZÜ:ABŞ İrana yaxın kürd liderlərini niyə sıradan çıxarır? - TƏHLİL

    PYD-nin sabiq həmsədri Salih Müslimin Çexiyada yaxalanması xəbəri Vaşinqtona çatan kimi, həmən Amerikadakı mənbələrimi aradım. Onlara “Bu əməliyyatda sizin barmağınız varmı? Yenə Ocalanın yaxalanması prosesində baş verənlərə bənzər bir əməliyyatamı şahid oluruq?” deyərək, sual etdim.
    Söhbət etdiklərimin çoxu “Elə hesab etmirik” dedi, bir qismi isə qəti rədd etdi. Amma hamısı bunu söylədi: “Amerika kəşfiyyatının işi olmasa da, bu anda bunun olmasından çox məyus olduğumuz da söylənə bilməz”.

    Muxalifet2 - 27-02-2018

  5. 27 yaşlı jurnalist sevgilisi ilə birgə GÜLLƏLƏNDİ – Son araşdırması vergi haqda olub...

    Slovakiyada 27 yaşlı jurnalist Yan Kutsyakın cəsədi aşkarlanıb.
    Bu barədə informasiyanı Slovakiya mətbuatı yayıb.
     Kutsyak sevgilisi Martina Kuşnnirovoyla birgə güllələnib.
    Jurnalistin cəsədi öz evində 25 fevralda aşkarlanıb. Onun ölümünün apardığı araşdırma ilə bağlı olduğu iddia edilir.
    Qeyd edək ki, Yan Kutsyak “Aktuality.sk” saytında çalışıb. Onun son araşdırması Slovakiyadakı vergi fırıldaqçılığı ilə bağlı olub.
    Bu, Slovakiya tarixində jurnalistə qarşı ilk cinayət hadisəsidir/Axar.az.

    Muxalifet2 - 27-02-2018

  6. ​“Atam birinin başını kəsdi, o birinə də...” - Azərbaycanlı futbolçunun ETİRAFLARI

    ARB TV-nin"Rezonans”verilişi bu dəfə məhbus Abdulla Xəlilovun həbsxana hekayələrini təqdim edib.
    Abdulla Xəlilov (cəzası 7 il): "Anam 1 yaşım olanda vəfat etdi. Atam ikinci dəfə evləndi. Futbol həyatımın mənasıdır. Uşaq vaxtı məhlədə polis-bandit oynayanda onları"podyez”ə salıb döyüb deyirdim ki, banditlik etməyin. Polis olmaq istəyirdim.

    Muxalifet2 - 27-02-2018

  7. ​Türk olmaq üzərimizə öhdəlik qoyur – ƏLİ HƏSƏNOV

    Dövlətimizin inkişafını, o cümlədən xarici ölkələrdəki diasporların qarşısına qoyulan vəzifələrin aktuallığını nəzərə alsaq, düşünürəm ki, bu qurultay tam vaxtında keçirilir. Qurultay növbədənkənar olsa belə, Avropa Azərbaycanlıları da keçən dövrə yekun vurmaq və qarşıda duran yeni vəzifələri müəyyən etmək anlamında bu gün üçün məqbul vaxt seçiblər.

    Muxalifet2 - 27-02-2018

  8. ​Rusiya muzdlusundan sensasiyalı AÇIQLAMA: “150 əsgərin meyiti soyuducudadır, seçkidən sonra təhvil veriləcək”

    Rusiya vətəndaşlarını Suriyada muzdlu əsgər kimi xidmətə göndərən hərbi səfərbərçilərdən biri “France 24” kanalına anonim müsahibə verib.
    "The Business Insider" saytı yazır ki, həmin şəxs bu müsahibədə Rusiya vətəndaşlarının bu yaxınlarda Suriyada Amerika qüvvələri tərəfindən zərbəyə məruz qalaraq həlak olmasının ölkəsi üçün nə dərəcədə böyük bir rüsvayçılıq olmasından söz açıb. "Mənə hər həftə beş-altı yeni səfərbər müraciət edir, – həmin şəxs deyib, – Bəziləri mənə zəng edirlər, bəziləri isə şəxsən görüşürlər".

    Muxalifet2 - 27-02-2018

  9. ​Pensiya və müavinətlərin artımı üçün 200 milyon ayrılacaq

    "Azərbaycanda bu il pensiya və sosial müavinətlərin artımının maliyyələşdirilməsi üçün əlavə 200 milyon manat ayrılacaq".
    Muxalifət.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
    Nazir qeyd edib ki, ümumilikdə pensiya və sosial müavinətlərin artımı 1,856 milyon nəfəri əhatə edəcək.

    Muxalifet2 - 27-02-2018

  10. ​Suriya ordusu vurula bilər – Araşdırma BAŞLADI

    Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing. Organisation for the Prohibition of Chemical Weapons) Suriyada araşdırmalara başlayıb.
    Muxalifət.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təşkilat Suriyadakı kimyəvi silahlardan istifadə edildiyinə dair iddiaları araşdıracaq.
    Qeyd edək ki, son günlər Suriyanın hökumət güclərinin kimyəvi silahdan istifadə etdiyinə dair iddialar çoxalıb. ABŞ isə bəyan edib ki, Dəməşqin kimyəvi silahlardan istifadə etməsi sübuta yetirilərsə, bu, Suriya ordusunun vurulması üçün əsas yarada bilər.

    Muxalifet2 - 27-02-2018

  11. ​Çin və Cənubi Koreya arasında – GƏRGİNLİK

    Çin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Yapon dənizi üzərindən təlim uçuşu həyata keçirərkən Cənubi Koreya hava sərhədlərinə daxil olub.
    Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
    Məlumata əsasən, yerli vaxtla 09:34-də Çin qırıcısı Cənubi Koreya sərhədləri daxilinə doğru 48 kilometr məsafədə qət edib.
    Qırıcı 4 saatdan sonra Seula məxsus F-15K döyüş təyyarəsinin havaya qalxmasından sonra Cənubi Koreya sərhədlərini tərk edib.

    Muxalifet2 - 27-02-2018

  12. Daşkənd Orta Asiyanın maliyyə liderinə çevrilir:Tacikistan Özbəkistanın maraq dairəsinə girib – TƏHLIL

    Martın əvvəlində Özbəkistan prezidenti Şövkət Mirziyoyevin Tacikistana dövlət səfəri baş tutacaq. Ekspertlər iki ölkə prezidentinin qarşıdakı danışıqlarını artıq indidən irəliləyiş adlandırırlar. Gözlənilir ki, Daşkənd və Düşənbə viza rejimindən imtina edəcək, əlavə avia- və dəmiryollarının açılışı, habelə yeni nəzarət-buraxılış və sərhəd postlarının qurulması haqda anlaşacaqlar. Daşkənd ixracatqabağı maliyyələşmə çərçivəsində Tacikistana 100 milyon dollar ayırmağa hazırdır.

    Muxalifet2 - 27-02-2018

  13. ​Vətəndaşı təhqir edən polis orqandan QOVULDU

    Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.
    Bir neçə gün öncə sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks etdirən video yayılıb.

    Muxalifet2 - 27-02-2018

  14. ​PKK-nın Afrində “çoban hiyləsi” BAŞ TUTMADI

    Afrində türk əsgərləri mülki insanların arasına qarışaraq gizlənməyə çalışan 2 PKK/PYD terrorçusunu yaxalayıb.
    Muxalifət.az xəbər verir ki, terrorçular özlərini çoban kimi qələmə verərək türk əsgərlərini aldatmağa çalışıb.
    Məlumata görə, aparılan axtarış nəticəsində terrorçuların mobil telefonlarında terror qruplaşmasına aid sənədlər tapılıb. Keçirilən məhkəmə prosesində saxlanılan şəxslərin həbs edilməsi qərarı verilib.

    Muxalifet2 - 27-02-2018

  15. İŞİD-in əlindən qaçıb gələn çeçen uşaqlar: Onların hekayətləri DƏHŞƏT DOĞURUR

    ABŞ-ın The New York Times qəzetinin əməkdaşı Endryu Kramer İŞİD-in əlindən qoparılıb yenidən Çeçensitana, doğmalarına geri qaytarılan körpə uşaqlar barədə yazıb.
    Yüzlərlə az yaşlı uşaq ABŞ-ın rəhbərliyi altındakı koalisiya və ya Suriya hökumət qoşunları tərəfindən İŞİD-dən azad edilən şəhərlərin dağıntıların altından çıxarılaraq Rusiyaya təhvil verilib. Rusiya hakimiyyəti isə onları yenidən yaxın qohumlarına verib.

    Muxalifet2 - 27-02-2018

  16. ​Prokuror Taleh Bağırovun silahdaşına CƏZA İSTƏDİ

    Müsəlman Birliyi Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
    O, Əhsən Nuruzadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
    Növbəti proses martın 6-da davam edəcək.
    İttihama görə, Əhsən Nuruzadə ötən il oktyabrın 6-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

    Muxalifet2 - 27-02-2018

  17. ​Seçkilərlə bağlı müraciətlər araşdırılır – MSK-da SEMİNAR

    2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsinə, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsinə hədəflənmiş müxtəlif səpkili irimiqyaslı layihələri davam etdirir.

    Muxalifet2 - 27-02-2018

  18. Çexiyanın terrorçubaşını buraxmasına TÜRKİYƏDƏN İLK KƏSKİN REAKSİYA

    Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ, Çexiya məhkəməsinin terrorçubaşı Saleh Müslimi sərbəst buraxmaq qərarına kəskin reaksiya göstərib.
     
    Baş nazirin müavini Bəkir Bozdağ, Çexiya məhkəməsinin keçmiş PYD həmsədri Saleh Müslimi azad etməsilə bağlı, "Verilən qərar beynəlxalq hüquqa ziddir. Bu qərar Çexiya ilə münasibətləri təsir edəcək. Bu qərar terrora çox dəqiq dəstək qərarıdır" deyib. Ankarada jurnalistlərə açıqlama verən baş nazirin müavini və hökumət sözçüsü Bozdağ bunları deyib:

    Muxalifet3 - 27-02-2018

  19. ​Neymar "Real"a qarşı oynamayacaq - RƏSMİ

    Fransa çempionatının 27-ci turunun "Marsel"lə oyununda (3:0) zədələnən PSJ-nin hücumçusu Neymarın durumuna aydınlıq gəlib.
    Qol.az-ın xəbərinə görə, sözügedən görüşdə topuğu burxulan braziliyalı futbolçu ən azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Məlumatı klubun rəsmi saytı yayıb. Bu isə o deməkdir ki, Neymar martın 6-də Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real"la cavab matçını buraxacaq.
    Qeyd edək ki, bu komandalar arasında Madriddə keçirilən ilk oyunda PSJ 1:3 hesabı ilə uduzmuşdu.

    Muxalifet2 - 27-02-2018

  20. ​Afrində PYD-YPG qərargahları MƏHV EDİLDİ

    Türkiyə Silahlı Qüvvələri və ASO-nun həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində azad edilmiş bölgələrdə yerləşən PYD-YPG qərargahları məhv edilib.
    Türkiyə ordusu Şeran bölgəsində yerləşən Öməranlı kəndində əməliyyat keçirib.
    Əraziyə hər hansı qəfil hücum ehtimalına qarşı kəndə yaxın ərazilərdəki terrorçu mövqelərinə artilleriya zərbələri endirilib. Öməranlı kəndində PYD-YPG qərargahlarında qurulmuş tələ və partladıcıları zərərsizləşdirən türk əsgəri həmçinin terror qruplaşmasının rəmzləri və bayraqlarını da məhv edib./axar/

    Muxalifet2 - 27-02-2018

Pages