Axtarış
The search found 105785 results in 0.089 seconds.
Search results
İlhamə Quliyevanın OĞLU BOŞANDI - Evdən də çıxartdılar
Mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirov boşanıb.
Lent.az-ın məlumatına görə, bu barədə müğənni Əli Mirəliyev “Səhər-səhər” verilişində deyib:
“İndi küçələrdə qalıb Orxan. Bilinmir haradadır. Arvad da gördü ki, Orxana heç nə qalmır. Orxnın yoldaşı Arifə bildi ki, Gülbaharla İradə İlhamənin mirasını ələ keçirdi, buna görə də ayrıldı. Uşağını da götürüb çıxıb gedib”.
Qeyd edək ki, cütlüyünün Ruslan adlı oğul övladı var.
Muxalifet2 - 1-03-2018
KOLLECLƏRƏ TƏLƏBƏ QƏBULU BAŞLADI
Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.
DİM-dən verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2018-ci il martın 1-dən martın 27-dək internet vasitəsilə aparılır.Muxalifet2 - 1-03-2018
Əhmədin döyüşmədiyi yer qalmadı – YENİ OYUN
Hizbullah “Müqəddəs müdafiə” adlı kompüter oyunu buraxıb.
Kult.az xəbər verir ki, oyun Beyrutda ictimaiyyətə təqdim edilib. Yeni oyunda əsas qəhrəman kimi Əhməd adlı Hizbullah döyüşçüsü göstərilib. Bu döyüşçünün Suriyanın Palmira, Hələb, Deyr əz-Zordakı döyüşlərdə iştirak etdiyi və missiyasını Livan-Suriya sərhədindəki döyüşlərdə başa vurduğu əks olunub.
Qeyd edək ki, oyun Həsən Alyam tərəfindən hazırlanıb.
Hizbullah kompüter oyunlarını 2006-cı ildən hazırlamağa başlayıb. Hizbullahın ilk oyunu “Xüsusi güc” adlanıb və İsrail-Livan münaqişəsindən bəhs edib.Muxalifet2 - 1-03-2018
ABŞ Konqresinin PYD ÜSYANI
Türkiyənin bütün israrlarına və təqdim etdiyi dəlillərə baxmayaraq terror təşkilatına dəstək verməyi davam etdirən Tramp rəhbərliyinin Suriya siyasəti, ABŞ Konqresini narahat etməyə başlayıb.
Türkiyənin Azad Suriya Ordusu (ASO) ilə birlikdə yürttüyü “Zeytun Budağı” Hərəkatı qətiyyətlə davam etdirilir. Meydançada hərbi uğur yeridən Türkiyə, bürokratiyada da müttəfiqlərini terror təşkilatlarına qarşı xəbərdar edərək terrora qarşı fəal mübarizəsini davam etdirir.Muxalifet3 - 1-03-2018
BMT baş katibindən İranla bağlı – HƏYƏCAN SİQNALI
BMT-nin baş katibi Antonio Quterreş İranda insan haqlarının durumu ilə bağlı hazırladığı yeni hesabatını yayıb. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hesabat BMT-nin Cenevrədə keçirilən İnsan Hüquqları Şurasının 37-ci iclasına təqdim edilib. Hesabatında bildirilir ki, İranda əvvəlki illərlə müqayisədə insan hüquqları ilə bağlı vəziyyət nəinki yaxşılaşıb, əksinə daha da pisləşib: “Təəssüflər olsun ki, İranda jurnalistlərə, hüquq müdafiəçilərinə, dini və etnik azlıqlara qarşı repressiyalar davam edir.
Muxalifet2 - 1-03-2018
PUTİN VƏ YAXIN ŞƏRQ:Moskva bölgədən gələn istənilən təhlükənin qarşısını almaq üçün hər şey etməyə hazırdır - TƏHLİL
Martın 18-də ruslar, son proqnozlara görə, Vladimir Putinin dördüncü dövrdə prezident seçilməsinə səs verəcəklər. Bu gözləgörünən qələbə təkcə Rusiyaya deyil, Rusiyanı əhatə edən dünyayaı, o cümlədən ona coğrafi cəhətdən yaxın Şərq regionuna da təsir edəcək. Rusiya-Ərəb münasibətləri – Kremlin siyasi, iqtisadi və hərbi alətlərinə bağlı olan xarici siyasətinin ən mühüm sütunlarından biridir.
Muxalifet2 - 1-03-2018
İsraillilər Amerikalı senatora LİVANLA MÜHARİBƏDƏN DANIŞIB
“Haaretz” qəzeti, İsrailli rəsmilərin ABŞ-lı senator Grahama Livan Hizbullahı ilə müharibə planını izah etdiyini açıqlayıb.
İsrailin “Haaretz” qəzeti, Amerikalı senator Lindsey Qrahamın ölkəyə səfərilə bağlı detalları bu gün paylaşıb. Xəbərə görə, digər Amerikalı məclis üzvləri ilə birlikdə İsrailə gedən Qraham, rəsmilərin ona Livan Hizbullahı ilə bağlı verdiyi məlumatı danışıb.Muxalifet3 - 1-03-2018
Həsən Həsənovun oğluna VƏZİFƏ VERİLDİ
Tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanın antik dövr arxeologiyası şöbəsinə müdir təyin edilib.
Kult.az xəbər verir ki, Zaur Həsənovdan əvvəl bu şöbənin müdiri AMEA-nın müxbir üzvü İlyas Babayev (1935-2017) olub.
Qeyd edək ki, Z.Həsənov 1969-cu il iyulun 22-də Bakı şəhərində doğulub. Alim 2008-ci ildə “Kimmerlər və onların Azərbaycan tarixində yeri” adlı dissertasiya müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.Muxalifet2 - 1-03-2018
Rusiya ABŞ-la bağlı DƏHŞƏTLİ FAKTI AÇDI
Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenzya ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Rakka şəhərini yer üzündən sildiyini bəyan edib.
Muxalifət.az xəbər verir ki, təmsilçi bu barədə BMT-nin Təhlükəsizlik Şurasının toplantısında danışıb. O, xeyirsevərlik sahəsində özünü liderlik kürsüsünə layiq bilən və Şərqi Qutadakı durumla bağlı Rusiyaya insanlıq dərsi verməyə çalışan Qərb ölkələrini qınayıb.Muxalifet2 - 1-03-2018
“Arvadım haqda söz-söhbətdən bezmişdim...” – DƏHŞƏTLİ QƏTL
Göygöl rayonunda arvadını və qayınanasının xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1980-ci il təvəllüdlü Zaur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.Muxalifet2 - 1-03-2018
Məni şantaj edirlər, nəvəm... – Əli Həsənov
Bu yazılara qəti etirazımı bildirirəm. Çünki həqiqətə uyğun deyil.
Modern.az-ın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuatda nəvəsinin yaşıllıq ərazisini məhv etməsi ilə bağlı xəbərlərə reaksiya verərkən deyib.
Onun sözlərinə görə, mətbuatda qeyd edilən ünvana yaxın ərazidə 2 il bundan əvvəl - 11.10.2016-cı il tarixdə torpaq sahəsi ayrılıb:Muxalifet2 - 1-03-2018
Şir ürəyi yeyən azərbaycanlı ovçu adamyeyən qəbilələr arasında - QORXUNC FOTOLAR - MÜSAHİBƏ
Azərbaycan Respublikası Diaspor Jurnalistləri Birliyi "Azərbaycan brendi" layihəsinə başlayıb. DJB-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, devizi "Azərbaycanın brendi onun insanıdır" olan layihənin ilk insan kapitalı peşəkar ovçu kimi dünyanı fəth edən Faiq Babanlıdır. 41 yaşlı Faiq Babanlı ilə söhbət edərkən onun ruhən qat-qat yaşlı və həyat təcrübəsinin olduğu görünür. O, vaxtilə güləş və qaydasız döyüşlə məşğul olaraq böyük uğurlar qazanıb. 15 ildir ki, Safari Ov Klubu Azərbaycanın rəhbəridir.
Muxalifet2 - 1-03-2018
RASİM BALAYEV: Fuad zənglərimə cavab vermir...
İsrailli həkim sırf mənim üçün gəlməmişdi Bakıya. O, burada olduğu müddətdə getdim yanına və bir kurs müalicə aldım. Əvvəlkinə nisbətən yaxşıyam. Ancaq yenə də ayağımda ağrılar var. Həkim Bakıya yenidən gələn kimi müalicəni davam etdirəcəm.
Bu sözləri Kult.az-a açıqlamasında uzun müddətdir onurğasında yaranmış problemdən əziyyət çəkən xalq artisti Rasim Balayev bildirib. Aktyorun sözlərinə görə, yaxın vaxtlarda israilli həkim yenidən Bakıya gələcək:
“Ayağımda ağrılar hələ də qalıb. Gəzəndə çətinlik çəkirəm, ona görə də müalicəni davam etdirəcəm”.Muxalifet2 - 1-03-2018
Azərbaycanlı diplomat BMT-də Edvard Nalbandyana CAVAB VERDİ
Azərbaycanın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi Yalçın Rəfiyev Ermənistan xarici işlər naziri Edvard Nalbandiyanın Yüksək Səviyyəli Seqmentdə çıxışına qarşı cavab hüququndan istifadə edib.
Muxalifet2 - 1-03-2018
ABŞ-dan Afrin əməliyyatına İŞİD-lı HƏLL
ABŞ və Koalisiyaya bağlı yüksək səviyyəli bir qrup general, dünən Suriyanın şimalında, terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-ni ziyarət edib.
Yerli mənbələrdən alınan məlumatlara görə, ABŞ-lı generalların, YPG-ni Afrinə keçməməsi üçün inandırmağa çalışdıqları bildirilib. Həmçinin Türkiyə və ASO-nun Afrinə qarşı keçirəcəkləri əməliyyata qarşı bir həll yolu tapmağa çalışdıqlarını da terror təşkilatı YPG-nin başçılarına çatdırdılar.
ABŞ-dan AFRİN ƏMƏLİYYATINA İŞİD-lı HƏLL
Muxalifet3 - 1-03-2018
2018-ci ildə “Nar” baza stansiyalarının sayında 25%-dək artım planlaşdırılır
“Nar” 2018-ci ildə də şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirməyi, həm paytaxt, həm də bölgələrdəki abunəçiləri yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin etməyi planlaşdırır. Belə ki, il ərzində şəbəkənin inkişafı və təkmilləşdirilməsi işləri çərçivəsində respublikanın bölgələrinə xüsusi diqqət ayrılması nəzərdə tutub. 4G (LTE) texnologiyasının əhatə dairəsinin bölgələrdə genişləndirilməsi, eyni zamanda 3G texnologiyasının daha da təkmilləşdirilməsi tədbirlər planının əsas məqamlarındandır.
Muxalifet - 1-03-2018
Yunan mətbuatı öz ölkəsini ƏLƏ SALDI: “Türkiyənin öhdəsindən gələ bilmərik!”
Muxalifət.az xəbər verir ki, Aralıq dənizinin şərqində iki həftəyə qədər davam edən gərginliyin Türkiyənin həmlələri ilə yunanların əleyhinə nəticələnməsi həm Cənubi Kipr, həm də Yunanıstan mətbuatında əks-səda doğurub. Bəzi qəzetlər isə yaydıqları xəbər və karituralarla Cənubi Kipr rəhbərliyini tənqid edirlər.
Muxalifet2 - 1-03-2018
Lukaşenko yenə Putinə meydan oxudu: DÖZMƏYƏCƏYİK
Rusiyanın Belarusda süd məhsullarına qadağa qoymaq planları cavabsız qalmayacaq.
Muxalifət.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. O, Belarusun bu tip qadağalara dözməyəcəyini bildirib:
“Biz onlara südü özümüzün lazım bildiyimiz qiymətlə verəcəyik. Qoy onlar rusiyalılar üçün qiyməti artırsınlar. Biz buna dözməyəcəyik”.
Qeyd edək ki, Moskva Belarusdan süd məhsullarının idxalını qadağan edib.Muxalifet2 - 1-03-2018
ABŞ rəsmən AÇIQLADI - Növbəti müharibə bu ölkədə BAŞLAYACAQ
ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru Lindsey Qrahamın İsrailə səfəri ilə bağlı bəzi detallar məlum olub.
Muxalifət.az xəbər verir ki, İsrailin “Haaretz” qəzeti israilli səlahiyyətlilərin senatora Livanın “Hizbullah” təşkilatı ilə bağlı məlumat verdiyini yazıb.
“Hizbullah”ı çox güclü təşkilat adlandıran Qraham “bu təhlükə davam edərsə, yəni, hava limanını vura biləcək raketləri hazırlamaqda davam edərlərsə və İsrail dövlətinə zərər verərlərsə, Livana girəcəklərini dedilər. Bir sonrakı savaş Livanın cənubunda olacaq” deyib.Muxalifet2 - 1-03-2018
Ərdoğandan ABŞ-a: Özü çalıb, özü oynayır...
ABŞ-ın Qüdsü paytaxt elan etməsi və səfirliyin köçürülməsi qərarının bizim üçün əhəmiyyəti yoxdur.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bizdə bir söz var. “Özü çalar, özü oynayar”. Bunu BMT-də gördük. 128 ölkə ABŞ-ın qarşısında dik dayandı. ABŞ isə bu səsvermədən qəsəbəni xatırladan 8 ölkə ilə çətinliklə çıxa bildi. Heç bir zaman güc haqlı olmaq demək deyildir. Haqq güclüdür. Qüdslə bağlı dayandığımız yerdən əsla güzəştə getməyəcəyik. Qüds Fələstinin paytaxtıdır və bunu onsuz da elan etmişik”, - Ərdoğan bildirib.Muxalifet2 - 1-03-2018