Axtarış
The search found 105785 results in 0.041 seconds.
Search results
ATƏT/DTİHB-i Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun (ATƏT/DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə müşahidə missiyası göndərməyi tövsiyə edib. Bu barədə missiyanın hesabatında qeyd edilib.
Hesabatda bütövlükdə seçki prosesini izləmək məqsədilə uzun müddət üçün 30 müşahidəçinin və səsvermə günündə müşahidələr aparmaq üçün 280 nümayəndədən ibarət qısamüddətli missiyanın göndərilməsi tövsiyə olunur.Muxalifet3 - 3-03-2018
Altay Göyüşov: Millət qurucuları Azərbaycanı müstəqil, həm də demokratik görmək istəyirdi
Qarşıdan gələn iki ayda Azərbaycanda iki mühüm hadisə gözlənilir-mayın 28-də Azərbaycan Cumhuriyyətinin 100 illiyi tamam olur. Bu ərəfədə aprelin 11-də isə Azəbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Tarixçi-alim, tarix elmləri doktoru Altay Göyüşov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda seçkiöncəsi durum, Azərbaycan Cumhuriyyətinin yüz illiyi və millət qurucularının ideallarından danışıb.
Seçkiöncəsi durumMuxalifet3 - 3-03-2018
Prezident bu işçilərin maaşını artırdı - Sərəncam
Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.Muxalifet3 - 3-03-2018
AB ABŞ-a qarşı sanksiyalara hazırlaşır
Avropa Birliyi ABŞ-a üç ay müddətində polad məhsullarının idxalına məhdudiyyət qoyması qərarına görə sanksiya tətbiq edə bilər.
Muxalifet.az xəbər verir ki, “Röyter” agentliyinin mənbəsi Avropa Birliyinin ABŞ-a cavab tədbirlərini nəzərdən keçirdiyini bildirib.
“Biz ticarət müharibəsindən qaçmaq istəyirik, lakin AB sənayenin maraqlarını müdafiə etmək üçün Ümumdünya Ticarət Təşkilatı qaydaları çərçivəsində müvafiq tədbirlər görməlidir”, - deyə mənbə bildirib.Muxalifet3 - 3-03-2018
Abid Şərifov dəhşətli yanğından danışdı: Çətin məsələdir
Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Dövlət Komissiyasının martın 3-də ilk iclası keçirilib.
Muxalifet3 - 3-03-2018
Yoxsa bizə rahatlıq olmayacaq… - Millət vəkili
Millət vəkili Qənirə Paşayeva İzmitdə Türkiyə Azərbaycan Dərnəklərinin Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirdə türk diaspor təşkilatlarına çağırış edib. Muxalifet.az xəbər verir ki, tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili qondarma erməni soyqırımını tanıyan bir sıra ölkələrin ədalətsiz qərarlarından danışıb. Həmin ölkələri kəskin tənqid edən millət vəkili sözügedən dövlətlərin bundan öz maraqları üçün istifadə etdiklərini deyib.
Muxalifet3 - 3-03-2018
Tramp kökəlib
ABŞ prezidenti Donald Tramp müvəqqəti olaraq dietaya başlayıb. Yanvar ayında Ağ Evin baş həkimi Ronni Cekson Trampda kökəlmə əlamətləri aşkarlayıb: Trampın boyu 190 sm olduğu halda çəkisi 108,4 kilomqram təşkil edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, prezidentə az yağlı və kalorili yeməklərlə qidalanması , həmçinin idmanla məşğul olması tövsiyə edilib.Muxalifet3 - 3-03-2018
Ağsu rayonunda dələduzluqda şübhəli bilinən şəxslər saxlanıldı
Muxalifet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ağsu rayon Polis Şöbəsinə edilən şikayətlər nəticəsində araşdırma aparılıb. Məlum olub ki, Vurğun Hidayətov, Mehdi Umudov və Ramazan Kərimov “Fakt Araşdırıcı N” MMC adlı şirkət yaradaraq sahibkarlıq obyektlərində qanunsuz yoxlama aparıblar.
Muxalifet3 - 3-03-2018
Rusiya Ukrayna ilə qaz müqavilələrini ləğv edir
Rusyanın təbii qaz inhisarçısı - "Qazprom" şirkəti Ukraynanın ''Naftoqaz'' şirkəti ilə bağladığı müqavilələri ləğv edir.
Muxalifet.az Reporta istinadən xəbər verir ki, bu barədə "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller məlumat verib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət buna məcburdur.
Qeyd edək ki, “Qazprom” “Naftoqaz”ın ona 100 mln. ABŞ dolları məbləğində zərər vurduğunu əsas gətirərək bir qədər əvvəl Stokholm Arbitraj Məhkəməsinə müraciət edib.Muxalifet3 - 3-03-2018
Bu il Azərbaycanda 15 aqropark istifadəyə veriləcək
"Respublikanın 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır".
Muxalifet.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.Muxalifet3 - 3-03-2018
Sabah 36 mindən çox şagird imtahan verəcək
Sabah respublikanın ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.
Muxalifet.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ümumilikdə 36846 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanların keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 80 imtahan mərkəzi ayrılıb.Muxalifet3 - 3-03-2018
Deputat Avropa Parlamentinin tədbirlərində iştirak edəcək
Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Parlamentinin tədbirlərində iştirak üçün martın 4-dən 8-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.
Muxalifet.az-ın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, millət vəkili qurumda bir sıra deputatlarla, o cümlədən, Avropa Parlamentində yeni yaradılmış “Azərbaycanın Dostları Klubu”nun rumıniyalı üzvləri ilə görüşəcək.
Millət vəkili daha sonra Rumıniya Respublikasının yaradılmasının 100 illiyi münasibətilə təşkil ediləcək tədbirlərə qatılacaq.
Muxalifet3 - 3-03-2018
“Sumqayıt” - “Qarabağ” matçında dava — Azarkeşlər oturacaqları qırdı
Azərbaycan Premyer Liqasının 28-ci turunda “Sumqayıt” - “Qarabağ” matçında insident baş verib.
Muxalifet.az "Offsideplus"a istinadən xəbər verir ki, matçın ilk hissəsində iki klubun azarkeşləri bir-birilərinin əleyhinə şüarlar səsləndiriblər.
Bundan sonra tribunalarda qarışıqlıq düşüb. Azarkeşlər oturacaqları qıraraq atıblar.
Polis qarışıqlığa dərhal müdaxilə edib. 4 nəfər "Qarabağ" azarkeşi saxlanılıb.
Matçın ikinci hissəsində isə "Sumqayıt" azarkeşləri qadağan olunmuş pirotexniki maddə yandırıblar. Buna görə də 1 nəfər saxlanılıb.Muxalifet3 - 3-03-2018
Türk ordusu Afrini silib-süpürdü - AÇIQLAMA
Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrində ümumilikdə 2516 terrorçunu məhv edib.
Muxalifet.az xəbər verir ki, TSQ-nın 43 gündür başlatdığı əməliyyatdan bu günə kimi 125 strateji nöqtə ələ keçirilib, 924 hədəf məhv edilib. Əməliyyatlar çərçivəsində Türkiyə Sillahlı Qüvvələri 41 şəhid verib, 199 nəfər isə yaralanıb.
Muxalifet3 - 3-03-2018
İŞİD PKK-nı, ABŞ da İŞİD-i vurdu - Foto
Suriyanın Deyr əz-Zor bölgəsinin şərq hissəsində baş verən qarşıdurmalar nəticəsində PKK və İŞİD itki verib.
Muxalifet.az xəbər verir ki, ABŞ-a məxsus hərbi təyyarələr Deyr əz-Zorun şərqindəki Hajin qəsəbəsində İŞİD terrorçularını vurub. İŞİD qüvvəlləri isə Haşin səhrasında PKK-çı terrorçulara hücum edib. Hücumlar zamanı hər iki təşkilatdan xeyli sayda terrorçu məhv edilib.Muxalifet3 - 3-03-2018
"Qarabağ" büdrədi, "Kəpəz"dən ilk qələbə
Martın 3-də “Kəpəz”-“Səbail” matçı ilə futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turuna start verilib.
Muxalifet.az xəbər verir ki, baş hakim İnqilab Məmmədovun idarə etdiyi matçda “Kəpəz” klubu yeni ildə ilk qələbəsini qazanıb.
Matçın 23-cü dəqiqəsində Dario Junior 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Kəpəzi”i hesabda önə çıxarıb. Qarşılaşmanın 30-cu dəqiqəsində Eugeniyu Kokiusun qolu hesabda tarazlıq yaradıb – 1:1 .
Birinci hissə bu hesabla başa çatıb.Muxalifet3 - 3-03-2018
Yanımızda olduğu müddətdə kürəyimiz yerə dəyməz - Yıldırım
Bu torpaqlar bir cahan dövlətinin qurulduğu, Ərtoğrul Qazinin at çapdığı torpaqlardır. Yanımızda olduğu müddət ərzində bizim kürəyimiz yerə dəyməz.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım Kütahya şəhərində keçirilən konqresdə bildirib.Muxalifet3 - 3-03-2018
Azərbaycanlılar Putinə dəstək üçün "Lujniki"yə getdi
Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri prezidentliyə namizəd Vladimir Putinə dəstək aksiyasında iştirak ediblər.
Muxalifet.az-ın verdiyi məlumata görə, paytaxtın "Lujniki" stadionunda keçirilən prezidentliyə namizəd Vladimir Putinin dəstək aksiyasına Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları iştirak ediblər.Muxalifet3 - 3-03-2018
Cüdoçularımız Avropa kubokunda 2 medal qazanıb
Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.
Muxalifet.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları 2 medal qazanıblar.
Qızların yarışında Vüsalə Kərimova(44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qızıl medalına sahib olub. 48 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva Antalya turnirinin bürünc medalına layiq görülüb.
Qeyd edək ki, Avropa kuboku yarışına martın 4-də yekun vurulacaq.
Muxalifet3 - 3-03-2018
Əyyub Kərimovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb
Tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb.
Mətbuat Şurasından daxil olan nekroloqda deyilir:
“Azərbaycan mətbuatına ağır itki üz verib. Tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimov (Kərimov Əyyub Zakir oğlu) faciəli şəkildə dünyasını dəyişib. Onun vaxtsız vəfatı hər birimiz üçün dərin üzüntü və sarsıntıdır.Muxalifet3 - 3-03-2018