Axtarış
The search found 105785 results in 0.05 seconds.
Search results
Son 3 həftədə qripdən ölənlərin sayı 50 nəfərə çatdı
Çexiyada qeydə alınan qrip epidemiyası can almağa davam edir.
Muxalifət.az xəbər verir ki, son bir ay ərzində qripdən ölənlərin sayı 50 nəfəri keçib. Çexiya Dövlət Səhiyyə İnstitutunun yaydığı məlumata görə, xəstəxanalara müraciət edən xəstələrin vəziyyəti ağırdır.
Məlumatda o da qeyd olunub ki, qrip epidemiyası səbəbindən ölənlərin əksəriyyəti yaşlı və uşaqlardır. Beləki ölənlərdən 43 nəfərin 60-dan çox yaşı olub. Digərləri isə təxminən 25-59 yaş aralığında olan şəxslər.Muxalifet2 - 28-02-2018
Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - QANUN SƏRTLƏŞİR
Milli Məclisə yeni düzəlişlər göndərildi; əcnəbi və ya vətəndaşlığı olmayan şəxs dini təbliğat apararsa, 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq
Muxalifet2 - 28-02-2018
Hizbullahdan ABŞ-a qarşı çağırış: HÜCUMA KEÇİN...
Vaşinqton səfirliyin Təl-Əvivdən Qüdsə köçürmək qərarı verməklə ərəb dünyasındakı cinayət tərəfdaşlarını və Fələstinin suverenliyini gözardı etməyi hədəfləyir.
Muxalifət.az xəbər verir ki, bu barədə Hizbullah hərəkatının bəyanatında deyilib.
“Ərəb cinayət ortaqlarının bu işdə əlinin olması ABŞ-ı səfirliyin köçürülməsi işində daha da cəsarətləndirib. Bu qərar müsəlman dünyasına, ərəb xalqına və bütün beynəlxalq ictimaiyyətə hörmətsizlikdir. Müqəddəs məkanlara yenidən sahib olmağın yolu müqavimət hərəkatı və intifadadır”, - deyə bildirilib.Muxalifet2 - 28-02-2018
Türkiyə Fransanın Afrin yalanını ÜZƏ ÇIXARTDI
"Fransa mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makronun telefon söhbəti zamanı Afrin məsələsi haqqında fikirlərini təhrif ediblər".
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy jurnalistlərə açıqlamasında bildirib. Fransa prezidentinin ofisindən yayılan bəyanatda Türkiyə prezidenti ilə telefon söhbəti zamanı Makronun Suriyadakı insanların, xüsusilə Afrin sakinlərinin vəziyyətinə dair fikirlər səsləndirildiyi qeyd olunub.Muxalifet2 - 28-02-2018
ABŞ-dan ortalığı qarışdıracaq İDLİB SİQNALI
ABŞ Mərkəz Qüvvətlər Komandiri Votel, Türkiyənin “Zeytun Budağı” hərəkatı haqqında “diqqətimizi dağıdır” deyərkən, İdlib məsələsində də, bölgəyə müdaxilə siqnalı şəklində qəbul edəcək və çox mübahisəli ifadələr işlədib.
İDLİBƏ MÜDAXİLƏ SİQNALI
Muxalifet3 - 28-02-2018
Qərbin seçki sürpriz(lər)i - BAKI ÜÇÜN DƏ KRİTİK GÖZLƏNTİ
Putinin yaxın adamından sensasion iddia: “Seçki ərəfəsi müharibə başlaya bilər”; səsvermə günü yaxınlaşdıqca İrəvan və Moskvada narahatlıq artır; Rusiya nəşri: “Ermənistan Amerika ilə bağlı taleyüklü səhvə yol verə bilər...”
Muxalifet2 - 28-02-2018
Çempionlar Liqasında yeni mövsümün KEÇİRİLMƏ QAYDASI
UEFA 2018-2019 mövsümündə Avropa kuboklarının keçirilmə sistemini açıqlayıb.
Gələn mövsüm Çempionlar Liqasında qrup mərhələsinə 26 klub birbaşa vəsiqə əldə edəcək.
Təsnifat mərhələsindəki hər bir komanda isə Avropa Liqasında oynamaq üçün ikinci şans qazanacaq.
17 komanda Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqəyə yiyələnəcək. Qalan 31 klubdan 10-u Çempionlar Liqasının "pley-off", 21-i isə iki müxtəlif istiqamət - Çempionlar Liqası və Avropa Liqasından gələcək.Muxalifet2 - 28-02-2018
Ermənilər yeni ərazi işğal edir: QARA DƏNİZƏ ÇIXIŞ…
Abxaziyadakı ermənilərə ABŞ və Rusiyadakı erməni lobbisi böyük dəstək verir.
Muxalifət.az xəbər verir ki, bu iddia ilə Gürcüstanın “Asaval Dasavali” qəzeti çıxış edib. Məqalədə qondarma rejimdəki ermənilərin Abxaziya iqtisadiyyatının 80%-nə nəzarət etdiyini yazıb:
“Üstəlik, burada etnik ermənilərin sayı gözlənilmədən artır. Qara dənizə çıxış yolu əldə etmək erməni tərəfi üçün strateji istiqamət olub. Amerikadakı erməni lobbisi də Ermənistanın Abxaziyanı tutmaq siyasətini dəstəkləyir. Erməni tərəfi bu qondarma rejimin Gürcüstana qaytarılmasını istəmir”.Muxalifet2 - 28-02-2018
Casus şəbəkəsinin işi qapalı məhkəmədə
Orduya 1988-1990-cı illərdən sızan şəbəkə hansı cinayətlər törədib?
“Casusluqda ittiham olunanlar müxtəlif şəraitdə müxtəlif yerlərdə cinayət törədiblər. Onların bir qisminin cinayət işi məhkəməyə göndərilib, bir qismi də göndəriləcək”.
Bunu APA ya açıqlamasında hərbi prokuror Xanlar Vəliyev deyib.Muxalifet2 - 28-02-2018
"Zeytun budağı"nın 40-cı günü - Terrorçuların dəhşət YAŞADIĞI DAHA BİR GECƏ
Suriyanın Afrin bölgəsində YPG/PYD/PKK-İŞİD terror təşkilatlarını məhv etmək, bölgə xalqının təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən həyata keçirilən “Zeytun budağı” hərəkatı 40-cı gününə qədəm qoyub.
Muxalifət.az xəbər verir ki geridə qalan 39 gündə 2083 terrorçu məhv edilib.
Birləşmiş qüvvələr özəl birliklərin də dəstəyilə dünən Afrinin mərkəzinə doğru irəliləyərkən Raco dağının ətəyində təsbit edilən hədəflər havadan və qurudan bombardman edilib.Muxalifet2 - 28-02-2018
ABŞ: Türkiyə atəşkəs qərarını yenidən oxusun!
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Suriyada elan edilmiş atəşkəslə bağlı danışıb.
Muxalifət.az xəbər verir ki, Noyert atəşkəs qərarının bütün ölkə ərazisini əhatə etdiyini vurğulayıb.
“Türkiyə bu sənədi daha yaxşı şəkildə yenidən oxumalıdır. 30 gün ərzində Suriyanın hər tərəfində atəşkəsi nəzərdə tutur. Türkiyəyə BMT Təhlükəsizlik Şurasının qərarını yenidən oxumasını tövsiyə edirik”, - Noyert bildirib.Muxalifet2 - 28-02-2018
İsa Qəmbər müayinə üçün Türkiyəyə getdi
Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedib.
“Report”un xəbərinə görə, İ.Qəmbəri Müsavat Partiyasının başqanı Arif Hacılı və Mərkəzi Klinik Xəstəxananın həkimi müşayiət edir.
İ.Qəmbər Ankaradakı xəstəxanaların birində müayinə olunacaq.
Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.Muxalifet2 - 28-02-2018
Çindən Suriyaya BÖYÜK DƏSTƏK - 40 milyon
Çin höküməti tərəfindən Suriyaya humanitar yardım göstərilib.
Muxalifət.az xəbər verir ki, bu barədə mətbuata Çin Xalq Respublikasının Suriyadakı səfiri Si Syanszin məlumat verib. Səfir bildirib ki, humanitar yardım məqsədilə Çin Suriyaya 5,4 min ton düyü göndərib.
Səfir çıxışında rəsmi Pekinin Suriya torpaqlarında ədalətin bərpasında maraqlı olduğunu və bu istiqamətdə fəal rol oynamağa səy göstərdiklərini də qeyd edib:Muxalifet2 - 28-02-2018
Əsəd rejiminin PKK və İŞİD-ə yerləşdirdiyi 70 CASUS “PKK-lı”
Hələbin keçmiş prokuroru Ənvər Mecni, Suriyada vətəndaş müharibəsinin başlaması ilə birlikdə 13 mindən artıq məhbusu sərbəst buraxan Əsəd rejiminin bu insanları kəşfiyyat təşkilatının əli ilə PKK və İŞİD-in içinə yerləşdirdiyini deyib. Mecni, buraxılanlardan 70-nin hazırda PKK-nın üst səviyyə rəhbərlikdə təmsil olunduğunu qeyd edib.
Muxalifet3 - 28-02-2018
72 yaşlı kişi intihar etdi - XIZIDA
Xızıda intihar hadisəsi qeydə alınıb.
Muxalifət.az xəbər verir ki, şəhər sakini 72 yaşlı Qüdrət Cabbarov özünü yaşadığı evdə asıb.
Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./apa/Muxalifet2 - 28-02-2018
“Çaqqal” ləqəbli GENERAL ÖLDÜ
Argentinada diktatura dövrünün “kirli müharibə” generalı Luçiano Benjamin Menendes 90 yaşında ölüb.
Muxalifət.az xəbər verir ki, bu barədə “Frans Press” yazıb.
Menendes qarşıdurmaların mərkəzi, Argentinanın ikinci böyük şəhəri olan Kordovada 3-cü ordu korpusuna rəhbərlik edib. “Kaftar” və “Çaqqal” ləqəbləri ilə tanınan Menendes 1976-1983-cü illərdə hərbi rejimin minlərlə müxalifə işgəncə verdiyi “La Perla” düşərgəsinin lideri olub.Muxalifet2 - 28-02-2018
Koalisiyanın Suriyaya endirdiyi aviazərbələr nəticəsində 24 NƏFƏR ÖLDÜ
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyaya endirdiyi növbəti hava zərbələri nəticəsində azı 24 dinc sakin həyatını itirib.
“Report” xəbər verir ki, bu barədə yerli SANA informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, aviazərbələr Deyr-əz-Zor şəhərindən şərqdə yerləşən Zahret-əl-Allüni yaşayış məntəqəsi yaxınlığına köçürülmüş bir qrup şəxsin olduğu əraziyə endirilib.
Həmçinin çoxlu sayda yaralının olduğu qeyd edilir. Onlardan bəzilərinin vəziyyəti ağırdır.Muxalifet2 - 28-02-2018
Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar nə vaxt fəaliyyətə başlayacaq?
Bakıda Novruz bayramı ilə bağlı bayram yarmarkaları üçün nəzərdə tutulan çadırların quraşdırılmasına başlanılıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Onun sözlərinə görə, fevralın 27-dən etibarən bayram yarmarkaları üçün çadırlar quraşdırılır:Muxalifet2 - 28-02-2018
Şimali Koreya ilə bağlı ŞOK İDDİA: Suriyanı...
Şimali Koreya Suriyaya kimyəvi silah istehsalında istifadə olunacaq materiallar göndərib.
Muxalifət.az xəbər verir ki, bu iddia “Nyu York Tayms” qəzeti tərəfindən Birləşmiş Millətlər Təşkilatı Sanksiya Komitəsinin hələ ki, yayımlanmayan sənədlərinə istinadən ortaya atılıb.Muxalifet2 - 28-02-2018
Moskvadan Nazarbayevə İKİBAŞLI MESAJ
Rusiya və Qazaxıstan Mərkəzi Asiyada geosiyasi oyunların baş verməməsi üçün çox şey edə bilərlər.
Muxalifət.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin söyləyib.Muxalifet2 - 28-02-2018