Axtarış

The search found 105785 results in 0.053 seconds.

Search results

  1. YPG terrorçuları Kürd qatillərini AFRİNƏ DƏVƏT ETDİ

    Suriyanın Hasəkə bölgəsində yüzlərlə Kürdü qətlə yetirən Əsədə bağlı qatillər ordusu Şebihalar, YPG tərəfindən "xilaskarlar” kimi Afrinə dəvət edilib. Alçaqlar, NDF başkəsənlərini mərasimlə qarşılayaraq bir də alqışlayıblar.
     

    Muxalifet3 - 1-03-2018

  2. ​Türkmənbaşı sürprizlər edir: BÜTÜN QADINLARA...

    Türkmənistanda qadınlara 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə Prezident Qurbanqulu Berdiməhəmmədovun adından 40 türkmən manatı (11 dollar) pul veriləcək.
    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Türkmənistanın hökumət qəzeti olan “Neytral Türkmənistan” yayıb. Berdiməhəmmədovun əmrinə əsasən pul mükafatını ölkənin bütün müəssisə və təşkilatında çalışan qadınlar alacaq. Mükafatlar həmçinin təqaüdə çıxan, dövlət yardımı alan, aspiranturada, universitetlərdə, məktəblərdə təhsil alan qadınlara da şamil olunacaq.

    Muxalifet2 - 1-03-2018

  3. Moskvadan ikibaşlı MESAJ - Bakı seçimə itələnir

    MDB paytaxtlarına şimaldan hədə kimi ismarış; SSRİ-nin aqibətini yaşamaq istəməyən Putin Rusiyasının “Yaxın xaric”ə qəzəbi artır - Qriqori Karasinin çoxmənalı tövsiyəsinin ilginc pərdəarxası; ABŞ-ın Rusiya əleyhinə getdikcə sərtləşən sanksiyaları postsovet ölkələrini də seçimlə üzləşdirə bilər, çünki...

    Muxalifet2 - 1-03-2018

  4. ABŞ bu səhvin bir addımlığına gəldi - Bəşəriyyət MƏHV OLACAQ

    “ABŞ-ın nüvə silahının tətbiqinin bir addımlığına gəlməsi beynəlxalq təhlükəsizlik üçün təhdiddir”.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Aleksandr Venediktov “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.

    Muxalifet2 - 1-03-2018

  5. ​Atatürk pis xəstədir, Hitlerin agentləri Türkiyəyə sızır… – MOSKVAYA TELEQRAM

    1938-ci ildə Hitler Almaniyasının agentləri Mustafa Kamal Atatürkün sağlıq durumunun pisləşməsindən yararlanaraq, Türkiyəyə sızmağa başlayıblar. Almaniya bütün istiqamətlərdə Türkiyədə fəaliyyətini aktivləşdirib və bu, təsadüfi deyil.
    Bu barədə 1938-ci ildə SSRİ-nin Ankaradakı səfiri Aleksey Terentyev Moskvaya göndərdiyi məxfi teleqramda bildirib. Səfir həyəcanla Moskvanın diqqətinə çatdırır ki, Atatürkün xəstə olduğunu fürsət bilən Hitler Almaniyası Türkiyədə fəaliyyətini gücləndirib.

    Muxalifet2 - 1-03-2018

  6. Qərbin Suriya kürdlərinə dəstək və sevgisinin sirri

    Avropa Saleh Müslimi niyə vermədi?

    Muxalifet2 - 1-03-2018

  7. Afrində son durum açıqlandı: ÖLDÜRÜLƏN TERRORÇU SAYI ARTDI

    Türk Silahlı Qüvvələrinin Suriyanın Hələb şəhərinə bağlı Afrin bölgəsində terror təşkilatlarına qarşı başlatdığı “Zeytun Budağı” Hərəkatında 41-ci günə qədəm qoyuldu. TSQ və ASO Afrinin şimal-qərbindəki Şeyx Məmmədli kəndini terrorçulardan təmizləyib. Hərəkat çərçivəsində bu ana qədər 2222 terrorçu zərərsizləşdirilib, 114 nöqtə də ələ keçirilib.
    Müxalifət.az

    Muxalifet3 - 1-03-2018

  8. ​Ərdoğanın afrikalı jurnalistə MÖHTƏŞƏM CAVABI

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair səfəri çərçivəsində yerli jurnalistlərdən birinə müsahibə verib.
    Muxalifət.az xəbər verir ki, jurnalist Türkiyə prezidentinə kinayəli şəkildə Osmanlı imperiyasını nəzərdə tutaraq, “Türkiyə Əlcəzairi müstəmləkəsi kimi görürdü?” sualını ünvanlayıb.
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə jurnalistin sualına məharətlə cavab verib:
    “Əgər Türkiyə müstəmləkəçi olsaydı, bu sualı fransızca deyil, türkcə verərdiniz”.

    Muxalifet2 - 1-03-2018

  9. ​Avropa Birliyindən Türkiyə, İran və Rusiyaya – MƏKTUB

    Avropa Birliyinin xarici əlaqələr üzrə nümayəndəsi Federika Moqerini Türkiyə, İran və Rusiyaya məktub göndərib.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, məktubda Moqerini Suriyada müharibənin dayandırılmasını təmin edəcək bütün addımların atılması ilə bağlı hər üç ölkəyə çağırış ünvanlayıb.
    Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının fevralın 24-də Suriyada 30 günlük atəşkəslə bağlı qərarına baxmayaraq, son 24 saatda Şərqi Qutaya edilən hücumlar nəticəsində 107 dinc sakin həlak olub.

    Muxalifet2 - 1-03-2018

  10. ​Zaqatalada 4-cü sinif şagirdinin özünü asmasının TƏFƏRRÜATI

    Zaqatala rayonunda 4-cü sinif şagirdinin özünü asmasının təfərrüatı açıqlanlıb.
    "Report"un yerli bürosunun məlumatına görə, rayonun Muxak kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətində təndirin çardağında ipdən asılı vəziyyətdə aşkarlanıb. Hadisə zamanı evdə onun anası və 15 yaşlı qardaşı olub. H.Məmmədovun çobanlıqla məşğul olan atası Nazim Məmmədov hadisədən bir neçə saat əvvəl qışlağa gedib.

    Muxalifet2 - 1-03-2018

  11. ​NEYMARIN ATASI: “Oğlumu əməliyyat edin”

    Futbol üzrə Braziliya yığmasının və Fransanın PSJ klubunun hücumçusu Neymarın atası oğlunun zədəsindən danışıb.
    Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, futbolçunun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Lakin klubun həkimləri onun əməliyyatına ehtiyac olmadığını bildiriblər. Neymarın atası isə oğlunun təcili əməliyyat olunmasını xahiş edib:
    “Əməliyyat barədə qərar PSJ rəhbərliyi ilə Braziliya yığmasının həkimləri arasında müzakirələrdən sonra veriləcək. Neymarı təcili əməliyyat etmək lazımdı ki, o, yaşıl meydanlara tam sağlam qayıtsın”.

    Muxalifet2 - 1-03-2018

  12. ​Bizi alçaldırlar: ya bu əraziləri verməliyik, ya da... - JİRİNOVSKİ

    ABŞ bizə qarşı savaş hazırlayır.
    Bunu Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

    Muxalifet2 - 1-03-2018

  13. İsraildə Tramp pulu buraxıldı: QÜDS TƏŞƏKKÜRÜ

    Amerikanın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına minnətdarlıq borcu olaraq, ölkədə Donald Tramp adına xatirə pulları buraxılıb.
     
    Vəzifəyə gəldiyi gündən etibarən qalmaqal qərarların altına imza atan ABŞ prezidenti Donald Tramp, son olaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını açıqlayaraq bölgədə gərginliyin artmasına səbəb olub.
     
    QÜDS TƏŞƏKKÜRÜ
     
    İsrail, bölgədə əmin-amanlıq şəraiti yaranmasına yol verməyən Trampa fərqli bir üsulla təşəkkür edib.

    Muxalifet3 - 1-03-2018

  14. Türk ordusu Aponun vurulduğu nöqtəyə çatdı - VİDEO

    Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” hərəkatı çərçivəsində bir neçə gün öncə Bülbül bölgəsini terrorçulardan tamamilə təmizləyib. Teleqraf.com xəbər verir ki, “Doğan” xəbər agentliyinin müxbiri İrfan Sapmaz Bülbüldən çəkilən ilk görüntüləri sosial şəbəkədəki hesabında paylaşıb. Görüntülərdə PKK terror təşkilatının lideri Abdullah Öcalanın bölgədəki təpələrdən birinin üzərindəki nəhəng portretinin yararsız hala salınmış görüntüsü əks olunub.

    Muxalifet2 - 1-03-2018

  15. SƏUDİYYƏ ƏRƏBİSTANINDA “İNQİLABİ DƏYİŞİKLİKLƏR”:İslahatların məqsədi bürokratiyanı azaltmaq deyil, genişləndirməkdir - TƏHLİL

    Səudiyyə Ərəbistanının hərbi və dövlət bürokratiyası bir daha silkələnib. Fevralın 26-da kral Salman bir neçə ordu generalı, dövlət məmuru, məhkəmə hakimi, bələdiyyə başçısı və qubernatoru işdən çıxarıb.
    Belə dəyişikliklər qeyri-adi deyil, amma həyata keçirilmə zamanı suallar yaradır.
     
    “Yaxşı ovqat” amili
     

    Muxalifet2 - 1-03-2018

  16. ​Kremldən Avropaya mesaj: NATO-dan ayrılın, yoxsa...

    Avropanın NATO-ya yönələn təhlükəsizlik siyasəti qeyri-effektivdir.
    Muxalifət.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının katibinin köməkçisi Aleksandr Venediktov söyləyib.
    “Soyuq müharibə bitib. Avropa Birliyi anlayır ki, Rusiya olmadan təhlükəsizlik məsələsi həll edilə bilməz. Avropanın təhlükəsizlik institutlarının deqradasiyası bu gün hər kəsə aydındır”, – deyə o bildirib.

    Muxalifet2 - 1-03-2018

  17. PKK-dan yüzlərlə dinc sakinə qarşı VƏHŞƏT

    “Zeytun budağı” hərəkatının başlaması ilə ardıcıl məğlubiyyətlər və itkilərə məruz qalan PKK/YPG terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinə (TSQ) qarşı dinc sakinləri qalxan kimi istifadə edir.
    Terrorçular TSQ-nin nəzarətinə keçən 82 yaşayış məntəqəsində 211 nəfəri 7-13 yaş arası uşaq olmaqla, 417 dinc sakini qətlə yetirib. Bu fakt kəşfiyyat komandirliyi tərəfindən 25 səhifəlik sənəd halında icimaiyyətə təqdim edilib.

    Muxalifet2 - 1-03-2018

  18. ​Kürd döyüşçülər ABŞ-ı SATDI

    Minlərlə PYD-çi kürd döyüşçü və komandiri İŞİD-ə qarşı mübarizə aparmaqdan imtina edib.
    Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.
    ABŞ və ərəb döyüşçülərin Suriyada İŞİD-in zərərsizləşdirilməsi əməliyyatı dayandırılaraq, müdafiə mövqeyinə keçilib. Bu da terrorçuların digər ölkələrə qaçmasına zəmin yarada bilər.
    “İŞİD üzərində qələbə kampaniyası təhlükə altındadır”, - hərbi ekspert Cenifer Kafarell deyib.
    Qeyd edək ki, PYD terror qruplaşmasının hazırda bütün diqqətinin Afrində aparılan döyüşlərə yönəldiyi bildirilib.

    Muxalifet2 - 1-03-2018

  19. Gülağa Tənhanın milyonlarının batdığı şirkətdəki özbaşınalıqlar: "Qapını sındırıb materialları aparmışdılar"

    Həbsdə olan iş adamının bacısı oğlu da hakim qarşısına çıxarılır. O, dayısı kimi dələduzluqda ittiham edilir.
    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Cahangirli Sahil Nizami oğlu və 1987-ci il təvəllüdlü Əşrəfov Anar Adil oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
    Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə prokuror ittiham aktını elan edib.
    İttihamda yazılır ki, S.Cahangirli "Real" MTK-nın icraçı direktoru işləyib.

    Muxalifet2 - 1-03-2018

  20. Artıq ona rahatlıq yoxdur: Türkiyə Saleh Müslimi addım-addım TƏQİB EDƏCƏK

    Çexiyada tutulduqdan sonra sərbəst buraxılan terror təşkilatı PYD-nin keçmiş həmsədri Saleh Müslimin, hansı ölkəyə gedərsə, getsin, ekstradisiyasının tələb olunacağı bildirilib.
     
    Haqqında üç müxtəlif yaxalama qərarı olan, Saleh Müslim, bazar günü saxlanılıb, çərşənbə axşamı günü çıxarıldığı məhkəmə tərəfindən sərbəst buraxılmışdı. Müslimə Avropa İttifaqı (Aİ) sərhədlərindən çıxmayacağı və tələb olunduqda məhkəməyə ifadə verəcəyi yönündə şərt qoyulduğu qeyd edilmişdi.
     
    ANKARA TƏQİBDƏ
     

    Muxalifet3 - 1-03-2018

Pages