Axtarış
The search found 105785 results in 0.096 seconds.
Search results
Ağ Evdə atəş açıldı: ölən var - Tramp haradadır?
Ağ Evdə bir nəfər özünü odlu silahla vuraraq intihar edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Evdə hadisə zamanı olan jurnalist Rebeka Rodrigez şəxsi Tvitter hesabında yazıb.
“İndi birinin vurulduğunu gördüm”,- deyə o qeyd edib.
Hadisə ilə əlaqədar prezident sarayında həyəcan siqnalı verilib. ABŞ Prezidenti Donald Trampın sarayda olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, Ağ Evdə həyəcan siqnalı verilərkən hər kəs olduğu yerdə qalmalı, bütün giriş-çıxışlar müvəqqəti olaraq bağlanmalıdır.
Muxalifet3 - 3-03-2018
"20 Yanvar"da bədbəxt hadisə: Qatarın altında qaldı
Bu gün axşam saatlarında Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında bədbəxt hadisə baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə şahidlərinin publika.az-a verdiyi məlumata görə, bir nəfər qatarın altına düşərək həyatını itirib.
Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.
Muxalifet3 - 3-03-2018
Acun Adnan Oktarın müridi olub?
Türkiyədəki A9 kanalının sahibi, dini kitabların müəllifi Adnan Oktarın “kedicik”lərindən olan Tülay Qumaşçı “Acun media”nın rəhbəri Acun İlıcalı haqqında gözlənilməz açıqlamalar verib.
Muxalifet.az xəbər verir ki, bu barədə şəxsi Tvitter hesabında yazan Qumaşçı Türkiyədəki bəzi məşhur şəxslərin vaxtilə A.Oktarın müridi olduğunu söyləyib.
“Hazırda xalq tərəfindən sevilən xeyli sayda insan uzun illər Adnan Oktarın yanında yetişib. Acun İlıcalı da onlardan biridir. Acunun birinci övladı Banunun adını da Adnan Oktar qoyub”, - o qeyd edib.Muxalifet3 - 3-03-2018
Bir neçə gün əvvəl itkin düşdü, bu gün meşədə meyiti tapıldı
Bu gün günorta saatlarında Şabran rayonunda gənc oğlanın meyiti tapılıb.
Muxalifet.az "Sputnik Azərbaycan"a istinadən bildirir ki, cəsəd rayonun Xəlfələr kəndi ərazisindəki meşə massivində aşkar edilib. Meyitin bir neçə gün əvvəl itkin düşmüş 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olması müəyyən olunub.
Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğunun nümayəndələri və polis əməkdaşları araşdırma aparırlar.
Muxalifet3 - 3-03-2018
FİFA tarixi qərarı verdi: Rusiyada hakimlərə kömək ediləcək
Beynəlxalq Futbol Federasiyası (FİFA) və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) hakimlərə video kömək sisteminin (VAR) qaydalara daxil olunmasını dəstəkləyib. Həmçinin VAR sistemi 2018-ci il keçiriləcək futbol üzrə dünya çempionatında da istifadə ediləcək.
Muxalifet.az xəbər verir ki, bu qərar fevralın 3-də İFAB-ın FİFA rəhbəri Canni İnfantinonun rəhbərliyi ilə keçirilən iclasından sonra qəbul olunub.Muxalifet3 - 3-03-2018
Tramp Avropada istehsal olunan avtomobillərə vergi tətbiq edir
ABŞ prezidenti Donald Tramp Aİ bazarında Amerika şirkətlərinin fəaliyyətinin çətinləşdiriləcəyi təqdirdə Avropa ölkələrində istehsal olunan avtomobillərə vergi tətbiq edəcəyini vəd edib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp “Tvitter” səhifəsində yazıb.
“Əgər Aİ orada çalışan ABŞ şirkətləri üçün onsuzda yüksək olan tarifləri daha da artırmaq niyyətindədirsə, onda biz də onların avtomobillərinə vergini artıracağıq”, - deyə Tramp qeyd edib.
Muxalifet4 - 4-03-2018
Ordumuzun mövqeləri atəşə tutulub - 98 DƏFƏ…
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub.
Muxalifet4 - 4-03-2018
8 saatlıq əməliyyat, ölü sayı 2612 nəfər… - AFRİNDƏ SON DURUM
Türkiyə silahlı qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 2612 nəfərə çatıb.
Muxalifet.az "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, türk ordusu əməliyyat çərçivəsində mühüm bir mərhələ kimi qiymətləndirilən Raco mahalında nəzarəti tam ələ keçirib.
Raco mərkəzi istiqamətində aparılan əməliyyat 8 saat davam edib. Beləliklə Raco, Bülbüldən sonra ələ keçirilən ikinci böyük mahal olub.Muxalifet4 - 4-03-2018
Bakıda kütləvi dava – ÖLƏN VƏ YARALANANLAR VAR
Bakının Nizami rayonunda kütləvi dava baş verib.
Muxalifet.az "report"a istinadən xəbər verir ki, dava Qara Qarayev prospekti 62 ünvanında yerləşən 34 saylı mənzilin qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğlu ilə 6 nəfər arasında qeydə alınıb.
Bu zamanı Y.Məmmədova 3 bıçaq zərbəsi vurulub. Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə zamanı habelə daha 2 nəfər xəsarət alıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.Muxalifet4 - 4-03-2018
37 yaşlı kişinin qarnına dəmir batdı - NEFTÇALADA
Neftçala sakini xəsarət alıb.
Hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Tarverdiyev Feyruz Fəyyaz oğlu qarnının kəsilmiş-deyilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxananın cərrahiyyə şöbəsinə qaldırılan yaralı əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
F.Tarverdiyevin dediyinə görə, həyətdə iş görən zaman qarın nahiyəsinə dəmir batıb.
Faktla bağlı araşdırma aparılır(report).Muxalifet4 - 4-03-2018
Bu balaca adada milyonlarla pinqvin yaşayır… - VİDEO
Alimlər Antarktidanın az öyrənilmiş ərazisində 1,5 milyon pinqvinin olduğu adanı aşkarlayıblar.
Bu barədə "Scientific Reports" məlumat yayıb.
Məlumata görə, pinqvinlərin miqrasiya yolunu araşdıran alimlər həmin heyvanların bu miqdarda sayını Deyncer adalarında aşkarlayıblar. Tədqiqatçılara bu tapıntıda kosmosdan aparılan çəkilişlər də kömək edib.
Bildirilir ki, ərazidə heyvanların 750 min yuvası tapılıb.Muxalifet4 - 4-03-2018
Bu da “Eurovision” mahnımız - VİDEO
Bu il Azərbaycanı "Eurovision" müsabiqəsində təmsil edəcək Aysel Məmmədovanın (Aisel) mahnısı təqdim olunub.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, "X my heart" adlı mahnı artıq "Youtube" sosial şəbəkəsinə yerləşdirilib.
Muxalifet4 - 4-03-2018
Ronaldu 300-cü qolu ilə "Real"a qələbə qazandırdı
İspaniyanın futbol çempionatının 27-ci turu çərçivəsində "Real" "Xetafe"ni qəbul edib.
Matç 3:1 hesabı ilə meydan sahiblərinin qələbəsilə başa çatıb.
Meydan sahiblərinin heyətində Qaret Beyl (24-cü dəqiqədə) və Kriştianu Ronaldu (45, 78-ci dəqiqədə) fərqləniblər. Qonaqların heyətində Fransisko Portilyo (65-ci dəqiqədə) penalti ilə hesab arasındakı fərqi azaldıb.
Ronaldu bununla İspaniya çempionatındakı 286 oyunda 300-cü və 301-ci qolunu vurub. Portuqaliyalı oyunçu turnirin tarixində qollarının sayına görə ikinci olub.Muxalifet4 - 4-03-2018
“Vosmoy bazarı”na qəfil basqın: “Biri bıçağı qarnına soxdu, biri qolunu doğradı...”
Təxminən üç həftə əvvəl Bakının ən ucuz və eyni zamanda ən kriminallaşmış bazarı hesab edilən, xalq arasında “Vosmoy bazarı” kimi tanınan 8-ci kilometr Ticarət Mərkəzində yüzlərlə ticarətçinin piştaxtaları dağıdılıb.
Virtualaz.org xəbər verir ki, bu Ticarət Mərkəzi ilə “Ramal” Ticarət Mərkəzini ayıran küçə boyu sağda-solda uzun illərdir fəaliyyət göstərən piştaxtaları dağıdaraq ticarətçiləri küçəyə atıblar. Təxminən 300-ə yaxın piştaxtanın dağıdıldığı, malların küçəyə səpələndiyi, ticarətçilərin isə döyüldüyü bildirilir.Muxalifet4 - 4-03-2018
ŞABRANDA DƏHŞƏT: Öldürüb meşəyə atdılar, 6 gün sonra...
Şabran rayonunda meşə massivində meyit tapılıb.
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, rayonun Xəlfələr kəndində aşkar edilən cəsədin 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olduğu bildirilir.
Həmin şəxs fevral ayının 26-dan itkin düşən şəxs kimi qeydiyyatda olub. İlkin ehtimala görə, E. Əzimov yıxılaraq aldığı xəsarətlər dünyasını dəyişib.Muxalifet4 - 4-03-2018
“Qoşunları Afrinə Moskva gətirmişdi” – PYD LİDERİ
Afrinə yönələn Əsəd tərəfdarı olan şiə qruplaşmalar Rusiyanın vasitəsilə bölgəyə gəliblər.
Muxalifet.az xəbər verir ki, bunu "Avronyus" televiziyasına müsahibəsində PYD terror təşkilatının lideri Saleh Müslüm söyləyib.Muxalifet4 - 4-03-2018
“Bunu Amerika etdi” – MÜBARƏKDƏN ŞOK ETİRAF
Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin gizli səs yazısı yayılıb.
Axar.az xəbər verir ki, Feysbukda yerləşdirilən səs yazısında Mübarək 25 yanvar 2011-ci ildə ölkədə baş tutan çevrilişin ABŞ tərəfindən planlandığını bildirib.Muxalifet4 - 4-03-2018
Suriyalılar bu ölkədə azərbaycanlıları sıxışdırdı
Ötən il Türkiyə vətəndaşları ilə evlənən azərbaycanlı qadınların sayı artıb.
Bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.
Məlumata görə, ötən il Türkiyə vətəndaşlarının əcnəbilərlə nikahlarının sayına görə, azərbaycanlı qadınlar ikinci yerdə qərarlaşıb.
Türkiyə mətbuatı diqqəti bu ölkənin vətəndaşları ilə ailə quran azərbaycanlı qadınların sayının artmasına yönəldib. Bildirilir ki, ötən il Türkiyə vətəndaşları ilə ailə quran azərbaycanlı qadınlar say baxımından siyahıda ikincidirlər.Muxalifet4 - 4-03-2018
Erməniləri Sumqayıtda kimlər öldürüb? - Şok açıqlama - VİDEO
Erməniləri Sumqayıtda azərbaycanlılar öldürməyib.
Bunu erməni əsilli Rusiya politoloqu Sergey Kurqinyan söyləyib.Muxalifet4 - 4-03-2018
Lotu Quliyə qarşı sui-qəsd cəhdi...? – NADİR SƏLİFOVUN ÖZÜ DANIŞDI
Sosial şəbəkələrdə atışma videosu yayılıb və şərhlərdə iddia olunur ki, guya bu kadrlar kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”) qətlinin görüntüsüdür.
Videoda ağ rəngli avtomobildə bir qrup insan dayanacaqda durmuş avtomobilləri əzərək atəş açır. Kadr arxasındakı qadın səsi bildirir ki, atışma nəticəsində “Lotu Quli” qətlə yetirilib.
Məlumatı dəqiqləşdirmək üçün virtualaz.org-un əməkdaşları Nadir Səlifovun özü ilə əlaqə yaradılar və o, həmin məlumatı şəxsən təkzib edib.Muxalifet4 - 4-03-2018