Axtarış
The search found 105785 results in 0.042 seconds.
Search results
İBRAHİMOVİÇ GERİ QAYIDIR
“Mançester Yunayted”də ulduzu parlayan Zlatan İbrahimoviç 2016-cı ildə son qoyduğu milli komandadakı karyerasına geri qayıtmaq istəyir.
Muxalifət.az xəbər verir ki, bu mövsüm aldığı zədələr səbəbilə yaşıl meydanlardan uzaq qalan təcrübəli oyunçu Dünya Çempionatında milli formanı yenidən geyinmək istədiyini etiraf edib:Muxalifet2 - 2-03-2018
Lukaşenkonun Kremllə SÜD DAVASI: Yeni açıqlama
Rusiyanın Belarus südünün tədarükünə qadağa qoyması həyasız siyasi alətdir.
Muxalifət.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.
“Bu artıq gülməli oldu. KİV artıq deyir ki, bu necə ittifaqdır ki, Avrasiya İttifaqı üzvlərinə münasibət kənardakılardan daha ağırdır? Biz hətta sementimizi belə azad şəkildə sata bilmirik”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiyanın Belarusdan süd məhsullarının idxalını qadağan etməsinə Aleksandr Lukaşenko sərt reaksiya vermişdi. Prezident açıqlamasında bunu Moskvaya bağışlamayacağını bildirmişdi.Muxalifet2 - 2-03-2018
“Ölən kişilərin sayı qadınlarla müqayisədə 2 dəfə çoxdur” - RÖVŞƏN AĞAYEV
“İqtisadi inkişaf demoqrafik proseslərlə sıx bağlıdır. Ona görə də iqtisadi analizlə məşğul olanların demoqrafik statistikanın daima diqqətdə saxlamasında fayda var”.
Muxalifət.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.Muxalifet2 - 2-03-2018
Britaniyada HƏYAT DONUB - Dəmir yolları və aeroport işləmir
Böyük Britaniyada hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Londonla Brüssel və Paris şəhərləri arasında dəmir yolu rabitəsi kəsilib.
Trend-in məlumatına görə, güclü külək və şaxta ölkədaxili reyslərin də dayandırılmasına səbəb olub.
London metropoliteninin bəzi stansiyaları bağlanıb.
Bundan başqa, ölkənin hava limanlarında da ağır vəziyyət davam edir. Şotlandiyada Edinburq və Qlazqo aeroportları ümumiyyətlə işləmir.Muxalifet2 - 2-03-2018
Речь Путина усиливает холод в российско-американских отношениях
До мрачных глубин холодной войны пока еще далеко; но та речь, которую во вторник произнес российский президент Владимир Путин, рассказавший о новом и «неуязвимом» оружии, способном преодолевать американскую оборону, еще больше понизила градус и без того отвратительных отношений между двумя странами.
Мало кто из экспертов с обеих сторон верит в то, что новое оружие (если оно реально существует и поступает на вооружение) изменит баланс сил между двумя странами, которые и без того обладают возможностью многократно уничтожить друг друга.Muxalifet - 2-03-2018
"AVROPA TÜRKİYƏSİZ YAŞAYA BİLMƏZ" - ÇAVUŞOĞLU
Muxalifət.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İngiltərənin “Teleqraf” qəzetində “Türkiyə barəsindəki xurafatları yox eləmək zamanı. Avropa Türkiyəsiz yaşaya bilməz” başlıqlı məqaləsi dərc edilib. Çavuşoğlu həmin məqalədə öz mövqeyini belə ifadə edib: “Türkiyəsiz bir Avropa qorumasız və müdafiəsiz qalacaqdır. Türkiyə hər Avropa ölkəsinin çatmaq istədiyi səviyyədə böyüyən iqtisadiyyatı ilə iqtisadi mənada bir dəyərdir. Türkiyənin Avropa İttifaqına yük olacağı fikri bu səbəbdən qətiyyən yanlışdır”.
Muxalifet2 - 2-03-2018
Bizi vurun, terrorçular da ölsün - TÜRK KOMANDOS
Təhlükəsizlik üzrə məşhur türkiyəli ekspert Abdullah Ağar dünən Afrində 8 türk əsgərinin şəhid olması ilə nəticələnən əməliyyatları şərh edib.
Axar.az xəbər verir ki, Ağar Afrində qatı duman olması səbəbindən terrorçuların aktivləşdiyini bildirib.Muxalifet2 - 2-03-2018
Rusiyadan Azərbaycana başsağlığı
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakı Narkoloji Dispanserində baş verən və 25 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədar Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova başsağlığı verib. Muxalifet.az xəbər verir ki, bu barədə APA məlumat yayıb. “Rusiya Dövlət Dumasının deputatları və şəxsən öz adımdan Narkoloji Mərkəzdə insan ölümü ilə nəticələnən yanğınla əlaqədar dərin hüznümü çatdırıram. Ölənlərin yaxınlarına başsağlığımızı çatdırmağınızı xahiş edir, yaralıların tez bir zamanda sağalmasını arzulayırıq”, - deyə başsağlığı mesajında bildirilir.
Muxalifet3 - 2-03-2018
Qan qrupunun insanların həyatına 7 MÜHÜM TƏSİRİ - Yaponların İNANILMAZ İNANCI
Şərq mədəniyyətində insanın hansı qan qrupuna aid olması onun həyatında mühüm yer tutur.
Muxalifet.az xəbər verir ki, Yaponiyadakı geniş yayılmış inanca görə, qan qrupu 2 olanlar həssas, mükəmməliyyətçi və işgüzar insanlar olsalar da, ancaq daxilən çox narahatdırlar.
Qan qrupu 1 olanlar isə səxavətli və inadkar xarakterləri ilə seçilir.
4-cü qan qruplarının özəlliyi odur ki, onlar çox əsrarəngizdir, həm də ağıllarına gələn hər işi yerinə yetirirlər.
3-cü qan qrupları şən olsa da, eksentrik və olduqca eqoistdir.
Sevgi həyatıMuxalifet3 - 2-03-2018
Sınaq imtahanında yeni tipli test tapşırıqları
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti - yeni test tapşırıqlarının istifadə olunacağı sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə martın 10-da keçiriləcək.Muxalifet3 - 2-03-2018
Afrindən dönüş yoxdur – Baxçalı
İnanıram ki, Afrin küçəbəküçə, evbəev təmizlənəcək və terrorçuların belləri qırılacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
“Afrində Türkiyənin mənafeyi cəsur şəkildə müdafiə edilir. Buradan dönüş yoxdur. Həqiqətən də gəmilər yanıb, geri dönə bilmərik”, - partiya sədri qısaca açıqlamasında bildirib.
Qeyd edək ki, dünən Afrində Kəl Təpə adlanan istiqamətdə 100-dən çox YPG-çi tunellərdən qəfil türk hərbçilərinə qarşı hücuma keçib.Muxalifet3 - 2-03-2018
Türkiyə bu halda bütün yunanları cəzalandıracaq - QƏRAR
Türkiyənin Ədirnə vilayətində sərhədi keçən 2 yunan əsgəri casusluq maddəsi ilə həbs edilib.
Muxalifet.az xəbər verir ki, Agellos Mitredotis və Dimitros Kouklatzis adlı hərbçilər barəsində Sülh Cəza Hakimliyi qərar qəbul edib.
Onların üzərindən çıxan rəqəmsal əşyalar da araşdırılmaq məqsədilə müsadirə olunub.
Muxalifet3 - 2-03-2018
ABŞ-da növbəti qanlı olay: Yaralılar var
ABŞ-ın Miçiqan ştatında yerləşən Mərkəzi Miçiqan Universitetində silahlı atışma baş verib.
Muxalifet.az xəbər verir ki, ilkin məlumatda 2 nəfərin olay zamanı yaralandığı bildirilib.
Cinayətkar isə hadisə yerindən qaçıb.
Şahidlərin sözlərin görə, olayı törədən şəxs qaradərilidir. Polis həmin şəxsin axtarışlarına başlayıb.
Qeyd edək ki, son aylarda ABŞ-ın təhsil ocaqlarında bənzər qanlı olaylar səngimir.Muxalifet3 - 2-03-2018
Narkoloji Mərkəzdəki yanğınla əlaqədar “Qaynar xətt” yaradıldı
Martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş vermiş və ağır nəticələrə səbəb olmuş yanğın faktına görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin olunub.
Muxalifet3 - 2-03-2018
Azərbaycan Premyer Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq
Respublika Narkoloji Mərkəzində baş vermiş faciəvi hadisə ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII tur oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib. Qarşıdakı tura martın 3-də "Kəpəz" - "Səbail" matçı ilə start veriləcək. Sabah "Sumqayıt" - "Qarabağ" matçı da keçiriləcək. Martın 4-də "Qəbələ" - "Neftçi" və "Zirə" - "Keşlə" oyunları nəzərdə tutulub.Muxalifet3 - 2-03-2018
Gəncədə BƏDBƏXT HADİSƏ: 51 yaşlı qadın pəncərə silərkən...
Gəncədə 51 yaşlı qadın ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib.
Hadisə şəhərin Ozan küçəsində yerləşən yaşayış binalarının birində baş verib.
İlkin məlumata görə, Elbəniz Quliyeva Şəmi qızı evdə pəncərələri silərkən ehtiyatsızlıqdan yerə yıxılıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet3 - 2-03-2018
Putinin açıqlamasını qəbul etmirik - NATO
Rusiyanın ittifaq ölkələrini təhdid edən açıqlamaları qəbuledilməzdir.
Muxalifet.az xəbər verir ki, bunu NATO sözçüsü Oana Lunqesku deyib.
“Bu açıqlama gərginliyi azalda bilməz. Biz yenidən Soyuq müharibə, yaxud yeni bir silahlanma yarışı istəmirik. Bütün müttəfiq dövlətlər etibarlı və təhlükəsiz anlaşmaları dəstəkləyir”, - Lunqesku bildirib.
Qeyd edək ki, Putin ölkəsinin dünyanın hər nöqtəsini vura biləcək yeni qitələrarası ballistik raket hazırladığını demişdi.Muxalifet3 - 2-03-2018
Türkiyə qırıcıları Əsəd qüvvələrini bombaladı: 11 ölü
Türkiyə bombardmançılarının Afrində YPG mövqelərinə aviazərbələr endirməsi nəticəsində Bəşər Əsəd yönümlü qüvvələr tərəfində vuruşan 11 döyüşçü ölüb.
Muxalifet.az xəbər verir ki, Cəma kəndinin bombalanması zamanı Əsədə sadiq 11 döyüşçü ilə yanaşı, 3 terrorçu da məhv edilib.
Ümumilikdə isə 14 nəfərin məhv edildiyi bildirilib.
Qeyd edək ki, Əsəd tərəfdarları “Xalq Qüvvələri” adı altında 11 gün əvvəl Afrinə daxil olmuşdu.Muxalifet3 - 2-03-2018
Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir - İraqlı jurnalist
Tanınmış iraqlı jurnalist Mutəz Muhy Əbdülhəmidin “Əl-Muraqib əl-İraqi” qəzetində “Xocalı... qəsb edilmiş torpaq və geriyə dönüşünü özləyən didərgin insanlar” sərlövhəli məqaləsi dərc edilib.
Muxalifet3 - 2-03-2018
Cəlilabadda 25 yaşlı gənci tanışları xəstəxanalıq etdi
Cəlilabad rayonunda 25 yaşlı gənc döyülüb.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Emin Əjdər oğlu Əmirov döyülüb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralı tanıdığı şəxslər tərəfindən döyüldüyünü açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 2-03-2018