Axtarış
The search found 105785 results in 0.069 seconds.
Search results
Terrorçubaşı Saleh Müslimi buraxdıran ÖLKƏ BƏLLİ OLDU
Praqada Saleh Müslimin məhkəməsi ilə bağlı bir teatr səhnəsi oynanıldı. Həftə sonunda nəzarətə alınan və Türkiyənin ekstradisiyasını tələb etdiyi terrorçubaşı, çıxarıldığı məhkəmədə reaktiv sürətilə “bəraət” aldı. Çexiyanın paytaxtı Praqada yaxalanan terror təşkilatı PKK/PYD-nin keçmiş həmsədrlərindən Saleh Müslim, dünən çıxarıldığı məhkəmədə sərbəst buraxıldı. Çexiyanın qalmaqal qərara imza atmasında Avropa İttifaqının (Aİ) bu ölkəyə etdiyi təzyiqinin təsirli olduğu bildirilir.
Muxalifet3 - 28-02-2018
Trampın yəhudi kürəkəni “gizli təhlükəsizlik” TOPLANTILARINA BURAXILMAYACAQ
ABŞ mediası, prezident Donald Trampın kürəkəni və məsləhətçisi olan Jared Kuşnerin haqqındakı təhlükəsizliklə bağlı mühakimə prosesi yekunlaşana qədər çox gizli təhlükəsizlik toplantılara qatılmasına icazə verilməyəcəyini xəbər verib.
Əsas olaraq təhlükəsizlik orqanları Kuşnerin mühakiməsinin hələ tamamlanmamış olmasını göstərib.
Kuşnerə Ağ Evdəki gizli təhlükəsizlik məlumatlarını əldə etməsinə və çox gizli sənədlərə çatması üçün təxminən bir illik müvəqqəti icazə verilmişdi.Muxalifet3 - 28-02-2018
TSQ-dan Afrindəki son durumla bağlı AÇIQLAMA: ÖLDÜRÜLƏN TERRORÇU SAYI ARTDI
Türk Silahlı Qüvvələri, “Zeytun Budağı” hərəkatının başlanğıcından bu yana 2184 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Müxalifət.azMuxalifet3 - 28-02-2018
ABŞ qırıcısı havada buz bağladı: PİLOTU DON VURDU
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Qrovler təyyarəsi uçuş zamanı şiddətli donvurmaya məruz qalıb.
Muxalifət.az xəbər verir ki, bu barədə “Defans Nyus” informasiya yayıb.
Hadisə Sietl şəhərindən 90 kilometr aralıda 7600 metr yüksəklikdə baş verib. Təyyarə Vaşintondakı Uidbi-Aylend bazasından Kaliforniyadakı Çayna-Leyk bazası istiqamətində hərəkət edib.Muxalifet2 - 28-02-2018
Putin rejimi çökəcək, Rusiya isə dağılacaq - PORTNİKOV
Ukrayna Krımı yalnız Kremldəki hakim rejimin zəifləməsindən sonra geri qaytara bilər.
Muxalifət.az xəbər verir ki, bunu “Espreso” televiziyasına müsahibəsində ukraynalı ekspert Vitali Portnikov söyləyib. Onun sözlərinə görə, Qərb sanksiyaları Kremli zəiflədir, amma bu proses çox zəif gedir:Muxalifet2 - 28-02-2018
Koreya liderləri haqda şok həqiqət ÜZƏ ÇIXDI - FOTOFAKT
“Röyters” agentliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və onun atası Kim Çen İrin pasportlarının fotosurətlərini dərc edib.
Muxalifət.az xəbər verir ki, pasportlar Braziliyaya aiddir.
Agentliyin Braziliyadakı həmsöhbətləri sənədlərin orijinal olduğunu bildirıblər. Onların sözlərinə görə, bu pasportlar iki Avropa dövlətinə vizaların verilməsi üçün istifadə olunurdu. Koreya liderləri həmçinin pasportlardan Braziliya, Yaponiya və Honkonqa səyahətlər üçün istifadə edə bilərdilər.Muxalifet2 - 28-02-2018
RUSİYANIN TƏKLİFİ, TÜRKİYƏNİN ETİRAZI:Suriyaya dair fərqli maraqlar gec-tez Moskva və Ankaranı üz-üzə qoyacaq - TƏHLİL
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrinlə bağlı Ankara və Şamı dialoqa çağırmasından sonra Türkiyə-Rusiya ittifaqında çatlar ortaya çıxıb. Bu çağırış hökumətyönlü və müstəqil türk analitiklərinin Türkiyənin Suriyada Rusiyanın dəstəyinə nə dərəcədə etibar edə biləcəyinə dair müzakirələrinə səbəb olub.
Lavrovun sözlərinə görə, rejim milisləri Afrinə, Ankarada terror təşkilatı sayılan YPG-nin çağırışına cavab olaraq girib. Türkiyə isə məlum olduğu kimi, YPG-ni Afrindən çıxarmaq üçün yanvarın 20-dən “Zeytun budağı” əməliyyatına başlayıb.Muxalifet2 - 28-02-2018
Türkiyə ABŞ-ın “atəşkəs” açıqlamasına QARŞI SƏRT ÇIXDI
ABŞ XİN sözçüsünün, “BMT TŞ-nın “Suriyada atəşkəs” qərarının Türkiyə tərəfindən yaxşı oxunması lazım olduğu” istiqamətindəki ifadələri, Türkiyə tərəfindən sərt qarşılıq görüb. Türkiyə XİN belə bir açıqlamanın heç bir təməl əsasının olmadığını vurğulayıb.
Muxalifet3 - 28-02-2018
“Rusiya ABŞ-ın havada üstün olmasına mane olur” - Pentaqondan ETİRAF
“Rusiyanın Yaxın Şərqdəki zenit-raket kompleksləri ABŞ-a havada üstün olmağa mane olur”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının başçısı, general Cozef Votel Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələr üzrə komitəsində bildirib.
Votelin təqdim etdiyi sənədə əsasən, ABŞ üçün ən böyük təhdidlər olan İran, Rusiya və Çin Vaşinqtonun lider mövqeyinə zərbə vura bilər.Muxalifet2 - 28-02-2018
Bakı şəhər kartının vaxt limiti və qiymətləri - AÇIQLANDI
"Bakı şəhər kartının vaxt limiti olacaq, amma həmin müddətdə xidmətlərdən limitsiz istifadə edə biləcək".
Trend-in məlumatına görə, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
K.Quluzadə bildirib ki, kartlar həm yerli, həm də xarici vətəndaşlar üçün istifadəyə veriləcək.
Kartlar 24, 72 saatlıq və 1 həftəlik olacaq. Qiymətə gəldikdə isə, bu kartlar 35, 60 və 90 manatlıq nəzərdə tutulub:Muxalifet2 - 28-02-2018
Rus KİV-i Lütfi Zadəni “dahi erməni alimi” adlandırdı
SMİ2 informasiya saytında azərbaycanlı alim “dahi erməni alimi - müasir Eynşteyn” kimi təqdim olunub
Muxalifet - 28-02-2018
Suriyada 8 milyard xərclədik, ancaq elə mədən aldıq ki… - İRAN
İran bütün pullarını İraq və Suriyada xərcləməyib.
Muxalifət.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzayi söyləyib.Muxalifet2 - 28-02-2018
Rusiya öz pullarını Qərb banklarında necə “yuyub”... - İFŞAEDİCİ TƏFƏRRÜAT
Bu günlərdə Rusiya prezidenti Vladimir Putin və onun yaxın ətrafının adı daha bir maliyyə fırıldağında çəkilməkdədir.
Almaniyanın “Berlingske” qəzetinin verdiyi məlamata görə, Putinə yaxın adamlar və Rusiyanın Federal Təhlükəsizlik Xidməti Danimarkanın ən iri bankı “Bank Danske”nin Estoniya filialında açılan hesablar vasitəsilə külli miqdarda pulu “yuyublar”.
“The Guardian” qəzetinin yazarı Lyuk Qardinqin yazıdğına görə, “Danske bank” həmin hesabların, daha doğrusu, 20 hesabın kimlərə aid olduğunu təsbit edən kimi dərhal onları bağlayıb.Muxalifet2 - 28-02-2018
“İki Suriya” və 5 HƏDƏF - ABŞ-ın yekun planı BƏLLİ OLDU
Yeddi ildir qanlı qarşıdurmaların davam etdiyi Suriyada proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi aydın olmağa başlayıb.
Publika.az Türkiyənin “Habertürk” nəşrinə istinadən xəbər verir ki, Amerikanın döyüş təyyarələrinin Fərat çayının qərbindən şərqinə keçməyə çalışan Rusiya gücləri və Suriya hökumətinə bağlı qüvvələri vurmasından sonra Fəratın şərqi ilə qərbi arasında “iki Suriya” yaradacaq “qırmızı xətt” faktiki olaraq çəkilmiş olub.Muxalifet2 - 28-02-2018
Erməni nazir Ukraynanın pullarına İtaliyada villa aldı – FOTO
Ukraynanın Daxili İşlər naziri Arsen Avakovun 2017-ci ildə İtaliyada Aralıq dənizi sahilində villa aldığı bəlli olub.
Ukrayna mediası villanın 26 otaqdan ibarət olduğunu bildirib. Villanın dəyəri 774 min avrodur.Muxalifet2 - 28-02-2018
KİV: İran Dəməşq yaxınlığında yeni raket bazası yerləşdirib
İran Suriyada yeni hərbi baza yerləşdirib.
“Report” “Fox News” televiziyasına istinadən xəbər verir ki, daimi bu ölkədə qalacaq bazada raketlər üçün anqarlar mövcuddur.
Bu hərbi obyektin Suriya paytaxtı Dəməşqdən təxminən 12 km şimal-qərbdə yerləşdiyi və ora İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının xüsusi qüvvələrinin nəzarət etdiyi bildirilib.Muxalifet2 - 28-02-2018
Bakıda silahlı şəxslərə qarşı - ƏMƏLİYYAT
Sabunçu rayonunda üzərlərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və ya gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbirləri həyata keçirilib.
Muxalifet2 - 28-02-2018
Zülfüqarovun 4 milyonunu ələ keçirənə – CƏZA
Bakıda vətəndaşı qanunsuz azadlıqdan məhrum etməkdə və dələduzluqda təqsirli bilinən Çingiz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Çingiz Abdullayev 12 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror ona 14 il cəza istəmişdi.Muxalifet2 - 28-02-2018
“İcra başçısı 100-200 yaşı olan böyük çinar ağaclarını bir gecədə kəsdirdi” – GÖYÇAYDAN ŞİKAYƏT
Göyçay rayonunun bir qrup sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qanunsuz əməllərinə etiraz edirlər. Mətbuda qeyd olunur:
“Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin özbaşınalığından cana doymuş insanlar artıq intihar həddindəyik. Çinarı və narı ilə dünyada şöhrət tapan Göyçayda yüzlərlə yaşı olan çinarları Mehdi Səlimzadə kütləvi şəkildə kəsdirib, rayonu xarabaya çevirir. Məqsəd ağacları kəsdirib ərazini satmaq və özü üçün ticarət mərkəzləri, bazarlar açmaqdır.Muxalifet - 28-02-2018
“Uşağım polisin köməyi ilə dərsə gedir...” – MƏKTƏBDƏ NƏ BAŞ VERİR
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin direktoru şagirdi köynəyinin üzərindən jilet geymədiyi üçün döyüb. Bu barədə Teleqraf.com-a məktəbin 9-cu sinif şagirdi Rauf Oruclunun valideyni Nahid Orucov məlumat verib. Onun sözlərinə görə, 2-ci qrup əlil olduğu üçün işləyə bilmir: “Uşağımın məktəb geyməyə şalvarı, köynəyi var. Məktəbə Azər Ələkbərov təzə direktor təyin olunandan sonra uşağın jiletinin olmamasını problem etdi. Dekabrda məni məktəbə çağırdılar. Kasib adam olduğumu və jileti almağa imkanım olmadığını bildirdim.
Muxalifet2 - 28-02-2018