Axtarış
The search found 105785 results in 0.137 seconds.
Search results
Yaqland Narkoloji Mərkəzdəki yanğınla bağlı BAŞSAĞLIĞI VERDi
Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar başsağlığı verib.
Bu barədə Avropa Şurasının məlumatında deyilir.
T.Yaqland baş verən hadisə ilə əlaqədar dərindən kədərləndiyini bildirib:
"Mən öz adımdan və Avropa Şurasının adından həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı bildirirəm. Avropa Şurası bu faciəvi anda Azərbaycan xalqının yanındadır".
Muxalifet2 - 2-03-2018
Gömrük Komitəsindən karqo şirkətlərinə - XƏBƏRDARLIQ
Türkiyə Respublikasından idxal edilən malların nəqliyyat xərclərinin artması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrinə müsahibə verən bəzi yükdaşıma (karqo) şirkətlərinin nümayəndələri bunu gömrük ödənişlərinin hesablanması zamanı yeni sistemin tətbiq edilməsi, gömrük vergi və rüsumlarının artırılmasına dair həqiqətə uyğun olmayan məlumatlarlarla əsaslandırmağa çalışıb.
Muxalifet2 - 2-03-2018
Bakıdakı dəhşətli yanğının SƏBƏBİ AÇIQLANDI
Respublika Narkoloji Mərkəzində yanğın binanın daxilindəki elektrik xətlərində olan problem nəticəsində baş verib.
Bu barədə Azərişıq ASC-dən məlumat verilib.
Qurumdan bildirilib ki, “Azərişıq” sayağaca qədər gələn elektrik xətlərində baş verən hər hansı qəzaya cavabdehlik daşıyır: “Binanın daxilindəki xətlərə nəzarət etmək bizim səlahiyyətimiz çərçivəsində deyil. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmalar başa çatandan sonra yanğının dəqiq səbəbi bilinəcək”.Muxalifet2 - 2-03-2018
Putin İlham Əliyevə başsağlığı verdi
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə Bakıda Respublika Narkoloji Mərkəzdəki yanğında həyatını itirənlərlə əlaqədar başsağlığı teleqramı göndərib.
Muxalifət.az TASS agentliyinə istinadən xəbər verir ki, teleqram Kremlin saytında dərc edilib.
“Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində yanğının faciəli nəticələri ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm”, - teleqramda deyilir.
Putin həmçinin ölənlərin ailələrinə başsağlığı verib, dəstəyini ifadə edib, yaralıların tez bir zamanda sağalmasını diləyib.Muxalifet2 - 2-03-2018
Bakıda jurnalistin çantası oğurlandı - VİDEO
Bakıda jurnalist Ülkər Qasımqızının çantası oğurlanıb.
Muxalifət.az bildirir ki, zərərçəkənin “Report”a verdiyi məlumata görə, hadisə fevralın 28-də Qara Qarayev prospekti 39/47 ünvanında “Oskar” mebel salonunun qarşısında qeydə alınıb.Muxalifet2 - 2-03-2018
ABŞ-ın təlim verdiyi 3500 terrorçu “MƏZUN” OLDU
ABŞ-ın hər cür dəstək verdiyi terror təşkilatı YPG, Suriyanın Qamışlı bölgəsində 3 min 500 terrorçuya təlim verdi. Buraxılış mərasimini sosial mediadan paylaşarkən, Vaşinqton rəhbərliyinin hadisə ilə bağlı görüntülərə necə cavab verəcəyi maraqla gözlənilir.
Türkiyə və ABŞ-ı qarşı-qarşıya gətirən Suriyanın şimalındakı terror təşkilatı YPG, Afrində yaşadığı itkilərə paralel olaraq yeni döyüşçülərə də təlim verir.
Qamışlıdaki buraxılışda, 3 min 500 YPG-li terrorçunun təlim tam başa vuruduğu bildirilir.Muxalifet3 - 2-03-2018
Türk ordusunun 8 şəhid verdiyi hücumun - DETALLARI
Türkiyə Silahlı Qüvvələrinin 8 şəhid verdiyi xain hücumun təfərrüatları bəlli olub.
Muxalifət.az xəbər verir ki, kəskin hava şəraitindən istifadə edən terrorçular türk ordusunun mövqelərinə ardıcıl 2 dəfə hücum edib və helikopterlərin yaralıları çıxarmasına əngəl törədib.Muxalifet2 - 2-03-2018
Başı 5 milyon dollar olan “QANUNİ OĞRU”: “Lazımdırsa, başımı kəsin”
2016-cı ilin iyulunda həbs edilən Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri, “Ded Xasan”ın varisi sayılan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov və dəstəsinin işi üzrə məhkəmə yekunlaşır. Prokuror məhkəmədən “Şakro-Molodoy”a 10 il həbs cəzası istəyib. Bu cinayət işində adı keçən 13 nəfərə də 7, 8, 9 il olmaqla müxtəlif cəzalar verilməsi istənilib.
Muxalifet2 - 2-03-2018
Türkiyə sərhədini keçən YUNAN ƏSGƏRLƏRİ YAXALANDI
Yunanıstanın Quru Qoşunları, Meriç çayı bölgəsində 2 yunan əsgərinin Türk əsgərləri tərəfindən yaxalandığını bildirib.
Yunanıstanın Quru Qoşunları, 2 yunan əsgərinin Şimali Evros bölgəsindəki Kastanies nahiyəsində patrul vəzifəsini icra edərkən pis hava şəraiti ilə bağlı yolu azaraq, səhvən Türkiyə sərhədinə keçdiyini və Türk əsgərləri tərəfindən yaxalanaraq Ədirnəyə aparıldığını açıqlayıb.Muxalifet3 - 2-03-2018
Çudo Peçka işində MƏHKƏMƏDƏN QƏRAR: məcburi şakildə...
Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov və Bank Standart İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Çingiz Cəlilovun qohumu Vüqar Aslanov ifadə verib.
O bildirib ki, bankdan şirkətin inkişafı üçün ayrı-ayrı dövrlərdə kreditlər götürülüb və sonradan götürülən kreditlər ödənilib.Muxalifet2 - 2-03-2018
Suriyada qətliam: 674 dinc sakin ÖLDÜ
Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrin Şərqi Qutaya hücumu zamanı son 12 gündə 674 dinc sakin həlak olub.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, ölənlərdən 127-si uşaq, 95-i isə qadındır.
Bombardman zamanı 658-i uşaq, 540-ı qadın olmaqla 2278 nəfər yaralanıb.Muxalifet2 - 2-03-2018
BAKIDA BAŞ REDAKTOR DƏM QAZINDAN ÖLDÜ
Bakıda baş redaktor dəm qazından boğulub ölüb.
Trend-in məlumatına görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, "Femida.az" saytının baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.
E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.
Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.Muxalifet2 - 2-03-2018
Dayısı Tacir Şahmalıoğlu ilə qırğına çıxdı: “Tacir qanacaqsızdır” - “O mənə dayılıq etmir”
Tanınmış müğənni Tacir Şahmalıoğlunun dayısı Nurəddin Əliyev bacısı oğlundan narazılıq edir.
Muxalifet2 - 2-03-2018
Qarabağ separatçıları burda iştirak edə bilməz - ZAXAROVA
Dağlıq Qarabağ münaqişəsnin həlli ilə bağlı Rusiyanın mövqeyi bəllidir. APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Jurnalistin "separatçı Dağlıq Qarabağ rejiminin münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakına necə baxırsız" sualına Rusiya XİN sözçüsü belə cavab verib: "Bizim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz bəllidir. Bu mövqe ilə bağlı heç bir dəyişiklik yoxdur".
Muxalifet2 - 2-03-2018
Bəstəkar Tahir Əkbər ÖLÜM AYAĞINDADIR
Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin vəziyyəti pisləşib.
Bu barədə AzVision.az-a bəstəkarın xanımı məlumat verib. Bildirib ki, T. Əkbərin beyninin fəaliyyəti dayanıb.
“Tahir artıq iki həftədir ki, belə vəziyyətdədir. Həkimlər çox cəhdlər etdilər, ancaq onu sağaltmaq mümkün olmadı. Yaşamağına ümid olmadığına görə evə gətirmişik. Tahirin sonu da belə imiş”.
Qeyd edək ki, Tahir Əkbər bir müddət əvvəl insult keçirmişdi.Muxalifet2 - 2-03-2018
Azərbaycanlı merə qarşı CİNAYƏT İŞİ AÇILDI
Dərbənd rayon administrasiyasının rəhbəri Maqomed Cəlilova qarşı səlahiyyətlərini aşmaq ittihamı ilə cinayət işi qaldırılıb.
Axar.az xəbər verir ki, bunu “İnterfaks” agentliyinə açıqlamasında Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Rəsul Temirbekov söyləyib. Onun sözlərinə görə, Cəlilov Dərbənd rayonuna 2,2 milyon rubl zərər vurub.
Qeyd edək ki, bir neçə həftə öncə Cəlilovun həbsi ilə bağlı informasiya yayılsa da, sonradan təkzib edilmişdi.Muxalifet2 - 2-03-2018
Magistraturaya imtahan verənlərin göstəriciləri aşağı düşüb
Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb.
Muxalifet2 - 2-03-2018
Aydın Xırdalanlı Narkoloji Mərkəzdəki yanğından SON ANDA XİLAS OLDU
Meyxanaçı Aydın Xırdalanlı Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalıb.
Baku.ws-in əldə etdiyi məlumata görə, meyxanaçı həmin mərkəzdə müalicə olunurdu.
Ötən gün həmkarı Vasif Əzimovun oğlan toyunda iştirak etmək üçün Narkoloji Mərkəzindən çıxan meyxanaçı daha sonra həmin yerə qayıtmayıb.
Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində səhər saatlarında yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 25 nəfər dünyasını dəyişib.Muxalifet2 - 2-03-2018
Nazir müavininin oğlu: “Məni, ailəmizi şərləyir...” – ŞOK
Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov şahid qismində ifadə verib.
O bildirib ki, əvvəllər “Liman qrupu” şirkətinin rəhbəri vəzifəsində çalışıb, xalası oğlu Rahib Hüseynovla heç bir iş birliyi olmayıb.Muxalifet2 - 2-03-2018
"25 nəfəri təkbaşına çıxartdım, yerdə qalanlar külə döndü" - Hadisənin şahidi danışdı
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.
Məlumata görə, yanğın yataq xəstələrinin müalicə aldığı köhnə tikilidə baş verib.Muxalifet2 - 2-03-2018