Axtarış

The search found 105785 results in 0.175 seconds.

Search results

  1. Afrində son durumla bağlı TSQ-dan AÇIQLAMA: ÖLDÜRÜLƏN TERRORÇU SAYI ARTDI

    “Zeytun Budağı” Hərəkatı çərçivəsində əməliyyatın başladığı ilk gündən bu günə 2295 terrorçu öldürülüb.
     
    Türk Silahlı Qüvvələri (TSQ) tərəfindən “Zeytun Budağı” Hərəkatının başlanğıcından bu yana 2295 terrorçunun zərərsizləşdirildiyini bildirib.
    Baş qərargah rəhbərliyindən verilən məlumata görə, hərəkat çərçivəsində terror təşkilatları PKK/KCK/PYD-YPG və İŞİD mənsublarının zərərsizləşdirilməsinə qarşı quru və hava əməliyyatları davam edir.
    Müxalifət.az

    Muxalifet3 - 2-03-2018

  2. ​Suriya probleminin həlli: RUSİYA İLƏ SAVAŞ...

    Suriya problemini diplomatik və siyasi yolla həll etmək lazımdır.
    Muxalifət.az xəbər verir ki, bunu RTBF televiziyasına müsahibəsində Belçika Xarici İşlər naziri Didye Reynders söyləyib. Onun sözlərinə görə, Bəşər Əsəd və ruslarla Qərbdə heç kim müharibəyə getmək fikrində deyil:
    “Əgər diplomatik və siyasi həll olmasa, bunun alternativi hərbi yoldur. Kim bu gün Bəşər Əsəd və Rusiya ilə açıq konflikt istəyir? Məncə siyasi həlli tapmalıyıq”.

    Muxalifet2 - 2-03-2018

  3. Putinə cavab gecikmədi: ABŞ 2019-cu ildə...

    ABŞ hipersəsli texnologiyalar sahəsində iş aparır. Belə tipli silahın sınaq uçuşları 2019-cu ildə başlanacaq.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) perspektivli tədqiqat layihələrinin idarəetmə başçısı Stiven Uoker bildirib.
    “Biz anlayırıq ki, Rusiya və Çin kimi ölkələrlə yarışırıq”- Stiven Uoker deyib.

    Muxalifet2 - 2-03-2018

  4. ​Ermənistanı dövlət kimi tanımayan Pakistana Azərbaycanı sevdirən böyük insan – HACI ZEYNALABDİN TAĞIYEV

    Onun adı Pakistanın tarix dərsliklərinə salınıb

    Muxalifet2 - 2-03-2018

  5. ​Prezident yanğın yerində - SON DƏQIQƏ

    Azərbaycan Prezidenti İlham Əliyev yanğın baş verən Narkoloji Dispanserə gəlib.
    Bu barədə Teleqraf.com-un hadisə yerində olan müxbiri məlumat verir.

    Muxalifet2 - 2-03-2018

  6. Bakıdakı dəhşətli yanğının görüntüləri yayıldı – VİDEO

    Səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş verən güclü yanğının görüntüləri yayılıb.
    Muxalifət.az-ın məlumatına görə, hadisə nəticəsində 30-dək adam ölüb.
    Yanğın zamanı 30-dan çox pasiyent təxliyyə olunub.
    Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, respublikanın daxili işlər naziri Ramil Usubov, baş prokurorun müavini Rüstəm Usubov və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov gəlib.
    Yanğının başvermə səbəbləri araşdırılır.
    APA.tv-yə istinadən Sözügedən hadisənin görüntülərini təqdim edirik:
     

    Muxalifet2 - 2-03-2018

  7. ​Səhiyyə Nazirliyi: Yanğın zamanı 200 nəfər təxliyyə edildi

    Səhiyyə Nazirliyin Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
    Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib.
    "Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib. Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyyə etmək mümkün olub.

    Muxalifet2 - 2-03-2018

  8. ​“Zeytun budağı”nda yeni mərhələ - ORDU HÜCUMA KEÇDİ

    Türkiyə Silahlı Qüvvələri və ASO Afrinin Raco bölgəsində əməliyyata başlayıb.
    Muxalifət.az xəbər verir ki, səhər erkən saatlarda ilk olaraq ASO Raco istiqamətində hücuma keçib.
    Məlumata görə, artıq əməliyyat çərçivəsində Raco bölgəsinin iki kəndi də terrorçulardan təmizlənib.
     

    Muxalifet2 - 2-03-2018

  9. ​Səs-küylü proses başlayır: AzTV SƏDRİNƏ SUİ-QƏSD CƏHDİ...

    Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluqda və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
    Daha sonra cinayət işinin məhkəməyə verilməsi ilə bağlı məsələyə baxılıb.

    Muxalifet2 - 2-03-2018

  10. ​Anar Məmmədovun Bakıya qayıtmamasının İLGİNC SƏBƏBİ

    Hafiz Hacıyev: “Bu adamların hamısı ölkəyə gətirilib, məsuliyyətə cəlb olunmalıdır...”
     
    Artıq iki ildən çoxdur ki, Bakıda ucaldılan “Trump hotel”də işlər yarımçıq qalıb. Bu binanın tikintisinə külli miqdarda vəsait sərf olunsa da, nəticəsi olmayıb. “Yeni Müsavat”a daxil olan məlumata görə, hətta binanın tikintisi zamanı icarə götürülən tikinti texnikalarının belə haqqı ödənilməyib.

    Muxalifet2 - 2-03-2018

  11. İsrail polisi Netanyahunu SORĞUYA ALDI - KORRUPSİYA

    Ölkənin ən böyük telekommunikasiya şirkəti “Bezeq”dəki korrupsiya araşdırmasını aparan polis dəstələri, İsrailin baş naziri və xanımını ilk dəfə mühakimə edib.
     
    Son dövrdə korrupsiya araşdırmaları ilə problem yaşayan İsrailin baş naziri Binyamin Netanyahu üçün bu gün də bir ilk yaşanıb.
    İsrail radiosu, polis dəstələrinin baş nazir Netanyahu və xanımını sorğuya çəkdiyini bildirib. Netanyahuya ölkənin ən böyük telekommunikasiya şirkəti “Bezeq”də baş verən korrupsiyayla bağlı suallar yönəldilib.

    Muxalifet3 - 2-03-2018

  12. ​Yeni Narkoloji Mərkəz İSTİFADƏYƏ VERİLƏCƏK

    Respublika Narkoloji Dispanserdə müalicə alan xəstələr müxtəlif tibb müəssisələrinə köçürülüb.
    Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov məlumat verib.
    Onun sözlərinə görə, həmin müəssisələrdə təxliyə olunan xəstələrə zəruri tibbi yardım göstərilir.

    Muxalifet2 - 2-03-2018

  13. Afrində daha bir kənd terrorçulardan AZAD OLUNDU: RACO MƏRKƏZİ MÜHASİRƏYƏ ALINDI

    TSQ-nin dəstəklədiyi ASO qoşunları Afrinin qərbindəki Raco mahalının Museku kəndini ələ keçirib.
     
    Yerli mənbələrdən alınan məlumata görə, TSQ-nin dəstəklədiyi ASO qoşunları Afrinin qərbindəki Raco nahiyəsinə bağlı Museku kəndini terrorçulardan azad edib.
    Türk ordusu və ASO Raconun girişindəki Aşağı və Yuxarı Mamelan kəndlərini də ələ keçirərək Raco mahal mərkəzini çevrəyə alıb.
    Müxalifət.az

    Muxalifet3 - 2-03-2018

  14. ​Ermənistan parlamentində prezident seçkisi başlanıb – NƏTİCƏLƏR BU GÜN AÇIQLANACAQ

    Cümə günü Ermənistan parlamentində ölkə prezidenti seçkilərində səsvermə başlanıb.
    “RİA Novosti” informasiya agentliyi xəbər verir ki, yeganə namizəd – Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim Ermənistan Respublikası Partiyası tərəfindən irəli sürülüb. Səsvermədə 105 deputatın iştirakı gözlənilir. Prezident seçilmək üçün deputatlardan dörddə üçünün və ya 79-nun səsi lazımdır.
    Səsvermənin nəticələri bu gün açıqlanacaq.

    Muxalifet2 - 2-03-2018

  15. ​ABŞ-a sərt mesaj: Putini özündən çıxaran – ŞOK SƏBƏBLƏR

    Putinin “analoqu olmayan silah düzəltmişik” bəyanatı ən əvvəl diplomatiyanın, ABŞ-la aparılan qapalı danışıqların nəticəsiz qaldığını göstərir.
    Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin ölkəsinin yaratdığı yeni silahlarla bağlı çıxışını şərh edən politoloq Şahin Cəfərli qeyd edib.

    Muxalifet2 - 2-03-2018

  16. Litvada “bomba partlayışı”:ölkənin adlı-sanlı siyasi xadimləri, hətta indiki prezident KQB agenti çıxıblar – ARAŞDIRMA

    “Sputnik Литва” yazır ki, Baltikyanında “informasiya bombası” partlayıb. “Respublika” qəzetinin redaktoru və sahibi Vitas Tomkus Litva KQB-si gizli əməkdaşlarının bunu guya nə zamansa özlərinin lüstrasiya (burada: təmizləmə-tərc.) prosedurları vaxtı etiraf etdikləri siyahısını dərc  etməyə başlayıb. Vitas Tomkus həftəlik “Respublika” qəzetinin səkkizinci sayının 18 səhifəlik kağız versiyasında 2015-ci ilin yayında Litva Seyminin qərarilə növbəti 75 il üçün “tamamilə məxfidir” qrifinə yiyələnmiş siyahının birinci hissəsini dərc edib.

    Muxalifet2 - 2-03-2018

  17. ​Çexiyadan böhrana səbəb olacaq SALEH MÜSLÜM AÇIQLAMASI

    Muxalifət.az xəbər verir ki, Çexiyanın daxili işlər naziri Lubomir Metnar Praqa polisinin ötən bazar günü PYD-nin keçmiş həmsədri Saleh Müslümü yaxalamaqla düzgün hərəkət edib-etmədiklərini araşdıracaqlarını bildirib.
    Çexiya parlamentinin vəkili Marek Vibornoyun, bundan əvvəl digər Avropa İttifaqı ölkələrində sərbəst şəkildə səyahət edən Müslümün niyə Praqada tutulduğu sualına cavab verən Metnar deyib: “Müfəttişlərimizə bu vəziyyəti təhqiq eləmək barəsində əmr vermişəm”.

    Muxalifet2 - 2-03-2018

  18. ​Mikayıl Cabbarov geniş İCLAS KEÇİRDİ: "Vergi xidmətində ləyaqətli kadrlara üstünlük veriləcək"

    Vergilər Nazirliyində nazirliyin rəhbər vəzifəli şəxslərinin və yerli vergi orqanlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
    Nazirlikdən verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi orqanlarının fəaliyyətində yeni yanaşmalar və vergi xidmətinin qarşısında duran vəzifələrin icrası, vergi əməkdaşlarının fəaliyyətinə yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və digər məsələlərlə bağlı çıxış edib.

    Muxalifet2 - 2-03-2018

  19. ““Zeytun Budağı” Hərəkatı Afrin ilə MƏHDUD DEYİL” – BAŞ NAZİR YILDIRIM

    Türkiyənin baş naziri Yıldırım, Hərbi İnstitutların buraxılış mərasimində çıxış edib. Baş nazir Yıldırım, “Hərəkatı Afrinlə məhdud olaraq düşünmək doğru deyil terror haradadırsa, ora bizim hədəfimizdir” - deyib.
     
    Baş nazir İldırımın çıxışından bəzi məqamlar:

    Muxalifet3 - 2-03-2018

  20. ​Türkiyədə 2 yunan hərbçi yaxalandı – SƏBƏB

    Türkiyə sərhədini qanunsuz keçən 2 yunanıstanlı hərbçi yaxalanıb.
    Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hərbçilər Kastanies bölgəsindən quru yolu ilə Meriç Nehri bölgəsinə keçiblər.
    İlkin dindirilmə zamanı onlar əlverişsiz hava şəraiti səbəbindən azdıqlarını bildiriblər.
    Məsələ ilə bağlı Afina məlumatlandırılıb.

    Muxalifet2 - 2-03-2018

Pages