Axtarış

The search found 105785 results in 0.044 seconds.

Search results

  1. YPG-li terrorçular Suriyada Rus ƏSGƏRİNİ ÖLDÜRDÜ

    Suriya xəbər agentlikləri, Orta Şərqdə nizamı dəyişdirəcək bir xəbər dərc edib. İddiaya görə, YPG-li terrorçular, Tel Rifat bölgəsində bir Rus əsgərini öldürüb.
     
    Keçən həftə YPG-li terrorçuların Tel Rifat bölgəsini Dəməşq rejiminə təhvil verəcəyi yönündə xəbərlər çıxmışdı. Bu gün isə Tel Rifatdan bir toqquşma xəbəri gəlib.
    Aktivistlər, Afrinin şərqində yerləşən rayonda qarşıdurma çıxdığını bildirir. İddiaya görə, münaqişədə YPG-li terrorçular bir Rus əsgərini öldürüb.

    Muxalifet3 - 28-02-2018

  2. ​Bakıda "Bulaq" restoranında atışmada iştirak edənlərə HÖKM OXUNDU

    Bakıda kriminal qruplaşmalar arasındakı silahlı atışmadan sonra həbs edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.
    Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdən sonra həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Təqsirləndirilən şəxslər Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovdur.

    Muxalifet2 - 28-02-2018

  3. BEŞ ÖLKƏNİN GİZLİ TOPLANTISI:Yeni Yaxın Şərq strategiyası və Türkiyəni gözləyən böyük təhlükələr - "SYRİE LEAKS" DOSYESİ

    Hələ yanvar ayında ABŞ, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı və İordaniya təmsilçiləri arasında keçirilmiş gizli görüşün təfərrüatları və yeni Yaxın Şərq strategiyası aşkara çıxıb. Beş ölkənin gizlicə reallaşdırdığı təmasları bir qrup fransız jurnalist "Syrie Leaks" adı altında mediaya sızdırıb. Təqaüdçü səfir Uluç Özülker sızdırılan məlumatların detallarını “Sputnik”ə şərh edib.

    Muxalifet2 - 28-02-2018

  4. ​Oğlum Afrinə gedə bilməz - KILIÇDAROĞLU

    CHP sədri Kamal Kılıçdaroğlu hərbi xidmətdə olan oğlunun Afrinə göndərilə bilməyəcəyini deyib.
    Axar.az xəbər verir ki, bu barədə siyasətçi “Milliyət”ə danışıb.
    “Oğlumu Afrinə göndərməzlər, çünki lazımı qədər təlimi yoxdur. Xidmətdən qayıdıb evlənmək hazırlıqlarına başlayacaq”, - Kılıçdaroğlu bildirib.

    Muxalifet2 - 28-02-2018

  5. ​Gəncədə qorxunc dəstənin 3 üzvü də TUTULDU – Biri qadındır

    Gəncə şəhərində soyğunçuluq, quldurluq və oğurluq cinayətləri törədən mütəşəkkil dəstənin daha bir neçə üzvü müəyyən edilib.
    Muxalifət.az xəbər verir ki, həbs edilmiş Elxan Yaqubov və Adil Nuriyevin ətrafında istintaq hərəkətləri davam etdirilib.
    Onların fevralın 5-dən 25-dək olan müddətdə Goranboy rayon sakini Eldar Qənbərov, Gəncə şəhər sakinləri Şaiq Hacıyev və Aytən Allahverdiyeva ilə birgə Gəncənin Nizami rayonu ərazisindəki 3 evdən pul, qızıl və məişət əşyaları oğurladıqları müəyyən olunub.

    Muxalifet2 - 28-02-2018

  6. Ərdoğan özündən bəhs edən filmə QADAĞA QOYDU - Tələb edirik...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatı haqqında çəkilən “Dədə Sultan” filmi yayımlanmayacaq.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Ərdoğan qərar qəbul edib.
    Ərdoğanın vəkili Hüseyn Aydın filmi hazırlayan “Baran Mediya” şirkətinə bununla bağlı xəbərdarlıq edib.
    Xəbərdarlıqda deyilir:

    Muxalifet2 - 28-02-2018

  7. 36 MİNDƏN ÇOX ŞAGİRD İMTAHAN VERƏCƏK

    Ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün martın 4-də buraxılış imtahanının birinci mərhələsi keçiriləcək. Həmin gün ümumilikdə 36846 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə fevralın 23-dən etibarən çap ediblər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

    Muxalifet2 - 28-02-2018

  8. ​Canlı yayımda QALMAQAL: Sobçak Jirinovskiyə su atdı

    Rusiyada prezident seçkiləri ərəfəsində davam edən kampaniya zamanı qalmaqal qeydə alınıb.
    Trend-in məlumatına görə, “Rossiya 1” telekanalında debatlar zamanı Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak başqa namizəd Vladimir Jirinovskinin üzərinə su atıb.
    Qeyd olunur ki, başqa bir namizəd Sergey Baburinin çıxışı zamanı V.Jirinovski müdaxilə edib.
    Əvəzində K.Sobçak onu sakit olmağa çağırıb. İki nəfər arasında yaranan mübahisə qalmaqala çevrilib. Nəticədə debatın yayımı dayandırılıb.
    Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

    Muxalifet2 - 28-02-2018

  9. ​Yasamalın yeni icra başçısından KADR DƏYİŞİKLİKLƏRİ - Köhnə başçının bacısı oğlu da işdən çıxarıldı

    Yasamal Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Əziz Əzizov icra hakimiyyəti Aparatında bir sıra kadr dəyişiklikləri edib.
    Muxalifət.az xəbər verir ki, Ə.Əzizov rayon Təsərrüfat şöbəsinin baş məsləhətçisi Məmmədov Fəxrəddin Məhəmməd oğlunu özünə köməkçi təyin edib.
    Təsərrüfat şöbəsinin baş məsləhətçisi vəzifəsinə isə Həsənov Seyran Gülməmməd oğlu təyin olunub.

    Muxalifet2 - 28-02-2018

  10. ​Suriyada vəziyyət pisləşir - LAVROV

    Suriyada vəziyyət vətəndaşlar üçün deyil, terrorçular üçün daha pis duruma gəlib.
    Muxalifət.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
    "Suriyada vəziyyətin pisə getdiyini düşünmürəm. Vəziyyət ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın şüurlu və ya şüursuz olmadan davamlı qoruduğu Nüsrə Cəbhəsi üçün pisləşir", - Lavrov söyləyib

    Muxalifet2 - 28-02-2018

  11. ​Gürcüstana avtomobillə gedənlərin NƏZƏRİNƏ

    Mart ayının 1-dən etibarən Gürcüstana 15 gündən az olmayan müddətə avtonəqliyyat vasitəsi ilə daxil olan xarici vətəndaşlardan avtomobil sığortası tələb olunacaq.
    Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, qüvvəyə minəcək yeni qaydalara əsasən, sığortanı nəzarət-buraxılış məntəqələrində əldə etmək mümkündür.

    Muxalifet2 - 28-02-2018

  12. ​İRAN ELƏ BİR RAKET İSTEHSAL ETDİ Kİ...

    İran İslam İnqilabının Keşikçiləri Korpusunun helikopter mərkəzində yeni raketin təqdimatı olub.
    Muxalifət.az xəbər verir ki, İran istehsalı olan yeni raketdən hava döyüşlərində istifadə ediləcək.
    İran İslam İnqilabının Keşikçiləri Korpusunun generalı Məhəmməd Əli Cəfəri bildirilib ki, uzunluğu 3096 millimetr olan yeni raket 10 kilometr uzaqlıqdan hədəfi vurmaq imkanına malikdir. Yeni raket İran İslam İnqilabının Keşikçiləri Korpusunun hava hücumundan müdafiə qüvvələrinə təqdim olunub.

    Muxalifet2 - 28-02-2018

  13. Fərqlənmə attestatı almaq istəyənlərin diqqətinə... - DİM

    Ümumi təhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması qaydalarına əsasən şagirdlər ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında test tapşırıqlarından əlavə təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyənlər üçün inşa yazmaq məcburidir. İmtahanlarda inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır.

    Muxalifet3 - 28-02-2018

  14. ​Marqvelaşvili azərbaycanlını əfv etdi

    Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili əfv fərmanı imzalayıb. Muxalifet.az xəbər verir ki, dövlət başçısının fərmanı ilə 116 nəfər məhbus əfv olunub. Əfv olunanlardan biri də Azərbaycan Respublikasının vətəndaşıdır. Gürcüstanın Əfv məsələləri üzrə Dövlət Komissiyasının sədri Zviad Koridze açıqlamasında bildirib ki, əfv olunan məhbuslardan 73 nəfəri, o cümlədən 4 qadın bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək. Həmçinin əfv olunan Azərbaycan Respublikasının vətəndaşı bu gün həbsxanadan buraxılacaq. Bundan başqa, daha 43 nəfərin cəzalarının çəkilməmiş hissəsi xeyli azaldılıb.

    Muxalifet3 - 28-02-2018

  15. ​Putin: “Buna sonsuza qədər dözməyəcəyik”

    “Rusiya terrorçuların Dəməşqi atəşə tutmasına sonsuza qədər dözməyəcək”.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Avstriyanın kansleri Sebastyan Kurtsla danışıqlardan sonra bildirib.
    Ölkə liderinin sözlərinə görə, terrorçular hər gün Suriya paytaxtına 50-80 raket zərbəsi endirirlər.
    “Şərq Qutada olan döyüşçülər hər gün Dəməşqə zərbələr vururlar. Həmçinin, terrorçular atdığı raketlər Rusiya səfirliyi və ticarət nümayəndəliyinin ərazisinə düşür. Buna sonsuza qədər dözmək olarmı? Əlbəttə ki. xeyr”, - dövlət başçısı deyib.

    Muxalifet3 - 28-02-2018

  16. Qətərdən Əsəd və Trampın qərarına sərt münasibət

    Qətər Suriya rejiminin Şərqi Quta bölgəsinə yönəlik hücumlarını pisləyib.
    Muxalifet.az xəbər verir ki, Qətər Nazirlər Kabinetinin toplantısında BMT Təhlükəsilik Şurasının qərarına əməl etməyən Əsəd rejiminin daha çox məsum insanın qanını tökəcəyi bildirilib.
    Toplantıda ABŞ-ın mayın 14-də səfirliyini Qüdsə köçürmək qərarının qəbul edilmədiyi, regionda gərginliyi artıracağını bildirib.
     

    Muxalifet3 - 28-02-2018

  17. Bakının arxiyepiskopu fəxri fərmanla təltif olundu - Foto

    Ulu öndər Heydər Əliyevin banisi olduğu və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasəti nəticəsində getdikcə möhkəmlənən, ölkəmizdə insan kapitalının formalaşması və zənginləşməsini təmin edən azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi dəyərlərimizin, mədəniyyətimizin və milli sərvətimiz hesab edilən dilimizin təbliği Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir.

    Muxalifet3 - 28-02-2018

  18. "​Ərdoğan olmasaydi, onları xilas etməzdik" - Putin

    Prezident Rəcəb Tayyib Ərdoğan təxliyə ilə bağlı razılığın əldə edilməsinə yardımçı oldu. Bundan sonra Rusiya Şərqi Qutada olduqca böyük bir qrupu təxliyə etməyə nail oldu,
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.

    Muxalifet3 - 28-02-2018

  19. Avropa Breksit layihəsini dəstəklədi: İşlər sürətləndirilir

    Avropa Komissiyası fevralın 28-də Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması (Breksit) barədə saziş layihəsini dəstəkləyib.
    Muxalifet.az xəbər verir ki, bunu Aİ-nin Breksit üzrə danışıqlardakı koordinatoru Mişel Barnyö Brüsseldə keçirilən mətbuat konfransında bildirib. O, dərc edilən 168 səhifəlik mətnin “İttifaqın tərkibindən çıxmaq barədə tam saziş layihəsi” olduğunu bildirib.

    Muxalifet3 - 28-02-2018

  20. ​Azərbaycan Polisinin 100 illik yubileyi ilə bağlı - Müsabiqə

    Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Polisinin 100 illik münasibətilə daxili işlər orqanlarının fəaliyyətini işıqlandıran və tərənnüm edən nominasiyalar üzrə respublika müsabiqələri elan edir.

    Muxalifet3 - 28-02-2018

Pages