Axtarış
The search found 105785 results in 0.065 seconds.
Search results
Bəraət almaq üçün 96 milyon dollar ödədi
Misirin polad maqnatı və Hüsnü Mübarək dövrünün siyasi xadimi, ona qarşı cinayət işinin bağlanması üçün nə az, nə çox 1,7 milyard misir funtu (96 milyon dollar)ödəyib.
Muxalifet.az xəbər verir ki, bu barədə Misirin MENA xəbər agentliyi məlumat yayıb.
“Prokuror Nabil Sadiqin rəhbərliyi altında, ölkə xaricindən maliyyə vasitələrinin və aktivlərin qaytarılması üzrə milli komissiya çərşənbə günü sahibkar Əhməd İzlə barışığa getməyə razılaşıb” – deyə bəyanatda deyilir.Muxalifet3 - 28-02-2018
BMT-dən Qarabağ AÇIQLAMASI
BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir.
Publika.az xəbər verir ki, bunu BMT-in baş katibi Antoniu Quterreş Ermənistanın BMT yanında daimi nümayəndəsi ilə görüşü zamanı deyib.
"BMT-nin baş katibi BMT-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə dəyişməz dəstəyini təsdiqləyib", deyə erməni KİV-ləri bildirir.Muxalifet2 - 1-03-2018
Poroşenko ciddi islahat anonsu verdi: HƏRBÇİ NAZİR OLMAYACAQ
Ukraynanın müdafiə naziri mülki şəxs olmalıdır.
Muxalifət.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
“Biz müdafiə naziri vəzifəsinə mülki vətəndaş təyin etməli, Baş Qərargahı ayırmalı, ölkəni NATO standartlarına uyğunlaşdırmaq üçün nəhəng islahatlara getməliyik”, - prezident bildirib.
O, həmçinin milli təhlükəsizliklə bağlı layihəsi barədə də məlumat verib.
Qeyd edək ki, NATO sistemində ölkələrin müdafiə nazirləri mülki şəxslərdir.Muxalifet2 - 1-03-2018
Terror təşkilatı YPG 211 UŞAĞI ÖLDÜRÜB
Terror təşkilatı PKK/YPG TSQ-nin təmizlədiyi 82 yaşayış məntəqəsində, 7-13 yaşları arasında 211 uşaqla onlara müqavimət göstərən 417 nəfəri öldürüb.
Muxalifet3 - 1-03-2018
Ərdoğanın sözçüsü: “PUTİN BUNU İNDİ AÇIQLAYIR”
"Rusiya prezidenti Vladimir Putinin Şərqi Qutada əhalinin təxliyyə edilməsi ilə bağlı açıqlaması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təxminən bir ay əvvəl tələb etdiyi məsələ idi. 700 nəfər mülki şəxsin müalicəsi üçün Türkiyəyə gətirilməsi təklif olunurdu. Həmin mülki şəxslərin çıxarıldığını dedilər. Lakin onlar Türkiyəyə gəlmədi, bizə dedilər ki, Cənubi Şama göndəriliblər".
Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.Muxalifet2 - 1-03-2018
Klintondan Trampa ÇAĞIRIŞ: Ölkəni ruslardan qoru
ABŞ-ın eks dövlət katibi Hillari KlintonPprezident Donald Trampa çağırış edərək ölkəni ruslardan qorumağını istəyib.
Muxalifət.az xəbər verir ki, H.Klinton bu barədə Tvitter hesabında yazıb.
“Mən eks-dövlət katibi və ABŞ vətəndaşı kimi deyirəm: Ruslar hələ də fəaliyyətlərini davam etdirirlər. Cəmiyyət Trampı hərəkətə keçməyə təşviq edir. Dövlət başçısı yenə də əvvəlki kimi bunları qulaqardına vuracaq, yoxsa ölkəni qoruyacaq?” - Klinton bildirib.Muxalifet2 - 1-03-2018
Ağ Evdə DAHA BİR İSTEFA
Ağ Ev, prezident Donald Trampın yaxın müşavirlərindən olan kommunikasiya direktoru Hope Hicksin istefa qərarı aldığını və növbəti bir neçə həftə ərzində bu vəzifədən ayrılacağını açıqlayıb.
Muxalifet3 - 1-03-2018
NAMİZƏDLƏRİN İMZATOPLAMA PROBLEMİ
Azərbaycanda 5 milyon 192 min 42 şəxsin səsvermə hüququ var
Muxalifet2 - 1-03-2018
Ərdoğandan ABŞ sualına cavab! QƏBUL EDİLƏ BİLMƏZ
Türkiyə prezidenti Ərdoğan ABŞ ilə son dövrdə davam edən danışıqlarla bağlı olaraq "Biz ABŞ-ın bizlərlə danışdıqları ilə ərazidə apardıqları arasında bir harmoniya olmasını arzulayırıq. Söylənilənlər ilə edilənlərin fərqli olması ilə əlbəttə ki, barışmaq mümkün deyil və qəbul edilə bilməz". deyib.
Muxalifet3 - 1-03-2018
Qorbaçov xaindir, Rusiyanın bu torpaqlarını satdı - Lujkov
Rusiya məhkəmələri SSRİ-nin son prezidenti Mixail Qorbaçovun fəaliyyətlərinə hüquqi qiymət verməlidir.
Bunu “Nezavisimaya qazeta”ya müsahibəsində Moskvanın eks-meri Yuri Lujkov söyləyib “Qorbaçov saatlarla mənasız danışmaq imkanına sahib idi. Qorbaçov Marqaret Tetçer və Helmut Kolla oynayırdı. Onun əmri ilə Rusiyadan Barens dənizindəki böyük ərazilər qoparıldı. Onun bu cür antidövlət, millətinə qarşı satqınlıq faktları çoxdur.Muxalifet2 - 1-03-2018
ABŞ-a aid hərbi təyyarədə OLAY - Pilotlar 7,6 km yüksəklikdə soyuqdan dondu
ABŞ-ın Vaşinqton ştatından Kaliforniyadakı bir hərbi bazaya uçuş edən ABŞ Hərbi Dəniz Qüvvələrinə aid EA-18G Grovler təyyarəsinin heyəti yerdən 7,6 km yüksəklikdə soyuqdan donub.
Muxalifət.az “Defense News” saytına istinadən xəbər verir ki, donmaya səbəb təyyarənin istilik sistemində yaranan nasazlıq olub.
Təyyarənin temperaturu -30 dərəcəyə düşüb. Kabinlər çənlə, təyyarənin paneli isə buzal örtülüb. Pilotlar çətinliklə Vaşinqtona geri qayıtmağa məcbur olublar. Onların kəskin soyuğa məruz qalmalarına baxmayaraq, vəziyyətlərinin yaxşı olduğu bildirilib.Muxalifet2 - 1-03-2018
Cahangir Hacıyev yenidən İSTİNTAQA CƏLB EDİLİR - "Hörümçək toru" əməliyyatı
Beynəlxalq Bank işi üzrə hələ də davam edən istintaq bankdan “buxarlanmış” pulları axtarır; sabiq bankirin səhhətində ciddi problemlər olsa da, ailəsi Londonda “kral ailəsi” kimi yaşayır
Muxalifet2 - 1-03-2018
Afrində daha 3 kənd TERRORÇULARDAN GERİ ALINDI
Afrinin qərb cəbhəsində yer alan Heydər, Şeyx Məhəmməd və Canka kəndləri YPG-Lİ terrorçulardan təmizlənib.
Müxalifət.azMuxalifet3 - 1-03-2018
Xalq şairinin oğlunun qatilləri ilə bağlı - QƏRAR
Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi öldürməkdə təqsirli bilinən Elnur Nəhmətov, Pərviz Hüseynov və Ruslan Məmmədov məhkəmə hökmündən prokuror tərəfindən verilən apelyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin işi üzrə qərar elan edilib.
Qərara görə, prokuror tərəfindən verilən apelyasiya protesti, təqsirləndirilən şəxslərin vəkilləri tərəfindən verilən apelyasiya şikayətləri təmin edilməyib.Muxalifet2 - 1-03-2018
Şirniyyat sexi yandı - BAKIDA
Nizami rayonunda yerləşən şirniyyat sexində yanğın olub.
FHN-dən Teleqraf.com-a bildirilib ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 800 m² olan şirniyyat sexində sahəsi 12 m² olan, plastik materialdan ibarət ofis otağı, 38 m² sahəyə yığılmış kağız və plastik qutular yanıb, yüksək temperaturdan sexin lambirdən ibarət tavanı 200 m² sahədə əriyib.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.Muxalifet2 - 1-03-2018
Ərdoğandan “Müstəmləkəçisiniz” SUALINA MÜDHİŞ CAVAB
Türkiyə prezidenti Ərdoğan, Əlcəzairli jurnalistin Osmanlını nəzərdə tutaraq "Türkiyə, Əlcəzairi müstəmləkə kimi görürdü"? sualına, "Əgər Türkiyə müstəmləkəçi olsaydı bu sualı Fransızca deyil, Türkcə soruşardınız" deyə, cavab verib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Əlcəzairdəki təmasları çərçivəsində bir jurnalistə müsahibə verib.
Müsahibə zamanı Əlcəzairli jurnalist prezidenti Ərdoğana Osmanlını nəzərdə tutaraq "Türkiyə, Əlcəzairi müstəmləkə kimi görürdü"? sualını yönəldib.Muxalifet3 - 1-03-2018
Terrorçuların Türkiyəyə keçmək üçün qazdıqları TUNELLƏR BOMBARDMAN EDİLDİ - “Zeytun budağı”
Suriyanın Afrin bölgəsində YPG/PYD/PKK-İŞİD terror təşkilatlarını məhv etmək, bölgə xalqının təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən həyata keçirilən “Zeytun budağı” hərəkatı 41-ci günündə uğurla davam edir.
Hərəkat çərçivəsində bugünədək 2184 terrorçu məhv edilib.Muxalifet2 - 1-03-2018
Tramp Qətər liderini ABŞ-a çağırdı
ABŞ Prezidenti Donald Tramp Qətər əmiri Tamim bin Həmad əs-Sani ilə telefonla danışıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Əl-Cəzirə” televiziyası yayıb. Tramp telefon danışığı zamanı Sanini ABŞ-a dəvət edib.
Qeyd edək ki, Trampın mart və aprel ayında ərəb liderləri ilə görüşlər keçirəcəyi və Qətər böhranını həll edəcəyi haqqında informasiya yayılmışdı.Muxalifet2 - 1-03-2018
Dəhşətli epidemya: Azı 72 nəfər öldü - SOS
Yəməndə difteriya epidemiyasından ölənlərin sayı açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Dünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Bildirilir ki, 2017-ci ilin avqustundan aşkar edilən xəstəlik nəticəsində ölənlərin sayı 72-yə çatıb. Daha 1193 nəfərdə isə bu epidemiya aşkar edilib.
Epidemiyanın 3 ildir davam edən daxili müharibənin yol açdığı aclıq və yoxsulluq səbəbindən bu səviyyəyə çatdığı bildirilir.
Muxalifet2 - 1-03-2018
76 yaşlı kişi intihar etdi - TOVUZDA
Tovuzda intihar hadisəsi baş verib.
Muxalifət.az xəbər verir ki, rayonun Qovlar şəhər sakini, 1942-ci il təvəllüdlü Musayev Zülfüqar İslam oğlu yaşadığı evdə özünü asıb.
Bildirilir ki, 76 yaşlı Z. Musayevin xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır./apa/Muxalifet2 - 1-03-2018