Axtarış

The search found 105785 results in 0.091 seconds.

Search results

  1. ​UEFA İcraiyyə Komitəsində MALİYYƏ YEYİNTİSİ - 2 milyon avro

    Ukrayna Futbol Federasiyasının (FFU) sabiq prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü Qriqori Surkis 2 milyon avronu israf etməkdə şübhəli bilinir.
    Muxalifet.az xəbər verir ki, Avropa futbol qurumu bu vəsaiti ölkədə futbolun inkişafına ayırıb. Lakin Q.Surkis və onun müavini Aleksandr Bandurko həmin pulları Kiyev yaxınlığında milli komanda üçün bazanın tikintisinə sərf edib. Lakin bu layihə hələ də ərsəyə gəlməyib.
    FFU-nun hazırkı rəhbərliyi məsələ ilə bağlı araşdırmalar aparır.
     

    Muxalifet3 - 2-03-2018

  2. ​Türkiyə S-400 almadan öncə bilməli idi ki... - NATO

    S-400 zenit raket kompleksləri NATO sistemlərinə inteqrasiya olunmur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Afinada səfərdə olan NATO baş katibinin köməkçisi Roz Qottemoller deyib.
    “NATO üzvləri bilməlidirlər ki, ən yüksək nəticə yalnız NATO üzvləri ilə əməkdaşlıq sayəsində təmin edilə bilər. Bu sistemləri araşdırmaq istəyirik. S-400 NATO sistemlərinə inteqrasiya edilmir. Bu səbəbdən NATO üzvü S-400 sistemləri almadan əvvəl sözügedən məsələni araşdırmalı idi”, - NATO nümayəndəsi bildirib.

    Muxalifet3 - 2-03-2018

  3. ​Millət vəkili: “Günahkarlar layiqli cəzalarını alacaqlar”

    Millət vəkili Narkoloji Mərkəzdə baş vermiş yanğında həyatını itirənlərin doğmalarına başsağlığı verib.
    Muxalifet.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev günahkarların layiqli cəza alacağına inandığını ifadə edib:

    Muxalifet3 - 2-03-2018

  4. ​Terrorçuları "yaxşı" və "pis" qruplara ayırmayın - Lavrov

    Terrorizmlə mübarizədə ikili standartların tətbiqi dayandırılmalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
    O bildirib ki, terrorçuları “yaxşılar” və “pislər” qrupuna ayırmaq praktikasına son verilməlidir:
    “Ölkələrin fəaliyyət planındakı fərqliliklər aradan qaldırılmalıdır. Rusiyanın beynəlxalq siyasətini dəstəkləyənlərin sayı artır”.
     

    Muxalifet3 - 2-03-2018

  5. ​Keçmişdə yaşamaq istəməzdim, cünki əcdadlarım kölə olub - Putin

    SSRİ-nin çöküşünün qarşısını almaq istərdim.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ümumrusiya Xalq cəbhəsi mediaforumunda çıxışı zamanı deyib.
    “SSRİ-nin dağılmasına mane olmaq istəsəm də, başqa tarixi dövrdə yaşamaq istəməzdim. Çünki mənim ulu əcdadlarım kölə olub, mən isə hazırda prezidentəm”, - Kreml rəhbəri bildirib.
     

    Muxalifet3 - 2-03-2018

  6. ​Tahir Əkbər dünyasını dəyişdi

    Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Tahir Əkbər bu gün axşam saatlarında dünyasını dəyişib.
    Muxalifet.az xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə məlumat verib.
    Həmçinin, bir neçə nüfuzlu şəxs də sosial şəbəkə hesabları vasitəsilə bəstəkarın ölümü barəsində ictimaiyyəti məlumatlandırıblar.
    Qeyd edək ki, 72 yaşlı bəstəkar uzun müddət idi ki, beyin insultundan əziyyət çəkirdi. Mərhum sabah Yasamal qəbiristanlığında dəfn olunacaq.

    Muxalifet3 - 2-03-2018

  7. ​Salyanda DYP postuna silahlı hücum

    Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum olub.
    Muxalifet.az “Report”-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda rayon ərazisindəki DYP postunda qeydə alınıb.

    Muxalifet3 - 2-03-2018

  8. ​Fransadan Azərbaycan xalqına dəstək

    Fransanın Azərbaycandakı səfirliyi bu səhər Bakı şəhərində yerləşən Respublika Narkoloji Mərkəzində baş vermiş güclü yanğın nəticəsində 25 nəfərin həlak olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində məlumat yerləşdirilib.
    "Bu səhər Bakı şəhərində Narkoloji Mərkəzində 25 nəfərin həlak olması ilə nəticələnən güclü yanğın haqqında xəbər aldıq. Fransanın Azərbaycandakı səfirliyi həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir", - deyə məlumatda bildirilir.
     

    Muxalifet3 - 2-03-2018

  9. ​Su ilə dolu planet aşkarlandı

    Beynəlxalq astronom komandası ilk dəfə olaraq “Hubble” teleskopundan istifadə etməklə ekzoplanetin atmosferini ətraflı şəkildə təsvir edib.  Ölçü baxımdan Saturna bənzəyən WASP-39b kimyəvi tərkib baxımından Günəş sisteminin planetlərindən fərqlənir.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Phys.org” məlumat yayıb.  

    Muxalifet3 - 2-03-2018

  10. ​İran dollardan imtina etdi

    İranda idxal sövdələşmələrinin ABŞ dolları ilə aparılması qadağan olunub.
    Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin “Press TV” telekanalı öz YouTube kanalında məlumat paylaşıb.
    Maliyyə əməliyyatları dollarla aparılacağı təqdirdə, ölkənin gömrük orqanları bəyannaməni və ya malların idxalı üçün sifarişləri rəmiləşdirməkdən imtina edəcək.
    İdxalçılar bunun üçün dolları avroya və ya ölkənin milli valyutasına dəyişməli olacaq.

    Muxalifet3 - 2-03-2018

  11. ​Trampdan Rusiya həmləsi: Daha 1 il...

    ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişədən dolayı Rusiyaya qarşı sanksiyaların müddətini daha 1 il uzatmaq barədə qərar verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
     

    Muxalifet3 - 2-03-2018

  12. ​İtaliya və Fransa səfirlikləri Bakıdakı yanğından yazdı

    İtaliyanın Bakıdakı səfirliyi bu gün Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə səfirliyin Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsin qeyd edilib.
    "Səfirliyin bütün işçi heyəti İtaliya dövləti adından dünyasını dəyişənlərin ailələrinin hüznünə qoşulur", - deyə yazıda qeyd olunub.

    Muxalifet3 - 2-03-2018

  13. ​Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

    ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların 1 il müddətinə uzadılması haqqında fərman imzalayıb.
    Muxalifet.az ABŞ KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bəyanat yayıb.
    Bəyanatda qeyd olunur ki, ABŞ hökumətinin 6 mart, 16 mart, 20 mart və 19 mart 2014-cü il tarixlərində qəbul etdiyi sanksiyalar Ukraynanın cənub-şərqindəki vəziyyətlə əlaqədar tətbiq olunub. Tramp belə bir nəticəyə gəlib ki, sanksiyalar 6 mart 2018-ci ilə kimi qüvvədə qalmalıdır.

    Muxalifet3 - 2-03-2018

  14. ​"Qələbəni Neymara hədiyyə etmək istəyirik"

    PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Real"la matç barədə fikirlərini bildirib.
    Muxalifet.az-ın yaydığı xəbərə görə, o, Madrid klubu ilə matçda qələbə qazanmaq istədiklərini deyib: "Qələbəni Neymara hədiyyə etmək istəyirik. Buna bacaracağımıza inanırıq. Bir çox oyunçu "Real"la matçda iştirak etmək istəyir. Geridönüş edəcək gücdəyik".
    O, zədə səbəbindən matçda iştirak etməyəcək Neymarın yoxluğunun hiss olunacağını vurğulayıb: "Neymar meydanda fərqli işlər görür. Amma biz başqa futbolçularla da qalib gələcəyimizə ümid edirik".

    Muxalifet3 - 2-03-2018

  15. ​Sarkisyan Sarkisyanın işini davam etdirməyə söz verdi

    Ermənistan lideri Serj Sarkisyan öz iqamətgahında Milli Şura tərəfindən prezident postuna təyin olunmuş Armen Sarkisyanı qəbul edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə sputnik erməni dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.
    Ermənistan konstitusiyasının tələblərinə əsasən Sarkisyan eyni soyadlı sələfinin prezident səlahiyyətlərinin başa çatdığı gündə vəzifəyə gələcək (aprelin 9-u).
    Hazırki prezident Sarkisyana öz işində müvəffəqiyyət arzulayıb, qarşıdakı illərin Ermənistan üçün uğurlu olacağına ümidvar olduğunu bildirib

    Muxalifet3 - 2-03-2018

  16. ​Narkoloji Mərkəzdə həlak olanlardan 9-nun MEYİTİNİ TANIMAQ MÜMKÜN OLDU

    Fevralın 2-də Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olmuş 25 nəfərdən 9-nun meyiti ailələrinə təhvil verilib.
    "Report" xəbər verir ki, bu, ölənlərin ailə üzvləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyinə gələrək meyitlərə baxış keçirdikdən sonra mümkün olub.
    Nəticədə yalnız 9 nəfərə aid meyit yaxınları tərəfindən tanınıb və hüquq-mühafizə orqanlarının apardığı müvafiq ekspertiza prosedurundan sonra onların cənazəsi qohumlarına verilib.
    Kimliyi bilinən 9 meyitin ad və soyadı hələ ki, açıqlanmır.

    Muxalifet2 - 3-03-2018

  17. ​Trampın qərarına Rusiyadan ETİRAZ: Ədalətsizlikdir

    ABŞ lideri Donald Trampın Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarı ən azı ədalətsizlikdir.
    Muxalifət.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Anton Morozov deyib. O bildirib ki, “Minsk-2” razılaşmasının öhdəlikləri məhz Kiyevin səhvi ucbatından həyata keçirilmir:
    “Minsk-2” ilə bağlı həyata keçirilməyən öhdəliklərə görə Rusiya günahkar bilinir. Bu ədalətsizlikdir. Çünki Rusiya tərəfi öz üzərinə düşən vəzifəni yerinə yetirib”.

    Muxalifet2 - 3-03-2018

  18. Yavər Camalovun ətrafında NƏ BAŞ VERİR...

    Nazirin zavodları partlayır, yaxınları odlu silahla tutulur; Camalovların adı sələmə pul verməkdən tutmuş bahalı maşının qaçırılaraq Gürcüstanda satılmasınadək çəkilir

    Muxalifet2 - 3-03-2018

  19. ​Etnik qarşıdurmada 49 NƏFƏR ÖLDÜ

    Konqo Demokratik Respublikasında etnik zəmində baş verən toqquşma nəticəsində 49 nəfər ölüb, daha onlarla insan yaralanıb.
    Muxalifət.az xəbər verir ki, martın 1-dən 2-nə keçən gecə Lenda xalqının radikal baxışlı nümayəndələri əlbir olduqları şəxslərlə birgə İturi əyalətinin Maze kəndinə hücum etmək istəyiblər, lakin təhlükəsizlik qüvvələri onların bu cəhdinin qarşısını alıb.
    Bir müddətdən sonra yaraqlılar daha da möhkəmlənərək yenidən qayıdıblar və bu zaman toqquşma baş verib.

    Muxalifet2 - 3-03-2018

  20. ​HULUSİ AKAR: “Əməliyyatımız bir çox ölkələrə nümunədir”

    “Şəhid və qazilərimizin bir damla belə qanı yerdə qalmayacaq. Terrorçular və onları dəstəkləyən güc mərkəzlərini mütləq məyus edəcəyik”.
    Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu fikirlər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Azad Suriya Ordusu (ASO) ilə birgə Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatının 42-ci günündə bəyanatında qeyd edib.
    “Mübarizəni qüvvələrimiz Azad Suriya Ordusunun üzvləri ilə çiyin-çiyinə ən sonuncu terrorçunu məhv edənədək davam etdirəcəyik”, - deyə Hulusi Akar vurğulayıb.

    Muxalifet2 - 3-03-2018

Pages